Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1387/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Gəncə Apelyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elmin Rüstəmov (sədrlik edən) Dadaş İmanov və Nural Əliyev) 20 aprel 2022-ci il tarixli, 1(100)-298/2021 nömrəli hökmü ilə xx xxxxxxxx 1981-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 234.4.3 maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.1-ci maddə si ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun həbsdə saxlandığı 1 (bir) gün müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum2 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə istintaqa məlu m olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,481 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş təmiz çəkisi 0,298 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş İ nömrəli əlavə siyahısına daxil edilmiş, ümumi təmiz çəkisi 2 qram olmaqla 40 (qırx) ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadolu satış məqsədi ilə qanunsuz əldə edərək üzərində və avtomobilində saxlayaraq daşımış, 15 aprel 2021-ci il tarixdə saat 20:00 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,328 qram, 0,348 qram, ümumi təmiz çəkisi 0,676 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 50 manat pul vədi ilə tanışı Məhkum2 satmış, həmin gün saat 20:20 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Məhkum1 polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni sol ayağında olan corabın içərisindən satış məqsədi ilə saxladığı təmiz çəkisi 0,298 qram olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamında həmin gün saat 21:30 radələrində polis şöbəsinin inzibati binasında sonuncuya məxsus “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobildən satış məqsədi ilə saxladığı 5 (beş) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,355 qram, 0,348 qram, 0,373 qram, 0,368 qram, 0,361 qram, ümumi təmiz çəkisi 1,805 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin v ə 02 (iki) ədəd tamlığı pozulmamış konvalyutada 20 (iyirmi) ədəd kapsul olmaqla, ümumi sayı 40 (qırx) ədəd olmaqla, ümumi təmiz çəkisi 2 qram olan zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı tramadol aşkar edilərək götürülmüşdür. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Elçin Xasməmmədov) 1(104)-88/2022 nömrəli 20 aprel 2022-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hökmü Məhkum1 aid hissədə dəyişdirilmiş, Məhkum1 təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 70-ci maddəsinə əsasən 4 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, sınaq müddətinin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablanmışdır. Məhkum1 müdafiəçisi Müdafiəçi3 apelyasiya şikayəti qismən təmin olunmuşdur. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı Məhkum1 aid hissədə əsassız və qanunsuzdur. Belə ki, apelyasiya instansiyası məhkəmə kollegiyasının satış məqsədi ilə psixotrop maddə olan metamfetamini, narkotik vasitə olan heroini və güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadolu satış məqsədi ilə qanunsuz əldə edə rək üzərində və avtomobilində saxlayaraq daşıyan, psixotrop maddə olan metamfetamini 50 manat pul vədi ilə tanışı Məhkum2 satan Məhkum1 cəza çəkmədən islah olunmasını mümkün saymasını nədə görməsi aydın deyildir. Məhkəmənin əsas hal kimi nəzərə aldığı Məhkum1 xəstəliyi CM-in 70-ci maddəsinin tətbiqinə törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti baxımından əsas ola bilməz. Halbuki, xəstəliyə görə cəza çəkməkdən azad etmə CM-in 78-ci maddəsində öz əksini tapmışdır. Habelə, məhkəmə kollegiyası da qərarda qeyd etmişdir ki, məhkumun məhkəmə kollegiyasının iclasındakı davranışları, əməlindən səmimi peşmançılıq keçirməsi, səhhətinin xüsusilə ağır vəziyyətdə olması (qeyd olunan fakt həm tibbi rəylə, həm də məhkumun bir sıra daxili orqanlarını sellofanda bayır da əli ilə saxlaması ilə təsdiq olunur) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsini mümkünsüz edəcək həddədir. Lakin məhkəmə kollegiyası cinayət qanununun yuxarıda göstərilən normalarının, eləcə də, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının tələblərini nəzərə almamış, Məhkum1 onun törətdiyi cinayətin kateqoriyasına, ictimai-təhlükəlilik dərəcəsinə, xarakterinə və şəxsiyyətinə açıq-aşkar uyğun olmayaraq CM-in 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edi lməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun o lmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı q anunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum1 himayəsində azyaşlı uşaqlarının olmasını, İİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrlə azadlıqdan məhrum etmə cəzası təyin edi lməsini məqsədə müvafiq hesab etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi hökmlə razılaşmayaraq Məhkum1 barəsində məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Səhiyyə Nazirliyi MTE PAB PHŞ-in 15 mart 2022-ci il tarixli 107/KEŞ nömrəli rəyinə əsasən iş üzrə Məhkum1 adına tərtib edilmiş tibbi sənədlərə və məhkəmə-tibbi müayinəsinə əsasən, onun “Əvvəllər keçirilən miokard infarktı. Ürəyin işemik xəstəliyi. İnfarkdan sonrakı kardioskleroz. Qeyri-stabil stenokardiya. Durğunluq ürəkçatmamazlığı. Qan dövranı çatmamazlığı İİİ dərəcə. Qeyri-stabil stenokardiya. Şiddətlənən stenokardiya. Diabetik polineyropatiya. Diabetik retinopatiya. OU-diabetik qeyri-proliferativ retinopatiya. Ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəliyi. Hipertoniya xəstəliyi İ İ dərəcə. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Xroniki böyrək çatmamazlığı İİ mərhələ. İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip orta ağır dərəcə insulindən asılı forma. Böyrək daşı xəstəliyi. Urolitiaz hər iki böyrəyin mərcanvari daşları. Sidik kisəsinin daşları, iki tərəfli xroniki kalkulyoz pielonefrit. İki tərəfli hidronefroz İİ-İİİ dərəcə və Müstəqil çox lokalizasiyalı bədxassəli yenitörəmə. Birincili çoxsaylı xərçəng. Düz bağırsaq xərçəngi. Qalxan çənbər bağırsağın bədxassəli yenitörəməsi cT3N1M0 mərhələ İİİ. Düz bağırsağın bədxassəli yenitörəməsi ypT3N0M0 İİ mərhələ xəstəliklərindən əziyyət çəkdiyi, bununla yanaşı keçirilmiş cərrahiyyə əməliyyatından sonra hal-hazırda fəaliyyətdə olan stomanın olduğu müəyyən edilmişdir. Məhkum1 düçar olduğu xəst əliklərdən düz bağırsağın bədxassəli yenitörəməsi onkoloji təsnifata aid olmaqla ağır gedişlidir və hazırki sağlamlıq durumu ilə əlaqədar olaraq onun müalicəyə ehtiyacı olması qeyd edilmişdir. Bundan başqa iş materiallarında olan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin məktubundan görünür ki, Məhkum1 ilk dəfə 03.06.13-cü il tarixdə döş qəfəsində olan ağrılar şikayəti ilə MOM-a müraciət etmişdir. Xəstə MOM-da müayinə olunmuş və “S-varı bağırsağın xovlu adenoması” diaqnozu qoyulmuş, 05.07.13-cü il tarixdə MOM-da xəstəyə “S-varı bağırsağın rezeksiyası” cərrahi əməliyyatı aparılmışdır.... Xəstə xx.xx.2021-ci il tarixdə ümumi zəiflik, halsızlıq şikayətləri ilə MOM-a təkrar müraciət etmiş və aparılan tam qarın boşluğunun MRT müayinəsində (xx.xx.2021-ci il) metastazlar və residiv aşkar edi lməmiş, sağda prosokral bölgədə 2.1x1.6 mm ölçülü abses ocaqları aşkar edilmişdir. Xəstəyə aparılan müayinələrdən sonra xəstəliyini təsdiq edən arayış verilmişdir. Diaqnoz: Birincili çoxsaylı xərçəng. 1) düz bağırsağın xərçəngi. Kompleks müalicədən sonrakı vəziyyət. cT3N2M0, İİİ B. 2) Qalxan çənbər bağırsağın xərçəngi. cT3N1M0, İİİ mərhələ. Yanaşı: keçirilmiş ağciyər vərəmi. Presokral abses. Apelyasiya instansiyası məhkəməsi Məhkum1 ağır xəstəliklərə düçar olmasını, səhhətinin vəziyyətinin qənaət bəxş olmamasını, həbsdə saxlanılarsa səhhətinin vəziyyətinin daha da ağırlaşacağını, hətta ölə biləcəyini, eləcə də müalicə olunmasının xüsusilə çətin olmasını nəzərə alaraq məhkuma təyin edilmiş cəzanın şərti hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir və kassasiya kollegiyası da apelyasiya mə hkəməsinin bu qərarı ilə tam razılaşır, həmin qərarın əsaslı və humanist olduğunu hesab edir. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum1 barəsində cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət-prosessual qanunu tələblərinə riayət etmiş, eləcə də sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan apelyasiya məhkəməsi Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 70-ci madd əsini tətbiq edərkən qanunun normasını düzgün tətbiq etmişlər. Odur ki, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Daha sonra, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv və ya dəyişdirilməsinə əsas vermir. Belə ki, hökmdən və qərardan görünür ki, məhkəmə Məhkum1 cəza təyin edərkən məhkumun sağlamlıq vəziyyətini, yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. İşin materiallarında Məhkum1 cəzasının ağırlaşdırılması, onun barəsində tətbiq olunmuş şərti məhkumetmənin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya pro testinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli Məhkum1 haqqında qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1387/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1387/2022
15.11.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver