Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-139/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Məhkum müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Niftalıyev Nəsib Firudin oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 avqust 2022-ci il tarixli, 1(103)-628/2023 nömrəli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1979-cu il tarixdə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cə za çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum edilmişdir ona görə ki, o, 03 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, həmçinin Qazaxıstan Respublikasının vətəndaşları X1baqcadan əlbir olmuş bir qrup şəxs halında və hadisə baş verən zaman Qazaxıstan Respublikasının Gömrük Orqanında vəzifəli şəxs kimi fəaliyyət göstərən X5 vəzifə səlahiyyətlərindən istifadə etməklə, eyni əməllərin törədilməsində köməkçi qismində iştirakı ilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Rusiya Federasiyasına göndərilərək orada satışının təmin edilməsi məqsədilə Türkiyə Respublikasından **-XR-***, OW-216-OW, MP-183-PM və LLZ-749 qeydiyyat nömrə nişanlı yük avtomobillərin də göndərdiyi və Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit qaydada keçməklə, Qazaxıstan Respublikasına aparılmış ümumilikdə 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, Qazaxıstan Respublikasının gömrük sərhədindən qəsdən qaçaqmalçılıq yolu ilə keçirmişdir.
3. Bundan başqa o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olduğu, 2015-ci ildən etibarən ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə dair əvvəlcədən yaranmış niyyətini həyata keçirmək məqsədilə, sonuncunu digər ölkələrdən Qazaxıstan Respublikasına göndərilən malların Gömrük Sərhədindən keçirilməsini təmin etmək imkanına malik old uğuna inandırıb, Zərərçəkmiş şəxs etibarından sui- istifadə edərək sonuncunun Türkiyə Respublikasından Qazaxıstan Respublikasına göndərdiyi 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirərək Rusiya Federasiyasına göndərəcəyinə dair yalan vəd vermiş, həmin mallar Qazaxıstan Respublikası Gömrük Postunda saxlandıqdan sonra isə həmin malların Gömrük Postundan keçirilməsi üçün 275.000 ABŞ dolları məbləğində gömrük xərclərinin ödənilməsinin zəruri olduğunu bildirərək, Zərərçəkmiş şəxs 2017-ci ilin iyun ayında Bakı şəhərində ortaq tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyi 275.000 ABŞ dolları məbləğində pulu, həmin pulun köçürülməsi xidmətini icra etməsi üçün sonuncuların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Çin” re storanının yaxınlığında İran İslam Respublikasının vətəndaşı olan Şahab adlı şəxsin tanışına təqdim etmələri müqabilində, Şahab adlı şəxsin Rusiya Federasiyasının Moskva şəhərindən göndərdiyi əvvəlcə 200.000 ABŞ dolları, sonra isə 75.000 ABŞ dolları olmaqla, ümumilikdə 275.000 ABŞ dolları məbləğində pulu Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
4. Bundan başqa o, 2015-ci ildən etibarən ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə dair əvvəlcədən yaranmış niyyətini həyata keçirmək məqsədilə, aralarında baş tutmuş telefon danışığı zamanı sonuncuya Qazaxıstanda tütün məmulatlarının satışından yaxşı gəlir əldə edildiyini, Qazaxıstan Respublikasına tütün məmulatl arı göndərəcəyi halda həmin məhsulları Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirərək, satışını təmin edəcəyinə və əldə edilmiş gəlirdən ona göndərəcəyinə dair yalan vəd verərək inandırıb, təkrarən sonuncunun etibarından sui-istifadə etməklə, Zərərçəkmiş şəxs Dubaydan aldığı və 2018-ci ilin yanvar ayında əvvəlcədən tanıdığı Hacı Şahid1 tanışına məxsus olmaqla, İran İslam Respublikasında beynəlxalq yükdaşıma xidməti göstərən “Asan Seyir” firması vasitəsi ilə Qazaxıstan Respublikasının Aktau şəhərində yerləşən “TOO KHAN TULPAR” şirkətinə göndərdiyi 1.200.000 ABŞ dolları dəyərində tütün məmulatları və 2018-ci ilin aprel ayında həmin malların Gömrük Postundan keçirilməsi üçün 250.000 ABŞ dolları məbləğində gömrük xərclərinin ödənilməsinin zəruri olduğunu bildirərək, Zərərçəkmiş şəxs orta q tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə göndərdiyi 250.000 ABŞ dolları məbləğində pul olmaqla, ümumilikdə 1.450.000 ABŞ dolları məbləğində özgə əmlakını Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Kamran Əkbərovdan ibarət məhkəmə tərkibində) 4 fevral 2021-ci il tarixli, 1(103)-149/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmünün Məhkum CM-in 206.3.2 və 178.4-cü maddələri ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılması, məhkumun müdafiəçisi Müdafiəçi5, Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfind ən verilmiş apellyasiya şikayətlərinin təmin edilmədən saxlanılması qərara alınmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ələsgər Novruzov (sədrlik edən və məruzəçi), Əziz Seyidov və Tahir Kazımovdan ibarət məhkəmə tərkibində) 05 yanvar 2022-ci il tarixli, 1(102)-75/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2021-ci il tarixli, 1(103)-149/2021 nömrəli qərarının Məhkum aid hissədə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi, Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavələrin qismən təmin edilməsi qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzə çi), Cavid Hüseyn və Qədim Babayevdən ibarət məhkəmə tərkibində) 5 avqust 2022-ci il tarixli, 1(103)-628/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 1(101)-131/2020 nömrəli hökmünün Məhkum aid hissədə ləğv edilməsi, Məhkum qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 39.1.11-ci maddəsinə əsasən xitam verilməsi, Məhkum təqsirli bilindiyi 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının həbs edildiyi 24 avqust 2018-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən, təyin edilmiş cəzanı çəkdikdən sonra Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, Məhkum və onun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Nazim Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yusifov və İlkin Rəcəbovdan ibarət məhkəmə tərkibində) 3 may 2023-ci il tarixli, 1(102)-1244/2023 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavələrin təmin edilməməsi qərara alınmışdır.
9. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 avqust 2022-ci il tarixli, 1(103)-628/2022 nömrəli hökmündən Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
10. Kassasiya şikayətinin müəllifi şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan işin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, apellyasiuya instansiya məhkəməsinin hökmü ilə o, 275.000 ABŞ dollarını Qazaxıstanda ələ keçirməsi müəyyən edilsə də, həmin pulun necə, hansı yolla AR-dən Qazaxıstan Respublikasına göndərilməsi heç bir mümkün və mötəbər sübutla müəyyən edilmir. Həmçinin, cinayət işi materiallarına əlavə etdiyi sübutlara istinadən Bakı şəhəri Nərimanov rayonu ərazisində 2017-2018-ci illər ərzində “Çin” restoranı mövcud olmamışdır.
11. Bununla da, Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.22-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 5 avqust 2022-ci il tarixli, 1(103)-628/2022 nömrəli hökmünün ləğv edilməsini və barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, dərhal cəzadan azad edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
12. Verilmiş kassasiya şikayətinə qarşı Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Nümayəndə yazılı etiraz verərək, qeyd edilmişdir ki, hazırda məhkumun şikayətinin dəlilləri qismində göstərdiyi hallar onun müdafiəçisinin kassasiya şikayəti ilə eynilik təşkil edir, hansı ki həmin şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-ci il tarixli qərar ilə baxılaraq qiymət verilmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Niftalıyev Nəsib Firudin oğlu kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. III. Hüquqi məsələlər:
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmasına, həmçinin həmin hökmdən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apell yasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun təqsirsizliyini təsdiq edən halların nəzərə alınmadığını, nəticədə haqsız olaraq barəsində ittiham hökmünün çıxarılmasına məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.22-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
21. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiy yətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 avqust 2022-ci il tarixli, 1(103)-628/2022 nömrəli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin hökmü qanuni və əsaslı hesab edir.
22. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsa n Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
23. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
24. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə birinci instansiya məhkəməsinin qərarından müvafiq olaraq apellyasiya şikayəti nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır.
25. Həmçinin, Məhkum tərəfindən kassasiya şikayətinin dəlilləri qismində göstərilən məsələlər bundan öncəki müdafiəçisinin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-ci il tarixli, 1(102)-1244/2023 nömrəli qərarında tədqiq edilərək, apellyasiya instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması ilə nəticələnmişdir.
26. Kassasiya şikayətinin müəllifi hazırda m übahisələndirdiyi hökmün nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
27. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr iş materiallarının obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətində qaldırılan məsələlərlə bağlı qənaətini şübhə altına almaq üçün əsas görmür.
28. Kassasiya kollegiyası qeyd edir ki, Məhkum 275.000 ABŞ dolları epizoduna münasibətdə cinayət işi materiallarında heç bir mümkün və mötəbər sübutun olmamasına istinad etsə də, onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclalarında tədqiq edilmiş obyektiv sübutların məcmusu – iş üzrə digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Kassasiya kollegiyası hesab edir ki, işə baxan sonuncu apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir
29. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə e htiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 avqust 2022-ci il tarixli, 1(103)-628/2023 nömrəli hökmü verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
32. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 avqust 2022-ci il ta rixli, 1(103)-628/2023 nömrəli hökmü Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.