Məhkəmə qərarları › İş №1(102)-1394/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1394/2023

20.07.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1394/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9 qızının, Məhkum və Zərərçəkmiş şəxs2 Əhəd qızının iştiraklar ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 ya nvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkum xx xxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri 41-ci məhəllə, yataqxana 5, otaq 51 ünvanında yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgə əmlakını ələ keçirmək məqsədi ilə özünü “Gremont Group” adlı podrat şirkətinin direktoru kimi təqdim edərək hüquqi şəxslərin dövlət reystrində qeydiyyatda olmayan həmin şirkətin adından xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 Əhəd qızı ilə müqavilə bağlayıb on u ünvan 3 ünvanında yerləşən mənzilini təmir edəcəyi barədə yalan vədlər verib aldadaraq etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində xx.xx.2019-cu il tarixdə 5000 (beş min) manat, xx.xx.2019-cu il tarixdə 3000 (üç min) manat, xx.xx.2019- cu il tarixdə 1000 (min) manat, xx.xx.2019-cu il tarixdə 4000 (dörd min) manat, xx.xx.2019-cu il tarixdə 7000 (yeddi min) manat, xx.xx.2019-cu il tarixdə 1000 (min) manat, xx.xx.2019-cu il tarixdə isə 1000 (min) manat pul alıb, həmin müddət ərzində Zərərçəkmiş şəxs2 etibarını qazanmaq, eləcə də öz cinayət əməlini gizlətmək və davam etdirmək üçün aldığı pullardan 6123 (altı min yüz iyirmi üç) manatını həmin mənzilin təmiri işlərinə xərcləyərək ümumilikdə 15877 (on beş min səkkiz yüz yetmiş yeddi) manat nağd pulu ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə özünü “Gremont Group” adlı podrat şirkətinin direktoru kimi təqdim edərək hüquqi şəxslərin dövlət reystrində qeydiyyatda olmayan həmin şirkətin adından xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə müqavilə bağlayıb onu Sumqayıt şəhəri, Bulivar ərazisi “Sumqayıt City” yaşayış kompleksində yerləşən mənzili təmir edəcəyi barədə yalan vədlər verib aldadaraq etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə istifadəsində olan tanışı X1 adına olan “Kapital” Banka məxsus **********762727 plastik kart hesabına xx.xx.2020-ci il tarixdə 1400 (min dörd yüz) manat, xx.xx.2020-ci il tarixdə isə 1790 (min y eddi yüz doxsan) manat pulun köçürülməsi yolu ilə ümumilikdə 3190 (üç min yüz doxsan) manat məbləğdə pulu ələ keçirib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim Z.A.Hacıyev) 31 avqust 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddət bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası təyin ed ilmişdir.

4. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Əhəd qızı və Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.Ə.Rzayev, hakimlər E.G.Rəhimov və E.M.Əhmədovdan ibarət tərkibdə) 19 yanvar 2023cü il tarixli, 1(105)-18/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 1(060)-84/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən tutulduğu 01 (bir) gün müddət ona təy in olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il, 05 ay, 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.

6. Məhkəmənin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. I.Kassasiya şikayətinin dəlilləri 7.Məhkum tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum əməlində dələduzluq cinayətinin tərkib əlamətləri mövcud deyil, onunla zərərçəkmiş şəxslər arasında olan münasibətlər mülki hüquqi öhdəliklərdən yaranan münasibətlərdir. Məhkum Zərərçəkmiş şəxs2 mənzilinin təmirini ümumilikdə 28000 manata razılaşmış, sonuncudan cəmi 22000 manat pul almış və onun da 17000 manatını mənzil təmirinə xərcləmişdir. 2020-ci ildə Azərbaycanda və dünyada pandemiya oldu ğundan mənzili təmir edib başa çatdıra bilməmişdir. İş üzrə digər Zərərçəkmiş şəxs1lə də mənzilinin təmiri üçün ümumilikdə 4400 manata razılaşmışdır. A.X2 kart hesabına ilkin olaraq 1400 manat, daha sonra isə 1700 manat pul köçürmüşdür. Məhkum tərəfindən müəyyən təmir-tikinti işləri görülsə də, sonradan Zərərçəkmiş şəxs1 mənzildə təmir işlərinin aparılmasına icazə verməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs1 mənzilində elektrik və santexnik işləri gördüyünü bildirsə də, əslində, həmin təmir işləri Məhkum tərəfindən görülmüşdür. Bundan başqa, iş üzrə keçirilən məhkəmə texniki-tikinti ekspertizasının rəyində yol, nəqliyyat xərcləri nəzərə alınmayıb və görülən işlərin dəyəri azaldılıb. Həmçinin, kassasiya şikayətində bildirilmi şdir ki, A.Qadirlə zərərçəkmiş şəxslər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır və bu münasibətlərdən irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi mülkihüquqi məsuliyyət yaradır.

8. Kassasiya şikayətinin müəllifi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-18/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini və barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. II. Hüquqi məsələlər

9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.

10. Məhkum kassasiya şikayətinin başlıca dəlili barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır.

11. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsi rliliyi sübuta yetirilmədikdə.

12. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.

13. İşdən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Əhəd qızı və Zərərçəkmiş şəxs1 ifadələri, həmçinin ekspertiza rəyi ilə Məhkum CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittiham aktında qeyd edilmiş halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar, həmin sübutların şübhə altına alınması üçün işdə heç bir əsas yoxdur.

15. Bundan başqa, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 14 5.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir.

16. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3cü maddələrinin tələblərini düzgün nəzərə almışdır.

17. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər.

18. Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azə rbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir.

19. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, həm ibtidai istintaq və həm də məhkəmə istintaqı zamanı Məhkum müdafiə hüququnun pozulması hallarına yol verilməmiş, onun Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində göstərilmiş bütün hüquqları təmin edilmişdir.

20. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

21. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir.

22. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır.

23. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum verdiyi kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 1(105)-18/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 19 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar