Məhkəmə qərarları › İş №1(102)-1401/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1401/2024

30.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1401/2024 30.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(103)-1768/2023 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 1(009)-22/2023 saylı hökmü ilə (sədrlik edən Azər Tağıyev) xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada rəngsaz işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşaymış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Məhkum 2022-ci il 08 fevral tarixdən 09 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət nəzərə alınmaqla, həmin müddətin hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılması və üzərində 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş "həbs” qətimkan tə dbirinin dəyişdirilmədən saxlanılması, Məhkum cəzaçəkməsinin əvvəlinin tutulduğu vaxtdan, yəni 2023- cü il 13 may tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Məhkum narkomaniyadan məcburi müalicə təyin olunması, ona təyin olunmuş narkomaniyadan məcburi müalicənin ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi hökm edilmişdir. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Hökmdən həmçinin məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək Səbail Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmünü qismən ləğv edib və cəzasını qanunların tələblərinə uyğun olaraq alternativ cəza ilə əvəz edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Emin Mehtiyev və Elmar Rəhimovdan ibarət tərkibdə) 28 noyabr 2023-cü il tarixli 1 (103)-1768/2023 nömrəli hökmü ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti və müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 1(009)-22/2023 saylı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 8 fevral 2022-ci il tarixdən saat 00:30-dan 9 fevral 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Məhkum təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış, Məhkum üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum ittiham elan olunmuşdur ona görə ki, o istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamış, 06 fevral 2022-ci il tarixdə axşam saat 22 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında Şahid1 bir bükümdə təmiz çəkisi 0,481 qram olan narkotik vasitə heroini 30 (otuz) manat pulun müqabilində satmış, sonuncu 07 fevral 2022-ci il tarixdə saat 20:30 radələrində Səbail RPİ-nin 9-cu Polis Bölməsi və X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda saxlanılıb həmin polis bölməsinə gətirilməklə üzərinə şəxsi axtarış aparılan zaman onun tərəfindən Şahid1 satılmış bir bükümdə təmiz çəkisi 0,481 qram olan narkotik vasitə heroin sonucunun əynində olmuş tünd göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayə tini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarında olan 08 fevral 2022-ci il tarixli izahatdan, şübhəli şəxsin dindirmə protokolundan, üzləşirmə protokollarından və 09 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan və 21 may 2022-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolundan görünür ki, Məhkum verdiyi ifadələrində narkotik istifadəçisi olduğunu, Şahid1 və Şahid3 ilə birlikdə narkotik vasitə qəbul etdiklərini və heç zaman onlara narkotik vasitə satmadığını bildirmişdir. İş materiallarında olan 25 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında qərara əsasən Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilməklə ona yalnız Şahid1 narkotik vasitə satması faktına görə ittiham verilmişdir. İş materiallarında olan 25 avqust 2022-ci il tarixli cinayət işinin materiallarının ayrı icraata ayrılması haqqında qərara əsasən, Məhkum aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə onun ifadəsində göstərdiyi, şəxsiyyəti istintaqa “Qismət” kimi məlum olan şəxsin müəyyən edilərək istintaqa cəlb olunması məqsədilə istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və ibtidai istintaq zamanı videoçəkil iş aparılmaqla aparılmış şəxsi axtarış və götürülmə istintaq hərəkətinin video və kağız daşıyıcıda əks olunan məlumatdan görünür ki, Məhkum üzərindən aşkar olunmuş narkotik vasitələri anket məlumatını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını və şəxsi istifadəsi üçün üzrəində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən Məhkum məhkəmə və məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrində, ilkin izahatında, üzləşdirmələrdə narkotik istifadəçisi olduğunu, Şahid1 və Şahid3 ilə birlikdə narkotik vasitə qəbul etdiklərini və heç zaman onlara narkotik vasitə satmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Məhkum digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Əksinə, məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum özü və şahidlər narkotik vasitələrin istifadəçisi olduğunu göstərmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli 1(103)-1768/2023 nömrəli hökmün ləğv edilməsini və Məhkum əməlini AR CM-in 234.1-ci maddəsinə tövsif edərək ona həmin maddənin sanksiyası həddində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkum və müdafiəçisi Müdafiəçi2 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin olunmasını və Məhkum əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsüf olunaraq, həmin maddənin sanksiyası həddində ona daha yüngül cəza növü ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X3 çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin dü zgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmet i olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiə tərəfi m əhkumun CM-in 234.2-ci maddəsi ilə qanunsuz məhkum olunmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİ İ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdır ılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Müdafiə tərəfi kassasiya şikayətində irəli sürdüyü dəlilləri apellyasiya instansiya məhkəməsində irəli sürmüş və müdafiə tərəfinin dəlilləri hərtərəfli, tam və obyektiv yoxl anılaraq əsaslandırılmış cavab verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülən ittihamda təqsirli olması apellyasiya məhkəməsi tərəfindən qiymətləndirilmiş mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, bununla bərabər, hesab edir ki, məhkuma təyin edilmiş cəza da həm növü, həm də həddi baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilk dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə tam uyğundur və təyin edilmiş cəzanın da yüngülləşdirilməsi üçün əsaslar mövcud deyil. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(103)-1768/2023 nömrəli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar