Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1402/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum X7 müdafiəçisi Məmmədov Eyvaz Mehdi oğlunun iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 1 0 noyabr 2022-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməsi, lakin həmin maddələrlə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsinə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli hökmü ilə Məhkumə CM-nin 320.1-ci maddəsi ilə bəraət verilməsinə, birinci instansiya məhkəməsinin hökmünün qalan hissədə isə dəyişdirilmədən saxlanılmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin göstərilən hökmündən Məhkumin müdafiəçisi E.M.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliza də Ruslan Əliyar oğlu) X14, 09 avqust 1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "SHB İnşaat” MMC-nin maddi təchizat şöbəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, lakin CM-nin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb edilməsi üçün müddət keçdiyinə görə ona həmin maddələrlə cəza təyin olunmamışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X14 ünvan 3ə arvadı Şahid1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqınd a daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq məqsədilə rəsmi sənəd hesab edilən 21 oktyabr 2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizəyə arvadı Şahid1 imzasını özü əlyazma ilə çəkməklə həmin rəsmi sənəd hesab edilən ərizəni saxtalaşdırmışdır. Bundan başqa o, atası X4 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə ünvan 4i tutmağa icazə verən Yevlax şəhər İcra Hakimiyyəti adına olan 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderin üzərində "Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakmiyyətinin Başçısı sənədlər üçün” məzmunlu möhür əksinin, üz tərəfindəki "13” iyun 2007-ci” yazısındakı 2007 rəqəmindəki "07” yazısının, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı X yazısının əvvəlindəki imzanın, Şəhər İctimai Mənzil Komissiyasının katibi Şahid2 yazısını n əvvəlindəki imzanın istintaqla müəyyən edilməyən şəxs tərəfindən müəyyən edilməyən vaxtda saxtalaşdırıldığını bildiyi halda həmin rəsmi sənəd hesab edilən orderin və arvadı Şahid1 imzasını saxtalaşdırıdığı 21 oktyabr 2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizənin saxta olduğunu bilə-bilə həmin saxta sənədləri 21 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qəsdən təqdim etməklə ünvan 3ə arvadı Şahid1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 oktyabr 2020-ci il tarixli ********** qe ydiyyat nömrəli çıxarış almışdır. Hökmdən məhkum olunmuş şəxs Məhkumin müdafiəçisi E.M.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrli edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) 09 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü Məhkumin CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinməsi, lakin cinayət məsuliyyətinə cəlb edilməsi üçün CM-in 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddəti keçdiyinə görə ona cəza təyin olunmamasına dair hissədə ləğv edilmiş və ona CM-nin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığı üçün CPM-nin 42.1.2-ci mаddəsinə əsаsən bəraət verilmiş, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Səki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkumin müdafiəçisi E.M.Məmmədov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkumə CM-nin 320.2-ci maddəsi üzrə cinayət hadisəsinin və əməlində cinayət tərkibi olmaması əsasları ilə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, iş üzrə toplanmmış və araşdırılmış sübutlara, o cümlədən Məhkumin ifadələrinə və qəbul edilmiş yekun məhkəmə aktlarına, Məhkumə irəli sürülmüş ittihama istinad edən müdafiəçi E.M.Məmmədov kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkumin barəsindəki cinayət işi üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş və ona CM-nin 320.1-ci maddəsi ilə düzgün olaraq bəraət versə də, onun CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə əsasız və qanunsuz nəticəyə əlmişdir. Belə ki, CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət birbaşa qəsdən törədilən cinayətlər kateqoriyasına aiddirdir. Lakin iş üzrə Məhkumin saxta sənədlərdən istifadə etməsi cinayətini bilə-bilə, yəni qəsdən törətməsinə dəlalət edən heç bir sübut əldə olunmamış, onun CM-nin 320.2ci maddəsi ilə təqsirli bilinməsi üçün belə sübutları ittiham tə rəfi məhkəmələrə təqdim etməmişdir. Məhkumə qarşı CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham özüözlüyündə qeyri-müəyyəndir ona görə ki, bu cinayətin predmeti hesab edilən 14 iyun 2007-ci il tarixli orderin kim tərəfindən, nə vaxt və hansı məqsədlə saxtalaşdırılması ibtidai araşdırma zamanı və işə məhkəmələrdə baxılarkən müəyyən edilməmiş, Məhkumin isə bundan məlumatı olması araşdırılmış sübutlarla təsdiq olunmamışdır. Qeyd edilənlər birmənalı olaraq belə nəticəyə gəlmiyə əsas verir ki, Məhkum CM-nin 320.1-ci maddəsi ilə yanaşı həm də CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməmiş və o, əsassız olaraq həmin maddə ilə təqsirli bilinmişdir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə bax ışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum olunmuş şəxs Məhkumin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmamas ı kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi E.M.Məmmədovnin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr Məhkumin ona qarşı CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə nətiəcəyə gələrkən əhəmiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkum edilmiş şəxsin əməlində cinayət tərkibinin olmamasına baxmayaraq o, əsassız və qanunsuz olaraq qeyd olunan maddə ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdi r. CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi E.M.Məmmədovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkumin barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddənin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinə əsasən isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərək ətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardın biri) olduqda, Ali Məhkəmənin cinayət kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin dəllləri ilə bağlı məhkəmə kolle giyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əs asən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, ar aşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əld ə edərək araşdırması və həmin sübutlara da qanuna müvafiq qaydada qiymət verilməsi vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan in san davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azə rbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət pr osesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin d igər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olun muş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəti cəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaə tini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdı r. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qər arının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna b ilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin tör ədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Hüquqları üzrə Avr opa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının tə hlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik pre zumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Avropa Məhkəməsinin presedent hüququnun ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız mə hkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Bu tələblərdən və hüquqi mövqedən çıxış edərərək məhkəmə kollegiyası Məhkumin CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünü yoxladıqda, həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydal arına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur, digər tərəfdən isə yuxarıda göstərilən tələblər üzrə sübutların toplanması və onların məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılması görünmür. Bunula əlaqədar olaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə araşdırılmış sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Məhkum CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, o, atası X4 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə Yevlax şəhəri, ünvan 4i tutmağa icazə verən Yevlax şəhər İcra Hakimiyyətinin adından verilmiş 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderin üzərində "Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakmiyyətinin Başçısı sənədlər üçün” məzmunlu möhür əksinin, üz tərəfindəki "13” iyun 2007-ci” yazısındakı 2007 rəqəmindəki "07” yazısının, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı X yazısının əvvəlindəki imzanın, Şəhər İctimai Mənzil Komissiyasının katibi Şahid2 yazısının əvvəlindəki imzanın istintaqla müəyyən edilməyən şəxs tərəfindən müəyyən edilməyən vaxtda saxtalaşdırıldığını bildiyi halda həmin rəsmi sənəd hesab edilən orderin və arvadı Şahid1 imzasını saxtalaşdırıdığı 21 oktyabr 2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlə t qeydiyyatı haqqında ərizənin saxta olduğunu bilə-bilə həmin saxta sənədləri 21 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qəsdən təqdim etməklə ünvan 3ə arvadı Şahid1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 oktyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. İş materiallarından göründüyü kimi, cinayət təqibinin bütün mərhələlərində, o cümlədən birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib ardıcıl olaraq eyni məzmunda ifadələr vermiş v ə bu ifadələrində göstərmişdir ki, onun atası X4 2015-ci ildə, anası isə 2020-ci ildə vəfat etmişlər. Atası Vahidə 1963-cü ildə dövlət tərəfindən ünvan 3 ünvanında 2 otaqlı ev verilmişdir. Onlar ailəlikcə həmin evdə yaşamışlar. 2003-cü ildə Yevlax şəhərini su basarkən evin sənədləri, o cümlədən həmin evə dair orderin əsli məhv olmuş və buna görə də atası 2007-ci ildə Yevlax şəhər icra hakimiyyətinə müraciət edərək yaşadıqları evə dair orderin surətini almış, bu sənəd isə onların evində saxlanılmışdır. 22 avqust 2020-ci il tarixdə qardaşı X evdən düşən payını ona bağışladığı üçün o, evi vərəsəliklə arvadı Şahid1 adına keçirtmişdir. Bunun üçün o, evə dair atasının aldığı 14 iyun 2007-ci il tarixli, 43 nömrəli orderi digər sənədlərlə birlikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yan ında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 saylı Ərazi İdarəsinə təqdim etmiş və həmin İdarədən 29 oktyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış almışdır. Daha sonra Məhkum qeyd etmişdir ki, 2020-ci ilin oktyabr ayında göstərilən evə çıxarış almaqdan ötrü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 saylı Ərazi İdarəsinə müvafiq sənədləri təqdim edərkən o, həmin vaxt xəstə olan arvadı Şahid1 adından yazılmış 21 oktyabr 2020-ci il tarixli ərizəni sonuncu tərəfindən hələ 03 mart 2026-cı il tarixdə verilmiş və notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında imzalamış, yəni həmin ərizəni saxtalaşdırmamış, 14 iyun 2027-ci il tarixli orderin saxta olmasını isə ümumiyyətlə bilməmişdir. Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən dövlət büdcəsindən ayrılmış pul vəsaiti hesabına Yevlax şəhəri Nizami prospektində yerləşən barak (fin) evlərdə yaşayan sakinlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün tikilmiş çoxmənzilli binadan evlər verilərkən onlara 1 otaqlı ev təqdim olunsa da, o, həmin mənzildən imtina edərək onlara 2 otaqlı mənzil verilməsini xahiş etmişdir, çünki onların yaşadıqları və sökülməsi nəzərdə tutulan barak evdə iki otaqdan ibarət mənzil olmuşdur. Buna baxmayaraq, İcra Hakimiyyətindən təqdim edilmiş 22 aprel 2013-ü il tarixli orderin kötüyündə onlara məxsus mənzilin sahəsinin 22 kv.m ölçüdə bir otaqdan ibarət olması göstərilmiş, həmin həmin sənəddə “Kirayəçinin imzası” qrafasındakı imza isə onun atasına məxsus deyil. Bu isə onu təsdiq edir ki, əslində məhz 22 aprel 2013-cü il tarixli saxtadır. Hazırki iş üzrə həm ibtidai arşdırma zamanı, həm də birinci instansiyası məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, 2003-cü ilin may ayından 2021-ci il fevral ayının 05-dək Yevlax şəhər İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi vəzifəsində işləımişdir. Mərhum X8 tanımış, onunla Yevlax şəhəri, Nizami prospektində qonşu olmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 2013-cü il tarixli 65 nömrəli sərəncamı əsasında İcra Hakimiyyəti Başıçısı MTİS-nin arayışı və müraciət etmiş vətəndaşların ərizəsi əsasında ictimai mənzillərə ilkin hüquq müəyyənedici sənəd kimi orderlər verilmiş və qeyd edilən sərəncam əsasında orderlərin verilməsində o, da Şəhər Mənzil İstismar Komi ssiyasının katibi kimi iştirak etmişdir. Mənzillərə orderlər verilərkən MTİS-nin arayışı əsas götürülmüş və həmin arayış əsasında evin neçə otaqdan ibarət olması və yaşayış sahəsinin neçə kvadrat metr olması orderdə öz əksini tapmışdır. O, orderlərin verilməsi zamanı faktiki olaraq evlərə baxış keçirməmiş, arayış əsasında orderlərin verilməsini təşkil etmişdir. X9 22 aprel 2013-cü il tarixdə 17 nömrəli orderin verilməsində Şəhər Mənzil İstismar Komissiyasının katibi kimi iştirak etmiş, həmin orderdə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun və onun imzaları olmuşdur. Lakin Yevlax rayon prokurorluğunda ona təqdim olunmuş 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderdə “Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı – X” sözləri və onun soyadı yazılmış qrafalarda imzalar müvafiq olaraq X və onun tərəfindən icra edilməmiş, həmin sənədə saxta möhür vurulmuşdur. Bu baxımdan hesab edir ki, həmin order saxtadır, lakin orderin kim tərəfindən, hansı məqsədlə və nəvaxt saxtalaşdırılmasını o, bilmir. Məhkəmə kollegiyası həm təsvir edilmiş ifadələrdən, həm də iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş digər sübutlardan çıxış edərək qeyd edir ki, hşazırki iş üzrə Məhkumə qarşı CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasına qoyulmuş 14 iyun 2007-ci il tarixli orderin bir sıra rekvizitlərinin naməlum şəxs tərəfindən və naməlum şəraitdə həqiqətən də saxtalaşdırılması mübahisə doğurmur və həm ibtidai araşdırma orqanının, həm də məhkəmələrin bu haqda gəldikləri nəticə əsaslıdır ona görə ki, həmin nəticə aşağıdakı sübutlara əsaslan mışdır. Belə ki, 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderdən görünür ki, həmin orderin üzərində ünvan 4in olması, mənzildə 18 may 1931-ci il təvəllüdlü X4, 20 oktyabr 1939-cu il təvəllüdlü X6, 09 avqust 1964-cü il təvəllüdlü X7, xx xxxxxx 1971-ci il təvəllüdlü Şahid1 və 21 fevral 1986-cı il təvəllüdlü X10 qeydiyyatda olmaları, orderin Yevlax şəhər İcra Hakimiyəti Başçısının 13 iyun 2007-ci il tarixli 65 No-li sərəncamı əsasında verilməsi, sənədin Yevlax şəhər İcra Başçısı X və Şəhər İctimai Mənzil Komissiyasının katibi Şahid2 tərəfindən imzalanması qeyd edilmiş, orderin üzərinə isə “Sənədlər üçün” möhür vurulmuşdur. Göstərilən orderə vizual baxışla müəyyən edilir ki, həmin sənədin üz tərəfindəki "13 iyun 2007-ci il” yazısındakı “2007” rəqəmindəki "07” yazısı qaralanmışdır. İbtidai aradı rma zamanı təsvir edilən məlumatların həqiqətə uyğun olub-olmamasını müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialına sorğu verilmiş və həmin sorğuya cavab olaraq göstərilən filialdan təqdim olunmuş 08 aprel 2021-ci il tarixli 21/10 nömrəli məktuba görə, Yevlax Dövlət Arxivində mühafizə olunan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 2007-ci ilə dair sərəncamları izlənilərkən müəyyən edilmişdir ki, 11 iyun 2007-ci il tarixli 110 nömrəli sərəncamdan sonra 14 iyun 2007-ci il tarixli 11 nömrəli sərəncam verilmişdir. 13 iyun 2007-ci il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının sərəncamı olmamış, 65 nömrəli sərəncam isə 20 mart 2007-ci il tarixdə rayonun ictimai, siyasi həyatında, şəhərdə aparılan tikinti, abadl ıq quruculuq işlərində fəal iştirak etdiklərinə görə Novruz Bayramı münasibəti ilə bir qrup şəxsin Şəhər İcra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilməsi barədə verilmişdir. Sənədlərin məhkəmə-texniki ekspertizasının 20 may 2021-ci il tarixli 4/541 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən rayon prokurorluğuna təqdim edilən 22 aprel 2013-cü il tarixli 17 nömrəli orderdəki yazılar, həmçinin orderdə Şəhər Mənzil İstismar Komissiyasının katibi qrafasındakı imza Şahid2 tərəfindən icra olunmuşdur. 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderdə Yevlax şəhər İcra Hakimiyyəti Başcısı qrafasındakı imza X tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin orderdəki yazılar, həmçinin orderdə Şəhər Mənzil İstismar Komissiyasının katib i qrafasındakı imza Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan başqa, eyni ekspertizanın 20 may 2021-ci il tarixli 5\xxx-5\xxx saylı rəyi ilə müəyyən edilmşdir ki, tədqiqata təqdim edilmiş X4 adına olan 14 iyun 2007-ci il tarixli 43 nömrəli və 22 aprel 2013-cü il tarixli 17 nömrəli orderlərin çap mətnləri lazer printer vasitəsi ilə çap edilmişdir. Həmin orderlərin üzərində olan möhür əksi relyef klişedən sənədlərin üzərinə birbaşa vurulmuşdur. 14 iyun 2007-ci il tarixli orderin üzərində olan "Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyətinin Başcısı SƏNƏDLƏR ÜÇÜN” məzmunlu möhür əksi eyni məzmunlu eksperimental əks numunəsi ilə eynilik təşkil etmir, orderdə imzalar əvvəl icra edilmiş, sonra isə möhür əksi vurulmuşdur. Sənədlərin məhkəmə-texniki ekspertizası nın digər - 30 dekabr 2021-ci il tarixli 5/1370 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderin üz tərəfindəki “13 iyun 2007-ci il” yazısındakı “2007” rəqəmlərindən “07” rəqəmlərinin yerində əvvəlcə 10 çap rəqəmləri olub, sonradan mexaniki üsulla pozma aparılaraq üzərinə “07” rəqəmləri qələmlə icra edilmişdir. Məhkəmə-tikinti-texniki ekspertizasının 13 iyun 2022-ci il tarixli 10/2195-9/2450 saylı rəyindən göründüyü kimi, ünvan 4inin 14,9 kv.m, və 15,0 kv.m ölçülərdə iki yaşayış otağından və həmin otaqlara bitişik əlavə edilmiş tikililərin sahəsi 16,1 kv.m olan bağlı eyvandan, sahəsi 10,7 kvm olan mətbəxdən və sahəsi 15,0 kvm olan anbar tikililərdən ibarət olduğu müəyyən edilmişdir. Təhlil edilən sübutlardan göründüyü kimi, hazırki cinayət i şi Məhkumə istinad olunan cinayətin predmeti olan 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderdəki məlumatların əksəriyyəti (orderdə göstərilən mənzilin ilkin otaqlarının sayı və sahəsi, orada həmin dövrdə yaşamış şəxslərin sayı və anket məlumatları) həqiqətə uyğun olsa da, sənədin digər rekvizitləri saxtalaşdırılmışdır. Bununla belə məhkəmə kollegiyası əvvəla qeyd etməyi lazım bilir ki, nə ibtidai araşdırma orqanı, nə dəki işə mahiyəti üzrə baxmış məhkəmələr tərəfindən ilk növbədə Məhkumin atası X4in 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderdə göstərilən mənzili 1963cü ildə alarkən ona bu mənzildə ailə üzvləri ilə birlikdə yaşamaq hüququnu müəyyən edən orderin verilib-verilməməsi, həmin orderin kötüyünün Yevlax şəhər İcra Hakimiyyətində və ya arxivdə saxlanılıb-saxlanılmaması, 2007-ci il də verilmiş orderin də kötüyünün olubolmaması, 2003-cü ildə həqiqətən Yevlax şəhərində su basqınının baş verib-verməməsi, bunun nəticəsində isə həm orderdə göstərilən (X4in ailəsi ilə birlikdə yaşadığı), həm də eyni ərazidə yerləşən barak tipli evləri su basıb-basmaması, buna görə X4ə verilmiş orderin itməsi və ya yararsız hala düşməsi, bundan sonra isə sonuncunun həqiqətən yeni order verilməsi üçün 2007-ci ildə Yevlax şəhər İcra Hakimiyyətinə müraciət edib-etməməsi, əgər etmişdirsə onun bu müraciətinin təmin olunub olunmaması, təmin olunduğu təqdirdə isə ona ya 14 iyun 2007-ci il tarixli, yaxud da başqa orderin və kim tərəfindən verilibverilməməsi, bu dövrdə Məhkumin də, orderdə göstərildiyi kimi, ailə üzvləri ilə (arvadı və oğlu ilə birlikdə) Yevlax şəhərində atasına məxsus mənzildə ya şayıb-yaşamaması (iş materiallarına əsasən hal hazırda Məhkum Bakı şəhərində qeydiyyatdadır və orada yaşadığından bu halın müəyyən edilməsi, yəni onun Bakı şəhərində orderin verildiyi tarixdən əvvəl və ya bundan sonra qeydiyyata düşərək orada yaşaması onun saxta sənəddən istifadə etməsinin müəyyən edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir) aydınlaşdırılmamış, bunlarla bağlı isə həm Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaşlara orderlərin verilməsinə məsul olan şəxslər, həm də X4lə eyni ərazidə barak tipli evlərdə yaşayan sakinlər müəyyən edilərək dindirilməmiş, göstərilən məsələlər üzrə müvafiq orqanlara sorğular verilib cavablar alınmamışdır.. Halbuki, yuxarıda qeyd olunduğu kimi, Məhkum cinayət təqibi zamanı, o cümlədən məhkəmə iclasında dəfələrlə göstərmişdir ki, orderin surətini n verilməsi üçün Yevlax şəhər İcra Hakimiyətinə müraciəti onun atası X4 etmiş, 14 iyun 2007-ci il tarixli 43 saylı order onun atasına qonşuları Şahid2 şəxsən gətirib təqdim etmiş və əgər həmin order saxtalaşdırılmışdısa da, bunu Şahid2 və ya İcra Hakimiyyətinin başqa işçiləri etmiş, onun isə həmin orderin saxta olmasından xəbəri olmamışdır. O, sadəcə mənzilin arvadı Şahid1 adına özəlləşdirilməsi üçün mənzildə saxlanılan həmin orderi götürüb digər sənədlərlə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin 17 saylı Ərazi İdarəsinə təqdim etmiş və onun həmin mənzilə çıxarış almaq məqsədilə bilə-bilə saxta sənədlərdən istifadə etmək niyyəti olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, istər ibtidai araşdırma orqanı, istərsə də işə mahiyyəti üzrə baxmış məhkəmələr Məhkumə CM-nin 320.2-ci madd əsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi barədə nəticəyə gəlsələr də, toplanmış və araşdırılmış sübutların təhlilinə görə, həmin sübutlar belə nəticəyə gəlmək üçün kifayət etmir, bunun üçün isə yuxarıda təsivr edilmiş halların müəyyən edilməsi, habelə Məhkumin ifadələri ilə digər sübutlar arasında, ilk növbədə Şahid2 ifadələri ilə ziddiyyətlərin aradan qaldırılması üçün əlavə araşdırmanın aparılması tələb olunur. Məhkumin verdiyi ifadələrin fövqündə məhkəmə kollegiyası həmçinin cinayət qanunvericiliyinin tələblərinə müraciət etməyi və CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərini təfsir verməyi zəruri sayır. Cinayət Məcəlləsinin 34-cü fəslində idarəetmə əleyhinə olan cinayətlərə aid edilmiş CM-nin 320.1-ci maddəsində hüquq verən və ya v əzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmağa, CM-nin 320.2-ci maddəsində isə bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu normaların tələbinə və mənasına əsasən, həmin normalarda nəzərdə tutulmuş cinayətlər yalnız birbaşa qəsdlə törədilməlidir, yəni şəxs belə qəsdlə CM-nin 320.1-ci maddəsində sadalanmış sənədləri bu və ya digər üsullarla saxtalaşdırmalı, şəxsin CM-nin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilərkən isə onun istifadə etdiyi sənədin saxta olmasının bilməsi, yəni göstərilən əməli də birbaşa qəsdlə törətməsi müəyyən edilməlidir. CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. İstifadə etmə dedikdə saxta rəsmi sənədin (vəsiqənin və ya digər rəsmi sənədin), onun saxta olduğunu qabaqcadan bilən şəxs tərəfindən hər hansı bir hüquq (üstünlük, güzəşt, imtiyaz) əldə etmək və ya müəyyən bir vəzifənin icrasından tam və ya qismən azad olmaq məqsədi ilə dövlət orqanlarına, bələdiyyələrə və onların vəzifəli şəxslərinə, hüquqi şəxslərə və vətəndaşlara təqdim olunması başa düşülür. CM-nin 320.2-ci maddəsinin subyektiv cəh əti qiymətləndirilərkən nəzərə alınmalıdır ki, saxta sənədlərdən istifadə edən şəxsin onun saxta olduğunu bilməsi zəruridir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şəxs CM-nin 320.1-ci maddəsində göstərilən sənədi və ya sənədləri bu və ya digər məqsədlər üçün istifadə etmiş olsa da, onun həmin sənədin saxta olmasını bilmədikdə, belə şəxsin CM-nin 320.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddə ilə təqsirli bilinməsi istisna olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz hüquqi mövqeyini müəyyən edərkən CM-nin 3-cü maddəsinin tələbindən çıxış edərək vurğulamışdır ki, cinayət hüququnun mühüm prinsiplərin dən olan qanunçuluq prinsipinə uyğun olaraq yalnız Cinayət Məcəlləsində nəzərdə tutulan halda əməlin cinayət sayılmasına, belə əməli törədən şəxsin təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə yol verilir. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Qanun cinayət sayılan əməlləri müəyyən edərkən həmin əməl üçün xarakterik olan əlamətləri də göstərir. Məhz bu əlamətlərin köməyi ilə törədilən hər hansı əməlin cinayət hüquq normasında nəzərdə tutulan cinayət olub-olmaması müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllər in cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyindən belə nəticə hasil olur ki, şəxsin törətdiyi əməldə hər hansı cinayətin bir və ya bir neçə zəruri əlamətlərinin (cəhətlərinin) olması müəyyən edilmədikdə onun bu əməlinin cinayət sayılması və belə əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunması cinayət qanunvericiliyin və cinayət mühakimə icraatının təməl prinsiplərinə ziddir və yolverilməzdir. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlardan isə Məhkumin saxta orderdən məhz birbaşa qəsdlə istifadə etməsi, yəni bundan əvvəl onun həmin orderin saxta olmasından məlumatının olması müəyyən edilməmiş və məhkəmələr onun CM-nin 320.2ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən bu halı sonadək araşdırmamışlar. Belə vəziyyətdə isə, yəni iş üzrə natamam araşdırma aparılması vəziyyətində apellyasiya instansiyası məhkəməsinin kas sasiya qaydasında mübahisələndirilən 09 fevral 2023-cü il tarixli hökmünün qanuni, əsaslı və ədlalətli olub-olmaması barədə qənaətə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kollegiya CPM-nin 419-cu maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını yoxlayarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin 10 nolyabr 2022-ci tarixli hökmünə və bu hökmlə qismən razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, Məhkum 14 iyun 2007ci il tarixli 43 nömrəli saxta orderlə yanaşı həm də Şahid1 adından imzaladığı və ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəf indən saxta hesab edilmiş 21 oktyabr 2020-ci il tarixli ərizəsindən istifadə etməyə görə də CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin ərizə hüquq verən və vəzifədən azad edən sənəd hesab edilmədiyindən məhkum olunmuş şəxsin bu ərizəni imzalaması əməlini CM-nin 320.1-ci maddəsindən nəzərdə tutulmuş cinayət hesab etməmiş və buna görə də ona CPM-nin 42.1.2-ci maddəsinə əsasən, yəni əməlində cinayət tərkibinin olmaması əsası ilə ona həmin maddə ilə bəraət vermişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi Məhkumin CM-nin 320.2-ci maddəsi təqsirli bilinməsi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşıb özünün gəldiyi nəticəyə zidd olaraq belə qənaətə gəlmişdir ki, Məhkumin 21 oktyabr 2020ci il tarixli əriz ədən istifadə etməyə görə də CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinməsi düzgündür, lakin ittihamın bu epizodunun həmin ittihamdan xaric edilməsi mümkünlüyünü müzakirə etməyərək təhlil edilən məsələyə qanunun tələblərinə uyğun şəkildə münasibətini bildirməmişdir. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan evə baxış keçirilməsi haqqında 11 fevral 2022-ci il tarixli protokola əsasən, ünvan 4-ə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin mənzil əsas 2 otaqdan ibarətdir. 1-ci otağın eni 3,40 sm, uzunluğu 4,30 sm, hündürlüyü, 285 sm-dir, 2-ci otaq uzunluğu 4,30 sm, eni 3,50 sm və hündürlüyü isə 2,85 sm olmuşdur. Bundan başqa həmin mənzilə əlavə olaraq 6,33 sm uzunluqda, 3,84 sm enində zal, zalın qarşısında eni 5,20 sm, uzunluğu isə 6,33 sm olan açıq sey van vardır. Seyvanın baş tərəfində uzunluğu 5,68 sm, eni 153 sm otaq və zalın baş tərəfində isə eni 2,25 sm, uzunluğu isə 4,74 sm mətbəx vardır. "xxxx" MMC-nin 18 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən barak (fin) tipli fərdi yaşayış evinə mühəndislər tərəfindən baxış keçirilmiş, mənzilin əsas 2 otaqlarının ümumi sahəsi 29, 67 kv. m, otaqlara edilmiş əlavə tikilinin sahəsi isə 80.54 kv.m-dir. 22 aprel 2013-cü il tarixli 17 nömrəli orderdə isə göstərilən mənzilin 22 kv.m ölçüdə bir otaqdan ibaərt olması qeyd edilmişdir. Göründüyü kimi, bir-biri ilə bağlı olan sənədlərdə mənzilin yaşayış sahəsinin ölçüləri üst-üstə düşmür. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında isə bu ziddiyyətli məsələyə də ümumiyətlə aydınlaq gətirilməmiş və eyni zamanda müdaf iəçi E.M.Məmmədovun kassasiya şikayəti ilə eyni məzmunda olan apellyasiya şikayətinə məhkəmə baxışı iclasında onun həmin şikayətinə münasibəti öyrənilsə də müraciətin dəlillərinə əsalandırılmış şəkildə inandırıcı cavablar verilməmişdir. Məhkəmə kollegiyası Məhkumin barəsindəki iş materiallarını və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktını təhlil edib yuxarıda göstərilən işin hallarından və qanunvericiliyin tələblərindən, onlara verilmiş şərhlərdən və izahlardan çıxış edərək həmin qərarın əsaslandırılmış və qanuna müvafiq qaydada qəbul edilmiş məhkəmə aktı kimi qiymətləndirilməsini mümkün bilmir ona görə ki, hazırki iş üzrə göstərilən qərardan verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun olan eyni dəlillərlə verilmiş apellyasiya şikay ətinə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqı aparmadan, yəni heç bir sübüt araşdırmadan yalnız ümumi cümlələrlə bu dəlillərə cavab verib yeni hökm çıxarmışdır. Hərçənd, qanunvericiliyin tələbləinə əsasən, məhkəmənin hər bir hökmü məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilmiş bütün çatışmazlıqların və ziddiyətlərin aradan qaldırılması, işin faktiki hallarının düzgün müəyyən edilməsi, o cümlədən Məhkumə qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamın əsaslı olubolmaması barədə kifayətedici nəticəyə gəlmək üçün iş üzrə təkrar araşdırmanın aparılması labüddür. Yuxarıda təsvir edilənlərdən görünən odur ki, apellyasiya instansiyası məhkəməsi zəruri olmasına baxmayaraq apellyasiya şikayətinin dəl illərini əsaslı şəkildə yoxlamaqdan, yəni bu dəlillərə cavab verilməsi, işə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada qiymətləndirilməsini təmin etməməklə CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermiş və bu pozuntunun aradan qaldırılmadan Məhkumin ona qarşı CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi barədə qəti fikir yürütmək mümkün deyil. Buna görə, məhkəmə kollegiyası Məhkumin müdafiəçisi E.M.Məmmədovun verdiyi kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və həmin şikayətin apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması hissədə təmin edilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstəril ənlərə əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi E.M.Məmmədovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, kassasiya şikayətinin qismən təmin olunmasını, Məhkumin CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli hökmünün isə ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci madd əsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti qismən təmin edilsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli hökmü ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-1402/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1402/2023
29.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver