Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1402/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi X1 və Zərərçəkmiş şəxs iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-712/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx xxxx-cı il tarixdə Xaçmaz rayonunun Bostançı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “XXX” istirahət mərkəzində bağban işləmiş, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Bostançı kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 07 dekabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 dekabr 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə v erilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 24 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən “XXX” İstirahət Mərkəzindəki 4 mərtəbəli kotecin arxasında qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs yad kişi ilə ona xəyanət etməsi, 2023-cü ilin avqust ayının əvvəllərində azyaşlı övladını götürüb evi tərk etməsi və artıq onu istəməməsi səbəbindən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürmək qərarına gəlmiş, həmin niyyətlə azyaşlı övladının gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə üzərində gəzdirdiyi ümumi uzunluğu 167 mm olan, soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs həyat üçün vacib əhəmiyyətli orqanların yerləşdiyi nahiyələrinə qəsdən çoxsaylı və ardıcıl bıçaq zərbələri vuraraq sonuncuya “iki tərəfli hemopnevmotoraksla müşaiyət olunmuş döş boşluğuna nüfuz edən iki ədəd deşilmişkəsilmiş yara, dalağın, piyliyin və qara ciyərin zədələnməsi ilə müşahidə olunmuş qarın boşluğuna nüfuz edən 5 ədəd deşilmiş-kəsilmiş yara” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, habelə “bədənin müxtəlif nahiyələrinin boşluqlara nüfuz etməyən 11 ədəd deşilmiş-kəsilmiş yaraları” kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, lakin ətrafda olan şəxslər tərəf indən köməklik göstərilərək Zərərçəkmiş şəxs “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin cərrahiyyə şöbəsinə yerləşdirilib həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində sonuncunun həyatının xilas edilməsi səbəbindən bilavasitə qəsdən adam öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da o, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etmiş, yəni xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.
5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-426/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 24 avqust 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Hacıyev Vüsal Murtuzəli oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsin azyaşlı övladı faktiki olaraq onların yanında olmamış və hadisəni görməmişdir. Buna görə də göstərilən hadisədə xüsusi amansızlıqdan ümumiyyətlə söhbət gedə bilməz. Həmçinin iş üzrə zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı hadisə baş verdiyi vaxt azyaşlı övladını görmədiyini və uşağın onlardan kənarda olduğunu bildirsə də, məhkəmə ibtidai istintaq zamanı hansı şəraitdə alınması məlum olmayan ifadələrə əsaslanmış, məhkəmə istintaqı zamanı məlum olan işin faktiki hallarını nəzərə almadan formal cümlələrlə təqsirləndirilən şəxsin ədalətsiz şəkildə cəzalandırılması barədə hökm çıxartmışdır. Hansı ki, cinayət qanunvericiliyində məhkəmə araşdırması zamanı toplanan sübutlar əsasında hökm çıxarılması göstərilmişdir. Eləcə də, Məhkum niyyəti zərərçəkmiş şəxsi öldürmək olmamış, əgər elə olsa idi o, dərhal zərərçəkmişin dayısına zəng edərək onu təcili xəstəxanaya çatdırmasını istəməzdi. Bununla yanaşı, zərər çəkmiş şəxs hadisə zamanı yerə yıxılarkən müqavimət göstərmək iqtidarında olmamış və Məhkum onu öldürmək istəsə idi rahatlıqla yerdə onu həyatdan məhrum edə bilərdi. Buna görə də hesab edir ki, Məhkum törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməlidir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-712/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-426/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Apellyasiya şikayətində göstərilən eyni dəlillərə istinad edən kassasiya şikayətinin müəllifi, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinin sübuta yetirilmədiyini və əməlinin düzgün tövsif edilmədiyini iddia edib, bu səbəblə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-712/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarının ləğv olunmasını, məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsindən eyni Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməsini xahiş edir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələ lər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərin ə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qər arı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini, həmçinin ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-712/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın n əticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə müdafiəçisinin dəlillərini əsassız hesab edir.
22. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış v ə birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilməsə də, onun həmin cinayəti törətməkdə təqsiri özünün istintaq dövründə verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadəsi, şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, bıçağa və paltarlara baxış keçirilməsi haqqında protokollar, əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol, digər istintaq və məhkə mə hərəkəti protokolları, ekspertiza rəyləri, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Belə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq Məhkum zərərçəkmiş şəxsə bıçaqla vurduğu xəsarətlərin həyat üçün vacib orqanlara yetirildiyini, zərərçəkmiş Zərərçəkmiş şəxs qızlarının gözü qarşısında bıçaqla vurduğunu nəzərə almış, bu səbəbdən məhkumun onun niyyətinin məhz zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlməsi, lakin zərərçəkmiş şəxsin qışqıraraq kömək istəməsinin nəticəsi olaraq sonuncunu vurmağı dayandırması və dərhal hadisə yerindən qızını da götürüb uzaqlaşması, məhkumun öz iradəsindən asılı olmayan səbəb lərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməməsi haqda qənaətə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
26. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin dəyişdirilməsi ilə bağlı cəzasının yüngülləşdirilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əməlin hüquqi tövsifinin düzgün müəyyən edilməsi ilə yanaşı məhkuma təyin edilmiş cəzaya münasibətdə də apellyasiya instansiyası məhkəməsi əsaslı nəticəyə gəlmişdir.
27. Belə ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 63.3 və 60.1-ci maddələrinin tələblərinə əsaslanmaqla, məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,120.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq olmayan həddə - 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.
28. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsinin yeni apellyasiya baxışının nəticəsində qəbul etdiyi mübahisələndirilən qərarında eyni əsaslarla təsdiqlənmişdir.
29. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası həmin məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsəd inə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
30. Yuxarıda təsvir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProses sual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-712/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-712/2024 nömrəli, 19 de kabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.