Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1411/2022 15.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli, 1(103)-843/2022 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 22 sentyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. İttiham aktına əsasən o, 20 yanvar 2021-ci il tarixdə, saat 02:30 radələrində şəxsiyy ətləri istintaqa məlum olmayan bir qrup şəxs halında birləşərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə ünvan 3 ünvanında küçədə mübahisə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, əxlaq normalarına zidd, ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeydlik göstərib sonuncunu qəsdən döyüb yerə yıxaraq ona sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sol əlin, sağ və sol diz oynağının sıyrıqları xəsarətləri yetirib qərəzli xuliqanlıq hərəkətləri edib, sonra isə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq küçə söyüşləri söyüb, boğazından tutaraq boğaraq yerə yıxmaq istədiyi üçün, Məhkum üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs bel nahiyəsinə bir dəfə qəsdən vuraraq ona onurğa ətrafı arteriya şaxəsinin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan kürək nahiyəsinin döş boşluğuna nüfuz edən yetirildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. 3. 07 oktyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(101)-217/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və həmin maddə ilə 03 il müddə tə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 03 mart 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi də həll edilmişdir.
5. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığını, nəticədə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan ittihama bəraət verildiyini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi, xarakteri və şəxsiyyətini nəzərə alınmadan təqsirli bilindiyi Azərbaycan Respub likası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edildiyini qeyd etməklə, hökmün müvafiq hissələrdə ləğv edilməsini, Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinməklə X4 cinayət qanunvericiliyin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci tarixli, 1(103)-843/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli, 1(103)-843/2022 nömrəli qər arından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmələr X2 əməlinin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gəlməmişlər. Məhkəmələr hansı səbəbdən zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaqda, eləcə də məhkəmədə verdikləri ifadələrini sübut kimi qəbul etməməsi və buna hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, onların gəldiyi nəticələri işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmələr bir sübutun qəbul, ittihamın əsaslandırılması üçün göstərilmiş digər sübutların rədd edilməsinin motivlərini göstərmədən, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin verdiyi səmimi və etirafedici ifad əsinə, eləcə də şahidlərin ibtidai istintaq zamanı verdikləri obyektiv ifadələrinə və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmadan qərar qəbul etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 353.2.2-ci maddəsinə görə isə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri ittiham hökmünün təsviri əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bu da ictimai təhlükəli əmələ hüquqi qiymət verilməsinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən hal olmuşdur. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli, 1(103 )-843/2022 nömrəli qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və y a qərar qəbul edilərkən maddi və ya prosessual cinayət-hüquqi normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulduğunu, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli, 1(103)-843/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-nin 221ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qab aqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı, 20 may 2011-ci il).
17. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsinin təhlili nəticəsində müvafiq vahid məhkəmə praktikasının formalaşdırılması məqsədi ilə qəbul etdiyi Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyəti müəyyən edən 221-ci maddəsinin mə tnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı sayma mazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi basa düşülür (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, № 1, § 2, 23 mart 2004-cü il).
18. Eyni məqsədlə qəbul etdiyi digər sənəddə Azərbaycan Respublikası Ali Məhkəməsi müəyyən etmişdir ki, xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığınd an, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Bu səbəbdən (yəni, əgər təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq motivindən irəli gəlirsə və xaraktercə ictimai qaydanın, hamılıqla qəbul edilmiş dav ranış qaydalarının kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsiziliyin ifadə edilməsi kimi təzahür edirsə) vacib deyil ki, əməl ictimai yerdə, başqalarının gözü qarşısında törədilsin (“Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalı).
19. Baxılan cinayət işinin hallarından göründüyü kimi, məhkum X5 tanışı (cinayət işi üzrə şahid) Şahid1 oğlu ilə aralarında müəyyən miqdarda pul vəsaiti üzərində yaranmış mübahisəni səbəb edib, ətrafına şəxsiyyəti məlum olmayan bir neçə şəxsi toplamaqla saat 01 radələrində Şahid1, onun tanışları olan zərərçəkmiş və digər şəxslərlə birlikdə qonaq olduqları mənzilin yerləşdiyi evin həyəti nə gəlmiş və yaranmış mübahisəni həll etmək məqsədilə Şahid1 həyətə düşməsini təkidlə tələb etmişdir. Şahid1 və tanışları bunu etməkdən əvvəl boyun qaçırsalarlar da, gecə vaxtı həyətyanı sahədə yaranan narahatçılığın qarşısını almaq məqsədilə Zaur Salamovun tələbini icra etmişlər. Bundan sonra onlar arasında dava-dalaşlı münaqişə yaranmış (həmin dava-dalaş zamanı zərərçəkmişə həmçinin digər xəsarətlər yetirilmiş) və nəticədə Zaur Salamov üzərində gəzdirdiyi bıçaqla zərərçəkmişi vurub, sonuncuya insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.
20. Təsvir edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, Şahid1lə aralarında borca görə hər hansı narazılıq olsa belə, yaranmış vəziyyəti qüvvədə olan qanunvericiliklə müəyyən edilən qayda və y a cəmiyyətdə insanlar arasında təşəkkül tapmış normalara uyğun həll etmək əvəzinə, Zaur Salamov özünün ictimai qaydalardan üstün olduğunu zən etməklə və bunu açıq formada göstərməklə Şahid1 “məsələyə aydınlıq gətirmək” məqsədini daşıyan görüşdə təkidlə iştirak etməsini tələb etmiş, üstəlik qanunazidd hərəkətlərindən irəli gələn mümkün nəticələri gerçəkdən dərk etdiyini həmin görüşə üzərində bıçaq aparmaqla nümayiş etmişdir, belə olan halda isə əməlin hətta ictimai yerdə, başqalarının gözü qarşısında törədilməsi halı vacib amil təşkil etmir.
21. Cinayət hadisəsinin məhz bu tərzdə baş verməsi Zərərçəkmiş şəxs, şahidlər Şahid1 oğlu, Şahid3 və Şahid2 Arif oğlunun ifadələri, eləcə də keçirilmiş məhkəmətibbi ekspertizalarının rəyləri ilə təsdiqlənsə də, məhkəmələr Azərbaycan Respublikası CPM-nin 353.2 və 353.2.2-ci maddələrinin tələbinə (məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir) riayət etməmiş, məhkum X2 ifadəsinə üstünlük verib, qeyd edilən şəxslərin ifadələrinin nəzərə almadıqlarını heç bir formada əsaslandırmamışlar.
22. Bu məqamda məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr qərarlarında ibtidai araşdırma orqanı tərəfindən məhkum X4 Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə verilmiş ittihamı təsvir etsələr də, onların özünün hazırki cinayət işi üzrə müəyyən və sübuta yetirilmiş hesab etdikləri cinayət əməlinin təsvirini ümumiyyətlə əks etdirməmişlər.
23. Halbuki, Azərbaycan Respublikası CPM-nin 353.2 və 353.2.1-ci maddələrinin tələblərinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, № 15, § 29, 24 dekabr 2021-ci il).
24. Azərbaycan Respublikası CPM-nin 398.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsinin hökmü həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır.
25. Qeyd edilənlərin nəticəsi olaraq, hazırki cinayət işində məhkəmələr qərarlarının təsviri-əsaslandırıcı hissələrində ya lnız cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələrini əks etməklə kifayətlənərək, Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməməsi və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarkən, xuliqanlıq niyyətində olmadığı barədə nəticəyə gəlmiş, buna dair hər hansı əsaslandırmanın təfsirinin verilməsini təmin etməmiş, eyni zamanda Zərərçəkmiş şəxs döyülməsi nəticəsində sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sol əlin, sağ və sol diz oynağının sıyrıqları xəsarətlərinin yetirilməsi halını ümumiyyətlə nəzərdən qaçırıb, cinayət işinin bu halına dair heç bir münasibətini bildirməmişlər.
26. Belə olan halda, apellyasiya instansiyası məhkəməsini n Məhkum hazırki qərarın 19-cu paraqrafında cinayət işinin müəyyən edilmiş hallarına uyğun olaraq təsvir edilən əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibinin olmaması haqqında nəticəsi, sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə, yəni tam, hərtərəfli və obyektiv araşdırılmasına, eləcə də cinayət qanunvericiliyi normalarının, o cümlədən Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirilə bilməz.
27. Qeyd edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntulara yol verdiyini göstəri r.
28. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 aprel 2022-ci il tarixli, 1(103)-843/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 aprel 2022-ci il tarixli, 1(103)-843/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.