Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1418/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2022-ci il tarixli, 1(099)-493/2022 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin 16 noyabr 2024-cü il tarixli, 1(099)-493/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 1(106)-229/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X11 (sədrlik edən), X8 və X3 ibarət məhkəmə tərkibində) 2 avqust 2022-ci il tarixli, 1(099)-493/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum hökmdən apellyasiya şikayətini və apellyasiya şikayəti ilə bağlı prosessual müddətin bərpasına dair vəsatəti 7 noyabr 2024-cü il tarixində məhkəməyə daxil olmuş, Məhkum prosessua l müddətin bərpa edilməsinə dair vəsatətdə (ərizədə) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X11) 16 noyabr 2024cü il tarixli, 1(099)-493/2022 nömrəli qərarı ilə Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2022-ci il tarixli, 1(099)-493/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan məhkum apellyasiya şikayəti verərək, şikayətin verilməsi müddətinin ötürülməsinin səbəbi kimi hüquqi savadsız olmasını qeyd etmişdir. Müddətin bərpasından imtina barədə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 1(099)493/2022 nömrəli qərarının ləğv edilməsini, müddə tin bərpa edilməsini və onun işinə apellyasiya qaydasında baxılması haqqında qərar çıxarılmasını xaһiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət məhkəmə tərkibində) 22 yanvar 2025-ci il tarixli, 1(106)229/2025 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 1(099)-493/2022 qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 1(106)-229/2025 nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhku mun kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə, hüquqi savadsızlığına görə hüququndan vaxtında istifadə edə bilmədiyini qeyd edib, məhkəmədən hüquqlarının bərpa edilməsi məqsədi ilə, buraxılmış prosessual müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Prosses iştirakçılarının çıxışları: Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2022-ci il tarixli, 1(099)-493/2022 nömrəli hökmü elan olunarkən Məhkum müdafiəçisi Müdafiəçi1 ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayəti veri lmə müddəti və qaydası onlara izah olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2022-ci il tarixli, 1(099)-493/2022 nömrəli hökmünün surəti 24.8.2022-ci il tarixdə Məhkum imza etdirilməklə təqdim olunmuşdur. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni birinci instansiyası məhkəməsinin 16 noyabr 2024-cü il tarixli qərarında müəyyən etdiyi kimi, onun Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2022-ci il tarixli hökmünü ape llyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 2 il 2 ay 4 gün vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum kassasiya şikayətinin dəlilləri qismində müddəti ötürməsi əlaqədar hər hansı əsaslı hala istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2022-ci il tarixli, 1(099)-493/2022 nömrəli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu an dan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüququndan istifadə etməmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmi n müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də, kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin ü zrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı dəlil göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2022-ci il tarixli, 1(099)-493/2022 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin 16 noyabr 2024-cü il tarixli, 1(099)-493/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 1(106)-229/2025 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1418/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1418/2025
22.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver