Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1437/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Məhkum, məhkum T əqsirləndirilən şəxs və onun müdafiəçisi Abasov Əliövsəd Məzahir oğlunun və tərcüməçi Rzayeva Zeynəb Azad qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2024-cü il hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2024-cü il hökmü ilə (hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrl ik edən və məruzəçi), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsində yaşamış, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017ci ilin noyabr ayında ünvan 3 ünvanında yerləşən “Cafe Park” restoranında Zərərçəkmiş şəxs3 həmin dövrün məzənnəsi ilə 59.500 manat təşkil edən 35.000 ABŞ dolları pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda, yəni 59.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi əməlində cinayət tərkibi olmadığından həmin epizod üzrə bəraət verilmiş, ittihamın qalan epizodları üzrə isə Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs, 7 iyun 1979-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində cinayət törədərkə n on dörd yaşına çatmamış, hal-hazırda isə yetkinlik yaşına çatmamış bir uşağı olan, hər hansı əmək fəaliyyəti ilə məşğul olması barədə iş materiallarında məlumat olmayan, əvvəllər Nəsimi Rayon Məhkəməsinin 27 may 2011-ci il tarixli hökmü ilə CM-in 131 və 314.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 79.1-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın çəkil məsi azyaşlı övladı - 26 mart 2011-cü il təvəllüdlü X12 14 yaşına çatana qədər təxirə salınmış, Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi isə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmişdir. Hökmlə həmçinin zərər çəkmiş şəxslər – mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddialar təmin edilərək 40.000 ABŞ dolları və 45.000 ABŞ dolları məbləğində pulların hökmün icra olunduğu gün manatla məzənnəsi ilə hesablanıb mülki cavabdehlər Məhkum və Təqsirləndirilən şəxs müştərək qaydada tutularaq həmin məbləğlərdə pulların müvafiq olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs4 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs4 həmin dövrün məzənnəsi ilə 93.500 manat təşkil edən 55.000 ABŞ dolları pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 külli miqdarda, yəni 93.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bun dan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə həmin vaxtlar arvadı olmuş Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qohumu Zərərçəkmiş şəxs1 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan cinayətkar məqsədini pərdələmək, habelə cinayət əməlini başa çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs vasitəsi ilə 29 oktyabr 2017-ci il tarixdə ünvan 6 ünvanında sonuncunun anası Şahid6 adından Zərərçəkmiş şəxs1ə 29 oktyab r 2017-ci il tarixli, ƏN-1 680141 saylı bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, almaq, satmaq, bağışlamaq və digər hüquqları verən etibarnaməni göndərib pulun qaytarılmadığı halda guya həmin etibarnamə əsasında Lyudmila Kondratyevnaya məxsus olan “Range Rover” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili istədiyi vaxt sata biləcəyini bildirsə də həmin avtomobili və ona dair mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməyib özü həmin vaxt Rusiya Federasiyasında olduğu üçün 30 oktyabr 2017-ci il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs vasitəsi ilə eyni ünvanda Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə 76.500 manat təşkil edən 45.000 ABŞ dolları pulu alıb ələ keçirərək qabaqcadan olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Təqsirlə ndirilən şəxs ilə aralarında bölüşdürüb sonradan təminat olaraq göstərdikləri ‘‘Range Rover” markalı avtomobili Zərərçəkmiş şəxs1 ələ keçirilən əmlakını tələb etməzdən əvvəl başqasına sataraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 76.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə həmin vaxtlar arvadı olmuş Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qohumu Zərərçəkmiş şəxs2 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan cinayətkar məqsədini pərdələmək, habelə cinayət əməlini başa çatdırmaq məqsədilə 12 fevral 2018-ci il tarixdə Təqsirləndirilən şəxs vasitəsi ilə ünvan 13 ünvanında Zərərçəkmiş şəxs2 Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən onun atası Şahid9 adına verilmiş “Vişnyovka-1” adlanan bağlar sahəsində 0,12 hektar torpaq sahəsini əhatə edən 1485 saylı bağ sahəsinin ayrılması barədə 17 saylı orderi, həmin torpaq sahəsi ilə bağlı “Maştağa” bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli şəhadətnaməni, sonuncunun adından ona həmin əmlakı idarə etmək, satmaq, hədiyyə etmək və digər hüquqları verən etibarnaməni, həmin sənədin Ukrayna dövlət d ilindən Azərbaycan dilinə tərcümə edilmiş 10 yanvar 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş nüsxəsini və onun tərəfindən Zərərçəkmiş şəxs2 adına verilmiş 11 fevral 2018-ci il tarixli ƏN-699352 nömrəli bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, almaq, satmaq, bağışlamaq və digər hüquqları verən etibarnaməni göndərib Şahid9 adından ona verilmiş olan etibarnaməyə əsasən həmin bağ sahəsinə dair səlahiyyətlərin digər şəxslərə ötürülə bilmədiyi halda guya pulun qaytarıİmayacağı təqdirdə həmin etibarnamə əsasında qeyd edilən bağ sahəsi üzərində istədiyi kimi sərəncam verə biləcəyini bildirərək 12 fevral 2018-ci il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs2 ünvan 8 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının “Səbail" filialında həmin dövrün məzənnəsi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları pulunu və həmin tarixdə ünvan 10 ünvanında həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları pulunu alıb vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirərək qabaqcadan aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs ilə bölüşdürüb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 külli miqdarda, yəni 68.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 guya xarici ölkələrdən Azərbaycana gətirdiyi avtomobillərin gömrük nəzarət məntəqəsindən keçirilmədiyini, onları müvafiq qaydada qeydiyyata aldırıb ö lkə ərazisində satışını həyata keçirməsi üçün nağd pul lazım olduğunu bildirib əvvəlcədən pulu qaytarmaq niyyətində olmadığı halda alacağı pul vəsaitlərini qısa müddətdə geri qaytaracağı adı ilə yalan vəd verib aldadaraq 2018-ci ilin iyul ayında ünvan 11 ünvanında həmin dövrün məzənnəsi ilə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları pulu, daha sonra 2019-cu ilin mart ayında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 3.400 manat təşkil edən 2.000 ABŞ dolları pulu vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 8.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yol u ilə özgənin əmlakını ələ keçirmə məqsədilə həmin vaxtlar əri olmuş Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qohumu Zərərçəkmiş şəxs1 cinayətkar qrupun digər üzvü Məhkum avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin məhsulların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan cinayətkar məqsədini pərdələmək, habelə cinayət əməlini başa çatdırmaq məqsədilə 29 oktyabr 2017-ci il tarixdə ünvan 12 ünvanında anası Şahid6 adından Zərərçəkmiş şəxs1 29 oktyabr 2017-ci il tarixli, ƏN-1 680141 saylı bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, almaq, sat maq, bağışlamaq və digər hüquqları verən etibarnaməni təqdim edib pulun qaytarılmadığı halda guya həmin etibarnamə əsasında Lyudmila Kondratyevnaya məxsus "Range Rover” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili istədiyi vaxt sata biləcəyini bildirsə də həmin avtomobili və ona dair mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməyərək 30 oktyabr 2017-ci il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə 76.500 manat təşkil edən 45.000 ABŞ dolları pulu alıb ələ keçirərək qabaqcadan olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Məhkum ilə aralarında bölüşdürüb sonradan təminat olaraq göstərdikləri “Range Rover” markalı avtomobili Zərərçəkmiş şəxs1 ələ keçirilən əmlakını tələb etməzdən əvvəl başqasına sataraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 külli miqd arda, yəni 76.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə həmin vaxtlar əri olmuş Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qohumu Zərərçəkmiş şəxs2 cinayətkar qrupun digər üzvü Məhkum avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin məhsulların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan cinayətkar məqsədini pərdələmək, habelə cinayət əməlini başa çatdırmaq məqsədilə 12 fevral 2018-ci il tarixdə Zərərçəkmiş şəx s2 yaşadığı ünvan 13 ünvanına gəlib orada Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Məhkum atası Şahid9 adına verilmiş “Vişnyovka-Y’ adlanan bağlar sahəsində 0,12 hektar torpaq sahəsini əhatə edən 1485 saylı bağ sahəsinin ayrılması barədə 17 saylı orderi, həmin torpaq sahəsi ilə bağlı “Maştağa” bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli şəhadətnaməni, Şahid9 adından Məhkum və həmin əmlakı idarə etmək, satmaq, hədiyyə etmək və digər hüquqları verən etibarnaməni, həmin sənədin Ukrayna dövlət dilindən Azərbaycan dilinə tərcümə edilmiş 10 yanvar 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş nüsxəsini və Məhkum tərəfindən Zərərçəkmiş şəxs2 adına verilmiş 11 fevral 2018-ci il tarixli ƏN-699352 nömrəli bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, almaq, satmaq, bağışlamaq və digər hüquqları verən etibarnaməni göndərib Şahid9 adından Məhkum verilmiş olan etibarnaməyə əsasən həmin bağ sahəsinə dair səlahiyyətlərin digər şəxslərə ötürülə bilmədiyi halda guya pulun qaytarılmayacağı təqdirdə həmin etibarnamə əsasında qeyd edilən bağ sahəsi üzərində istədiyi kimi sərəncam verə biləcəyini bildirərək 12fevral 2018ci il tarixdə Zərərçəkmiş şəxs2 ünvan 8 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının “Səbail" filialında həmin dövrün məzənnəsi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları pulunu və daha sonra həmin tarixdə ünvan 10 ünvanında həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları pulunu alıb vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirərək qabaqcadan olan razı laşmaya əsasən cinayətkar qrupun digər üzvü Məhkumlə aralarında bölüşdürüb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 külli miqdarda, yəni 68.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2024-cü il hökmündən məhkumlar Məhkum, Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçiləri Süleymanov Cavanşir İslam oğlu və Bayramov Samir Zakir oğlu, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə, Məhkum müdafiəçisi Abışov Sadıq Hüseyn oğlu və Təqsirləndirilən şəxs müdafiəçisi Ə.M.Abasov tərəfindən hüquqlarını müdafiə etdikləri şəxslər barəsindəki kassasiya şikayətl ərinə verilmiş əlavələrə, habelə dövlət ittihamçısı Mehdiyev Orxan Səftər oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Anar Firdovsi (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlu oğlundan ibarət tərkibdə) 16 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri, onlara edilmiş əlavələr və apellyasiya protesti təmin edilməmiş, hökm mülki iddianın ödənilməsi hissəsində dəyişdirilmiş, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum 20.000 ABŞ dolları məbləğində, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs isə 14.118 ABŞ dolları m əbləğində pul vəsaitinin hökmün icra olunduğu gün manatla məzənnəsi ilə hesablanıb tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmiş, hökm apellyasiya müraciətlərinə münasibətdə qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti, dövlət ittihamçısı T.R.Qəhrəmanov isə - kassasiya protesti verərək aşağıdakıları xahiş etmişlər: • Məhkum – həm Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2024-cü il tarixli hökmünün, həm də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona bəraət verilməsi haqqında qərarın qəbul edilməsini; • dövlət ittihamçısı T.R.Qəhrəmanov – qərarın ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının tə yin olunmasını. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Kassasiya şikayətində “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, qüvvədən düşmüş “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarına, iş üzrə toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara, ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihama və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, yekun məhkə mə aktlarının əsasına qoyulmuş sübutlarla onun təqsirli bilindiyi ittiham üzrə cinayət əməllərini törətməsi təsdiq olunmamış, bu ittiham ibtidai araşdırma orqanı tərəfindən quraşdırılaraq iş baxılması üçün məhkəməyə göndərilmiş, birinci instansiya məhkəməsi də toplanmış və araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada düzgün qiymət verməyərək, digər tərəfdən işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayaraq bu ittiham üzrə hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə eyni nöqsanlara yol verərək həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılması barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Halbuki o, ittihamda göstərilən şəxslərə qarşı dələduzluq əməllərini törətməmiş və onun həmin şəxslərlə münasibətləri yalnız birgə iş fəaliyyətini həya ta keçirmək zəminində yaranmış, həmin münasibətlərdən irəli gələn mübahisələr isə yalnız mülki mühakimə icraatı qaydasında həll edilməli idi. Buna baxmayaraq, onun barəsində əsassız olaraq cinayət işi başlanmış, ibtidai araşdırma orqanı saxta böhtan xarakterli sübutlara əsaslanaraq ona qarşı CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürmüş, məhkəmələr isə bu sübutları tam və hərtərəfli araşdırmayaq onun bu ittiham üzrə təqsirli bilinməsi barədə qanunsuz nəticəyə gəlmişlər. Həmçinin məhkəmələr onun barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən cinayət qanunu normalarının tələblərini pozmuş, cəzanı yüngülləşdirən bir sıra halları, təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini və başqa halları kifayət qədər nəzərə almamışlar. Bütün bunların nəticəsində o, nəinki heç bir cinayət əməli törətmədiyi halda əsassız olaraq məhkum edilmiş, həm də həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Şərh olunan dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protestində CM-in və CPM-in bir sıra maddələrinə, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununa, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarına, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihama, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına və həmin aktlar üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirlənd irilən şəxs münasibətdə gəldikləri nəticəyə istinad edərək həmin protestini belə əsaslandırmışdır ki, məhkəmələr adı çəkilən məhkumun barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyü barədə qənaətə gələrkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, cinayət əməlini törətdikdən sonrakı davranışını, o cümlədən zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsini nəzərə almamış, belə nəticə isə hökmün ədalətli, qanuni və əsaslı olmasını şübhə altına almışdır. Halbuki CM-in 79.1-ci maddəsində hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsinin təxirə salınması imperativ norma kimi müəyyən ed ilmədiyindən məhkəmə həmin normanı tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə almalıdır ki, hazırkı iş üzrə də bu tələblərə əməl edilməmişdir. Dövlət ittihamçısının mövqeyinə görə, şəxsin cəza çəkmədən islah edilməsinin mümkün sayılması üçün qeyd edilən hallar elə nəzərə alınmalıdır ki, yekunda cəzanın çəkilməsi təxirə salınsa da, bununla cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilməsi halları arasında uyğunsuzluq olmasın və cəzanın məqsədləri təmin edilmiş olsun. Yəni, belə halların törədilmiş cinayətlə əlaqəsi, onun ictimai təhlükəliliyinə təsiri, bu təsirin müsbət mənada kifayət qədər olması məhkəmələr tərəfindən elə əsaslandırılmalıdır ki, cinayət prosesinin tərəfləri həmin arqumentləri anlamalı, onun a ğlabatanlığını inkar etməməlidirlər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin təxirə salınması həm onun tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini də pozmuş, eyni əməllərə görə məhkum olunmuş digər şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraitinə yol açmışdır. Nəticədə isə, eyni xarakterli cinayət əməlləri törətmiş və himayəsində azyaşlı uşağı olan şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranmışdır. Digər tərəfdən, Təqsirləndirilən şəxs ailə vəziyyəti və azyaşlı qızının olması belə (məhkəmə lər Təqsirləndirilən şəxs himayəsində azyaşlı oğlunun olmasını nəzərə almışlar – m.k.), ilk növbədə onun özü tərəfindən nəzərə alınmalı, yəni, o həqiqətən, övladını düşünürdüsə davranışlarına diqqət etməli, qızı ilə birgə yaşadığı təqdirdə, sonuncuya qayğı göstərmək və himayədarlıq etmək əvəzinə ictimai təhlükəli əməli törətməməli, yekun olaraq şəxsiyyətinin müsbət olmasına məhkəmələri inandırmalı idi. Bundan başqa, dövlət ittihamçısının öz kassasiya müraciətində əsaslandığı daha bir dəlil ondan ibarətdir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 79-cu maddəsinin tətbiq olunduğu cinayət əməli CM-in 15.4-cü maddəsinə əsasən, əhalinin sağlamlığının təhlükəsizliyi sahəsində ictimai münasibətlərə qəsd edən ağır cinayətlər kateqoriyasına aiddir, belə əməllər təkcə təqsirkarın de yil, cəmiyyətin çoxsaylı fərdlərinin sağlamlığını da təhlükə altına alır və birbaşa qəsdlə, əvvəlcədən planlaşdırılmaqla törədilir (Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri əhalinin sağlamlığının təhlükəsizliyi sahəsində ictimai münasibətlərə qəsd edən deyil, CM-in 23-cü fəslində nəzərdə tutulmuş mülkiyyət əleyhinə törədilən ağır cinayətlərə aiddir – m.k.). Həmçinin, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətin ictimai təhlükəliliyini daha da artıran amil əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsidir ki, bu hal da CM-də nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzanın təyin edilməsinə əsas yaradır. Bunda başqa kassasiya protestinin müəllifi qeyd etmişdir ki, qanunvericilikdə CM-in 79-cu maddəsi şərti məhkum etmənin bir növü kimi təsbit o lunmuş və həmin maddə ilə məhkumun qarşısında CM-in 70ci maddəsində nəzərdə tutulmuş analoji şərtlər və öhdəliklər müəyyən edilmişdir. CM-in 70-ci maddəsində isə sınaq müddətinin aşağı həddinin 6 ay müəyyən edilməsi, Təqsirləndirilən şəxs uşağının 14 yaşı tamam olmasına isə cəmi 2 ay 10 gün qalması nəzərə alındıqda Təqsirləndirilən şəxs barəsində CM-in 79-cu maddəsinin tətbiq edilməsi cinayət qanunvericiliyinin mənasına və tələblərinə birmənalı olaraq ziddir. Məhkəmələr isə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunacağı qənaətinə gəlməklə səhvə yol vermiş, ümumiyyətlə hökmdə təqsirləndirilən şəxs barəsində CM-in 79-cu maddəsinin mütləq olaraq tətbiq edilməli olması əsaslandırılmamış, bu qənaətlə bağlı toplanmış və araşdırılmış sübutları isə qanunvericiliyin tələblərinə uyğun şəkildə d üzgün qiymətləndirməmişlər. Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı T.R.Qəhrəmanov da onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə və kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə və kassasiya protestinə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhk əməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum kassasiya şikayətinə və dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinə baxılması son olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2025-ci il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək 28 avqust 2025-ci il tarixdə Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə Məhkum özü tərəfindən verilmiş kassasiya şikayətindən könüllü olaraq imtina etdiyini bildirərək həmin şikayətə baxılmamasını xahiş etmişdir. Eyni xahişlə Məhkum həmçinin kassasiya instansiyası məhkəməsinin məhkəmə iclasında da müraciət edərək yuxarıda göstərilən ərizəni öz xoşu ilə, heç bir kənar təsir və ya təzyiq olmadan yazdığını bildirmişdir. Məhkum ərizəsi onun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin 1 sentyabr 2025-ci il tarixli 3-16-17/33/2-2552/2025 saylı məktubu ilə müşaiyət edilmişdir. Məhkum bu müraciəti ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum Ali Məhkəməyə ünvanladığı ərizəsində kassasiya şikayətindən imtina etməsi haqda etdiyi müraciətini nəzərdən keçirib həmin müraciətin təmin edilərək adı çəkilən məhkumun kassasiya şikayətinə baxılmasına xitam verilməsi barədə proses iştirakçılarının rəylərini dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarından onun özü tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına xitam verilməli, dövlət ittihamçısı T.R.Qəhrəmanov tərəfindən apellyasiya instansiyası məhkəməsinin həmin qərarından verilmiş kassasiya protestinə isə mahiyyəti üzrə baxılmalıdır. Dövlət ittihamçısı T.R.Qəhrəmanovun bir sıra səhvlərlə verdiyi kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifi işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verilməyərək əsassız olaraq məhkum Təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzanın çəkilməsinin təxirə salınması barədə nəticəyə gəlmələrini, bu zaman cinayət qanunu normalarının tələblərinin və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinin nəzərə alınmamasını iddia edir və bunlarla bağlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması haqda tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqəlandirir. CPM-in 416.1.2 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə məhkəmə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, yaxud da cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təy in etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəll ənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qan unları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqın da qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayə t Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya protestinin dəlillərinə cavab verən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, həmin protestin məzmununa görə, onun müəllifi dövlət ittihamçısı T.R.Qəhrəmanov öz müraciətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsi ilə bağlı əsassız qərarın qəbul edilməsini iddia edir, sonuncunun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyinin sübuta yetirilib-yetirilməməsini və həmin əməllərin hüquqi tövsifini isə mübahisələndirmir. Bununla belə, CPM-in 419.1-ci maddəsinin tələblərinə əsasən cinayə t işini öyrənərək kassasiya protestinin dəlillərindən asılı olmayaraq Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilib-yetirilməməsini və onun törətdiyi əməllərə münasibətdə maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsi məsələlərini də yoxlayan məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarından, o cümlədən məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs təqsirli bilind iyi cinayət əməllərini törətməsinin tam sübuta yetirilməsi və onun həmin əməllərinin CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi barədə mötəbər nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də bu məsələlərlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd olunan məsələlərlə bağlı məhkəmələrin gəldikləri həmin nəticələri qanuni hesab edir və onların şübhə altına alınması üçün heç bir əsas görmür. Odur ki, məhkəmə kollegiyası təsvir edilənlərdən və iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlardan çıxış edərək hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittiham üzrə cinayət əməllərini törətməsini, yəni ümumi ittiha mın iki epizodu üzrə qabaqcadan əlbir olan bir qrup şəxs qismində və təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə pul vəsaiti şəklində özgə əmlakını zərər çəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etməsi barədə qanuni və əsaslı qənaətə gəlmiş və bu baxımdan onun törətdiyi bu əməllərinin tövsifində heç bir səhvə yol verməmişlər. Məhkəmə kollegiyası qabaqcadan əlbir olmuş bir qrup şəxs halında təkrarən mülkiyyət əleyhinə ağır cinayət törətmiş Təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzanın çəkilməsinin təxirə salınmasının əsassız olması barədə dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinin dəlillərinə cavab olaraq isə qeyd edir ki, bu və ya digər cinayətin, yaxud da cinayətlərin törədilməsi ndə təqsirli bilinmiş şəxsə təyin olunan hər bir cəza törədilmiş cinayətin və ya cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə işin digər hallarına uyğun olmalı və bu məsələdə məhkəmələrin üzərinə düzgün seçim edərək qanuni və ədalətli cəzanın təyin edilməsi vəzifəsi qoyulur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi, yaxud da hər hansı cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edil məsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət mühakimə icraatının həyata keçirilməsinin başlıca şərti hər hansı cinayət törətdiyinə görə təqsirliliyi müəyyən edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən həmin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsindən ibarətdir. Bu fəaliyyətin əsasları, qaydaları və prinsipləri isə cinayət və cinayət-prosessual hüquq normaları ilə tənzimlənir ki, məhkəmələr də cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlərə baxarkən bu normaların tələblərinə əməl etməyə, təqsirkarın barəsində cəza tədbirinin seçilməsi zamanı isə Cinayət Məcəll əsində təsbit edilmiş prinsiplərə, o cümlədən ədalət və humanizm prinsiplərini rəhbər tutmağa borcludurlar. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CM-in Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır (CMin 62-ci maddəsinin tətbiq edilməsi halları istisna olmaqla). Məhkəmə kollegiyası hesab edir ki, yalnız törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə, ailə vəziyyətinə, onun cinayət törətməzdən əvvəl və bundan sonrakı davranışına, iş üzrə müvafiq sübutlarla müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olan cəza və ya tətbiq edilmiş cinayət-hüquqi xarakterli tədbir ədalətli hesab edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən cəza təyin edilərkən sosial ədalətə aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a. cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b. cəza CM-in Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c. cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır və vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiy yətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün, məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bu meyarlar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən suiistifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s.; d. cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkə mə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; e. cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi - qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün bu şərtlər mütləq məcmu şəkildə yerinə yetirilməlidir. Yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Bütün qeyd olunanlar isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Məhz bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza və ya onun barəsində tətbiq edilmiş hər hansı cinayət-hüquqi xarakterli tədbir ədalətli və qanunu hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq q anunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumiyyətlə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəx sə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bil inən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsində isə müəyyən edilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində tələb olunur ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərl iyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icr aatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qə rarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3 -cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd oluna n Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəm ələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməllərini CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, həmin maddənin sanksiyasında isə beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi 2 avqust 2024-cü il tarixli hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinə əsasən cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsədini və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri, himayəsində azyaşlı –26 mart 2011-cü il təvəllüdlü oğlunun olmasını (CM-in 59.1.4-cü maddəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən hal) nəzərə almış və bütün bunlara əsasən, CM-in 79.1-ci maddəsinin tələblərinə uyğun olaraq ona təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanks iyası həddində təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınmasını mümkün bilmişdir. Kassasiya protestində Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qabaqcadan əlbir olaraq bir qrup şəxs halında törətdiyinə görə onun barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməsinin qeyri-mümkün olması barədə dəlilinə cavab olaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası məhkəmələri ümumiyyətlə bu halı cəzanı ağırlaşdıran hal kimi nəzərə almaqda səhvə yol vermiş, digər tərəfdən isə cinayətin bu tövsifedici əlaməti ilə törədilməsinə görə CM-in 79.1-ci maddəsinin tətbiqinin mümkünsüzlüyü barədə müddəa istər həmin maddədə, istərsə də cinayət qanununun digər normal arında nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına və Təqsirləndirilən şəxs təqsirli bilindiyi ittihama görə, onun bu ittiham üzrə cinayət əməllərini qabaqcadan əlbir bir qrup şəxs halında törətməsinə dair hal həmin ittihamda öz əksini tapmış, bu tövsifedici əlamət isə CM-in 178.2.1-ci maddəsində nəzərdə tutulmuşdur. Lakin Təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayətinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, hər birisinə külli miqdarda ziyan vurulduğuna görə, onun əməllərinin yalnız CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi kifayət etmiş və belə olan halda həmin əməllərinin əlavə olaraq CM-in 178.2.1-ci maddəsi ilə tövsif edilməsi üçün zərurət aradan qalxmışdır. Çünki, həm cinayət qanunver iciliyinin tələblərinə və mənasına, həm “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Pleumunun 11 iyun 2015-ci tarixli Qərarında (Plenumun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliklərlə) əksini tapmış izah və tövsiyələrə, həm də maddi hüquq normalarının tətbiqi ilə bağlı istintaq və məhkəmə təcrübəsinə görə, şəxs bir neçə tövsifedici əlamətlə dələduzluq cinayətini törətməkdə təqsirli bilindikdə ona qarşı irəli sürülmüş ittihamda bütün tövsifedici əlamətlər göstərilməklə həmin şəxsin əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə CM-in müvafiq maddəsi ilə tövsif edilir. Bu halda həmin tövsifedici əlamətlərin həm də cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasını isə CM-in 61.3-cü maddəsinin tələbi qadağan ed ir. Belə ki, CM-in 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs barəsində əsassız olaraq CM-in 79.1-cmaddəsinin tətbiqinə dair kassasiya protestinin digər dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası cinayət qanununun aşağıdakı normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və iş üzrə toplanmış və araşdırılmış bir sıra sübutlara müraciət etməyi zəruri bilir. Belə ki, CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum ed ilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Qeyd olunan qanun normasının məzmunundan göründüyü kimi, qanunverici qeyd olunan maddədə sadalanan əsaslar görə həmin maddənin tətbiqinə törədilmiş cinayətin xarakterindən, ağırlığından və ictimai təhlükəlilik dərəcəsindən, habelə törədilməsi şəraitindən asılı olaraq (kassasiya protestində məhz bu hallara istinad olunmuşdur) heç bir məhdudiyyət qoymamış, yalnız həmin maddənin şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərə tətbiq olunmasına istisnalar müəyyən etmişdir. Həmçinin, qeyd olunan maddədən görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti – təqsirkarın himayəsində on dörd yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkcə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirib-yetirməməsinə birgə qiy mət verərək sonuncuya təyin edilmiş cəzanın çəkilməsinin azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salınması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nəzərə alınmalıdır: birincisi - təqsirkarın azadlıq hüququ, ikincisi isə - uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağlılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları. CM-in 79.1-ci maddəsində dəyişikliklər edilənə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən 10 fevral 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” qəbul edilmiş Qərarda göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirx ahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz (hazırda on dörd) yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: - bu institut ancaq hamilə qadınlara, səkkiz yaşına qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir; - şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir; - şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir. Kassasiya protestində də istinad olunan "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsinə əsasən hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir, ekoloji təhlükəsi zliyini təmin edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 19-cu maddəsinin tələblərindən görünür ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. İş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilir ki, həm iş üzrə hökm çıxarılarkən, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən azyaşlı uşaq - 26 mart 2011-ci il təvəllüdlü X12 Təqsirləndirilən şəxs himayəsində olmaqla onunla birlikdə yaşayır, sonuncu isə onun yuxarıdakı Qanunda göstərilən şəraitdə böyüməsi və tərbiyə olunması üçün öz valideynlik vəzifələrini lazımi qaydada yerinə yetirir və bundan imtina etməyərək uşağı baxımsız vəziyyətə salmır və onu hər hansı hərəkətlə valideyn qayğısından məhrum etmir, özü isə məhkum olunmasına baxmayaraq hal-hazırda ictimai faydalı əməklə məşğul olur (kassasiya protestinə məhkəmə baxışı iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs turist firmalarının birində əmək fəaliyyəti ilə məşğul olmaqla müvafiq əmək haqqı alır). Bundan başqa, kassasiya protestində Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi və bu hala görə də onun barəsində düzgün olmayaraq CM-in 79.1-ci maddəsinin tətbiq edilməsi iddia olunsa da, işə əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, hələ ibtidai araşdırma dövründə o, zərər çəkmiş Zərərçəkmiş şəxs2 vurulmuş ziyandan 6.000 ABŞ dolları, apellyasiya icraatı zamanı isə - 10.000 manat məbləğində pul ödəmiş, sonuncunun mülki iddiası üzrə Təqsirləndirilən şəxs adı çəkilən zərər çəkmiş şəxsin xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği məhz buna görə apellyasiya instansiyası məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qərarı ilə azaldılmış (bu haqda məhkəmənin gəldiyi nəticə dövlət ittihamçısı T.R.Qəhrəmanov tərəfindən də mübahisələndirilmir), eyni zamanda məhkum onun öhdəsinə düşən pul vəsaitindən hər ay 900 ABŞ dolları ödəməsi barədə Zərərçəkmiş şəxs2 ilə razılığa gəlmişdir. Həm müdafiə tərəfinin, həm də zərər çəkmiş Zərərçəkmiş şəxs2 kassasiya protestinə məhkəmə baxışı iclasında verdikləri izahatlarına görə, Təqsirləndirilən şəxs üzərinə götürdüyü bu öhdəliyi də yerinə yetirir. Məhkəmə kollegiyası təhlil edilən halı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vur ulmuş ziyanı Təqsirləndirilən şəxs tərəfindən qismən ödənilməsini CM-in 59.1.14-cü nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və həmin halı yuxarıda göstərilən digər hallarla birlikdə nəzərə alaraq hesab edir ki, onun barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməsi heç də əsassız olmamışdır. Kassasiya protestinin CM-in 79.1-ci maddəsinin CM-in 70.3-cü maddəsi ilə müqayisə edilərək şərti məhkum etmənin tətbiqi zamanı sınaq müddətinin altı aydan beş ilədək müəyyən edilməsi, apellyasiya instansiyası məhkəməsinin yekun qərar qəbul etdiyi tarixdə isə Təqsirləndirilən şəxs himayəsində olan azyaşlı uşağının on dörd yaşına çatmasına iki ay on gün qalması, yəni bu müddətin CM-in 70.3-cü maddəsində nəzərdə tutulmuş sınaq müddətinin aşağı həddindən də az olması, belə olan hal da da Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin qanunsuz olaraq təxirə salınması barədə dəlilə münasibət bildirən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CM-in 70 və 79cu maddələrində nəzərdə tutulmuş cinayət-hüquqi xarakterli tədbirlər heç də eynilik təşkilik etmir. Belə ki, CM-in 70-ci maddəsində cinayət törətmiş hər hansı şəxsə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsinin əsasları və qaydası müəyyən edilmişdirsə, CM-in 79-cu maddəsində yalnız həmin maddədə göstərilən şəxslərə (hamilə qadınlara və ya on dörd yaşına qədər uşağı olan qadınlara, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə) təyin olunmuş cəzanın təxirə salınması şərtləri və qaydaları təsbit edilmiş, digər tərəfdən isə göstərilən maddələrdə şərti məhkum etmənin və cəzanın çəkilmə sinin təxirə salınmasının ləğv edilməsinin həm oxşar, həm də fərqli əsasları nəzərdə tutulmuşdur. Cinayət qanunu normalarının təsvir edilmiş tələbləri məhkəmə kollegiyasına belə qənaətə əsas verir ki, məhkəmənin CM-in 79.1-ci maddəsində göstərilən şəxslərin barəsində həmin maddənin tətbiqinin mümkünlüyünü müzakirə edərkən CM-in 70-ci maddəsinin tələblərinə əsaslanması yolverilməzdir, çünki əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir, cinayət qanununun analogiya üzrə tətbiqinə isə yol verilmir (CM-in 5-ci maddəsi). Təsvir edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası kassasiya protestinin bütün dəlillərini qəbuledilməz sayır və hesab edir ki, Təqsirləndirilən şəxs barəsin də CM-in 79.1ci maddəsinin tətbiq edilməsi məsələsini həll edən məhkəmələr buna təsir göstərən bütün halları kifayət qədər nəzərə almış və bu zamanı maddi hüquq normalarının hər hansı şəkildə pozulmasına yol verməmiş, eyni zamanda gəldikləri nəticəni lazımi qaydada əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Təqsirləndirilən şəxs barəsində təhlil edilən cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeləri ilə razılaşaraq eyni zamanda vurğulayır ki, həmin məhkəmələrin bu məsələnin həlli zamanı CM-in 79.1-ci maddəsinin tətbiqinə imkan verməyən hər hansı halı nəzərə almamaları iş materialları ilə müəyyən edilmir. Kassasiya protestində bunun əksi iddia olunsa da, məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində olan oğlu hal-hazırda on dörd yaşına çatdığına görə, onun barəsindəki hökm icraya yönəldildikdən sonra məhkəmə onu cəzanın çəkilməmiş hissəsindən azad edə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər (CM-in 79.3-cü maddəsi). Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Təqsirləndirilən şəxs hökm çıxarıldığı tarixdən sonrakı, yəni cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan, qəsdən böyük ictimai təhlükə törətməyən, yaxud da az ağır, ağır və ya xüsusilə ağır cinayətlər törətməsi və həmin hallara görə ona təyin olunmuş cəzanın çəkilməsinin ləğv edilməsi üçün əsaslar da iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şə kildə bir daha təhlil edib həmin protestin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun, zərər çəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, kassasiya protestinin təmin edilməməsi barədə isə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ə.M.Abasovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarı isə Təqsirləndirilən şəxs aid hissədə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1, 414.8 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ünvanladığı ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarından onun özü tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına xitam verilsin. Dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarı Təqsirləndirilə n şəxs aid hissədə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1437/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1437/2025
23.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver