Məhkəmə qərarları › İş №1(102)-1442/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1442/2023

29.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1442/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 1(104)-396/2022 hökmündən apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş birgə kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Qazax Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(023)-04/2022 nömrəli hökmü ilə (hakim: N.Ə.Musayev.) 16 avqust 1987-ci ildə Qazax rayonunun, Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işsiz, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olmaqla orada yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edəcək sübutlar yetərli olmadığından bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən a pellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), S.B.Hüseynov və E.İ.Xasməmmədov ) zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə və apelyasiya protestinə münasibətdə ləğv olunmuş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən əməlinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə i lə cəza təyin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi isə kassasiya şikayəti vermişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən Məhkum özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək bu məqsədlə 2018-ci ilin yay fəslinin əvvəllərində vahid niyyətlə, hissə-hissə olmaqla Qazax rayonu Daş Salahlı kəndinin ərazisində olan “Avey” dağında yerləşən, həmkəndlisi X4 məxsus daş karxanasından 3500 manat qiymətində 04 ədəd 30 kvt, 1300 manat qiymətində 01 ədəd 50 kvt və 1000 manat qiymətində 04 ədəd 7 kvt olan daş kəsən kom bayn mühərriklərini, 300 manat qiymətində 01 ədəd qaynaq aparatını, 3000 manat qiymətində 300 metrlik naqili, 2000 manat qiymətində gücü 50 qç olan 380 voltluq elektrik puskatellərini özünə məxsus daş karxanasında işləyən, istintaqa məlum olmayan fəhlələri həmin əşyaların ona məxsus olmasına inandıraraq həmin fəhlələrə öz daş karxanasına apartdırıb, həmçinin, 2018-ci ilin iyul ayının istintaqa məlum olmayan günündə, özünə məxsus daş karxanasında fəhlə işləyən X17 və X10 X20-nın qeyd olunan daş karxanasının xalası oğluna məxsus olmasına yalandan inandırıb, X19-vu və X21-vu sonuncunun idarə etdiyi “Kon” markalı traktorla Xeyransa Məmmədovanın daş karxanasına göndərərək oradan 3000 manat qiymətində 01 ədəd “T 130” markalı traktorun sağ tərəfinin sepini onlardan istifadə edərək götürdüb özünə məxsus olan daş karxanasına apartdırıb, zərərçəkmiş X-20-ə məxsus qeyd olunan traktorun sağ tərəfinin sepini, elektrik puskatellərini, daş kəsən kombaynın mühərriklərini, naqili və qaynaq aparatını gizli yolla talayaraq ona ümumilikdə 14100 manatlıq, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Birinci instansiya məhkəməsi hökmünə əsasən Məhkum CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edəcək sübutlar yetərli olmadığından Məhkum təqsirsiz hesab edilmiş və ona CM-nin 177.2.4-cü maddə ilə bəraət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmünə əsasən Məhkum 2018-ci ilin iyul ayının istintaqa məlum olmayan günündə, özünə məxsus daş karxanasında fəhlə işləyən X17 və X10 X8 rayonu Daş Salahlı kəndinin ərazisində olan “Avey” dağ ında yerləşən daş karxanasının xalası oğluna məxsus olmasına yalandan inandırıb,X20-u və X22u sonuncunun idarə etdiyi “Kon” markalı traktorla X20-nın daş karxanasına göndərərək oradan 3000 manat qiymətində 01 ədəd “T 130” markalı traktorun sağ tərəfinin sepini onlardan istifadə edərək götürdüb özünə məxsus olan daş karxanasına apartdırıb gizli yolla talayaraq ona 3000 manatlıq, maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin hökmlə həmçinin ittiham tərəfindən kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyindən Məhkum irəli sürülmüş ittihamdan X4 məxsus daş karxanasından 3500 manat qiymətində 04 ədəd 30 kvt, 1300 manat qiymətində 01 ədəd 50 kvt və 1000 manat qiymətində 04 ədəd 7 kvt olan daş kəsən kombayn mühərriklərini, 300 manat qiymətində 01 ədəd qaynaq aparatını, 3000 manat qiymətində 300 metrlik naqili, 2000 manat qiymətində gücü 50 qç olan 380 voltluq elektrik puskatellərini gizli yolla talamasına dair hissə xaric edilmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş xeyli miqdarda oğurluq cinayətini törətməsi ibtidai istintaq zamanı toplanmış və məhkəmədə baxılmış materiallarla tam sübuta yetirildiyi halda, Məhkum yalnız 3000 manat qiymətində olan 1 ədəd “T 130” markalı traktorun sağ tərəfinin sepini oğurlamaqda və bunun nəticəsi olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əmə linin törədilməsində təqsirli bilinmişdir. Dövlət ittihamçısı iddia edir ki, kifayət qədər sübutlar olduğu halda apellyasiya instansiya məhkəməsi əsasız olaraq Məhkum irəli sürülmüş ittihamdan X4 məxsus daş karxanasından 3500 manat qiymətində 04 ədəd 30 kvt, 1300 manat qiymətində 01 ədəd 50 kvt və 1000 manat qiymətində 04 ədəd 7 kvt olan daş kəsən kombayn mühərriklərini, 300 manat qiymətində 01 ədəd qaynaq aparatını, 3000 manat qiymətində 300 metrlik naqili, 2000 manat qiymətində gücü 50 qç olan 380 voltluq elektrik puskatellərini gizli yolla talamasına dair hissə xaric edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirər ək, həmin əsaslara Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum və müdafiəçisi Müdafiəçi birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun müddəalarını, o cümlədən 125, 143-146-cı maddələrinin tələblərini pozmuş, nəticədə işin faktiki hallarını düzgün müəyyən etməmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq onun həmin maddə ilə təqsirli bilinməsinə dair ittiham hökmü çı xarmışdır. Müəlliflər kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılmasını xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzr ə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə kifayət qədər sübuta yeti rildiyi halda Məhkum irəli sürülmüş ittihamdan X4 məxsus daş karxanasından 3500 manat qiymətində 04 ədəd 30 kvt, 1300 manat qiymətində 01 ədəd 50 kvt və 1000 manat qiymətində 04 ədəd 7 kvt olan daş kəsən kombayn mühərriklərini, 300 manat qiymətində 01 ədəd qaynaq aparatını, 3000 manat qiymətində 300 metrlik naqili, 2000 manat qiymətində gücü 50 qç olan 380 voltluq elektrik puskatellərini gizli yolla talaması epizodunun əsassız olaraq ittihamdan xaric edildiyini, bununla onun verilmiş ittihamdan daha yüngül maddi hüquq norması olan Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia etməklə, həmin hissədə mübahisələndirilən hökmün ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə kassasiya tələbini məhk əmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum və müdafiəçisi Müdafiəçi birgə verdikləri kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda, Məhkum haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarıldığını iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.3, 416.1.6, 416.1.11-cı maddələrində məhkə mə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, Məhkum və müdafiəçisinin birgə kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə dövlət ittihamçısının kassasiya protestinə münasibətini bildirərək hesab edir ki, Məhkum əməllərinin faktiki məzmununun müəyyən edilməsi üzrə apellyasiya instansiyası məhkəməsinin gəld iyi nəticələri, o cümlədən Ə.M.X1 məxsus daş karxanasından 3500 manat qiymətində 04 ədəd 30 kvt, 1300 manat qiymətində 01 ədəd 50 kvt və 1000 manat qiymətində 04 ədəd 7 kvt olan daş kəsən kombayn mühərriklərini, 300 manat qiymətində 01 ədəd qaynaq aparatını, 3000 manat qiymətində 300 metrlik naqili, 2000 manat qiymətində gücü 50 qç olan 380 voltluq elektrik puskatellərinin gizli yolla oğurluq etməsinin sübuta yetirilməməsi barədə qənaətini şübhə altına almaq üçün əsaslar yoxdur. Bu zaman məhkəmə kollegiyası onu nəzərə alır ki, Məhkum qarşı irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyətli olan faktiki hallar müəyyən edilərkən və həmin faktiki hallar əsasında Məhkum qarşı irəli sürülmüş ittihamdan 3500 manat qiymətində 04 ədəd 30 kvt, 1300 manat qiymətində 01 ədəd 50 kvt və 1000 manat qiyməti ndə 04 ədəd 7 kvt olan daş kəsən kombayn mühərriklərini, 300 manat qiymətində 01 ədəd qaynaq aparatını, 3000 manat qiymətində 300 metrlik naqili, 2000 manat qiymətində gücü 50 qç olan 380 voltluq elektrik puskatellərinin gizli talamaqla ələ keçirilməsinə dair hissəsi xaric edilərkən apellyasiya instansiyası məhkəməsi kassasiya protestində irəli sürülmüş sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozuntularına yol verilməsinə dair iddianın əksinə olaraq, sübutların araşdırılmasında qanun pozuntusuna yol verməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina etməmiş, sübutları Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlamış, yolverilməz sübutlardan istifadə etməmiş, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsini n tələblərinə müvafiq olaraq qiymət vermiş və yekun nəticəni CPM-in 146-cı maddəsinin, eləcə də ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsini tələb edən cinayət-prosessual qanunun 21.2, 145.3, 351.3.4-cü maddələrinin müddəalarına əməl etməklə, biri digərinə uyğun gələn sübutların məcmusu ilə həmin sübutların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası verilmiş ittihamın qeyd olunan hissəsi üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündə göstərilən nəticə və bu nəticənin əsaslandırılması üçün gətirilən dəlillərlə razılaşdığından, müstəsna olaraq sözügedən epizodun ittihamdan xaric edilməsinin mübahisələndirilməsinə həsr olunmuş kassasiya protestində irəli sürülən dəlillər isə məhkəmən in mövqeyini təkzib etmədiyindən, bu kassasiya müraciətini əsassız hesab edir və onun dəlillərinin daha ətraflı şərh edilməsinə, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib ittiham və müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə qiymətləndirilmiş sübutları yenidən təsvir etməyə zərurət görmür. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsi tərəfindən dövlət ittihamçısının kassasiya protestində qeyd etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Məhkum X4 məxsus daş karxanasından 3000 manat qiymətində 01 ədəd “T 130” markalı traktorun sağ tərəfinin sepini gizli olaraq talamasının sübu ta yetirilməməsi, əməlində həmin cinayətin tərkibinin olmaması haqqında məhkum və müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə gəldikdə, kollegiya həmin kassasiya müraciəti ilə də razılaşmaq üçün əsas görmür. Belə ki, fərqli nəticələrə gəlmiş birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin hökmlərini müqayisə etdikdə, görünür ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə ( o cümlədən X4 məxsus daş karxanasından 3000 manat qiymətində 01 ədəd “T 130” markalı traktorun sağ tərəfinin sepini gizli olaraq talamasının) təqsirliliyinin sübuta yetirilməməsi və ona bəraət verilməsi barədə qənaətini həlledici şəkildə Məhkum, həmçinin şahidlər Fazil İbrahimov və Anar Pənahovun məhkəmədə verdiyi ifadələrlə əsasland ırmışdır. Hasil olunan nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hökmdə birinci instansiya məhkəməsinin işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəldiyini qeyd edərək, bununla bağlı qənaətini birinci instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməməsilə o cümlədən - cinayət işi üzrə toplanmış sübutların məcmusuna lazımı qaydada qiymət verilməməsi, bir sübutun qəbul edilməsi, digərinin rədd edilməsi motivlərinin göstərilməməsi, yekun nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutların (zərərçəkmiş şəxs, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını) nəzərə alınmaması kimi hallarla əlaqələndirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını müəy yən edərkən xüsusən şahidlər X23 və X24-un ibtidai istintaqda verdiyi ifadələrinə və bu ifadələrlə uzlaşan zərərçəkmiş şəxs X20-nın, iş üzrə keçən digər X6 və X25-un ifadələrinə, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə protokollarına əsaslanmışdır. Belə ki, ibtidai araşdırma dövründə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyul ayında X26 onun yanına gəlib daha X27 daş karxanasında işləməyəcəyini demiş, o, bunun səbəbini soruşduqda X26 X27 370 manat verməli olduğunu, lakin pulunu vermədiyi üçün daha işləməyəcəyini bildirmişdir. Bundan başqa X26 X27-in ona qonşuluqda olan fəaliyyətini dayandırmış daş karxanasından traktor sepini söküb gətirməyi istədiyini, daş karxanasının özünə məxsus olduğunu və sepin sökülməyində heç bir problem yaranmayacağını bil dirsə də, X26 buna razı olmayıb çıxıb gedəcəyini demişdir. Bir neçə gündən sonra X27 ona öz traktor sepinin bir tərəfinin nasaz olduğunu və sonuncudan işçilərə qonşu daş karxanasından traktor sepini söküb öz daş karxanasında olan traktora qoşmalarını deməyini istəmişdir. Lakin o, X26-in sözlərinə məhəl qoymamış, çünki qonşu daş karxanasının X26-in yox, başqa şəxsə məxsus olduğunu bilmişdir. Buna görə də oradakı işçilərə heçnə deməmiş, X27 da həmin vaxt onun yanında olmuşdur. X26 X27-nin göstərişini icra edib həmin fəhlələrin yanına getmiş və X27-in daş karxanasında “Akkord” sement zavodundan icarə əsasında işləyən “Kon” traktoru ilə qonşu karxanaya gedərək traktorun sepini söküb X27-in daş karxanasına gətirmişlər. İbtidai araşdırma dövründə şahid qismində dindirilmiş X17 ifadəsində göstərm işdir ki,... 2018-ci ilin iyul ayında həmin daş karxanasında işləyən zaman X27 ona yaxınlaşıb qonşuluqda olan daş karxanasından bir ədəd traktor sepini söküb gətirməyini istəmiş və ona orada işləyən Şəki şəhərindən olan fəhlələrin də kömək edəcəyini bildirmişdir. X27 ona narahat olmamağını, xalasıoğlunun daş karxanası olduğunu və bir problemin olmayacağını deyərək qonşu karxanadan traktorun sepini gətirmək üçün “Kon” traktoru ilə birlikdə getməyini istəmişdir. Razı olduqdan sonra o, Şəkili fəhlələrin yanına getsə də, onları tapa bilməmiş, onlar gecə növbəsində işlədiyi üçün burada olmadıqlarını fikirləşmişdir. Bundan sonra onlardan aşağı tərəfdə “Akkord” sement zavodundan burada icarə əsasında işləyən, adını bilmədiyi “Kon” traktoru sürücüsünün yanına gedib X27-in qonşuluqdakı daş karxana sından traktor sepinin bir ədədini birlikdə söküb gətirmələri barədə tapşırıq verdiyini demişdir. “Kon” sürücüsü də ona heç bir söz deməyib razılaşmış və hər ikisi qonşu daş karxanasına getmişdir. Orada bir ədəd “T 130” markalı, tırtıllı traktor olduğunu görüb həmin yerə getmiş və həmin traktorun sağ tərəfdəki sepinin “palis”inin birini çəkiclə vurub çıxararaq onu “Kon” traktoruna bağlamışdır. “Kon” traktorunun sürücüsü sepi çəkib digər traktordan çıxarmış və həmin sökülmüş sepi Əhmədin daş karxanasına gətirmişlər. Bundan sonra X27 ona karxanasında olan traktorun sepini söküb əvəzinə gətirdikləri traktorun sepini qoşmağını istəmişdir. Bundan sonra o, X27-in daş karxanasındakı “T 130” markalı traktorun sepini hissə-hissə kəsib onun üzərindən çıxarmış, gətirdiyi traktor sepini yerə uzatmış v ə “Kon” sürücüsü “T 130” traktorunu qaldırdıqdan sonra o, sepi həmin traktorun altına sərmişdir. Daha sonra “Kon” sürücüsü traktoru yavaş-yavaş yerə qoymuş və o, sepi traktora birləşdirmişdir. Traktorun üzərindən söküb çıxardığı hissə-hissə kəsilmiş seplər isə elə orada qalmışdır. Apellyasiya məhkəməsinin şahidlər X13 və X11 məhkəmədə deyil, ibtidai istintaqda verdiyi ifadələrinə əsaslanması cinayət-prosessual qanunun tələbləri ilə uzlaşan nəticə kimi qiymətləndirilməldir. Çünki Cinayət-Prosessual Məcəllənin 124.2-ci maddəsi cinayət prosesində qəbul olunan sübutlar sırasında şahidlərin ifadələrini də göstərməklə onların mümkünlüyünü, faktların təsdiq və yaxud inkar olunmasında əhəmiyyətini həmin ifadələrin cinayət-prosesinin hansı mərhələsində (məhkəməyədək icraatda və yaxud məhkəmə icraat ında) əldə olunmasından asılı etməmişdir. Bundan başqa, Cinayət-Prosessual Məcəllənin 329.1-ci maddəsi də (327.1.3-cü maddəsi ilə birlikdə götürüldükdə) şahidlərin müxtəlif ifadələri arasında ziddiyyətlər olduqda, onun əvvəllər, o cümlədən, məhkəməyədək icraatda verdiyi ifadələrinin elan edilməsinə, yəni məhkəmə istintaqının gedişində tədqiq edilib hökmün əsaslandırılmasında istifadə olunmasına yol verir. Apellyasiya məhkəməsinin şahidlər X13 və X11 məhkəmədə deyil, ibtidai istintaqda verdiyi ifadələrinin doğru olması barədə qənaətinə, yəni ifadələrin qiymətləndirilməsi üzrə mövqeyinə gəldikdə, bu qənaət sonuncuların ifadələrinin yoxlanılması və qiymətləndirilməsi üçün əhəmiyyətli olan bütün halların obyektiv araşdırılmasına əsaslandığından, şübhələrə yer qoymur. Həmçinin apellyasiya məh kəməsi Məhkum verdiyi ifadəsini təkzib edən, sonuncunun ifşa edilməsini isə təsdiq edən, sübutlar kimi şahidlər X26-un və X27 həqiqəti əks etdirən ifadələri (ibtidai istintaqda verdiyi) ilə yanaşı zərərçəkmiş şəxs X20-nın və X6 və X29 (X27un və X28un ifadələri uzlaşan) ifadələrinə, həmçinin 18 mart 2019-cu il tarixli 6034 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinə, 04 yanvar 2019-cu il tarixli “Əşyanın götürülməsi haqqında” protokola istinad etmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, daş karxanasından oğurluq faktı ilə bağlı Qazax RPŞ-nə müraciət etmişdir. Daha sonra oğurlanmış traktor sepinin X27-in karxanasında olan traktorda aşkar olunduğundan bu oğurluq hadisəsində həmkəndlisi Məhkum şübhələndiyini polis əməkdaşlarına bildirmişdir. Qa zax RPŞ-yə ərizə ilə müraciət etdikdən bir neçə gün sonra Əhmədlə bir nəfər tanımadığı kişi onun yaşadığı evə gəlmişdir. Həmin vaxt evdə ondan başqa hal-hazırda Rusiya Federasiyasında yaşayan qardaşı X28 olmuşdur. O, X28-lə X27-in arasında olan söhbəti öz qulaqları ilə eşitmişdir. X27 X28-ə maddi ziyanı ödəyəcəyini və onun Qazax RPŞ-yə yazdığı ərizəni geri götürməyini xahiş etmişdir. X6 və X30-ovun məhkəmə istintaqındakı ifadələrində X16 X31-un ibtidai araşdırma dövründə göstərdiklərini təsdiq edərək - X28-un təklifi əsasında X32-in sonradan oğurlandığını bildiyi traktor sepini Məhkum məxsus karxanadakı traktora quraşdırıdığı, Mail Mahmudovun isə Məhkum göstərişi əsasında X24-la birlikdə qonşu karxanaya gedərək oradan traktor sepini söküb gətirmələri bildirmişdir. Həmçinin 04 yanvar 2019-c u il tarixdə Məhkum 01 ədəd, üzərində heç bir yazısı olmayan, “T 130” markalı traktorun sağ tərəfinin sepini könüllü təqdim edərək bildirmişdir ki, həmin sep X23-un deməsinə əsasən X4 məxsus daş karxanasından sökülüb onun daş karxanasına gətirilmiş sepdir. Sepə baxış keçirilərkən X20-a həmin sepin Məhkum onun karxanasından oğurladığı sep olmasını təsdiq etmişdir. Əşyanın götürülməsi protokollaşdırılmış, həmin protokolu hal şahidləri, Məhkum, X23 və müstəntiq XX imzalamışlar. İş materiallarında olan, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 mart 2019-cu il tarixli 6034 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və köhnə işlənmiş mühərriklərin satış məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən lakin ekspe rtizaya təqdim edilməmiş uzun müddət istismar olunmuş tədqiqat obyektlərinin işlənmiş vəziyyətdə, 13 noyabr 2018-ci il tarixə, qərarın təsviri hissəsində göstərilən məlumatlara əsasən respublikadaxili orta bazar qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq aşağıdakı kimi müəyyən edilir - bir ədəd 1987-ci ilin Rusiya Federasiyası istehsalı olan “T 130” markalı traktor sepi 2800,00 manat; Qeyd olunan və digər sübutlar apellyasiya məhkəməsinin hökmündə təsvir edilib ittiham və müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxar dığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, hərətərfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutların hamısını yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də apellyasiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti (X4 məxsus daş karxanasından 3000 manat qiymətində 01 ədəd “T 130” markalı traktorun sağ tərəfinin sepini gizli olaraq talaması) törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Həmçinin qeyd olunmalıdr ki, Məhkum cəzanın təyin olunması məsələsində də apellyasiya məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verilməmiş, məhkəmə cinayətin törədildiyi gündən hökm qanuni qüvvəyə mindiyi günədək Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin (2 ildən artıq yaxın) keçməsindən, lakin müdafiə tərəfinin bu (bəraətverici sayılmayan) əsasla Məhkum cinayət məsuliyyətindən azad edilməsinə razılıq verməməsindən çıxış etməklə sonuncunu hökmlə təyin edilmiş cəzadan azad etmiş, bununla Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.2.1-ci maddəsində nəzərdə tutulmuş (cəza təyin edilmədən ittiham hökmünün çıxarılmasını tələb edən) qaydaya əməl etmişdir. Odur ki, məhkəmə heyəti baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətin əsaslarının, yəni kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.3, 416.1.6, 416.1.11-cı maddələrində məhkəmə hökmünün kassasiya qa ydasında ləğv edilməsi (dəyişdirilməsi) əsasları kimi təsbit edilən halların olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısı İmranov Hafiz Beykəs oğlunun kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə, Məhkum və müdafiəçisi Müdafiəçi isə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 1(104)-396/2022 hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 1(104)-396/2022 hökmü dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən və Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş birgə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar