Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1450/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Məhkum müdafiəçisi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2025-ci il tarixli, 1(103)-162/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müd afiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1994-cü il tarixdə Şahbuz rayonu, Şahbuz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Məhkum onun şərəf və ləyaqətini kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında nalayiq formada qəsdən alçaltmış, “patrul.az” internet xəbər portalı vasitəsi ilə “instaqram” sosial şəbəkəsində X5 barəsində sonuncu tərəfindən başına silah dayılması və qanunsuz azadlıqdan məhrum edilməsi ilə bağlı böhtan xarakterli məlum atlar yaymışdır. Məhkum onun barəsində yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində yaymaqla onun şərəf və ləyaqətini alçaldaraq barəsində böhtan xarakterli məlumatlar vermişdir. Bununla da o, CM-in 147.1-ci maddəsində göstərilən cinayət əməlini törətmişdir. Qeyd olunanlara əsasən, Məhkum qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən hakim: X10) 29 avqust 2024cü il tarixli, 1(002)-127/2024 nömrəli hökmü ilə Məhkum CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə cəzasına məhkum edilməsi, hökmün icrasının yaşayış yeri üzrə İcra şöbəsinə həvalə edilməsi hökm edilmişdir.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum ol unmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hаkimlər: X14 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət məhkəmə tərkibində) 12 fevral 2025-ci il tarixli, 1(103)162/2025 nömrəli qərarı ilə məhkum edilmiş şəxsin müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 147.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 1(002)-127/2024 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2025-ci il tarixli, 1(103)162/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Kassasiya şikayətində cinayət işinin faktiki hallarına, məhkum və xüsusi ittihamçı barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraatın nəticələrinə dair müvafiq qərarlara, bir sıra qanunvericilik aktlarına istinadlar edilərək, məhkəmələr tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin işinə qanuni və ədalətli baxılmadığını iddia edərək göstərmişdir ki, Məhkum sosial şəbəkədə etdiyi çıxışı ilə X5 şərəf və ləyaqəti, nifuzu onun N.M.Hüsynovaya qarşı zorakılıq hərəkətləri etməsi hissəsində öz mənəvi və hüquqi təsdiqini tapmış, bunun nəticəsində törətmiş olduğu bu əmələ görə işlədiyi orqandan xaric edilmişdir. C.X4rşı silah tətbiq etməsi hissəsində onun şərəf və ləyaqəti, nüfuzu hər hansı halda ləkənməmişdir.
8. Qeyd etdiklərinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2025-ci il tarixli, 1(103)-162/2025 nömrəli qərarının ləğv edilməsini, Məhkum əməlində cinayət tərkibinin olmadığına görə CM-in 147.1-ci maddəsi ilə barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı xüsusi ittihamçı X9 etiraz verərək, məhkumun müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
10. Qərardan xüsusi ittihamçı tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətin i müdafiə edib onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinay ət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) ol duqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmamasını, əsassız və qanunsuz olaraq barəsində ittiham edildiyini iddia etsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
17. Bununla belə məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2025-ci il tarixli, 1(103)-162/2025 nöm rəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Bu tələb Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
21. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
22. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edi r.
23. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
24. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
25. Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, onun müdafiəçisinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.
26. Məhkum Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməllərində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, o c ümlədən Məhkum özünün müdafiəçisinin iştirakı ilə birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadələri, videogörüntülərlə, sənədlər və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir.
27. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət M əcəlləsinin 147.1ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
28. Odur ki, Məhkum CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinib, 1000 manat məblləğində cərimə cəzası ilə cəzalandırılması və buna dair hökmün dəyişdirilmədən saxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsass ız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz.
29. Odur ki, məhkəmə kollegiyası baxılan işdə apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən pozuntulardan hər hansısa birini müəyyən etmir və bu səbəbdən həmin müraciətin təmin edilməsini mümkün saymır.
30. Beləliklə, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2025-ci il tarixli, 1(103)-162/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan R espublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2025-ci il tarixli, 1(103)-162/2025 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.