Məhkəmə qərarları › İş №1(102)-1451/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1451/2018

25.10.2018
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1451/2018 25.10.2018 ALİ MƏHKƏMƏ İş №1(102)-1451/2018 Azərbaycan Respublikası adından QƏRAR 25 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1977-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağsu Rayon Məhkəməsinin xx xx 2011-ci il tarixli hökmü ilə CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 27 may 2011-ci il tarixli qərarı ilə Ağsu Rayon Məhkəməsinin xx xx 2011 -ci il tarixli hökmü dəyişdirilərək beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında’’ Qərarının 1.2ci bəndinə əsasən 20.06.2016-cı ildə azad edilmiş, məhkumluğu ödənilməmiş, Ağsu şəhəri 20 Yanvar küçəsi, 4 saylı evdə qeydiyyatda olan və yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə mə hkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmünə əsasən (hakim: T.A.İsmayılov) Məhkum CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək ona qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx xx 2011 -ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 05 ay 03 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası CM-in 67.5 və 66.4-cü maddələrinə əsasən həmin hökmlə ona təyin edilən cəzaya tamamilə birləşdirilmiş və o, qəti olaraq 05 (beş) ay 03 (üç) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını iş yerində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin onun qazancından tutulmalara başlandığı gündən hesablanması və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: M.M.Hüseynov, hakimlər: R.Ə.Əliyev və İ.H.Ş ükürov) apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-in 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü dəyişdirilmiş. Məhkum Ağsu Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 05 (beş) ay 03 (üç) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və qazancından dövlət nəfinə 20 faiz məbləğdə pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası dəyişdirilərək, ona 05 (beş) ay 03 (üç) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Məhkum hazırkı qərarla təyin edilən 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, 6 (ay) sınaq müddəti ilə şə rti hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş 9206 manat hissəsinin 2000 manat artırılaraq 11206 (on bir min iki yüz altı) manat məbləğində müəyyən edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 27 may 2011-ci il tarixli 1 (106)-173/2011 saylı qanuni qüvvəyə minmiş qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Ağsu Rayon Məhkəməsi tərəfindən xx xx 2016-cı il tarixdə Azərbaycan Respublikası İXM-İn 528.1 -ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx xx 2017-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini (hərəkətsizliyini) davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi qeyd edir ki, həbsdən iki ildən artıqdır ki azad edilməsinə baxmayaraq borclu Məhkum məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş 11206 manat məbləğində ziyanın 7 il ərz ində yalnız 2335 manat məbləğində hissəsini ödəmiş, qalan 8871 manat borcu ödəməkdən qəsdən və qərəzli şəkildə boyun qaçırır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması xahiş olunur. Məhkum kassasiya şikayətində himayəsində iki azyaşlı uşaqlarının olduğunu, fəhlə kimi çalışaraq əldə etdiyi aylıq əmək haqqının 126 manat təşkil etdiyini, əmək haqqından başqa heç bir gəlir mənbəyinin olmadığını, buna baxmayaraq az miqdarda olan əmək haqqından tutulan vəsaitin tələbkara ödənilməsinə etiraz etmədiyini, qalan məbləğin də tam şəkildə zərərçəmiş şəxsə ödəniləcəyini bildirmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı C.Əliyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419.1-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və CPM-in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü k imi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya məhkəməsinin deyil, birinci və apellyasiya instansiya məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanununbutələbindəngöründüyükimi, kassasiyainstansiyaməhkəməsibirincivəapellyasiyainstansiyaməhkəmələrindənfərqliolaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyənetmirvəyalnızhəminməhkəmələrtərəfindənmüəyyənedilmişhallaraəsa səncinayətvəcinayət-prosessualqanunvericiliyininnormalarınındüzgüntətbiqedilibedilməməsiməsələlərinəözmünasibətinibildirir. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması xahiş olunur. Məhkum еdilmiş şəхs Məhkum cəzаtəyin еdilməsi ilə əla qədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, ocümlədənAzərbaycanRespublikasıCMnin 8, 41.2, 58.3, 59 və 70cimaddələrinintələblərinəəməletməklətörədilmişcinayətinxarakterinivəictimaitəhlükəlilikdərə cəsini, adıçəkilənməhkumunşəxsiyyət ininəzərəalmışvəonatəqsirlibilindiyimaddə əsasındaədalətlicəzatəyinetmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qa nunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirə n halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, Məhkum cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, ziyanın tam ödənilməsini təmin etmək üçün cəhd etməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən olmasını cəzanı yüngülləşdirən hallardır. İş materiallarından görünür ki, Məhkum əməlində heç bir ağırlaşdırıcı hal yoxdur. Bu səbəbdən də məhkuma daha ağır cəza təyin edilməsi və CM-in 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəanın xaric edilməsini məqsədə müvafiq hesab etmək olmaz. Məhkəməkollegiyasıişmateriallarınıbirdahatəhliledərəkbeləqənaətəgəlirki, işəbaxanməhkəmələrAzərbaycanRespublikasıCPM-in 145.1cimaddəsinintələblərinəmüvafiqolaraqaraşdırılmışsübutlarıonlarınmötəbərliyi, mümkünlüyüvəmənsubiyyətiüzrəqiymətləndiribCPM-in 146cımaddəsinəəsasənhəminsübutlarınMəhkum tərəfindənittiham edildiyi cinayətintörədilməsinədaironuntəqsirliliyininmüəyyənedilməsiüçünkifayətetməsihaqqındad üzgünnəticəyəgəlmişlər. Bundanbaşqa, həmbirinci, həmdəapellyasiyainstansiyasıməhkəməsiişəbaxılmasızamanınatamamlığa, qeyriobyektivliyə, cinayətprosesiiştirakçılarınınhüquql arınınpozulmasınayolverməmiş, məhkəməiclaslarıağlabatanmüddətlərdəcinayətmühakiməicraatınınprinsiplərinəuyğunolara qkeçirilmişvəməhkəmələrhərhansıbirsübutuntədqiqindənimtinaetməyərəkqanunsuzyollaəld əolunmuşsübutlardanistifadəetməmişlər. MəhkəməbaxışlarızamanıhəmçininİnsanHüquqlarınınvəƏsasAzadlıqlarınınMüdafiəsihaqqı ndaAvropaKonvensiyasının 6cımaddəsindənəzərdətutulmuşədalətlivəqərəzsizməhkəməbaxışınamalikolmaq, müdafiə, onunlehinəvəəleyhinəifadələrvermişşahidləridindirməkvəbaşqahüquqlarıdapozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum daha ağır cəza təyin edilməklə qərarın dəyişdirilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən,Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Məhkum kassasiya şikayətinə gəldikdə isə məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə almaqla kassasiya şikayətini əsassız sayır və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas görmür. ŞərhedilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin 419.10.1cimaddəsinirəhbərtutaraqməhkəməkollegiyası Qərara alır: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassas iya şikayəti təmin edilməsin. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar