Məhkəmə qərarları › İş №1(102)-1457/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1457/2024

28.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1457/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum və onun müdafiəçiləri, “BHM və partnyorları” Vəkil Bürosunun vəkilləri Əlili İsrafil Muğan oğlu və Bədirli Rüfət Mirrafiq oğlunun iştirakları ilə xx xxx 1989-cu il tarixdə Almaniya Respublikasının Nayştremits şəhərində anadan olmuş, Azərbaycan Respublikasının və təndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 181.2.2, 181.2.4, 181.2.5 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli 1(103)-74/2023 nömrəli qərarından məhkumun müdafiəçiləri, “BHM və partnyorları” Vəkil Bürosunun vəkilləri Əlili İsrafil Muğan oğlu və Bədirli Rüfət Mirrafiq oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 1(101)-1052/2022 nömrəli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.3.2, 181.2.2, 181.2.4, 181.2.5 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə, CM-in 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 (on il) il müddətə azadlıqdan məhrum etmə, CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdi r. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli 1(103)-74/2023 nömrəli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), A.V.Tanrıverdiyev və İ.M.Murquzov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 1(101)-1052/2022 nömrəli hökmü dəyişdirilmişdir. Hökmlə Məhkum CM-in 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə təyin edilmiş 10 (on) il azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) ilə endirilmiş, hökmlə Məhkum CM-in 178.3.2 və 320.1-ci maddələri ilə təyin edilmiş cəzaları hazırki qərarla təyin edilmiş cəza ilə Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qanunsuz hazırladığı hüquq verən rəsmi sənədləri bilə-bilə istifadə etməklə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə, yəni dələduzluq, özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, yəni quldurluq və qanunsuz hazırladığı hüquq verən rəsmi sənədləri bilə-bilə istifadə etməklə özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə təkrar ələ keçirməyə, yəni dələduzluğa cəhd cinayət əməllərini törətmişdir. Belə ki, o, hüquq verən rəsmi sənədləri qanunsuz hazırlayaraq bilə-bilə istifadə etməklə özgənin külli miqdarda əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə 24 may 2019-cu il tarixdən 04 may 2020-ci il tarixədək olan müddət ərzində hüquqşünas vəzifəsində işlədiyi "xxxx" MMC ilə eyni ofisdə yerləşən "xxxx" MMC tikinti şirkətinə bir otaqlı mənzil almaq üçün müraciət edərək şirkətdən istədiyi ölçülərə uyğun mənzil tapa bilməyən Zərərçəkmiş şəxs2 guya şirkətdəki əlaqələri vasitəsilə özü üçün aldığı 58 kvadrat metr sahəsi olan mənzili 12 aylıq müddətə kreditlə ümumilikdə 63800 (altmış üç min səkkiz yüz) manata satacağına dair yalan vəd verib şirkətin hüquqşünası vəzifəsində tutduğu qulluq mövqeyi ndən istifadə edərək aldatmaqla və tərəfindən qanunsuz hazırlanaraq naməlum müddətdə və yerdə kompüterdə çap edilməklə tərtib olunmuş, heç bir maddi və hüquqi əsası, təminatı olmayan, guya adına mənzil rəsmiləşdirilməsinə dair 31 oktyabr 2019-cu il tarixli 19230B/19 nömrəli, 03 sentyabr 2020-ci il tarixli 36 nömrəli saxta müqavilələrin surətlərini və “Cavid-2016» MMCyə aid 2-ci binanın 14-cü mərtəbəsində yerləşən 113 kvadrat metr, 2ci mərtəbəsində yerləşən 73,31 kvadrat metr sahəsi olan mənzillərinin Zərərçəkmiş şəxs2 satılmasına etiraz etməməsi barədə ünvan 3 ünvanında qeydiyyatda olan X tərəfindən Bakı şəhəri ASAN-1 Xidmətinin notariat kontoruna ünvanlanmış və xüsusi notarius X6 tərəfindən fotosurətinin düzgünlüyünün təsdiq edilməsi reyestrdə 1S-34521 nömrəsi ilə qeydə alınmış 13 sentyab r 2020-ci il tarixli ərizənin surətini təqdim edərək etibarını qazanmaqla sonradan həmin etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda və yerlərdə, ilk 32000 (otuz iki min) manat məbləğində hissəsini 12 may 2020-ci il tarixdə saat 15 radələrində ünvan 5 ünvanında yerləşən “Mado” restoranının qarşısında nağd şəkildə əlbəəl almaqla, 15000 (on beş min) manat məbləğində hissəsini 13 may 2020-ci il tarixdə saat 18 radələrində eyni ünvanda nağd şəkildə əlbəəl almaqla, 1000 (bir min) manat məbləğində hissəsini 06 sentyabr 2020-ci il tarixdə saat 11:23-də elektron ödəmə terminalı vasitəsi ilə “AccessBank" QSC-yə aid debit kartındakı **********750869 nömrəli hesabına köçürülmə yolu ilə almaqla, 6000 (altı min) manat məbləğində hissəsini 17 sentyabr 2020-ci il tarixdə axşam saatlarında ünvan 5 ünvanında yerləşən “Mado” restoranının qarşısında nağd şəkildə əlbəəl almaqla, 1000 (bir min) manat məbləğində hissəsini 15 oktyabr 2020-ci il tarixdə axşam saatlarında eyni ünvanda nağd şəkildə əlbəəl almaqla, 400 (dörd yüz) manat məbləğində hissəsini 13 fevral 2021-ci il tarixdə saat 22:43-də Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən «Grandmart» dükanında quraşdırılmış 3475 nömrəli elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 5****4712 nömrəli kart hesabına köçürülmə yolu ilə almaqla, 65 (altmış beş) manat məbləğində hissəsini 22 fevral 2021-ci il tarixdə saat 19:24-də ünvan 6 ünvanında yerləşən «Araz Market» dükanında quraşdırılmış 3583 nömrəli elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 4****8013 nömrəli kart hesabına köçürülmə yolu il ə almaqla, 100 (bir yüz) manat məbləğində hissəsini 02 mart 2021-ci il tarixdə saat 13:31-də Bakı şəhəri, Binəqədi rayonu «Favorit Market» dükanında quraşdırılmış K0100475 nömrəli elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 4****0963 nömrəli kart hesabına köçürülmə yolu ilə almaqla ümumilikdə 55.565 (əlli beş min beş yüz altmış beş) manat məbləğində külli miqdarda nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib sonradan verdiyi vədə əməl etməyərək aldadıb Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını tamah niyyəti ilə quldurluq yolu ilə təkrar ələ keçirmək məqsədilə 12 may 2020-ci il tarixdən 15 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində aldatma və etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda hiss ə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə həmin dövrdə artıq ümumilikdə 55.565 (əlli beş min beş yüz altmış beş) manat məbləğində külli miqdarda nağd pulunu ələ keçirdiyi Zərərçəkmiş şəxs2 telefonla zəng vuraraq, satacağına dair yalan vəd verdiyi mənzilin alqısatqı prosesini yekunlaşdırmaq adı ilə mənzilin pulunun qalan 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində hissəsini də götürüb Bakı şəhəri, Xətai rayonu ərazisindəki metronun “Həzi Aslanov” stansiyasının çıxışının qarşısına gəlməsini bildirərək 20 yanvar 2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2lə həmin yerdə görüşüb, guya satacağı mənzilin sahibinin arxasınca getmək bəhanəsi ilə aldararaq onu idarə etdiyi avtomobilə mindirərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə aparıb orada digər şəxslərin nə zərindən uzaq yerdə yolun kənarında avtomobilini saxlayaraq üzərində olmasını əvvəlcədən dəqiq bildiyi 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs2 tələb etmiş, sonuncu pulu verməkdən imtina edərək yalnız alqı-satqı prosesi başa çatdıqdan sonra mənzil sahibinin iştirakı ilə şirkətin ofisində həmin pulu verəcəyini bildirdikdə isə avtomobilində saxladığı bıçağı götürüb silah qismində tətbiq etməklə hücumuna məruz qalmış Zərərçəkmiş şəxs2 vuracağı ilə qorxudaraq üzərinə basqın edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində xeyli miqdarda pulunu zorla əlindən almaqla təkrar quldurluq etmişdir. Bundan başqa, o, hüquq verən rəsmi sənədləri qanunsuz hazırlayaraq bilə-bilə istifadə etməklə özgənin x eyli miqdarda əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə naməlum müddətdə yaşadığı ünvan 2 ünvanında özünə məxsus rəngli printer qurğusu və kompüterdə “Fotoşop” proqramı vasitəsi ilə 06 ədəd “A4” formatlı vərəqdə çap etməklə qanunsuz hazırladığı hüquq verən rəsmi sənədlər hesab edilən "xxxx" QSC-nin rəngli blanklarına köçürülmüş, özünün guya “Bank of Baku»-da yerləşən www.bakuelektronics.az hesabına 13 aprel 2021-ci il tarixdə 1969 manat, 3939 manat, 3999 manat və 1668 manat məbləğində pul köçürülmələrinə dair təsdiqləyici məlumatlar əks olunmuş, bankın Risklərin İdarə Edilməsi Üzrə İcraçı Direktoru X adından rəngli qələmlə imzalanmış və üzərlərində bankın rəngli möhürləri olan 13 aprel 2021-ci il tarixli 046-11-08- 93-Q4218, 046-11-08-93-Q4219, 046-11-08-93-Q4220 və 046-11-08-93-Q4221 nömrəli məktublarını, ön səhifələrinin aşağı sağ hissəsində bankın rəngli möhürləri və səlahiyyətli şəxsin rəngli qələmlə çəkilmiş imzası əks olunan xx.xx.2020-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək olan müddət ərzində "xxxx" QSC-dəki Z84ACAB******************** saylı hesabı üzərindən aparılmış maliyyə əməliyyatları barədə çıxarışı 13 aprel 2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1 MMC-nin ünvan 7 ünvanında yerləşən ofisinə təqdim etməklə bilə-bilə həmin saxta maliyyə sənədlərindən istifadə edərək heç bir real ödəniş etmədən MMC- dən hər birinin dəyəri 3939 manat olan iki ədəd “İphone” markalı, dəyəri 1969 manat olan bir ədəd “Samsung” markalı mobil telefon cihazları və dəyəri 1668 manat olan bir ədəd “Samsung” markalı smart qol saatı olmaqla ümumilikdə 11.575 (on bir min beş yüz yetmiş beş) manat dəyərində xeyli miqdarda əmlak ələ keçirməyə cəhd göstərmiş, təqdim etdiyi sənədlərin saxta olması zərərçəkmiş hüquqi şəxsin əməkdaşları tərəfindən aşkarlandığından öz iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli 1(103)-74/2023 nömrəli qərarının ləğv edilərək Məhkum CM-in 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə bəraət verilməsi, CM-in 178.3.2 və 320.1-ci maddələri ilə isə daha yüngül cəza təyin olunmasına dair qərar qəbul edilməsi x ahiş olunur. Şikayətdə qeyd olunur ki, cinayət işinin materiallarında Məhkum Zərərçəkmiş şəxs2 Abdulmanaf oğluna qarşı quldurluq edərək 8800 manat pulunu ələ keçirməsini təsdiq edən heç bir sübut yoxdur. Belə ki, ibtidai istintaq orqanı və məhkəmələr yalnız Zərərçəkmiş şəxs2 ziddiyyətli və digər heç bir sübutla təsdiq olunmayan ifadələrinə əsaslanaraq Məhkum CM-in 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə ittiham və məhkum etmişlər. Şikayətdə həmçinin qeyd edilir ki, əgər həqiqətən də Zərərçəkmiş şəxs2 qarşı Məhkum tərəfindən quldurluq edilsəydi, həmin hadisədən sonra zərərçəkmiş şəxs Məhkum inanmaqda davam edərək ona mənzil almaq üçün əlavə pullar göndərməzdi. Bundan başqa, zərərçəkmişin iddia etdiyi kimi 20 yanvar 2021-ci ildə Məhkum ona qarşı quldurluq etmiş olsaydı, 24 yanvar 2021-c i ildə (yəni 4 gün sonra) Zərərçəkmiş şəxs2 Məhkum onun avtomobilinin nömrələrini özbaşına açması barədə DİN-nin 102 xidmətinə zəng edib şikayət edərkən quldurluq hadisəsi barədə də şikayət edərdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 19 noyabr 2021-ci il tarixdə keçirilmiş üzləşmə zamanı da Məhkum ona qarşı quldurluq etməsi barədə heç bir söz deməmiş, 63800 manat pulunu aldadaraq ələ keçirdiyini bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçilər R.Bədirlinin və İ.Əlilinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı E.İbrahimovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instans iyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş kassasiya şikayətdə Məhkum CM-in 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə bəraət verilməsi, CM-in 178.3.2 və 320.1-ci maddələri ilə isə daha yüngül cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən: “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 181.1-də “Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”a görə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 181.2-ci maddəsinə əsasən “Eyni əməllər: 181.2.2. təkrar törədildikdə; 181.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məh rum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsinə əsasən “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Verilmiş kassasiya şikayətində Məhkum CM-in 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə ittiham olunmasına dair epizod üzrə məhkəmə qərarlarının əsaslılığı mübahisələndirilir, eyni zamanda məhkuma digər epizodlar üzrə təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunu r. Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində Məhkum Zərərçəkmiş şəxs1 MMC-nin ünvan 7 ünvanında yerləşən ofisinə təqdim etməklə bilə-bilə həmin saxta maliyyə sənədlərindən istifadə edərək heç bir real ödəniş etmədən MMC-dən hər birinin dəyəri 3939 manat olan iki ədəd “İphone” markalı, dəyəri 1969 manat olan bir ədəd “Samsung” markalı mobil telefon cihazları və dəyəri 1668 manat olan bir ədəd “Samsung” markalı smart qol saatı olmaqla ümumilikdə 11.575 (on bir min beş yüz yetmiş beş) manat dəyərində xeyli miqdarda əmlakı dələduzluq yolu ilə ələ keçirməyə cəhd göstərməsinə dair olan epizod üzrə təqsirliliyi mübahisələndirilmədiyindən məhkəmə kollegiyası həmin epizoda dair sübutların şərh edilməsini zəruri hesab etmir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin ş ərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum Zərərçəkmiş şəxs2 üzərinə basqın edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində xeyli miqdarda pulunu zorla əlindən almaqla quldurluq etmək nəticəsinə gələrək onu CM-in 181.2.2, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsirli bilib məhkum edərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış və ittiham orqanının təqdim etdiyi sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün q iymətləndirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda ko nkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın dü zgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri Məhkum əməllərinin hüquqi tövsifi zamanı səhvə yol vermişlər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Məhkum Zərərçəkmiş şəxs2 külli miqdarda pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gəlmiş və cinayətkar məqsədinə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə etmişdir. İbtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Məhkum zərərçəkmiş şəxsə məxsus olan pulun 55.565 (əlli beş min beş yüz altmış beş) manat hissəsini dələduzluq yolu ilə, qalan 8800 (səkkiz min səkkiz yüz) manat hissəsinin quldurluq yolu ilə talanması nəticəsinə gəlmişlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ittihamda və işin hallarında qeyd olunduğu kimi Məhkum Zərərçəkmiş şəxs2 55565 manat pulunu dələduzluq yolu ilə ələ keçirmə dövrü 12 may 2020-ci il tarixdə başlamış və 02 mart 2021-ci il tarixdə başa çatmışdır. Buna baxmayaraq, Məhkum Zərərçəkmiş şəxs2 8800 manat pulunun quldurluq yolu ilə 21 yanvar 2021-ci il tarixdə ələ keçirməsinə dair ittiham verilərkən göstərilir ki, “o, özgənin əmlakını tamah niyyəti ilə quldurluq yolu ilə təkrar ələ keçirmək məqsədilə 12 may 2020-ci il tarixdən 15 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində aldatma və etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla vahid niyyətlə əhatə ol unan qəsdlə həmin dövrdə artıq ümumilikdə 55.565 (əlli beş min beş yüz altmış beş) manat məbləğində külli miqdarda nağd pulunu ələ keçirdiyi Zərərçəkmiş şəxs2 telefonla zəng vuraraq, satacağına dair yalan vəd verdiyi mənzilin alqı-satqı prosesini yekunlaşdırmaq adı ilə mənzilin pulunun qalan 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində hissəsini də götürüb Bakı şəhəri, Xətai rayonu ərazisindəki metronun “Həzi Aslanov” stansiyasının çıxışının qarşısına gəlməsini bildirərək 20 yanvar 2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2lə həmin yerdə görüşüb, guya satacağı mənzilin sahibinin arxasınca getmək bəhanəsi ilə aldararaq onu idarə etdiyi avtomobilə mindirərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə aparıb orada digər şəxslərin nəzərindən uzaq yerdə yolun kənarında avtomobilini saxlayaraq üzərində olmasını əvvəlcədən dəqiq bildiyi 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs2 tələb etmiş, sonuncu pulu verməkdən imtina edərək yalnız alqı-satqı prosesi başa çatdıqdan sonra mənzil sahibinin iştirakı ilə şirkətin ofisində həmin pulu verəcəyini bildirdikdə isə avtomobilində saxladığı bıçağı götürüb silah qismində tətbiq etməklə hücumuna məruz qalmış Zərərçəkmiş şəxs2 vuracağı ilə qorxudaraq üzərinə basqın edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində xeyli miqdarda pulunu zorla əlindən almaqla təkrar quldurluq etmişdir.” Göründüyü kimi, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələrinin Məhkum CM-in 181.2.2, 181.2.4, 181.2.5-ci maddələri ilə təqsir li bilinməsinə dair gəldiyi nəticəyə görə dələduzluq cinayətini başa çatdıqdıqdan sonra Məhkum Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törətmişdir. Eyni zamanda, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair gəlinən nəticəyə görə o, Zərərçəkmiş şəxs2 8800 manat pulunu quldurluq yolu ilə pulunu ələ keçirdikdən sonra sonuncunun 400 (dörd yüz) manat məbləğində pulunu 13 fevral 2021-ci il tarixdə saat 22:43-də Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən «Grandmart» dükanında quraşdırılmış 3475 nömrəli elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 5****4712 nömrəli kart hesabına köçürülmə yolu ilə almaqla, 65 (altmış beş) manat məbləğində pulunu 22 fevral 2021-ci il tarixdə saat 19:24-də ünvan 6 ünvanında yerləşən «Araz Market» dükanında quraşd ırılmış 3583 nömrəli elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 4****8013 nömrəli kart hesabına köçürülmə yolu ilə almaqla, 100 (bir yüz) manat məbləğində pulunu 02 mart 2021-ci il tarixdə saat 13:31-də Bakı şəhəri, Binəqədi rayonu «Favorit Market» dükanında quraşdırılmış K0100475 nömrəli elektron ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 4****0963 nömrəli kart hesabına köçürülmə yolu ilə almaqla dələduzluq etməkdə davam etmişdir. İş materiallarında olan raportdan görünür ki, cinayət işinin başlanılmasına əsas Zərərçəkmiş şəxs2 tanışı Məhkum tərəfindən mənzillə təmin olunmasına köməklik göstərəcəyi adı ilə 63.800 manat pulunun ələ keçirilməsi barədə müraciəti olmuşdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən müxtəlif instansiyalara ünvanlanmış şikayə t ərizələrindən görünür ki, sonuncu ərizə yazaraq Məhkum ona mənzil satılması ilə bağlı yalan vədlər verib etibarını qazanmaqla ona qarşı dələduzluq edib 63.800 manat pulunu ələ keçirdiyini bildirmişdir. (cild 1 iş v. 10-13) İş materiallarında olan zərərçəkmiş şəxsin dindirilməsi haqqında 13 noyabr 2021-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilkin ifadəsində bildimişdir ki, 2018-ci ildə yaşadıqları Nərimanov rayonu ərazisində pilot layihə əsasında inşa edilmiş "xxxx" MMC tikinti şirkəti tərəfindən evləri plana düşdüyü üçün heç bir narazılıqları olmadan mənzillə təmin olunmuşlar. Hal-hazırda həmin mənzildə yaşayırlar. 2019-cu ilin əvvəllərində yuxarıda göstərdiyi şirkətdən etibarlı və yaxın münasibətləri olduğuna görə bir otaqlı mənzil almaq üçün (yəni 58 kv. metr) müraci ət etmişlər. Şirkət onlara 58 kv. metr mənzillərinin olmadığını bildirmişdir. Əvvəlki işlərində "xxxx" MMC-nin tikinti şirkətinin rəsmi hüquqşünası kimi tanıdıqları Məhkum o və atası X3 ilə görüşüb onlara bildirmişdir ki, həmin şirkətin binasında şəxsən onun özünə məxsus olan bir otaqlı yəni 58 kv. metrlik mənzil var. Beləliklə, onlar Məhkumla sövdələşmişlər. O, 58 kv. metrlik mənzili 63800 (altmış üç min səkkiz yüz) manat məbləğinə qiymətləndirib 12 ay müddətinə tam şəkildə ödəmək şərti ilə razılaşmış və bildirmişdir ki, o, onu yaxşı tanıyır, odur ki, ona etibar edir. Onlar X razılaşmışlar. xx.xx.2020-ci il tarixində atası X və o, Nərimanov rayonunda Mado restoranının önündə ilkin olaraq Məhkuma əlbəəl 32000 (otuz iki min) manat pul vermişlər. xx.xx.2020-ci il tarixində axşam saat 6-7 rad ələrində Məhkum Mado restoranın önündə 17000 manat əlbəəl pul vermişlər. Məhkum 2 gün içində onlardan mənzilini onlara vermək üçün aldığı 49000 (qırx doqquz min) manat pul üçün öz xətti ilə yazdığı və imza etdiyi qəbz vərəqəsi vermişdir. Onlara bildirmişdir ki, 2-3 gün müddətində o, onlara həmin bu mənzilin alqı-satqı müqaviləsini verəcəkdir. Məhkumın onlara verdiyi sözdən təxminən 1 həftə keçmiş və o, özü onunla telefon əlaqəsi saxlamışdır. O, bildirmişdir ki, müqavilə hazırdır, sadəcə şirkət rəhbəri imza edib möhürləməlidir ki, onu onlara çatdırsın. Beləliklə onlar gözləyəsi olmuşlar. xx.xx.2020-ci il tarixində o, televiziya ekranından Məhkum sərt karantin rejimi qaydalarını avtoxuliqanlıq edərək pozduğu üçün 1 ay müddətinə həbs edildiyini eşitmiş, bu xəbərdən narahat olmuş və səhəri g ün öz valideynlərilə birlikdə onların yaşadığı ünvana getmiş, onun atası X və anası X xanım onları qəbul etmiş, onlar Məhkumın pul alması və tutulması barədə onları məlumatlandırmışlar. Məhkumın valideynləri onlara bildirmişdir ki, onların bu məsələ barədə Məhkumın öz dilindən dəqiq məlumatları var, narahat olmasınlar, onun bütün işlərinə nəzarət edirlər, arxayın getsinlər. Qeyd etmişlər ki, Məhkum bir aylıq həbsi başa vurduqdan sonra, onlar özləri dəvət edib, Məhkumın onlardan aldığı 49000 (qırx doqquz min) manat pulu geri qaytaracaqlar. Məhkum 1 ay həbs müddətini başa vurduqdan sonra ***-***-**-** nömrəli mobil telefon ilə ona zəng etmiş, Nəsimi bazarının yanında görüş təyin etmişdir. O, onunla görüşəndə Məhkuma onu aldatdığına və yalan danışdığına görə bu mənzili almaqdan imtina etdiyin i bildirmişdir. Qəti şəkildə onda olan 49000 (qırx doqquz min) manat pulunun geri qaytarılmasını tələb etmişdir. Məhkum ona bildirmişdir ki, bu heç cür mümkün deyil, onlar müqavilənin şərtini poza bilməzlər, o, onu aldatmır, ancaq bu mənzilin ona veilməsi üçün hökmən 63800 (altmış səkkiz min üç yüz) manat məbləğ tam şəkildə ödənilməlidir. Ona bildirmişdir ki. həmin binada 58 kv. metr sahəsi oİan mənzilin sahibi X mənzilini satır və o, həmin mənzili onun adına keçirdəcək. O, Məhkuma inanmadığını bildirmiş, Məhkum ona X həmin mənzildən imtina ərizəsini yazılı şəkildə notarial təsdiqi ilə ona təqdim edəcəyini bildirmiş və mənzildən imtina ərizəsini şirkətə təqdim edib evin müqaviləsinin onun adına yazılacağı haqqında söz vermişdir. Həmin günün səhəri Məhkum ona X mənzildən imtina ərizəsinin n otarial qaydada təsdiqinin surətini vermiş və əslini şirkətdə onun adına mənzilin müqaviləsinin yazılması üçün şirkətə təqdim etdiyini bildirmişdir. Həmin gün ona israrla bildirmişdir ki, Xa verilməsi üçün pulun qalıq hissəsini ödəsin. O, Məhkuma inanmadığı üçün müqavilə hazır olduqdan sonra ödəniş edəcəyini bildirmişdir. 2-3 gün sonra onu aldatmadığına inandırmaq üçün ona Xın sahib olduğu mənzilin müqaviləsini saxlamaq üçün vermiş, 17 sentyabr 2020-ci il tarixdə, təkrar olaraq Nərimanov rayonu ərazisində atası ilə birlikdə Məhkumla görüşmüşlər, onun tələb etdiyi məbləğdən 6000 (altı min) manat əlbəəl Məhkuma pul vermişlər. Yerdə qalan 8800 (səkkiz min səkkiz yüz) manat pulu isə atası bildirmişdir ki, müqaviləni ondan götürdükdən sonra verəcəklər, amma hiss etmişlər ki, o, onları aldadır. O, yalvar-yaxar edərək onların onu yaxşı tanıdıqlarını, saxtakar adam olmadığını, özünün hüquqşünas olmaqla qanunlarla işləyən adam olduğunu və qanun qarşısında məsuliyyətini bildiyini və başa düşdüyünü bildirilərək onları razı şəkildə yola salmışdır. Bu görüşdən də, 1 ay keçməsinə baxmayaraq o, ara-sıra Məhkuma zəng etmiş, nə üçün onları aldatdığını və müqaviləni onlara vermədiyini soruşmuş, o, işdə yeni bir problem olduğunu bildirərək yaxın günlərdə onunla görüşəcəyini bildirmişdir. 17 oktyabr 2020-ci il tarixdə çox böyük bir çətinliklə o, Məhkumla görüşmüş, düzü ona heç bir inam və etibarının qalmadığını bildirmiş, Məhkum onu əmin etmişdir ki, müqavilə hazırdır. Ona XınXn imtina etdiyini bildirmiş, lakin Xdeyə bir şəxsin adında olan mənzili onun (Zərərçəkmiş şəxs2) adına yazılmış olan a lqı-satqı müqaviləsini ona təqdim etmişdir. Ona qalıq pulu tam şəkildə ödəməli olduğunu deyərək təkid etmiş, o, müqavilənin doğruluğunu şirkətdə təsdiq etdirdikdən sonra ödəyəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə “Cavid-2016" MMC tikinti şirkətinə gedib Məhkumın ona verdiyi alqı-satqı müqaviləsini yoxlatdırmış, şirkət rəhbərliyi tərəfindən ona həmin müqavilənin saxta olduğu bildirilmiş, Məhkum onu aldatdığını və artıq şirkətdə işləmədiyi demişlər. xx.xx.2021-ci il tarixdə o, təcili valideynləri ilə birlikdə Məhkumgilin evinə getmiş, yenə də atası və anası onları qəbul etmiş, onlar onlardan Məhkum ilə birlikdə nə üçün başlarına bu oyunu açdıqlarını soruşmuşlar. Onlar onlara yalvar-yaxar etməyə başlamış, artıq onlar Məhkumın bu hərəkətlərinə birbaşa atasının rəhbərlik etdiyini görmüş lər və bildirmişlər ki, nə qədər ki, onların bu hərəkətləri barədə hüquq mühafizə orqanlarına müraciət etməyiblər dələduzluq yolu ilə ələ keçirdikləri pullarını qaytarsınlar, arada hörmətsizlik olmasın. 20 yanvar 2021-ci il tarixdə Məhkum özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə ona zəng edərək onun məsələsinin hazır olmaq üzrə olduğunu deyib qalıq pulu da gətirməsini bildirərək mütləq görüşüb söhbət etməli olduqlarını demiş, o, xx.xx.2021-ci il tarixdə saat 15:42 radələrində Həzi Aslanov metrosu ərazisində Məhkumla görüşmüş, o, İlhamın ona inanmadığı üçün bildirmişdir ki, bir yerdə şirkətə getsinlər, orada onun müqaviləsini təqdim etsinlər, o da qalıq pulu ona versin. O, Məhkumın idarə etdiyi “Kia Optima” markalı 10AS351 dövlət nömrə nişanlı avtomobilə əyləşmiş, Zığ şosesi istiqamət inə hərəkət etmişlər. Həmin vaxt İlham ona şirkətin Nərimanov rayonu tərəfdə yerləşdiyini dedikdə Məhkum X Binə qəsəbəsində yaşadığını, onu da götürməli olduqlarını demişdir. Binə qəsəbəsinə gəldikdə o, maşından düşərək ondan pulu tələb etmiş, o, müqaviləni götürdükdən sonra ödəyəcəyini bildirmişdir. Məhkum onun üstünə avtomobilində saxladığı bıçaqla hədə-qorxu gələrək üzərində olan 8800 manat pulu almışdır. Onlar oradan ayrıldıqdan sonra valideynlərinə zəng edərək Məhkumın onu ölümlə hədələdiyini və baş verən hadisəni bildirmişdir. Anası və atası yalvarıb şikayət etməməyini, onu cəzalandıracaqlarını və onun pulunu qaytalaracaqlarını demişlər. Bu məsələdən bir neçə gün keçməsinə baxmayaraq həll edilməmişdir. Məhkumın atası və anası onlara müqavilənin addan ada keçməsi üçün şirkətdə bir neç ə adamın adına pul ödəmək lazım olduğunu demiş, ondan sonra müqavilə ilə birlikdə mənzillərində oturacaqlarını demişlər. O, həmin pulları da ödəmişdir, onların çekləri də ondadır. Təəssüflər olsun ki, bu da heç bir nəticə verməmiş, o, Məhkumla telefon əlaqəsi saxlasa da, bunların da mənası olmamışdır. Məhkum ona yazdığı mesajlarda və etdiyi zənglərdə qəti şəkildə bildirmişdir ki, onun ona veriləsi pulu yoxdur, əli hara çatır oraya qoysun, heç kəsdən qorxmur. Pulunu ödəmədiyi bəs deyil, utanmazcasına onu hədələyib ölümlə təhdid etmişdir. Ona görə də Məhkum cinayət məsuliyyətinə cəlb edilməsini, ona vurulmuş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. (cild 1, v 137) Cinayət işinin 1-ci cild 174-175-ci vərəqələrində olan 19 noyabr 2021-ci il tarixli üzləşdirmə protoko lundan görünür ki, təqsirləndirilən şəxs Məhkum ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Məhkum dələduzluq edərək, ev satmaq adı ilə onu aldadıb 63.800 manat pulunu ələ keçirdiyini bildirərək Məhkum ifşa etmişdir. İş materiallarında olan cinayət işinin icraata qəbul edilməsi haqqında 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, cinayət işinin başlanılmasına əsas və səbəb Məhkum aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs2 mənzillə təmin olunmasına köməklik göstərəcəyini vəd verib vahid niyyətlə əhatə olunmaqla Bakı şəhəri Nərimanov rayonu “Mado” restoranın qarşısında 12 may 2020-ci il tarixdə saat 15 radələrində 32000 manat pulunu, 13 may 2020-ci il tarixdə təxm inən saat 18 radələrində 17000 manat pulunu, 17 sentyabr 2020-ci il tarixdə 6000 manat pulunu, sonuncu dəfə isə 20 yanvar 2021-ci il tarixdə təxminən saat 16 radələrində Xəzər rayonu Binə qəsəbəsi ərazisində 8800 manat pulunu, cəmi 63800 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etməsi ilə əlaqədar Xəzər RPİ-nin Təhqiqat şöbəsində toplanmış materiallar olmuşdur. Törətdiyi cinayət əməlinə görə Məhkum 26 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə şübhəli şəxs kimi tutulmuş, 28 oktyabr 2021-ci il tarixdə isə o, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Xəzər rayon Məhkəməsinin qərarı il ə həbs qətimkan tədbiri seçilmişdir. 24 noyabr 2021-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2 və 320.2-ci maddələrinə tövsif edilmişdir. 25 noyabr 2021-ci il tarixdə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cild 45-81-ci vərəqələrində olan 10 mart 2022-ci il tarixli telefon danışıqları haqqında məlumatlar əks olunmuş CD-yə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 ədəd CD-yə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, cinayət had isəsinin baş verdiyi müddətdən bəri iş üzrə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli telefon ilə iş üzrə təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş ***-***-**-** nömrəli telefona müxtəlif vaxtlarda çoxsaylı zənglər və mesajlar daxil olmuşdur. Qeyd olunan mesajlarda Məhkum Zərərçəkmiş şəxs2 alacağı mənzilin sənədləşdirilməsi ilə bağlı yalançı vədlər verməsi, işin uzanmasının müxtəlif bəhanələrlə əsaslandırmağa çalışması, Zərərçəkmiş şəxs2 ondan ya vəd verdiyi mənzilin sənədlərini, müqaviləni verməsini, ya da ki, verdiyi 70000 məbləğində pullarını geri tələb etməsi əks olunmuşdur. Cinayət işinin 2-ci cild 87-ci vərəqəsində olan 11 mart 2022-ci il tarixli sənədlərin surətinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən ilkin şikayət ə rizələrinə əlavə edilmiş mənzil alqı-satqısına dair iki ədəd müqavilələrin surətlərinə və mənzilin satılmasına dair ərizənin surətinə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, üzərində əlyazma xətlə 192-30B/19 nömrəsi və 31 oktyabr 2019 tarixi yazılmış müqavilədə “Cavid-2016" MMC-nin adından çıxış edən, direktoru X7 ilə ‘‘Sakin" adlanan, ünvan 8 ünvanında qeydiyyatda olan X Hafiz qızının arasında sonuncunun söküntüyə gedən iki mənzilinin əvəzinə yerində inşa ediləcək yaşayış binasında iki yeni mənzil ilə təmin olunacağına dair qarşılıqlı öhdəliklər, müqavilənin hər səhifəsinin MMCnin direktoru S.Rəfiyev adından çəkilmiş imzalar ilə təsdiq olunması, lakin digər tərəfdən imzanın olmaması əks olunmuşdur. İkinci, üzərində əlyazma xətlə 36 nömrəsi və 03 sentyabr 2020-ci il tarixi yazılmış «mənzilin kreditlə alqı-satqı» müqaviləsində «Satıcı» adlanan, ünvan 9 ünvanında yaşayan Məhkum «Alıcı» adlanan, ünvan 10 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 24 ay müddətinə kreditlə 63800 manat dəyərində, "xxxx" MMC tərəfindən tikintisi aparılan 2-ci binanın 2-ci mərtəbəsində yerləşən 73 kvadrat metr sahəsi olan təmirli mənzilini satmaq öhdəliyini üzərinə götürməsi, mənzilin dəyərinin 50300 manat məbləğində hissəsinin ilkin ödəniş kimi artıq ödənildiyi, 13500 manat məbləğində hissəsinin borc qaldığı, hər iki tərəfin imzaları ilə təsdiq olunması əks olunmuşdur. ünvan 11 ünvanında qeydiyyatda olan X tərəfindən Bakı şəhəri 1 №li ASAN xidmət Dövlət notariat kontoruna ünvanlanmış, üzərində əlyazma xətlə imza və xx.xx.2020-ci il tarixi, vərəqin arxa üzündə 1 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X6 tərəfindən fotosurətin düzgünlüyünün təsdiq edilməsi, reyestrdə 1S-34521 № ilə qeyd edilməsi və 5 manat haqq tutulması barədə qeydlər və notariusun adından çəkilmiş imza əks olunmuş ərizədə X özünə məxsus, "xxxx" MMC-nin 2-ci binasında 14cü mərtəbədə yerləşən 113 və 2-ci mərtəbədə 73,31 kvadrat metr mənzillərinin Zərərçəkmiş şəxs2 satılmasına etiraz etmədiyi qeyd olunmuşdur. Cinayət işinin 2-ci cild 89-cu vərəqəsində olan 11 mart 2022-ci il tarixli qəbzlərin və fotoşəkillərin götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Məhkum ödəmə terminalları vasitəsilə pul ödəməsi barədə 04 ədəd qəbzi, əlyazma qəbzi və votsap danışıqları olan çıxarışları istintaqa təqdim etmişdir. Cinayət işinin 2-ci cild 96-cı vərəqəsində olan 11 mart 2022-ci il tarixli əlyazma qəbzə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi, iş üzrə təqsirləndirilən şəxs Məhkum tərəfindən öz xətti ilə yazılmasını bildirdiyi, bir ədəd 21 iyun 2016-cı il tarixli təqvim vərəqinin üzərində yazılmış əlyazma qəbzə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin qəbzdə əlyazma xətlə “xx.xx.2020-ci il tarixdə Nərimanov r. ərazisində X1 32.000 AZN və 15000 AZN təhvil aldım, Məhkum imza, AZE ********" mətni əks olunmuşdur. Cinayət işinin 2-ci cild 98-ci vərəqəsində olan 11 mart 2022-ci il tarixli elektron ödəmə qəbzlərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi, iş üzrə təqsirləndirilən şəxs Məhkum «eManat» elektron ödəmə term inalları vasitəsilə pul göndərməsi barədə 04 ədəd ödəmə qəbzlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, "xxxx" QSC-yə aid debit kartına ödəmə qəbzində - xx.xx.2020-ci il tarixdə saat 11:23-də ********** müştəri kodlu Məhkum **********750869 nömrəli hesabına 1000 manat məbləğində pul köçürülməsi; 33930 nömrəli ödəmə qəbzində - Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsindəki «Grandmart» dükanında quraşdırılmış 3475 nömrəli terminal vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 22:43:52-də Şəms Səlimovanın adına, "xxxx" ASC-yə aid 5****4712 nömrəli kart hesabına 400 manat məbləğində pul köçürülməsi; 27394 nömrəli ödəmə qəbzində - ünvan 13 ünvanında «Araz Market» dükanında quraşdırılmış 3583 nömrəli terminal vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 19:24:53-də X5 adına, "xxxx" A SC-yə aid 4****8013 nömrəli kart hesabına 65 manat məbləğində pul köçürülməsi; 8571 nömrəli ödəmə qəbzində - "xxxx" ASC-nin Bakı şəhəri Binəqədi rayonu «Favorit Market» dükanında quraşdırılmış K0100475 nömrəli terminal vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 13:31-də X4 adına, "xxxx" ASC-yə aid 4****0963 nömrəli kart hesabına 100 manat məbləğində pul köçürülməsi əks olunmuşdur. Cinayət işinin 2-ci cild 100-cü vərəqəsində olan 11 mart 2022-ci il tarixli fotoşəkillərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi, iş üzrə təqsirləndirilən şəxs Məhkum ilə telefon vasitəsi ilə aralarında aparılmış «Votsap» yazışmalarından çıxarışın 03 ədəd fotoşəklinə və sonuncu tərəfindən hesablarına pul köçürmələri etməsi üçün göndərilmiş iki ədəd ban k kartlarının 02 ədəd fotoşəklinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, telefon vasitəsi ilə aralarında aparılmış «Votsap» yazışmalarından çıxarışın 03 ədəd fotoşəklində təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş ***-***-**-** saylı telefondan Zərərçəkmiş şəxs2 göndərilmiş SMS-də sonuncunun 63700 manat məbləğində pul ödəməsi, məbləğin tam 63800 manat olması üçün əlavə 100 manat məbləğində də pul göndərməli olması, daha sonra 63760 manat məbləğində pul ödəməsi, məbləğin tam 63800 manat olması üçün əlavə 40 manat məbləğində də pul göndərməli olması, Zərərçəkmiş şəxs2 ondan mənzilin müqaviləsini verməsini tələb etməsi əks olunmuşdur. Cinayət işinin 2-ci cild 102-ci vərəqəsində olan 12 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs Məhkum ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmiş, Məhkum isə bildirmişdir ki, o heç vaxt Zərərçəkmiş şəxs2 üzərinə bıçaq çəkməklə zorla əlindən pulların almamış, aralarında son vaxtlar əsəb gərginliyi, söz mübahisələri olmuş, telefon danışıqlarında ağır söyüşləri olmuş, hətta bir dəfə İlham onun ünvanına söyüşlər söydükdən sonra görüşünə gəlməkdən imtina etdiyi üçün o, Zərərçəkmiş şəxs2 yaşadığı ünvanın həyətinə gedərək avtomobilin dövlət qeydiyyat nişanlarından birini çıxartmış ki görüşə gəlsin, lakın həmin vaxtda da aralarında zorakılıq baş verməmişdir. İlham bu hadisə ilə əlaqədar olaraq onun barəsində ərazi aidiyyəti üzrə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət etmiş, o da çağırıldıq dan sonra onun nömrəsini özünə qaytarmış və oradan mehribancasına ayrılmışlar. Müstəntiqin Zərərçəkmiş şəxs2 “Siz nə üçün həmin sonuncu insident, yəni Məhkum tərəfindən bıçaqlı basqına məruz qalmağınız barədə dərhal heç bir instansiyaya, o cümlədən DİN-in 102 Xidmətinə şikayət vermədiniz” sualına cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, həmin vaxt Məhkumın halı özündə olmadığı üçün, düşünmüşdür ki, sonradan törətdiyi əməldən peşman olaraq pulunu geri qaytarar, həm də ki, düşünmüşdür ki, polisə şikayət etsə Məhkum həbs edərlər və əvvəlcədən verdiyi pulların hamısı batar. Həmçinin həmin protokoldan görünür ki, müstəntiqin “Bildirirsiniz ki, təqsirləndirilən şəxs Məhkum ilkin olaraq sizdən 32000 (otuz iki min) manat məbləğində puldan sonra əlavə 17000 (on min) manat məbləğində də pul a lmışdır, lakin ilkin araşdırma zamanı şikayət ərizələrinizə əlavə etdiyiniz, Məhkum tərəfindən əlyazma xətti ilə yazılmış qəbzdə qeyd olunmuşdur ki, ilkin aldığı 32000 (otuz iki min) manat məbləğində puldan sonra cəmi 15000 (on beş min) manat məbləğində pul almışdır. İfadənizlə təqdim etdiyiniz əlyazma qəbzdə əks olunan bu mən məbləğ fərqini necə izah edirsiniz?” sualına Zərərçəkmiş şəxs2 cavab olaraq bildirmişdir ki, ifadəsində o Məhkum “Acces Bank” hesabına onun tələbi ilə elektron qaydada göndərdiyim pul köçürmələrini də ümümləşdirərək ümumi məbləğləri yazmışdır, əslində isə Məhkum ondan ilkin məbləğləri özünün əlyazma xətti ilə yazdığı ardıcıllıqla və məbləğlərdə almışdır. Elektron qaydada hesabına göndərdiyi pul köçürmələri barədə məlumatlar onun mobil telefon cihazının yaddaşında o lmalıdır. Lazım gələrsə onları çıxarıb istintaq orqanına təqdim edə bilər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Məhkum ona qarşı törətdiyi dələduzluq cinayəti nəticəsində ona ümumi olaraq 64365 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs2 8800 manat məbləğində pulunu quldurluq yolu ilə ələ keçirməsini, zərərçəkmiş şəxsin ziddiyyətli ifadələrindən başqa təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs2 8800 manat pulunu ələ keçirməsi onun törətmiş olduğu dələduzluq cinayətinin tərkib hissəsidir və Məhkum silah qismində istifadə edilən əşyanı tətbiq etməklə Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə h əmin pulu ələ keçirməsi iş materialları ilə təsdiq olunmur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarında məhkəmələrə tövsiyə olunur ki: “23. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübu ta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrin ə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən ş əxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki: Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və on un ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, onun cəzasını yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətmiş olduğu Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmu ş cinayətə görə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə və Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzaları ədalətlidir və təyin edilmiş cəzaların yüngülləşdirilməsinə dair kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 181.2.2, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilməsi və cəzalandırılmasına dair müddəalar xaric edilməli, Məhkum Bakı A ğır Cinayətlər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə və Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarını, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən C M-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sü but olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üz ərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1 994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılma sı ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.11-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiya məhkəməsi həmin hökmü ləğv edə və ya dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli 1(103)-74/2023 nömrəli qərarı məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli 1(103)- 74/2023 nömrəli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 1(101)-1052/2022 nömrəli hökmündən Məhkum Azərbaycan Respublikası CM-in 181.2.2, 181.2.4, 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilməsi və cəzalandırılmasına dair müddəalar xaric edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 1(101)-1052/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə və Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarını, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) i l 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar