Məhkəmə qərarları › İş №1(102)-1457/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1457/2025

17.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1457/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X14, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, Məhkum – X11, Müdafiəçi - Müdafiəçi5, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi3 Şəmsəddin oğlunun iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Az ərbaycan Respublikası CM-in və ya CM-in) 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2025-ci il tarixli, 1(103)-183/2025 nömrəli qərarından X2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. X3 13 mart 1971-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşayır.

2. İstintaq orqanı tərəfindən X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, qan unla və normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən hər hansı hərəkəti özbaşına törətməsi ilə mühüm ziyan vurmuşdur. Belə ki, o, 2018-ci ilin mart ayından etibarən Bakı şəhəri, Nəsimi rayonu, K.Mərdanov qardaşları küçəsi, ev 59 ünvanında yerləşən "xxxx" mənzil-tikinti kooperativi tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın üçüncü girişinin 18-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 138,7 kvadrat metr sahəyə malik 03 otaqlı 44B saylı və Zərərçəkmiş şəxs2 məxsus 169,4 kvadrat metr sahəyə malik 04 otaqlı 45B saylı mansard hissələrini Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mülkiyyət hüququ ilə bağlı davranış qaydaların a zidd olaraq qanuniliyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təkzib edilməsinə baxmayaraq binanı inşa edən mənzil-tikinti kooperativinin təsisçilərindən biri olmasını bəhanə edərək qanunsuz olaraq həmin əmlaklara daxil olub təmir etdirməklə hazıradək bu əmlaklara dair qanunsuz olaraq sahiblik və istifadə hərəkətlərini davam etdirib zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 72.000 manat və Zərərçəkmiş şəxs2 81.600 manat olmaqla mühüm maddi ziyan vuraraq özbaşınalıq etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 22 dekabr 2022-ci il tarixli, 1(006)-245/2023 nömrəli hökmü ilə X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, barəsində seçilmiş başqa yer ə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmiş, bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması X12 izah edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış və onlara mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

4. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti verərək A.Z.Mahmudovanın təqsirli bilinməsini və mülki iddialarının təmin edilməsini xahiş etmişlər.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın 18 may 2023-cü il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti - qismən, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti isə tam təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 10 (on) % məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmçinin, həmin hökmlə mülki iddia qismən təmin olunaraq 50.000 manat əldən çıxmış fayda, mülki iddi anın verilməsi üçün ödənilmiş 443,6 manat dövlət rüsumu, müdafiəçiyə ödənilmiş 120 manat əmək haqqı təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməsi qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli hökmündə olan anlaşılmazlığın həll edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibi) həmin hökmün nəticə hissəsində - dördüncü abzasdan sonra “Təqsirləndirilən şəxs X16 mənzillərdən (Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında 44B saylı mənzil və Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, K.Mərdanov qardaşları, ev 59 ünvanında 45B saylı mənzil) çıxarılsın, öz hesabına mənzillər boşaldılsın və onlara təhvil verilsin” abzası əlavə edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli anlaşılmazlığın həll edilməsi barədə qərarından X3 və onun müdafiəçisi X19 tərəfindən kassasiya şikayətləri, məhkum A.Z.Mahmudovanın digər müdafiəçiləri X21 və Müdafiəçi5 tərəfindən isə kassasiya şikayətlərinə əlavələr vermişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə, X3 və onun müdafiəçisi X19 tərəfindən verilmiş kassasiya şikayətləri (məhkumun digər müdafiəçiləri X21 və Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə əl avələrlə birlikdə) qismən - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsinə aid hissədə təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X7 barəsində olan 18 may 2023cü il tarixli hökmünün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsinə aid hissədə, habelə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının həmin məhkəmənin 18 may 2023-cü il tarixli hökmündəki anlaşılmazlığın aradan qaldırılmasına dair 31 may 2023-cü il tarixli qərarının ləğv edilməsi, həmin hissədə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məru zəçi), X17 və X5 ibarət məhkəmə tərkibində) 24 fevral 2025-ci il tarixli, 1(103)183/2025 nömrəli qərarı ilə zərərçəkmiş şəxslərin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-245/2022 nömrəli 22 dekabr 2022-ci il tarixli hökmü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması və onlara mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hissəsində ləğv edilmiş, mülki iddia təmin olunmuş, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 72.000 (yetmiş iki min) manat və Zərərçəkmiş şəxs2 81.600 (səksən bir min altı yüz) manat dəymiş maddi ziyana görə əldən çıxmış fayda, 443,6 (dörd yüz qırx üç manat altı qəpik) manat mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsum una görə, 120 (yüz iyirmi) manat müdafiəçiyə ödənilmiş əmək haqqıya görə mülki cavabdeh X6 alınaraq mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməsi, X1 Tural Fərrux oğluna məxsus ünvan 4 ünvanında 44 B saylı mənzildən və Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında 45 B saylı mənzildən çıxarılması, X7 öz hesabına mənzillərin boşaldılaraq onlara təhvil verilsi qərara alınmışdır.

10. Qərardan X2 müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

11. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək göstərilmişdir ki, məhkəmə istintaqının gedişatında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 v erdiyi ifadələri ilə təsdiqini tapır ki, onlar mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, K.Mərdanov qardaşları küçəsi, ev 59 ünvanında yerləşən "xxxx" MənzilTikinti Kooperativi tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın üçüncü girişinin 18-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 138,7 kvadrat metr sahəyə malik 3 otaqlı 44B saylı və Zərərçəkmiş şəxs2 məxsus 169,4 kvadrat metr sahəyə malik 4 otaqlı 45B saylı mansard hissələrindənheç vaxt istifadə etməmişlər. Həmin hissələr təmirsiz olmuşdur. Onlar mülki iddianı məhkəməyə verdiyi vaxt (xx.xx.2022) isə hazırki ittihamüzrə məhkəmə istintaqı davametmiş, iş yekunlaşmamış, birinci instansiya məhkəməsindəAytən Mahmudovanın təqsiri sübuta yetirilməmiş və o, bəraət almışdır. Zərərçəkmiş şəxslər tələblərində əldən çıxmış fayda olaraq kirayə gəlirlərini nəzərdə tutmuşlar. Halbuki təmirsiz mənzilin kirayəyə verilməsi və oradan gəlir əldə edilməsi mümkün deyil. Mübahisəli mansardların təmiri isə Aytən Mahmudova tərəfindən aparılmışdır. Yəni zərərçəkmiş şəxslər əldən çıxmış fayda qismində əldə edilə biləcək gəlirlərinin mövcudluğu ilə bağlı sübutları məhkəməyə təqdim etməmişlər. Onu da nəzərə almaq lazımdır ki, Aytən Mahmudovanın əmlaka sahibliyinin qanunsuz olması faktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-33/2024 nömrəli qərarı ilə müəyyən edilmişdir. Zərərçəkmiş şəxslər yalnız bu tarixdən sonra əmlakın Aytən Mahmudovada olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilərlər ki, mübahisəli mansard hissələri isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının əvvəlki hökmünün icrası qaydasında zərərçəkmiş şəxslərə təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hazırki qərarını çıxaran məhkəmə kollegiyası isə mənzilin icra qaydasında zərərçəkmiş şəxslərə təhvil verilməsini araşdırmadan boşaldılmalı olmasını da qərara almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə görəmülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Beləliklə, Aytən Mahmudovanın kooperativin təsisçisi olaraq əmlaka sahibliyinin qanunsuz olduğunu Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-33/2024 nömrəli qərarı ilə sübuta y etirildiyi və mübahisəli mansard hissələrinin zərərçəkmiş şəxslərə həmin qərarın qəbul edilməsindən əvvəl Bakı Apellyasiya Məhkəməsinin hökmünün icrası qaydasında təhvil verildiyini və həmin mansard hissələrinə zərərçəkmiş şəxslərin mülkiyyət hüquqlarının xx.xx.2024-cü il tarixdə dövlət tərəfindən qeydə alınmasını nəzərə alınaraq, zərəçəkmiş şəxslərin vermiş olduqları mülki iddiaların rədd edilməsi barədə qərar çıxarılmalı idi. Bakı Apellyasiya Məhkəməsinin 24 may 2025-cı il tarixli qərarına nəzər saldığımızda, zərərçəkmiş şəxslərin tələblərini əsaslandıran hazırki apellyasiya baxışı üçün aldıqları dırnaqarası “mütəxəssis rəyləri”ni əsas götürüb mülki iddianı təmin etmişdir. Halbuki həmin rəylər zərərçəkmiş şəxsləri ödənişi əsasında onların sifarişi ilə onların mənafeyi naminə verilmiş rəy lərdir. Birinci instansiya məhkəməsinə isə zərərçəmiş şəxslər onlara dəymiş ziyanla bağlı heç bir sübut təqdimetməmişlər. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM) 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandıraraq həmin normalara əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2025-ci il tarixli, 1(103)-183/2025 nömrəli qərarının ləğv edilməsini və mülki iddinanın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

13. Qərardan kassasiya protesti, həmçinin zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi hər biri ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərinə əsaslanaraq, şikayıtin məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı, zərərçəkmiş şəxs və nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nət icəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. X2 müdafiəçisi kassasiya şikayətində mülki iddia ilə bağlı məsələləri mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

21. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından sə lahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli, 1(103)-183/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

23. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi h issəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

25. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

27. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

28. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

29. Bu isə onu göstərir ki, müdafiəçi kas sasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

30. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

31. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edi lməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

32. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürd üyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

33. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİİ hissəsində isə təsbit edilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd olunan maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

34. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa d a, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur.

35. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

36. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

37. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəy yən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

39. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri poza n, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

40. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

41. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddəl əri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.

42. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qanuni qüvvəsini almış 18 may 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş hazırki işin hallarından göründüyü kimi Aytən Mahmudovanın təqsirli bilindiyi Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərd ə tutulan cinayətin obyekti subyektiv hüquqların həyata keçirilməsinin və vəzifələrin icrasının qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş qaydasıdır.

43. Bu cinayətin əlavə obyekti qismində fiziki və ya hüquqi şəxslərin qanuni hüquq və mənafeləri çıxış edir. Eləcə də, obyektiv cəhətdən bu cinayət qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən və mühüm ziyan vuran hərəkətin özbaşına törədilməsində ifadə olunur

44. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə u zlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

45. Təsvir edilənlərdən görünür ki, X7 Azərbaycan Respublikası CM-in 322.1-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, mülki iddianın təmin edilməsi hissəsi, ba xılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, X7 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2025-ci il tarixli, 1(103)183/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddə ləri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2025-ci il tarixli, 1(103)183/2025 nömrəli qərarı X2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar