Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1464/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və xxxx iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-59/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(032)-61/2023 nömrəli hökmü ilə (hakim: S.Məmmədova) xx.xx.1962-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən "8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qər arının 4cü hissəsi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığından azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 –Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-59/24 qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), E.İ.Əliyev və M.Ə.Bağırov) verilmiş apellyasiya protesti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(032)-61/2023 saylı hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən X5 qarşı irəli sürülmüş ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda, milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan soyuq silah hesab edilməklə istifadəyə yararlı zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 100 mm, dəstəyinin uzunluğu 125 mm olan, tiyəsinin bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik ov bıçağını qanunsuz olaraq əldə edib, üzərində gəzdirmiş və Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş ə məliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Şirvan şəhəri, F.İsmayılov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz gəzdirdiyi bir ədəd soyuq silah hesab edilən həmin ov bıçağı əynində olan şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa, ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,166 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Şirvan şəhəri, F.İsmayılov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 0,166 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsi İ.B.Xəlilliyə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, özünün ibti dai istintaq zamanı verdiyi etirafedici ifadələrlə, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, məhkəmələr sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq müstəsna olaraq İbrahimpaşa Xəlillinin özünümüdafiə xarakterli ifadəsi əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 30 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsi ndə kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin müddəalarını pozmaqla X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.4-cü maddələri ilə əsassız olaraq bəraət verdiyini və həmin hökmün eyni pozuntulara yol verilməklə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələr i olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cin ayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət təqibi orqanı X3 CM-in 234.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllərini törətməsinə dair ittihamı həmin şəxsin ibtidai istintaqda verdiyi ilkin etirafedici ifadəsi, narkotik vasitənin və soyuq silahın götürülməsinə dair “şəxsi axtarış və götürmə aparılması barədə” 04 dekabr 2022-ci tarixli protokol, həmin tədbir nəticəsində götürülmüş maddi sübutun, İ.B.Xəlillinin barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələri, 05 dekabr 2022-ci il tarixli, 18/1292 nömrəli məhkəmə kimyəvi və 07 dekabr 2022-ci il tarixli 18/1295 nömrəli məhkəmə ballistik ekspertizasının rəyləri ilə əsaslandırmışdır. Lakin bir inci instansiya məhkəməsi belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X3 ona 0,166 qram çəkidə narkotik vasitə heroinin və bir ədəd soyuq silah hesab edilən ov bıçağının qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımasına görə Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmələr gəldikləri nəticələri sübutlar, o cümlədən İ.B.Xəlillinin aşağıdakı ifadəsi ilə əsaslandırmışlar. Birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən İ.B.Xəlilli məhkəməyədək icraatda “etirafedici” ifadəni polis əməkdaşlarının qanunsuz təsir və təzyiqlərinə görə verdiyini (ona qarşı əməliyyatçılar fiziki təsir göstərmiş, əməliyyatçı Namaz Səfərli boğazından tutub boğmağa başlamış..., o külli miqdarda narkotik vasitəsini gəzdirməsi ilə hədələmiş və o da məcbur olub onların təklifini qəbul etmiş), təhqiqatçının otağına daxil olarkən üzərinə qoyulmuş silah və narkotik vasitə ilə əlaqədar hazır yazılmış zərflər və baxış keçirilməsinə dair protokol artıq təhqiqatçının stolunun üzərində olmuş, əvvəlcədən qurulmuş ssenari əsasında çəkiliş aparılmış və o qorxduğundan narkotik vasitənin və silahın özünə məxsus olmasını bildirmiş, sonradan günahsız olmasını vəkilinə də bildirmiş, heç bir istintaq sənədinə imza etməmişdir. Həmçinin məhkəməyə bildirmişdir ki, onun heç bir təqsiri yoxdur. Rafiq adlı tanıdığı şəxs onu aldadıb polis bölməsinə gətirmiş (Rafiq adlı köhnə tanışı tərəfindən onun Şirvan polis şöbəsinin binasında yerləşən Yol polisi şöbəsində probleminin olması ilə əlaqədar həmin polis şöbəsində aparılan araşdırma ilə əlaqədar ona köməklik göstərməsi xahişi ilə onun aldadılaraq polis şöbəsinə apardığını bildirmiş), üzərinə polis əməkdaşları narkotik vasitə və silahı qoymuşlar, onu heç bir təqsiri olmadan cinayət məsuliyyətinə cəlb etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, X7 qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış (təhqiqatçısı Şahid3 qeyd olunan qrupa daxil edilmiş), 04 dekabr 2022-ci il tarixində saat 18 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhər, F.İsmayılov küçəsində olarkən İbrahimpaşa Xəlillini görüb sonuncuya yaxınlaşaraq v ə özlərini təqdim edib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Şəxsi axtarış zamanı İbrahimpaşa Xəlilli əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü və bir ədəd soyuq silaha bənzər üstündə “Columbia” yazısı olan bıçaq təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Lakin, məhkəmə tərəfindən tədqiq olunmuş materiallarla şahidlər Şahid1 və Şahid2 ifadələrinin həqiqətə uyğun olmadığı, o cümlədən X3 şahidlərin israr etdiyi zaman kəsiyində və göstərdikləri yerdə deyil, daha əvvəl İdarə tərəfindən faktiki olaraq əməkdaşlığa cəlb edilmiş X13 birlikdə 04 dekabr 2022-ci il tarixində saat 16 radələrində polis şöbəsinə g əldikdən sonra saxlanıldığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid X13 təqsirləndirilən şəxsin məhkəmə iclasında vermiş olduğu ifadələrini qismən təsdiq edərək ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi çoxdan tanıyır, 04 dekabr 2022-ci il tarixində ola bilsin ki, onunla görüşmüş, ona zəng vurmuş, birlikdə polis idarəsinə getmiş, lakin hazırda hansı səbəbdən getmələrini xatırlamır. Birinci instansiya məhkəməsində əldə olunmuş telefon məlumatlarından müəyyən olunmuşdur ki, 04 dekabr 2022-ci il tarixində saat 16:14, 16:22-də X12 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən X3 istifadəsində olmuş 055907-39-02 saylı mobil nömrəsinə zənglər olmuş, həmçinin saat 16 radələrində İbrahimpaşa Xəlilliyə və Rafiq Dadaşlıya məxsus telefonlar eyni anten dairəs ində olmuş, 16:34-də isə ərazi baxımından polis şöbəsində (son anten dairəsi Şirvan şəhər polis şöbəsinin yanı -Şirvan şəhəri H.Z.Tağıyev küçəsi) olmuşlar. Həmçinin məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onun dayısıdır. Dayısı tək yaşadığından o çox vaxt onun yanında qalır. 04 dekabr 2022-ci il tarixdə dayısı həkimə getmiş sonra isə onun yanına qarabəniz cavan bir oğlan gəlmiş və dayısı onunla birlikdə çıxıb getmişdir. Onların arasında olan söhbətin məzmununu bilmir. Sonradan artıq axşam tərəfi onlara məlum oldu ki, dayısını polislər saxlayıblar. Göründüyü kimi cinayət təqibi orqanı tərəfindən X3 üzərindən narkotik vasitənin və soyuq silahın guya onun 04 dekabr 2022-ci il tarixində saat 18 radələrində Şirvan şəh ər F.İsmayılov küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə dəvət edildikdən sonra aşkar edildiyinə israr edilsə də, həqiqətdə İ.B.Xəlilli polisə 04 dekabr 2022-ci il tarixində saat 18 radələrində Rafiq Dadaşlı tərəfindən sonuncunun şəxsi məsələsinin həlli ilə bağlı gətirilmişdir ki, bu da üzərində narkotik vasitə və ov bıçağı olan şəxsin öz iradəsi ilə polisə gəlməsini inandırıcı olmamasına, bununla da, ittihamın əsaslılığı təsdiq edən əsas (sütun) sübutun - həmin tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun mötəbərliyinə şübhə ilə yanaşılması üçün əsas kimi çıxış etmişdir. Digər tərəfdən məhkəmə baxışı zamanı (apellyasiya icraatı qaydasında) şahid Rafiq Dadaşlı polis əməkdaşı Namaz Səfərli ilə heç bir əlaqəsinin, o cümlədən telefon əlaqəsinin olmadığını, Namaz Səfərli (Şirvan RPŞ-nin əməliyyat müvəkkili) Rafiq Dadaşlı ilə heç bir əlaqəsinin o cümlədən telefon əlaqəsinin olmadığını bildirsə də işdən görünür ki, 04 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Rafiq Dadaşlı ilə Namaz Səfərli arasında aşağıdakı telefon danışığı baş vermişdir: _N.Səfərli R.Dadaşlıya -"Var?”, (16:33) "Elçinnən götürən kimi yaz birdə nə maşınnan gəlirsən onu yaz” _(16:48) R.Dadaşlı N.Səfərliyə- "gəldi qaqa”(16:25) - "Qaqa evdə olmasa Elçin neyniyim birdə yaza piyadayuq. Ekber inşaat tərəfdə”, "Qaqa Elçingilin qapısındayıq”, "Çıxmır neyniyim”. Danışığın məzmunundan görünür ki, polis əməkdaşı X16 Dadaşlıya müəyyən tapşırıqlar verir, sonuncu isə ona tapşırığı yerinə yetirməsinin vəziyyəti barədə hesabat verir ki, bu da R.Dadaşlının faktiki olaraq rəsmi və ya qeyri rəsmi N.Səfərli ilə əməkdaşlıq etməsinə dəlalət edir. X3 da Rafiq Dadaşlı tərəfindən məlum bəhanə ilə polisə aparılması da bu dəstixətt üzrə olmuş və məhz qurulmuş bu “uğurlu” əməkdaşlıq cinayət törətməmiş şəxsin cinayət törətməsi səhnəsini yaratmağa yönəlmişdir. Bundan başqa məhkəmələr tərəfindən tədqiq edilmiş 04 dekabr 2022-ci il tarixlı şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD diskə köçürülmüş görüntülərdən müəyyən olunur ki, axtarış zamanı təhqiqatçı aşkar görünən üstü hazır yazılmış zərfi (narkotik vasitənin növü və baxışda iştirak edən şəxslərin adı olan) çıxararaq, iştirakçıların adının yazıldığı yerə işarə edərək onlara həmin yerdən imza etməyi barədə göstəriş verir, iştirakçılar imzaladıqdan sonra aşkar edilmiş bükümü zərfə qoyaraq möhürlü kağızla zərfi bağlayır, da ha sonra təhqiqatçı Şahid3 başqa bir üzəri artıq yazılı vəziyyətdə olan zərfi (bıçağın xarakteristikası, baxışda iştirak edən şəxslərin adı olan) götürərək soyuq silahı onun içinə qoyur, iştirakçılara əvvəlki qaydada artıq adları yazılmış yerdən imza etmələri barədə göstəriş verir, daha sonra yenə artıq üzəri yazılmış zərfə (telefonun markası, baxışda iştirak edən şəxslərin adı olan) təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş samsung markalı telefon qoyularaq, eyni qaydada iştirakçılar tərəfindən imzalanaraq zərfi yapışqanla bağlanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı mat erialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair protokol tərtib edir. Məcəllənin 247.1.9-ci maddəsinə əsasən axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edilir. CPM-nin 125.2.7-ci maddəsinə əsasən ist intaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Sadalanmış prosessual qanunvericiliyinin normalarına əsasən tədqiqatçı və ya müstəntiq şübhəli şəxsin üzərindən hələ onlara bəlli olmayan, məhz adı çəkilən istintaq hərəkətinin gedişatında aşkar edilməsi gözlənilən maddi sübutun sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətlərini ətraflı və dəqiq göstərilməklə təsvir etməli, götürülmüş əşyaların və sənədlərın qablaşdırılması (zərurət olduqda möhürlənməsi) isə həmin əşyalar aşkar edildikdən sonra həyata keçirməlidir. Məhkəmələr tərəfindən tədqiq edilmiş görüntülərdən isə müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə istint aq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilməsi gözlənilən maddi sübutlar, hazırkı halda narkotik vasitənin növü, bıçağın xarakteristikası, hətta mobil telefonun seriyası qeyd olunan istintaq hərəkələrinin baş tutmasından öncə tədqiqatçı tərəfindən dəqiqliklə qablaşdırılması nəzərdə tutulmuş hazır iş zərflərin üzərinə qabaqcadan yazılmışdır. Bu da öz növbəsində qeyd olunan istintaq hərəkətlərinin prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparıldığına dəlalət etməklə, həmin istintaq hərəkətləri nəticəsində əldə edilmiş sübutun və tərtib olunmuş protokolun mötəbərliyinə ciddi şübhə ilə yanaşılmasına əsas yaratmışdır. X3 ibtidai istintaq zamanı “etiraf edici” ifadələrinə gəldikdə, qeyd olunan ifadələrin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks et dirmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri Q.Qarayevin məhkəməyədək vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin İbrahimpaşa Xəlilli məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X3 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri ni qarşılıqlı təhlil etmiş və haqlı olaraq sonuncunun məhkəmə iclasında vermiş olduqları ifadələrinin cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmiş, apellyasiya instansiyası məhkəməsi isə sübutların bu cür təhlil və tədqiqi ilə razılaşmışdır. Qeyd olunan halların fonunda məhkəmələrin X2 alınmış “etirafedici” izahat və ifadələrə, şahidlər polis əməkdaşları olan Şahid2 və Şahid1 vermiş olduqları “ifşaedici” məlumatlara ciddi şübhə yanaşmaları, məhkəmələrin həmin izahat və ifadələri, Şirvan şəhər Polis şöbəsinin 04 dekabr 2022-ci il tarixdə keçirdiyi əməliyyat-axtarış tədbirini, 04 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolu, bu tədbirin gedişində əldə olunan predmeti sübut kimi qəbul etməmələri cinayət prosesi tər əfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur v ə bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlardan 05 dekabr 2022-ci il tarixli, 18/1292 nömrəli və 07 dekabr 2022-ci il tarixli 18/1295 nömrəli k ekspertizasının rəylərinə gəldikdə, ekspert rəyləri narkotik vasitənin məhkəmə-kimyəvi, həmçinin soyuq silahın məhkəmə ballistik tədqiqatının nəticələrini əks etdirməklə, narkotik maddənin və soyuq silahın məhz İbrahimpaşa Xəlilliyə aid olması barədə məlumat yükü daşımayan (“ax tarışbaxış və götürmə” protokolunun əhatəsindən kənarda olan) sübutlar kimi çıxış edirlər. Belə olan halda, məhkəmələrin təqdim olunmuş sübutların İbrahimpaşa Xəlillini ona istinad edilən cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlmələri sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci madd əsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzr ə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sü butlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçin in təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı iş üzrə” 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Odur ki, İ.B.Xəlillinin yuxarıda təsvir edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı, əksinə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə istintaqının gedişində tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu ilə təsdiq olunduğu vəziyyətdə məhkəmənin İbrahimpaşa Xəlilliyə Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüqu qları Məhkəməsinin hüquqi mövqeyinə, cinayətprosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçıs ı X6, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X3 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət X1 barəsində olan 30 yanvar 2024cü il tarixli, 1(106)-59/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X3 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 1(106)-59/2024 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1464/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1464/2024
02.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver