Məhkəmə qərarları › İş №1(102)-1469/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1469/2024

25.09.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1469/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Göygöl Rayon Vəkil Bürosunun vəkili Həsənov Namiq Bayram oğlunun iştirakları ilə x xxxxxx 1990-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası nın vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatında olmaqla yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 263-1.3, 264 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2023-cü il tarixli 1(106)18/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2022-ci il tarixli 1(099)-81/2022 nömrəli hökmü ilə (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və Ə.A.Əliyev) Təqsirləndirilən şəxs – Azərbaycan Respublika sı CM-in 263-1.3, 264-cü və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 2631.3-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına və CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələri tətbiq edilərək təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini i darə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 1 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2023-cü il tarixli 1(106)-18/2023 nömrəli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), M.Ə.Bağırov və İ.H.Əhmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2022-ci il tarixli 1(099)-81/2022 saylı hökmü təqsirləndirilən şəxsə təyin edil miş əsas cəza hissəsində dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, hazırkı qərarla CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 264-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azad lıqdan məhrumetmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan bir zərərçəkmiş şəxsin ölümünə, digər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi, habelə yol-nəqliyyat hadisəsi yerindən qaçma, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotro p maddə və narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, özünə məlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda46,786 qram psixotrop maddə olan metamfetamin, külli miqdarda - 2,124 qram narkotik vasitə olan heroin və 12,08 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlamış, daşımış və həmin maddələrin satışını realizə etmək üçün onları ayrı-ayrı bükümlərə və bir ədəd kibrit qutusuna qablaşdırıb üzərində və idarə etdiyi VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 1 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Hacıqabul-Mincivan magistral yolunun Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən hissəsində yolun sağ çiynində tanışı Şahid8 ilə görüşüb bir ədəd kibrit qutusunda qablaşdırılmış 5,80 qram narkotik vasitə olan qurudulmuş marixuananı Şahid8 50 (əlli) manata satdıqdan sonra, həmin yerə yaxınlaşan mülki geyimli şəxslərin polis əməkdaşları olmasını bilib idarə etdiyi avtomobillə həmin yerdən Hacıqabul-Mincivan magistral yolu ilə uzaqlaşarkən qeyd edilən asfalt yolun Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisindən keçən 149-cu kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozub, psixotrop maddə olan metamfetamin istifadə etməsi nəticəsində sərxoş halda hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda həmin tədbirləri görməmiş, “Yol hərəkəti haqqında” Az ərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması ”yol nişanı ilə 50 km/saat sürətlə məhdudlaşdırılmış) həmin qaydalara əməl etməyərək yolu sağdan sola keçən piyada X10 yolun sağ çiynindən 2,5 metr məsafədə avtomobilin qabaq hissəsi ilə ehtiyyatsızlıqdan vurduqdan sonra idarə etdiyi VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa istiqamətlənib yolun sağ çiynində dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin sağ yan tərəfi ilə ehtiyyatsızlıqdan vurmuş, nəticədə X16 çanaq və hər iki bud sümüklərinin yuxarı üçdəbirinin fraqmentləri yerini dəyişmiş, çoxsaylı qəlpələnmiş, xətti açıq sınıqları, ənsə, sol said, sol əl pəncəsi və bud-çanaq oynağı nahiyələrinin əzilmiş yaraları xəsarətləri ilə xarakterizə edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan çanaq və hər iki bud sümüyünün çoxsaylı sınıqları səbəbindən törənmiş ağır travmatik şokdan yol-nəqliyyat hadisəsi yerində ölmüş, Zərərçəkmiş şəxs sol təpə-gicgah nahiyəsində çapıq, sağ körpücük sümüyündə sınıq, sol dirsək oynağı nahiyəsində isə sıyrıqlarla xarakterizə edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və x əsarət alana yardım göstərmədən avtomobili yolun sağ çiynində qoyub yol-nəqliyyat hadisəsi yerindən qaçmış, daha sonra Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, həmin gün saat 19 radələrində Füzuli rayonunun Arayatılı kəndinin ərazisində tutulub üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir ədəd salfet bükümdə 2,879 qram psixotrop maddə olan metamfetamin, habelə yol-nəqliyyat hadisəsi yerində qoyub qaçdığı VAZ 21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sağ ayaqaltı rezin döşəkçənin altından bir ədəd salfet bükümdə 43,44 qram psixotrop maddə olan metamfetamin, bir ədəd polietilen bükümdə 0,464 qram psixotrop maddə olan metamfetamin olmaqla cəmi 43,9 07 qram psixotrop maddə olan metamfetamin, bir ədəd salfet bükümdə 2,124 qram narkotik vasitə olan heroin və bir ədəd salfet bükümdə 6,28 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və əlavədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, onun törətmiş olduğu Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edərək həmin maddə ilə cəza təyin edilməsini, ona digər maddələrlə verilmiş ittihamlar üzrə bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsini barəsində cəza təyin edərkən, onun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almamışdır. Həmçinin, əlavədə qeyd olunur ki, apellyasiya məhkəməsinin qərarı Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 264-cü maddələri ilə təqsirli bilinməsi hissəsində əsassızdır. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılmasında maraqlı olmamış, öz bitərəfliyini qorumamışdır. Yalnız ittiham tərəfinin təqdim etdiyi sübutları mötəbər hesab etməklə, qanunsuz hökm qəbul etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs, müdafiəçilər Müdafiəçi1 və N.Həsənovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələr inin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və əlavədə Azərbaycan Respublikası CM-in 234.4.3 və 264-cü maddələri ilə təqsirli bilinməsi hissəsində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, həmin maddələr ilə onun barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi və Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində isə əməlinin CM-in 263.2-ci maddəsinə tövsif olunmaqla həmin maddə ilə cəza təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 263-1.1-ci maddəsində “Bu Məcəllənin 263.1-ci maddəsi ndə nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 263-1.3-cü maddəsinə isə CM-in 263-1.1-ci maddəsində sadalanan əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması halında cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 264-cü maddəsində “Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalar ını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması”na görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olu r. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdə” – beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ g örə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hök mdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından a sılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində və əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yoll a əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haql ı olaraq Təqsirləndirilən şəxs verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263-1.3, 264 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətlən dirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayətlərin törədilməsində təqsiri özünün verdiyi ifadələri, Zərərçəkmiş şəxs ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsi, şahidlər X12, X3, Şahid8, X6, X7, Şahid6, Şahid7, Şahid1, X4, Şahid3, Şahid2, X8 və Şahid4 ifadələri, cinayət işinin materiallarında olan Füzuli RPŞnin əməkdaşının 1 avqust 2021-ci il tarixli “Raport”u, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 1 avqust 2021-ci il tarixli, protokol, protokola əlavə edilmiş “Yolnəqliyyat hadisəsi yerinin sxemi” və fotoşəkillər, “Şəxsi axtarışın aparıl ması, avtomobilə baxış keçirilməsi və götürmə barədə” 1 avqust 2021-ci il tarixli protokol, məhkəmə-bioloji ekspertizasının 2 avqust 2021-ci il tarixli 18/814-815 və 18/816 nömrəli rəyləri, “Nümunələrin götürülməsi haqqında” 1 avqust 2021-ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2021-ci il tarixli rəyi, məcburi narkoloji tibbi yoxlamanın 26 aprel 2022-ci il tarixli rəy, ambulator məcburi narkoloji tibbi yoxlamanın 07 oktyabr 2021-ci il tarixli rəyi, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11 oktyabr 2021-ci il tarixli rəyi, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 29 sentyabr 2021-ci il tarixli protokol, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Beləliklə, yuxarıda qeyd edi lənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli tam əsaslı və qanuni olaraq CM-in 263-1.3, 264 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə olan əməlinin Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Həmçinin, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin və əlavənin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təy ini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxs in şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmi şdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarınd a məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi məhkumun törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, o cümlədən himayəsində bir az yaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən nor malardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həm in şikayətin və əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və əlavədə onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət və əlavə təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2023-cü il tarixli q ərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar