Məhkəmə qərarları › İş №1(102)-1473/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1473/2025

17.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1473/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfində n verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Marif Kazımov) 1(041)-7/2025 nömrəli 21 yanvar 2025-ci il tarixli hökmü ilə xx.xx.1976-cı ildə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Kürdəmir rayon X3 X5 xəstəliklər şöbəsinin həkiminfeksionisti işləyən, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Kürdəmir Rayon X3 X5 xəstəliklər şöbəsinin müdiri vəzifəsini icra edən, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-cimaddəsi ilə əzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan RespublikasıCinayət əcəlləsinin 46.2-ci maddəsinə əsasən, Məhkum 02 (iki) il06 (altı) ay üddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədrismüəssisələrində) ilə əşğul olmaq hüququndan məhrum etmə əlavə cəzasının təyinedilməsi, azadlığın əhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəlinin cəzanı icraedən orqanda eydiyyata alındığı vaxtdan hesablanması, Məhkum üzərinə ürdəmir ayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olanKürdəmir rayonu Sığırlı əndində erləşən evini gecə saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət asitəsini gəzdirmək və həmin vasitənin işləkvəziyyətdə saxlanılması üçün ona xidmət t mək, əhkəmə qərarı olmadan yaşayış yerinidəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və a yaşayış yerini dəyişdirilməsibarədə əvvəlcədın məlumatlandırmaq vəzifəsinin qoyulması, əyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və axud tədrismüəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum etmə cəzasının üddətinin hökm qanuni qüvvəyə mindiyi andan hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-300/2025 saylı, 06 mart 2025-ci il tarixli (sədrlik edən və məruzəçi hakim X8, hakimlər X6 və X1 ibarət tərkibdə) qərarı ilə şikayət təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-7/2025 nömrəli 21 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində təqsirləndirilən şəxsə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul olunması xahiş edilmişdir. Məhkum məhkəməyə 16 iyul 2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ünvanlayaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2025-ci il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləy ərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdiril miş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsində isə göstərilir ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2025-ci il tarixli qərarından Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti Məhkum özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar