Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1491/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə apellya siya instansiyası məhkəməsinin qərarından təkrar vermiş olduğu kassasiya şikayətinin mümkünlüyünün yaxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 1(103)-1165/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X5 (sədrlik edən), X9 və X4 ibarət məhkəmə tərkibində) 2022-ci il 11 aprel tarixli, 1(101)-413/2022 nömrəli hökmü ilə Məhkum CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona CM-in 178.3.2-ci maddəsi üzrə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4, 312.2-ci maddəsi üzrə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM- in 66.3- cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X14 və X6 ibarət məhkəmə tərkibində) 2022-ci il 23 iyun tarixli, 1(103)- 1165/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 23 iyun tarixli, 1(103)-1165/2022 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali M əhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X11 və X7 ibarət məhkəmə tərkibində) xx.xx.2024-cü il tarixli, 1(102)-102/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qərar dəyişdirilmiş, Məhkum elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 1(101)413/2022 nömrəli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə dair müddəalar xaric edilmiş, Məhkum üzərində CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 1(103)1165/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2 024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli, 1(103)-1165/2022 nömrəli qərarından Məhkum tərəfindən təkrarən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 1(103)-1165/2022 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, o, əvvəlki kassasiya şikayətində yalnız CM-in 32.4, 312.2-ci maddəsini mübahisələndirmiş, lakin məhkum olunduğu CM-in 178.3.2-ci maddəsindən şikayət etməmişdir, bu səbəbdən də hazırda CM-in 178.3.2-ci maddəsi ilə olan əməlinə mahiyyəti üzrə baxılmasını xahiş edir. Məhkəmə kollegiyası məhkumun kassasiya şik ayətinin dəlillərinə cinayət prosesi tərəflərinin münasibətini dinləyərək, cinayət işinin materiallarını araşdıraraq aşağıdakıların qeyd edilməsini zərurui hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkumun birinci kassasiya şikayətinin məzmunundan və xahiş hissəsindən görünür ki, məhkum təqsirli bilindiyi hər iki maddə üzrə əsaslandırma apararaq CM-in 178.3.2-ci maddəsi ilə dəymiş ziyanın az miqdarda olmasını nəzərə alaraq əməlinin başqa yüngül maddəyə tövsif edilməsini, eyni zamanda, CM-in 32.4, 312.2-ci maddəsinin ittihamdan xaric edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından da görünür ki, Ali Məhkəmənin Cinayət kollegiyası məhkumun təqsirli bilinərək məhkum edildiyi CM-in hər iki maddəsi üzr ə araşdırma aparmış və məhkumun CM-in 178.3.2.-ci maddəsi ilə təqsirli bilinməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olmasına dair qərar qəbul etmişdir. Ali Məhkəmənin qərarından da görünür ki, məhkəmə məhkumun bütün dəlillərinə əsaslandırılmış münasibət bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər. Həmin Məcəllənin 409.1-ci maddəsində kassasiya şikayəti vermək hüququna malik şəxslərin dairəsi müəyyən edilmişdir. CPM-in 415.1.1-ci maddəsinə əsasən şəxs kassasiya şikayəti və kassasiya protesti vermək hüququna malik olmadıqda, apellyasiya instansi yası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestini baxılmamış saxlamaq hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in müddəlarına uyğun olaraq məhkum barəsində olan qərardan, eyni əsaslarla, yalnız bir dəfə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmək hüququna malikdir. Eyni əsasla təkrar müraciətin edilməsi halında isə şəxs artıq hüququ olmayan şəxs kimi qiymətləndirilir, onun tərəfindən verilmiş şikayət isə hüququ olmayan şəxs tərəfindən verilmiş şikayət kimi qeyri-mümkün hesab edilərək qeri qaytarılır. Bu mövqenin ifadə edilməsinin səbəbi ondan ibarətdir ki, eyni əsas üzrə verilmiş şikayətə baxılaraq yekun qərar çıxarıldıqdan sonra, eyni məsələnin mübahisləndirilməsi halında ikinci şikayət predmetsiz olur, çünki əvvəlki şikayət əsasında araşdırma aparılaraq məhkumun dəlillərinə müvafiq əsaslandırımış qiymət verilmişdir ki, bu da eyni işə, eyni əsasla, eyni səviyyəli və eyni səlahiyyətli məhkəmə tərəfindən təkrar baxılması imkanını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə kassasiya şikayətinə Ali Məhkəmədə baxılaraq yekun qərar qəbul edildiyindən, eyni məsələ üzrə eyni şəxs tərəfindən təkrarən kassasiya şikayətinin verilməsi qanunvericiliklə istisna edilir. Belə olan halda, Məhkum tərəfindən təkrarən verilmiş kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır, həmin qərardan verilmiş kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bu səbəbdən kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyaisya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli 1(103)-1165/2022 nömrəli qərarından təkrar vermiş olduğu kassasiya şikayətinin mümkünlüyünün yaxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 1(103)-1165/2022 nömrəli qərarı, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə d
Məhkəmə qərarları › İş №1(102)-1491/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1491/2025
02.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver