Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1499/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum müdafiəçisi Əsədov Samir Ağaəli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsi nin 27 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 26 yanvar 2024-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 18 mart 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi S.A.Əsədov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi), Məmmədzadə Səbinə Adil qızı və Məcid ov Azad Əli Ağa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, həbs olunanadək fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində inşa edilmiş nömrəsiz fərdi yaşayış evində yaşamış, CM-in 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək və külli miqdarda əmlak əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək və külli miqdarda əmlak əldə etmək məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən danışaraq razılıq əldə etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın niyyəti ilə planlaşdırdıqları kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il arixdə, saat 12:00 radələrində Şahid1 idarə etdiyi «BMW» minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanında yerləşən yaşayış binasının həyətinə gələrək həmin binada 4 4 nömrəli mənzildə yaşayan, valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs mənzilə gəlişini müşahidə edib məlumat vermək və sonuncunun külli miqdarda əmlakını ələ keçirdikdən sonra birlikdə hadisə yerindən uzaqlaşmaq üçün Məhkum Şahid1la birgə avtomobildə, Şahid2 isə yaşayış binasına daxil olaraq 44 nömrəli mənzilin yerləşdiyi blokda gözləmiş və həmin gün saat 12:40 radələrində Zərərçəkmiş şəxs əlində tutduğu kompyuter çantası ilə həyətə daxil olub bloka doğru hərəkət etdiyini müşahidə edən Məhkum Şahid1 mobil telefonu ilə Şahid2 zəng vurub bu barədə onu məlumatlandıraraq basqın üçün hazırlaşmasına dair xəbərdarlıq etmiş, bu zaman Şahid1 ətrafa nəzarət etmək və zərurət olarsa xəbərdarlıq etmək üçün avtomobili tərk edib yaxınlıqda dayanaraq ətrafı müşahidə etmiş, Məhkum isə «BMW» minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hadisə yerindən maneəsiz şəkildə uzaqlaşmaq üçün öz mülahizəsinə görə yaxınlıqda - ünvan 4 ünvanında yerləşən Əbu Bəkr məscidi istiqamətində əlverişli yerdə saxlayıb gözləmiş, bu zaman Şahid2 qeyd olunan binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında yerləşən dəhlizdə pilləkənlərlə yuxarı qalxan Zərərçəkmiş şəxs üzərinə hücum edərək sonuncuya yumruqla qəsdən çoxsaylı zərbələr vuraraq alın sümüyünün yerdəyişməmiş qapalı sınığı, sağ və sol göz ətrafı nahiyənin qançırları və ağlı qişaya qansızma ilə müşayiət olunan hematomaları, sağ yuxarı göz qapağının cırılmış-əzilmiş yarası, burun tağının əzilmiş yarası, sol əlin 4-cü barmağının əzilmiş-cırılmış yaraları, sağ və sol dirsək oynağının, sağ və sol diz oyn ağının sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək içərisində Zərərçəkmiş şəxs məxsus milli valyuta ilə 5.540 (beş min beş yüz qırx) manat ekvivalentində 200.000 (iki yüz min) Rusiya rublu, 365.500 (üç yüz altmış beş min beş yüz) manat ekvivalentində 215.000 Amerika Birləşmiş Ştatları dolları və 108.000 (bir yüz səkkiz min) manat məbləğində pul vəsaiti olan 35 (otuz beş) manat dəyərində kompyuter çantasını Zərərçəkmiş şəxs əlindən alıb binanı tərk edərək həyətdə onu gözləyən Şahid1 yaxınlaşaraq birlikdə «BMW» minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerini tərk edib uzaqlaşmaq məqsədi ilə ardıcıllıqla ünvan 4 ünvanı nda yerləşən Əbu Bəkr məscidinə doğru piyada hərəkət etmiş və bütün bu müddət ərzində qeyd olunan avtomobillə ərazini müşahidə edən Məhkum onlara yaxınlaşmasından sonra Şahid1la birgə həmin avtomobilə əyləşib ərazidən uzaqlaşmış və beləliklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla, habelə zərərçəkmiş şəxsə külli miqdarda, yəni 479.075 (dörd yüz yetmiş doqquz min yetmiş beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, lakin adı çəkilən məhkum 22 yanvar 2024-cü il tarixdə əri zə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini və həmin şikayətə mahiyyəti üzrə baxılmadan onun geri qaytarılmasını xahiş etdiyindən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 26 yanvar 2024-cü il tarixli qərarı ilə Məhkum verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmuş, hökmdən verilmiş apellyasiya şikayətinə baxılmasına isə xitam verilmişdir. Bundan sonra, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verərək eyni zamanda həmin şikayətin verilməsi üçün buraxdığı müddətin bərpasına d air vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Qurbanova Aygün Arzu qızı) 3 fevral 2025-ci il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmişdir. Həmin qərardan məhkum və ya onun müdafiəçisi apellyasiya şikayəti verməmişlər. Daha sonra, Məhkum müdafiəçisi S.A.Əsədov 28 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2024-cü il tarixli qərarından kassasiya şikayəti verərək eyni zamanda 18 mart 2025-ci il tarixdə həmin şikayətin verilməsi üçün buraxdığı müddətin bərpasına dair vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğ lu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) 18 mart 2025-ci il tarixli qərarı ilə müdafiəçi S.A.Əsədovun vəsatəti təmin edilməmişdir. Həmin qərardan müdafiəçi S.A.Əsədov kassasiya şikayəti verərək, onun ləğv edilməsini və 26 yanvar 2024-cü il tarixli qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilərək işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bəzi maddələrinə və Məhkum barəsində qəbul edilmiş məhkəmə aktlarına istinad edən müdafiəçi S.A.Əsədov həmin şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmündən hüquqlarını müdafiə etdiyi şəxs apellyasiya şikayəti verdikdən sonra 22 yanvar 2024-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək “şəkərli diabet İİ tip” diaqnozu ilə 7 saylı cəzaçəkmə müəssisəsinin tibbi sanitar hissəsində müalicədə olmuş, xəstəliyi ilə bağlı müvafiq sənədlər də onun şəxsi işinə əlavə edilmişdir. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olan dövrdə məhkəmənin işə baxılmasının təyin edildiyi tarixdə Məhkum stasionar müalicədə olduğunundan məhkəmə iclasının təxirə salınmasına dair ərizənin əvəzinə texniki səhv olaraq şikayətin geri qaytarılması barədə ərizə yazaraq imzalamış, məhkəmə prosesində də iştirak etmədiyindən həqiqi niyyətini məhkəməyə bəyan edə bilməmişdir. Buna görə, apellyasiya instansiyası məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətinə baxıl masına xitam verilmiş, həmin qərar isə hüquqlarını müdafiə etdiyi şəxsə təqdim edilməmiş və bu səbəbdən də Məhkum göstərilən qərardan kassasiya şikayəti vermək imkanı olmamışdır. Odur ki, müdafiəçi S.A.Əsədov qeyd olunanlarla yanaşı, Məhkum şəkərli diabet və trombosit xəstəsi olmasını, mütəmadi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə ilkin baxış iclasının 26 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini və həmin qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətinin təmin edilməsinə, işin isə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolle giyasının 1 iyul 2025-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında ci nayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cəvab olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya ins tansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası m əhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri ) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu hüquq həmçinin cinayət-prosessual qanunvericiliyində də əksini tapmış və Azərbaycan Respublikasında üçpilləli məhkəmə sisteminin yaradılması və fəaliyyət göstərməsi nəzərə alınaraq hər bir məhkum olunmuş şəxsin onun barəsindəki ittiham hökmündən və ya digər yekun qərarda apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından isə - kassasiya şikayəti vermək hüququna malik olması müəyyən edilmişdir. Belə ki, CPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasın da məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. CPM-in 35.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağıdakı hüquqları həyata keçirir: 35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək; 35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək. CPM-in 35.3-cü maddəsinin tədəbinə görə isə, məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. CPM-in 12.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Kons titusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə icraatının sonsuz davam etməsinin qarşısının alınması, digər tərəfdən isə cinayət mühakimə icraatında hüquqi müəyyənlik prinsipinin də təmin edilməsi üçün qanunverici aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarından müvafiq olaraq apellyasiya və ya kassasiya şikayətlərinin (protestlərinin) verilməsi üçün müxtəlif müddətlər müəyyən etmişdir. Ümumilikdə, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Eyni zamanda hər bir məhkum olunmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici apellyasiya və ya kassasiya şikayətinin (protestinin) verilməsi üçün müxtəlif müddətlərlə yanaşı həmin müddətlər üzrlü səbəblərdən buraxıldığı hallarda bu müddətlərin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Bu haqda müraciətlər olduqda isə məhkəmənin vəzifəsi müddətin h əqiqətən qanunvericilikdə göstərilən üzrlü səbəblərdən buraxılıb-buraxılmamasını yoxlamaq, yəni müddətlərin bərpa edilməsini xahiş edən proses iştirakçısının irəli sürdüyü dəlilləri təsdiq və ya təkzib edən sübutları araşdırmaq və yalnız bundan sonra belə müraciətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməkdir. Belə araşdırma aparılmadan istər müddətin bərpa edilməsi, istərsə də müddətn bərpa edilməsindən imtina olunması haqqında qəbul edilmiş qərar isə əsaslı və qanuni sayıla bilməz. Bu təfsirin prizmasından yanaşaraq məhkəmə kollegiyası əvvəla apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmlərindən və ya digər yekun qərarlarından kassasiya şikayətinin verilməsi müddətləri CPM-in 410.1-ci maddəsi ilə tənzimlənir. 15 iyul 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunu ilə isə bu maddəyə bir sıra dəyişikliklər edilmiş və həmin Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-in 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən ( qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin, göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəalarında” müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. CPM-in 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1 -ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. CPM-in 411-ci maddəsinin tələblərinə görə, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Məhkum barəsindəki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli hökmü 16 dekabr 2023-cü il tarixdə ona təqdim olunduqdan sonra o, həmin hökmdən qanunla müəyyən edilmiş 20 gün müddətində apellyasiya şikayəti vermiş, lakin 22 yanvar 2024-cü il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini və həmin şikayətə mahiyyəti üzrə baxılmadan onun geri qaytarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da məhkum olunmuş şəxsin bu ərizəsini nəzərə alıb onu təmin edərək apellyasiya şikayətinə ilkin baxış iclasının 26 yanvar 2024cü il tarixli qərarı ilə Məhkum verdiyi apellyasiya şikayətindən imtinasını qəbul etmiş, onun hökmdən verdiy apellyasiya şikayətinə baxılamasına isə xitam vermişdir. İş materialları ilə müəyyən edilir ki, bundan sonra Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməklə yenidən belə şikayətlə, eyni zamanda həm in şikayətin verilməsi üçün buraxdığı müddətin bərpa edilməsinə dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 fevral 2025-ci il tarixli qərarı ilə isə Məhkum vəsatəti təmin edilməmişdir. Həmin qərar 4 fevral 2025-ci il tarixdə poçt vasitəsi ilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmiş və sonuncu və ya onun müdafiəçisi bu qərardan apellyasiya şikayəti verməmişlər. 28 fevral 2025-ci il tarixdə, yəni qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra Məhkum müdafiəçisi S.A.Əsədov hüquqlarını müdafiə etdiyi şəxsin hökmdən verdiyi apellyasiya şikayətinə xitam verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 26 yanvar 2024-cü il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işə apellyasiya qaydasında baxılması üçün həmin işin apellyasya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmiş, 18 mart 2025-ci il tarixdə isə qeyd olunan qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqda vəsatətlə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Öz vəsatətini isə müdafiəçi onunla əsaslandırmışdır ki, məhkəmənin 26 yanvar 2024-cü il tarixli qərarı Məhkum təqdim olunmamış, bu səbəbdən də o, həmin qərardan vaxtında kassasiya şikayəti verə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarı ilə müdafiəçi S.A.Əsədov tərəfindən həmin məhkəmənin ilk in baxış iclasının 26 yanvar 2024-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməmişdir. İş materiallarından görünür ki, müdafiəçinin vəsatətinin və onun 18 mart 2025-ci il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 26 yanvar 2024-cü il tarixli qərarı həmin tarixdə digər proses iştirakçıları ilə yanaşı, məhkuma təqdim olunması və onun şəxsi işinə əlavə edilməsi üçün 26 yanvar 2024-cü il tarixli 1(103)-449/24 saylı məktubla həmçinin məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə də göndərilmiş və bu hal eyni tarixli poçt reyestri ilə təsdiq olunur. B una baxmayaraq, Məhkum 26 yanvar 2024-cü il tarixli qərardan qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) ay müddətində kassasiya şikayəti verməmiş, həmin qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş edən müdafiəçi S.A.Əsədov da bununla bağlı qaldırdığı vəsatətində tutarlı əsaslar göstərməmiş, eyni zamanda göstərilən müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı sübutu apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Halbuki, 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya ins tansiyası məhkəməsinin 18 mart 2025-ci il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-in 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-in 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-in 411.2.1-ci maddəsi); - CPM-in 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradə sindən asılı olmayan digər hal baş verdikdə (CPM-in 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, sonuncu apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasının 26 yanvar 2024-cü il tarixli qərarından hansı müddətdə və qaydada kassasiya şikayətinin verilməsindən məlumatlı olmuş, lakin o, həmin qərardan CPM-in 410.1.1-ci maddəsində nəzərdə tutulmuş 1 (bir) ay müddətində kassasiya şikayəti verməmiiş, bunun üçün isə yalnız 24 yanvar 2025-ci il tarixdə, yəni bir ildən sonra müdafiəçi S.A.Əsədovla müqavilə bağlamış, sonuncu da bundan sonra apellyasiya şikayətinə ilkin baxış iclasının qeyd olunan qərarından kassasiya şikayəti vermiş, həmin şikayətinə və vəsatətinə isə Məhkum barəsində əldə etdiyi tibbi sənədləri əlavə etmişdir. Məhkəmə kollegiyası müdaf iəçinin vəsatətinin təmin edilməməsi ilə bağlı qeyd etməyi zəruri bilir ki, CPM-in 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar əlavə edilməlidir. İş materiallarından, o cümlədən müdafiəçi S.A.Əsədov tərəfindən verilmiş vəsatətə əlavə etdiyi tibbi sənədlərdən görünür ki, Məhkum əzab çəkdiyi şə kərli diabet xəstəliyindən stasionar şəraitdə 22 yanvar 2024-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək müalicədə olmuş və onun bundan sonra, yəni 26 yanvar 2024-cü il tarixli qərarın qəbul edildiyi və ona təqdim olunduğu vaxtdan bir ay müddət keçənədək uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, Məhkum apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasının 26 yanvar 2024-cü il tarixli qərarından bir ay müddətində kassasiya şikayətini həm özü tərəfindən, həm də müdafiəçinin vasitəsilə verilməsinə qanunvericilikdə nəzərdə t utulmuş heç bir maneə olmamış və onun bunlar üçün kifayət qədər vaxtı və imkanı olsa da o, öz hüquqlarından vaxtında istifadə etməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq belə qənaətə gəlir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 26 yanvar 2024-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum müdafiəçisi S.A.Əsədovun həmin məhkəmənin 18 mart 2025-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmaqla həmin şikayətinin təmin edilməsi mümkünsüz hesab edilməlidir. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum müdafiəçisi S.A.Əsədovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikaytinə ilkin baxış iclasının 26 yanvar 2024-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 18 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Müdafiəçi S.A.Əsədovun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2024-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 18 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1499/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1499/2025
01.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver