Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1501/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 1(124)157/2023 nömrəli (hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə xx xxxxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 4 yanvar 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmdə n təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli 1(105)-531/2023 nömrəli (hakimlər: Ağayev Rəşadət Əhməd oğlu (sədrliyi və məruzəsi ilə), Əsgərova Ruhiyyə Orucəli qızı və İsmayılov Azər İbrahim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmünə əsasən Məhkum CM -in 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur, ona görə ki, o, 4 yanvar 2022-ci il tarixdə, saat 21 radələrində xxx küçəsində bacısı Şahid3 ilə qeyri-rəsmi nikahda yaşayan Zərərçəkmiş şəxs1 ilə arasında ailə məişət zəminində yaranmış mübahisədən sonra bacısını yaşadıqları evə geri qaytarmasına icazə verilməməsini bəhanə edib ətrafda olan insanlara qarşı laqeyidlik və etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, sonradan üzərində heç bir düzəliş edilməmiş, deşici-kəsici xassəyə malik, məişət təyinatlı, soyuq silah h esab olunmayan mətbəx bıçağını silah qismində istifadə edib tətbiq etməklə ilk əvvəl qəsdən Zərərçəkmiş şəxs1 döş qəfəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının boşluğa keçən deşilmiş-kəsilmiş yarası, sol tərəfli hemotoraks, döş qəfəsinin böyük ölçülü emfizeması kimi yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmiş, daha sonra həmin bıçaqla qəsdən, üzərinə gələn Zərərçəkmiş şəxs2 da qarın nahiyəsindən bir dəfə vuraraq sonuncuya qarının ön divarının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsaq müsariqəsinin, köndələn çənbər bağırsağın müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının sol hissəsinin bir ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yarası, hemoperitoneum kimi yetirilən anda insan h əyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayəti ilə, himayəsində olan qoca və xəstə atasına onun baxdığını, anasının vəfat etdiyini, özünün də xəstəliklərdən əziyyət çəkdiyini və səmimi peşmançılığının olduğu bildirib Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilərək barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmrano v Hafiz Beykəs oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tu tulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Kassasiya məhkəmə kollegiyası məhkum barəsində məhkəmələr tərəfindən təyin edilmiş cəzaya münasibət bildirməmişdən öncə onun əməlinin tövsifi – cinayət qanunun tətbiqinin düzgünlüyü ilə bağlı məsələyə toxunmağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əm əlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsinin gəldiyi nəticəyə əsasən Məhkum verilmiş iki və ya daha çox şəxsə qarşı xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma, o cümlədən silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərərçəkmiş şəxsə zor tətbiq o lunması ilə müşayiət olunan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirildiyi qeyd edilmiş, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit edilmiş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessua l Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Cinayət mühakimə icraatı həyata keçirlərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (maddə 33.2). Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. C inayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılı ğına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilən normaların tələblərində n çıxış edərək, aşağıda təsvir edilənlərə əsasən müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmamış, məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarına uyğun olmayan əməlin tövsifində və eyni zamanda təqsirlilik məsələsində səhvə yol verilmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən olinur ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum bildirmişdir ki, “....o hadisə günü X-ə atasının tapşırı ğı əsasında bacısını götürmək üçün getmişdir. X-i E adlı tanışı vasitəsi ilə tanımışdır...... Gəncədə evi olan və subay şəxs kimi təqdim edilmişdir...... X-in əslində evli olduğunu bilməmişlər. Atası da ona söyləmişdir ki, X evlidir, ailəsi var, vəsiqəsini gətirmir, X-in bacısını kəbinə aparmasına razılıq verməsin..... bir müddət sonra öyrənmişdir ki, həqiqətən də X evli olmuş və iki övladı da var...... O, yuxarıda göstərdiyi hallara və atasının da tapşırığına görə bacısını götürməyə getmişdir. X-in üç qardaş olduğunu və onu döyəcəklərini nəzərə alaraq X-ə gedərkən üzərində bıçaq götürmüşdür. X-in ünvanının yaxınlığına gəldikdə bir nəfər şəxsin kənarda dayandığını görmüş və həmin şəxsə yaxınlaşmışdır. Yaxınlaşdıqda sözügedən şəxsin X-in qardaşı olduğunu, bununla yanaşı qardaşının arvadı S və bacısının da orada olduğunu, birlikdə marketə getdiklərini görmüşdür. Bacısını bir qədər kənara çəkmiş və qulağına atasının onu evə aparmağını tapşırdığını söyləmişdir. Sanki bu ifadədən sonra bacısı bir qədər ruhlanmışdır. Elə bacısının qulağına söz demişdir ki, X-in qardaşı onun üzərinə gəlmiş və ona bir dəfə yumruq vurmuşdur. Zərbə nəticəsində burnu qanamışdır. Özünü müdafiə etmək məqsədi ilə əlini üzərindəki bıçağa atmışdır. Əlini bıçağa atarkən X-lə T da evdən çıxmışdır. X də evdən çıxdıqdan sonra onun üzərinə üç nəfər gəlmişdir. Onun üzərinə gələn zaman bacısı da araya girib onları aralamaq istəmişdir. Bundan sonra həmin şəxslərin üzərinə gəldiyini görüb əlindəki bıçaqla X-ə xəsarət yetirmişdir. Bundan sonra T-in evlərinin qapısının qarşısında bacısının saçından tutub ona əziyy ət verdiyini görmüşdür. O, da buna göz yuma bilməmiş və T-nı qorxutmaq niyyətilə bir qədər bıçağı ona batırmışdır........... onun niyyəti bacısını X-in yaşadığı evdən götürüb evlərinə gətirmək olmuşdur.” Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, münaqişə zamanı onu ilk öncə X-in qardaşı Şahid1 vurmuşdur. R üz nahiyəsinə zərbə endirərək burnunu partlatmışdır. Hadisədən iki gün sonra R-in onu vurmuş olduğu xəsarətlə bağlı tibbi ekspertizadan keçmiş, lakin X-in xəsarəti barədə polis daha tez məlumatlı olmuşdur.... Hadisə zamanı hadisə yerində zərərçəkmiş şəxslər, qardaşları R, sonuncunun arvadı Səriyyə, anası, bacısı və özü olmuşdur. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki,..........Məhkum bacısını aparma q istəyən zaman, o biri qardaşı və arvadı buna icazə verməmişdir. Beləcə, onlar arasında münaqişə yaranmışdır. İstintaq zamanı verdiyi ifadəsi elan olunarkən T bir daha qardaşı ilə qeyri – rəsmi saxladığı F arasında mütəmadi narazılıqlar olmuş,...sonuncu dəfə xx.xx.2021-ci il tarixdə yaşadıqları evdə olarkən X və F arasında yenidən F-in işləmək istəməsi səbəbindən mübahisə yaranmış, qardaşı X isə bundan sonra F-in anasını evlərinə dəvət etmiş, F-in anası A yaşadıqları evə gəldikdən sonra isə ondan F-ni götürüb apamasını tələb etdikdə F anası ilə birlikdə getməkdən imtina etmişdir... Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq Məhkumun bacısı F-in onunla münasibətini davam etdirmək istəməməsi və evlərinə qayıtmaq istəməsi səbəbindən Məhkumgillə münasibətləri pisləşmişdir. Şahid qismind ə dindirilmiş Şahid3 ifadəsində göstərmiş ki, O, X-in əvvəllər başqa biri ilə nikahda olduğundan məlumatlı olmuş, eyni zamanda ona X-in həmin arvadından tam ayrıldığını söyləmişdirlər. Lakin sonradan öyrənmişdir ki, nəinki X nikahdan çıxmamış, hətta onun övladları da vardır. Faktiki nikaha daxil olduqdan sonra X onu Gəncəyə aparmışdır. Orada bir müddət ona zülm vermişdir. Bir müddət sonra onlar Sumqayıta, X-in qardaşının kirayə yaşadığı evə gəlmişdirlər. Sumqayıta gəldikdən sonra onların aralarında problem olmuş və bunu qardaşı Məhkum da öyrənmişdir. Bundan sonra qardaşı Məhkum gəlib onu götürmək istəmiş, çünki X onu qanunsuz yollarla Türkiyəyə aparmaq istəmişdirlər. Bunları öyrənən qardaşı Məhkum onu X-in yanından aparmaq istəyən zaman X və qardaşları Məhkumun üzərinə hücum etmişdirlər. M əhkum da özünü müdafiə etmək məqsədilə üzərindən bıçaq çıxarmış və X-lə qardaşını bıçaqlamışdır. (bax: məhkəmə hökmü) İş materiallarına əsasən müəyyən olunur ki, hadisə 5-10 dəqiqə davam etmiş və hadisə yerində kənar şəxslər olmamışlar. Kassasiya məhkəmə kollegiyası hadisə yerində olmuş yuxarıda göstərilən şahidlərin məhkəmə istintaqı zamanı verdikləri və məhkəmələr tərəfindən mötəbər sübut kimi istinad etdiyi ifadələrdən çıxarışları qeyd etməklə tərəflər arasında hadisənin baş verməsinə səbəb şəxsi münasibətlərin mövcudluğunun tam aydın olmasını müəyyən edir. Kassasiya məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə istintaqı zamanı öz təsdiqini tapan xəsarətlərin xuliqanlıq niyyəti ilə deyil şəxsi münasibətlərin pozulması, yəni Məhkum bacısını yaşadıqları evə geri qaytarmasına icazə ver ilməməsi zəminində başladığını və bu xətt üzrə davam etdiyi cinayət işi üzrə toplanılmış materiallar ilə öz təsdiqini tapır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin cinayət hadisəsinin münaqişə nəticəsində baş verməməsi, hadisə nəticəsində ictimai qaydanın pozulması, təqsirləndirilən şəxsin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi ilə bağlı gəldiyi nəticə sübutların tam, hərtərəfli, obyektiv araşdırılmasına və məhkəmələrin özləri tərəfindən müəyyən olunmuş işin faktiki hallarına əsaslanmır. Odur ki, Məhkum əməlində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinas ızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsinin müəyyən olunmadığı, əksinə istər təqsirləndirilən şəxsin, istər zərərçəkmiş şəxslərin, istərsə də şahid qismində dindirilmiş şəxslərin ifadələrindən baş vermiş cinayət hadisəsinin şəxsi münasibətlər zəminində yarandığı özünü göstərir. Kassasiya məhkəmə kollegiyası oxşar işlər üzrə hüquqi yanaşma üzrə Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsi kontekstindən çıxış edərək qeyd edilən hallar üzrə daha geniş hüquqi izah verilməsini məqəsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221,3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik g östərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respubl ikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqe yi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Lakin, kassasiya məhkəmə kollegiyası tərəfindən baxılan iş üzrə müəyyən olunur ki, Məhkumn qarşı əsassız olaraq xuliqanlıq cinayətini və yaxud xuliqanlıq niyyəti ilə digər cinayətləri törətməsi barədə ittiham irəli sürülmüş, birinci və apellyasiya instansiyası məhkəməsi isə belə ittiham üzrə cinayət işinə baxılması zamanı işin mühüm əhəmiyyə tli faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmiş, məhkəmədə baxılmış sübutlardan irəli gələn faktiki hallara müvafiq olmayan hüquqi nəticəyə gələrək əməlin hüquqi tövsifi üzrə səhv nəticəyə gəlmiş, maddi və prosessual normaların tələblərinə, onların təfsiri üzrə Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumlarının hüquqi mövqelərinə uyğun olmayan məhkəmə qərarlarının çıxarılmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirliliyinin olmasına dair gəlmiş olduğu nəticə yuxarıda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanmış inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş hökm və qərarları ləğv etmək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam vermək, həmin Məcəllənin 419.10.4-cü maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququna malikdir. Cinayət-Prosessual Məcəllənin 416.1.15-ci maddəsində məhkəmənin törədilmiş əməlin tövsifində səhvə yol verməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları aşağı instansiya məhkəmələrinin cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxarmasını CPM-in 416.1.11-ci maddəsində, törədilmiş əməlin tövsifində səhvə yol verməklə Məhkum barəsində qərar verməsini CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halları yar adan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilməsini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmünün və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarının Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməsini, həmin maddə ilə təqsirliyi sübuta yetirilmədiyindən CPM-in 39.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından və onunla bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023- cü il tarixli hökmündən Məhkum CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsini və ona CM-in 66.3-cü maddəsinə əsasən cəzanın təyin edilməsinə dair müddəaların xaric edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda Məhkum CM-in 126.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair məhkəmələrin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək, həmin maddə ilə ona yenidən cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəza ların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalət li cəza təyin edilir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən normaların və CM-in 58.3-cü maddəsininin tələblərindən çıxış edərək, Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilsin, həmin maddə ilə təqsirliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından və onunla bağlı Sumqayıt Ağır Cin ayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə və ona həmin maddə ilə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzanın təyin edilməsinə dair müddəalar xaric edilsin və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1501/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1501/2024
23.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver