Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1505/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-421/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyy əti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1998-ci ildə Rusiya Federasiyası, Nijnevartovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Masallı rayonu, İmanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və X3 özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah tətbiq edib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə özgənin əm lakını ələ keçirərək quldurluq etmişdlər. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Məhkum özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq tanınmamaq üçün qrup üzvü Məhkum bədən və sifətini örtüb gizlətmək məqsədilə müsəlman qadınların hicab geyimini əldə edib geyinmiş, Təqsirləndirilən şəxs3 isə icarə əsasında idarə etdiyi ağ rəngli “Çanqan” markalı avtomobilin **-PZ-*** dövlət qeydiyyat nişanının “PZ” seriya hərflərinin “RZ” hərfləri kimi oxunması üçün həmin seriya hərfinin üzərinə qara rəngli yapışqanlı lent yapışdırmış və 26 aprel 2021-ci il tarixdə saat 16:45 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs3 birlikdə sonuncunun idarə etdiyi həmin avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanının qarşısına gəlmiş və aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 avtomobildə qrup üzvlərini gözləmiş, o, Təqsirləndirilən şəxs2 və Məhkum isə birlikdə qeyd olunan evin 12-ci mərtəbəsində yerləşən 135 saylı mənzilin qarşısına gəlib orada o, Təqsirləndirilən şəxs2 ilə bir qədər kənarda dayanıb qapının açılmasını gözləmiş, Məhkum isə qapını döyərək mənzildə yaşayan Zərərçəkmiş şəxs guya Ramazan ayı ilə əlaqadar “Qurban payı” gətirdiyini yalandan bildirərək sonuncunun qapını açmasına nail olduqda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girdikdən sonra Məhkum Təqsirləndirilən şəxs3 gözlə diyi avtomobilə qayıtmış, Təqsirləndirilən şəxs1 hücuma məruz qalmış Zərərçəkmiş şəxs burun nahiyəsindən yumruqla zərbə endirib yerə yıxmaqla sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sağ təpə nahiyəsinin yumşaq toxumasının qansızması, sağ gözaltı nahiyəsinin, sol dodaq burun üçbucağının burun altı nahiyəsinin sıyrıqları, üst dodağın iç səthinin kiçikölçülü qansızmaları ilə müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs mənzilin yataq otağına aparıb əlində olan bıçağı nümayiş etdirərək həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etmiş, Təqsirləndirilən şəxs2 isə mənzilin digər yataq otağındakı dolabdan Zərərçəkmiş şəxs şəxsi mülkiyyətində olan, cəmi dəyəri 1.000 manat təşkil edən gümüş sırğanı, g ümüş üzüyü, gümüş qolbağını və 1 cüt qızıl sırğanı ələ keçirib Təqsirləndirilən şəxs1 ilə birlikdə mənzildən çıxaraq Məhkum gözlədiyi və Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobildə birlikdə hadisə yerini tərk etməklə ümumilikdə Zərərçəkmiş şəxs 1.000 manat məbləğində əmlakını ələ keçirərək quldurluq etmişlər.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət tərkibdə) 23 noyabr 2021-ci il tarixli, 1(101)1599/2021 saylı hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndi rilən şəxs3 da Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri təqsirli bilinmiş və onların hər birinə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Hökmdən məhkum Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Məhkum müdafəçisi Müdafiəçi6 və məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən Q.X.Babayev, hakimlər C.V.Hüseyn və R.M.Abdulovdan ibarət tərkibdə) 31 mart 2022-ci il tarixli, 1(103)421/2022 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Məhkum müdafəçisi Müdafiəçi6 və məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikay ətləri təmin edilməmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri
7. Məhkum kassasiya şikayətində bildirmişdir ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz olmuşdur. Belə ki, Məhkum anası vaxtsız dünyasını dəyişdiyindən ana qayğısından məhrum olmuşdur. Bundan başqa, kassasiya şikayətinin müəllifi ilk dəfə məhkumluğunun olmasını, qadınlığını, cavanlığını, səmimi peşmançılığını nəzərə alınmasını xahiş etmişdir.
8. Məhkum kassasiya şikayətində məhkəmədən Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(103)-421/2022 saylı qərarının ləğv edilməsini və ona daha yüngül həddə cəzanın təyin edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.
10. Məhkum kassasiya şikayətində barəsində daha yüngül cəza təyin edilməs ini xahiş etmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
11. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yə ni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbay can Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarları).
12. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
13. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
14. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsind ə təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
15. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
16. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
17. Məhz bu cür (“a çıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.
18. Məhkumun istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsi nin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
19. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq daha böy ük, pozuntu isə daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
20. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilən cəza onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin sanksiyasının orta həddində olmuşdur və məhkəmənin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Mahiyyət et ibarı ilə kassasiya şikayətində apellyasiya məhkəməsinin cəza təyini ilə bağlı qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir.
21. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əs assız nəticə kimi qiymətləndirilə bilməz.
22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
23. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərə findən verilən kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(103)421/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(103)-421/2022 saylı qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.