Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1519/2018 25.10.2018 ALİ MƏHKƏMƏ İş №1(102)-1519/2018 Azərbaycan Respublikası adından QƏRAR 25 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəlki məhkumluğu ödənilmiş, Qaradağ rayonu Qobustan qəsəbəsi, Torağay yolu küçəsi, ev 10, mənzil 2-də qeydiyyatda olmuş və yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xx 2018-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Bayramov, hakimlər R.V.Salmanov və S.İ.Əliyev) Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xx 2018-ci il tarixdən hesa blanması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xx 2018-cı il tarixli qərarı ilə (sədrlik edən: N.E.Məmmədov, hakimlər: Ə.İ.Qasımov və Ə.N.Bayramov) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü dəyişdirmiş, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası azaldılaraq 9 (doqquz) il müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, istintaqa məlum olmayan vaxt da və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1639,880 (1 kq. 639,880) qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib bir ədəd sellofan torbada üzərində saxlamaqla Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsinin arxa tərəfində yerləşən dəmir yolu xəttinin yaxınlığındakı qamışlıq sahənin kənar hissəsinə qədər özü ilə daşımışdır. O, qeyd edilən narkotik vasitənin (heroinin) 1635,0 qram çəkidə (külli miqdarda) olan hissəsini həmin ünvanda sellofan torbada satış məqsədi ilə gizlətmiş, onun digər - 4,880 qram çəkidə (külli miqdarda) olan hissəsini isə satış məqsədi ilə siqaretin gümüşü rəngli kağızına büküb əynindəki cins şalvarının yan cibinə qoymuş və üzərində saxlayaraq Qaradağ rayonunun Qobustan qəsəbəsinin əraz isinə (Torağay yolu küçəsinin arxa tərəfində yerləşən dəmir yolu xəttinin yaxınlığına) daşımışdır.Qaradağ rayon polis idarəsi əməkdaşları tərəfindən xx xx 2018- ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 12:10 radələrində qeyd olunan ünvanda saxlanılaraq Qaradağ rayon polis idarəsinin inzibati binasına aparılmışdər. Həmin gün orada, saat 12:50 radələrində xidməti otaqda keçirilən baxış zamanı onun əynindəki cins şalvarının yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş halda satış məqsədi ilə qanunsuz saxladığı, təmiz çəkisi 4,880 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək protokollaşdırılıb götürülmüşdür. Bundan əlavə, polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinin davam ı olaraq xx xx 2018-ci il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs satış məqsədi ilə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində, Torağay yolu küçəsinin və dəmir yolu xəttinin yaxınlığındakı qamışlıq sahənin kənar hissəsində bir ədəd sellofan torbada gizlədib saxladığı təmiz çəkisi 1635,0 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini aşkar edib protokollaşdırıb götürmüşlər. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Məhkum kassasiya şikayətində törətdiyi əməldən peşman olduğunu, xəstə olduğunu bildirir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı C.Əliyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkə mələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum tərəfindən verilmiş kassasiya şika yətində barəsində təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. X5 cəzаtəyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, ocümlədənAzərbaycanRespublikasıCMnin 8, 41.2, 58.3, 59-cumaddələrinintələblərinətam riayət etmişdir. Be lə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayə t cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. AzərbaycanRespublikasıCM-in 8cimaddəsinəəsasəncinayəttörətmişşəxshaqqındatətbiqediləncəzavəyadigərcinayəthüquqixarakterlitədbirlərədalətliolmalıdır, yənicinayətinxarakterinəvəictimaitəhlükəlilikdərəcəsinə, onuntörədilməsihallarınavəcinayəttörətməkdətəqsirlibilinənşəxsinşəxsiyyətinəuyğunolmalı dır. AzərbaycanRespublikasıCM-in 58.3cümaddəsinəəsasəncəzatəyinedilərkəntörədilmişcinayətinxarakterivəictimaitəhlükəlilikdərə cəsi, təqsirkarınşəxsiyyəti, ocümlədəncəzanıyüngülləşdirənvəağırlaşdıranhallar, habelətəyinolunmuşcəzanınşəxsinislaholunmasınavəonunailəsininhəyatşəraitinətəsirinəzə rəalınır. AzərbaycanRespublikasıCM-in 41.2-cimaddəsin əəsasəncəzasosialədalətinbərpası, məhkumunislahedilməsivəhəmməhkumlar, həmdəbaşqaşəxslərtərəfindənyenicinayətlərintörədilməsininqarşısınıalmaqməqsədiilətətbi qedilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiy yətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Narkotikvasitələrin, güclütəsiredənvəzəhərlimaddələrinqanunsuzdövriyyəsinədaircinayətişləriüzrəməhkəmətəc rübəsihaqqında» AzərbaycanRespublikasıAliMəhkəməsiPlenumunun04 mart 2011ciiltarixli2 №-liQərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulm uş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması h əvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, yüngülləşdirici hallar kimi törətdiyi əməli qismən etiraf edib peşmançılıq çəkməsi nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrinişüzrəgəldiyiyuxarıdagöstər ilənnəticəniqanunivəəsaslısayırvəbeləqənaətəgə lirki, məhkum Təqsirləndirilən şəxs elanolunmuşittihamlabağlıistəribtidaiaraşdırmaorqanı, istərsədəişəbaxanməhkəmələrAzərbaycanRespublikasıCPM-in 143-146cımaddələrinintələblərinəəməledərəkadıçəkilənməhkum barəsində toplanmış sübutlarıədalətmühakiməsininprinsiplərinəuyğunolaraqağlabatanmüddətlərdəkeçirilmişmə hkəməiclaslarındatam, hərtərəflivəobyektivaraşdırmışvəməhkəmələronlarınhərbirisiniayrıayrılıqdavəməcmuqaydasındamənsubiyyəti, mümkünlüyüvəmötəbərliyiüzrəqiymətləndirərəkişinfaktikihallarınauyğunolanyekunməhkəm əqərarlarıqəbuletmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələnd irilən qərarın qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. ŞərhedilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin cimaddəsinirəhbərtutaraqməhkə məkollegiyası 419.10.1- Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədr: Hakimlər: imzalar Əsli ilə düzdür. Sədrlik edən: Əziz Seyidov
Məhkəmə qərarları › İş №1(102)-1519/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1519/2018
25.10.2018
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver