Məhkəmə qərarları › İş №1(102)-1522/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1522/2025

12.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1522/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2025-ci il tarixli, 1(106)-29/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 2 iyun 1998-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 94-də qeydiyyatda olmaqla orada yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Pe nitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək əldə olunması və Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil etmək barədə şəxsiyyəti məlum olmayan Əfşin adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə və psixotrop maddələr qaçaqmalçılıqla keçirildikdən sonra müxtəlif yerlərə qoyulmasına köməklik edəcəyinə və bunun müqabilində ona 500 (beş) manat qazanc veriləcəyi vədi ilə razılaşmış, bu bar ədə ona məlumat verildikdən sonra, o, tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələri sonuncu ilə birlikdə götürmək məqsədi ilə özünə məxsus Chevrolet Cruze markalı avtomobillə Ələt-Astaraİran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrliyindən keçən hissəsində, üzərində “36” ədədi yazılmış lövhənin yanına gedərək İran İslam Respublikası vətəndaşı, şəxsiyyəti Əfşin adı ilə məlum olan şəxs və qeyriləri ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 2023-cü ilin yanvar ayında razılığa gəlib sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək bu məqsədlə Əfşin adlı şəx s və qeyriləri tərəfindən müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə əldə etdikləri 9 ədəd ayrı-ayrı bağlamalarda olmaqla ümumi təmiz çəkisi 9220,0 (9 min iki yüz iyirmi) qram, bir ədəd bükümdə, təmiz çəkisi 4,378 qram olub külli miqdar təşkil edən narkotik vasitə heroin, 4 ədəd ayrı-ayrı bükülüdə, ümumi təmiz çəkisi 2330,0 qram (2 min üç yüz 30) olub külli miqdar təşkil edən psixotrop maddə metamfetamini məlum olmayan vaxtda və şəraitdə İİR-dən Azərbaycan Respublikasına qaçaqlmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirməklə gətirib orada gizlədilən yerdən qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla onları daşıyaraq icarə əsasında çalışdırdığı, ünvan 1 ünvanında yerləşən “Sultanım” adlı gözəllik salo nunda olan qara rəngli divanın üzərinə qoyaraq saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 31 yanvar 2023-cü ildə saat 22 radələrində Məhkum ilə birlikdə Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 4,378 qram olan narkotik vasitə heroin aşkar edilərək qablaşdırılıb götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq 01 fevral 2023-cü ildə, saat 00:20-də icarə əsasında çalışdırdığı, ünvan 2 ünvanında yerləşən “Sultanım” adlı gözəllik salonuna baxış keçirilən zaman qanunsuz olaraq əldə edib saxladığı, 9 ədəd ayrı-a yrı bağlamalarda olmaqla ümumi təmiz çəkisi 9220,0 (9 min iki yüz iyirmi) qram, bir ədəd bükümdə, təmiz çəkisi 4,378 qram olub külli miqdar təşkil edən narkotik vasitə heroin, 4 ədəd ayrı-ayrı bükülüdə, ümumi təmiz çəkisi 2330,0 qram (2 min üç yüz 30) olub külli miqdar təşkil edən psixotrop maddə metamfetamin, eləcə də üzərində narkotik vasitə heroin izləri olan, bir ədəd işlək vəziyyətdə elektron tərəzi, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd işləməyən əl tərəzisi salonda qoyulan qara rəngli divanın üzərində olan qutunun içərisində aşkar edilərək götürülmüşdür.

3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlk edən və məruzəçi), X8 və X3 ibarət məhkəmə tərkibində) 31 may 2024-cü il tarixli, 1(099)-122/2024 nömrəli hökmü ilə Məhkum CM-in 234.1, 234.4.1 və 234.4.3 -cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum qəti cəza 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 31 yanvar 2023-cü ildən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya x əstəliyindən məcburi qaydada müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi5, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət məhkəmə tərkibində) 21 fevral 2025-ci il tarixli, 1(106)29/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, təqsirləndi rilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Məhkum CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-122/2024 nömrəli, 31 may 2024-cü il tarixli hökmünün müdafiə tərəfinin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2025-ci il tarixli, 1(106)-29/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vermişdir. II. Kassasiya şikayətinin, kassasiya şikayətinə əlavənin dəlilləri və etirazlar:

7. Müdafiəçi tərə findən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına, sübutlar siyahısına, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin gəldikləri qənaətlərə istinadlar edilərək, apellyasiya şikayətinin dəlilləri təkrarlanmaqla qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, heç bir araşdırma aparmadan məhkum barəsində formal olaraq yekun qərar qəbul edilmişdir.

8. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarını qismən qanunsuz və ədalətsiz hesab edir. Şirvan Apellyasiya məhkəməsi istər birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, hökmdə istinad etdiyi sübutların digər obyektiv sübutlarla uyğun gəlmədiyini yoxlamadan, onları təhlil etmədən, iş üzrə dindirlmiş ittiham tərəfinin şahidlərinin ifadələri ilə müdafiə tərəfinin şahidləri arasında yaranan ziddiyyətləri araşdırmadan ibtidai istintaqın qanunsuz vermiş olduğu ittihamını qüvvəsində saxlayaraq, yalnız ittihamın ehimalverici sübutlarına əsaslanaraq və üstünlük verərərk, ifadələrin və digər sübutların ziddiyyətli olmasına hüquqi qiymət vermədən, qanunsuz olaraq hesab etmişdir ki, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməli və cəzalandırılmalıdr. Ən ciddi qanun pozuntusuna isə Şirvan Apelllyasiya Məhkəməsi özünün qismən istintaq yolu ilə aparmış old uğu məhkəmə baxışı zamanı toplanmış subutlara nəticədə düzgün qiymət vermədən, toplanmış subutlarla Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin subuta yetirilməməsi və ona həmin maddələrlə barəsində bəraət hökmü çıxarılmalı olduğu halda ittihamedici mövqe tutaraq qanunsuz qərar çıxarılması ilə cinayət qanunvericiliyinin müvafiq normalarının pozulması ilə qərar verməklə yol vermişdir.

9. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2025-ci il tarixli, 1(106)-29/2025 nömrəli qərarının qismən ləğv edilməsini vəCM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Məhkum verilmiş ittihama bəraətverici əsaslarla hissəvi xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassa siya şikayətinə, kassasiya şikayətinə əlavəyə qarşı etiraz verilməmişdir.

11. Qərardan kassasiya protesti, həmçinin cinayət işi üzrə digər təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətlərinin təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassas iya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Müdafiəçi, Məhkum təqsirl i bilindiyi AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

19. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini və kassasiya şikayətinə əlavənin CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2025-ci il tarixli, 1(106)-29/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

21. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndir ilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

22. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

23. Məhkəmə kollegiyası Məhkummüdafiəçisinin hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cinayət işi üzrə sübutların məhkəmələr tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müva fiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.

24. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

25. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

26. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Mə cəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

27. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(099)-122/2024 nömrəli hökmü ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmişdir.

28. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təq sirli bilinmişdir.

29. Bununla yanaşı məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində və kassasiya şikayətinə əlavəsində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.

30. Belə ki, qeyd edilən dəlilləri apellyasiya məhkəmə kollegiyası əsassız hesab edərək qeyd etmişdir ki, şəxsin hansısa istintaq hərəkətinin aparılmasında iştirak etməməsi, saxlanılaraq polis şöbəsində bir maşınla deyil, iki maşında aparılması, polis əməkdaşları tərəfindən saxlanılmaması, polis əməkdaşlarının dəvəti ilə ö zünün polis şöbəsinə getməsi, narkotik vasitənin götürüldüyü qeyd olunan yerdə olmasını təsdiq edən telefonun anten məlumatlarının olmaması kimi dəlilləri şəxsin barəsində bəraət hökmünün çıxarılması üçün əsas ola bilməz. Belə ki, telefon daşınar əşya olduğundan şəxs cinayət əməli törədərkən telefonu özü ilə götürməyə bilər. Həmçinin iş materiallarından göründüyü kimi Məhkum və Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini saxlanıldıqları gun deyil, ondan bir neçə gün əvvəl əldə etmiş, hətta iranlının göstərişi ilə narkotik vasitənin bir hissəsini başqa şəxsin götürməsi üçün onun dediyi yerə qoymuşlar.

31. Məhkum müdafiəçisi kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və ə sassız ittiham hökmü çıxarılmasını qeyd etsə də, mübahisələndirdiyi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2025-ci il tarixli, 1(106)-29/2025 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir.

32. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiya sı birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

33. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

34. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən müdafiəçinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2025-ci il tarix li, 1(106)-29/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2025-ci il tarixli, 1(106)-29/2025 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar