Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1535/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, bəraət almiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi5, məhkum edilmiş şəxs (mərhum) Məhkum1 hüquqi varisi X5 nümayəndəsi (vəkil) Nümayəndə iştirakları il ə, Bakı Ağır Cinayətlər məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli bəraət hökmündən Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakə Ağır Cinayətlər məhkəməsinin (hakimlər: X29 oğlunun sədrliyi ilə, X15 və X2 ibarət tərkibdə) 28 iyun 2019-cu il tarixli hökmü ilə xx xxxx 1955-ci il tarixdə Bərdə rayonu, Qurdlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 mart 2011-ci il tarixdən 05 avqust 2011-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay müddət təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 06 (altı) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 14 iyun 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi hökm edilmişdir. xx xxxx 1958-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmam ış, ünvan 2 ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 12 mart 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə Zərərçəkmiş şəxs3 mülki iddiası baxılmamış saxlanılmış, ona və digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X20 (sədrlik edən), X21 və X3 ibarət tərkibdə) 09 dekabr 2019-cu il tarixli qərarı ilə Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum1 Rza oğlunun və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 1(101)-429/2019 saylı hökmü dəyişdirilmişdir. Məhkum1 törətdiyi bir epizod-zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2005-ci ilin fevral ayının 08-də 147.120 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum1 həmin epizod üzrə cəza təyin edilməmişdir. M əhkum1 və Məhkum2 Hətəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 1(101)-429/2019 saylı hökmün qalan hissələrdə dəyişdirilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X22 (sədrlik edən və məruzəçi), X16 və X1 ibarət tərkibdə) 18 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının (hakimlər: X31 oğlunun sədrliyi ilə, X10 və X7 ibarət tərkibdə ) 04 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmişdir. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-429/2019 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmişdir. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmişdir. Məhkum1 tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəm əyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Məhkum1 hüquqi varisi X8 izah edilmişdir. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmişdir. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Məhkum2 izah edilmişdir. Məhkum2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və 3.000 (üç min) manat borcla bağlı Zərərçəkmiş şəxs4 vurulmuş z iyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 məxsus dəyəri 150.000 ABŞ dolları olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 21 saylı evin 64-cü mənzilini banka girov qoyaraq kredit pul götürməyi Zərərçəkmiş şəxs1 məsələhət görüb, əldə edilən pulun ona verilməsini təklif edərək həmin pulu beton istehsalına sərf etməklə qısa bir müddətdə gəlir əld ə edə biləcəyini, krediti faizi ilə birgə banka ödəyəcəyini və mənzili təmir etdirəcəyinə dair yalan vəd verib aldadıb, həmin mənzilin faktiki olaraq sahibi Zərərçəkmiş şəxs1 olsa da, həyat yoldaşı X11 adına rəsmiləşdirildiyindən sonuncunu ünvan 4 ünvanda fəaliyyət göstərən "Yunayted Kredit Bank” ASC-ə apararaq həmin bankla 08 fevral 2005-ci il tarixdə bağlanmış kredit müqaviləsi əsasında qeyd olunan mənzili banka girov qoymaqla 90.000 ABŞ dolları məbləğində pul götürmüş, lakin verdiyi vədə əməl etməyərək kredit borclarını vaxtı vaxtında ödəməmiş, nəticədə mənzil "Yunayted Kredit Bank” ASC tərəfindən satılaraq əldə olunan məbləğ kredit borcunun əvəzinə bankın hesabına keçdiyindən Zərərçəkmiş şəxs1 150.000 ABŞ dollar həmin dövrə Azərbaycan manatına nisbətən məzənnəsi ilə 735.600.000 (147.12 0 AZN) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov propekti 2099-ci məhəllədə fəaliyyət göstərən "Dərnəgül tikinti materialları” bazarında taxta satışı ilə məşğul olan fiziki şəxs kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsd ilə hissə-hissə olmaqla xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi olan müddət ərzində ona məxsus ümumilikdə 467,13 kub.metr həcmində, 107.440 manat dəyərində taxta inşaat materialını ələ keçirərək 20 gün müddətində həmin malın pulunu ödəyəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun vasitəsi ilə Bakı şəhəri ərazisində 26 iyun 2015-ci tarixdə Zərərçəkmiş şəxs3 ilə 140.000 manat məbləğində müxtəlif ölçülərdə tikinti materialı olan armaturun alqı-satqısını sövdələşib razılaşdıqdan sonra, 26 iyun 2015-ci il tarixdə 130.000 manatlıq armatur tikinti materiallarını ünvan 5 ünvanın yaxınlığındakı saxlanc anbarından, qalan 10.000 manat dəyərində armaturu ünvan 6 ünvanın qarşısındakı saxlanc yerindən götürdükdən sonra bir ay müddətinə pulunu ödəməyi yalan vəd verib etibarından sui istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 140.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaql a təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 həbsdə olan qardaşı X6 həbsdən buraxdıracağına dair yalan vəd verib aldadaraq vahid niyyət ilə əhatə olunan qəsd ilə 2016-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbəyov küçəsində fəaliyyət göstərən "Bolluq” bazarının yaxınlığında Zərərçəkmiş şəxs4 3500 manat məbləğində pulunu, təxminən 3-4 gün keçdikdən sonra ünvan 7 ünvanda yerləşən "Qızılgül” kafesinin qarşısında 30.000 manat məbləğində pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 ümumilikdə 33500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkum2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri ərazisində 26 iyun 2015-ci tarixdə Zərərçəkmiş şəxs3 ilə 140.000 manat məbləğində müxtəlif ölçülərdə tikinti materialı olan armaturun alqı-satqısını sövdələşib razılaşdıqdan sonra, 26 iyun 2015-ci il tarixdə 130.000 manatlıq armatur tikinti materiallarını ünvan 5 ünvanın yaxınlığındakı saxlanc anbarından, qalan 10.000 manat dəyərində armaturu ünvan 6 ünvanın qarşısındakı saxlanc yerindən götürdükdən sonra bir ay müddətinə pulunu ödəməyi yalan vəd verib etibarından sui istifadə edib aldatma yolu ilə əml akını ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 140.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittihamın birinci epizoduna, yəni Zərərçəkmiş şəxs1 qarşı törədilmiş dələduzluq epizoduna qiymət verərkən heç bir əsaslandırma aparılmadan faktiki yalnız Məhkum1 tərəfindən dəymiş ziyanın ödənilməsini və tərəflər arasında barışığın baş verməsini göstərməklə həmin epizodda əməldə cinayət tərkibinin olmaması qənaətinə gəlmişdir. Halbuki, iş materiallarında zərərçəkmiş şəxsədən alınmış pul vəsaitinin təyinatı üzrə, yəni beton zavodunun fəaliyyətinə sərf edilməsi barədə heç bir təsdiqedici məlumat yoxdur, ziyanın ödənilməsi isə yalnız cinayət təqibi başlanandan son ra baş vermişdir. Həmçinin ittihamın ikinci və üçüncü epizodlarına dair, yəni Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı törədilmiş dələduzluq epizodlarına qiymət verərkən göstərmişdir ki, Məhkum1 və Məhkum2 tikinti materiallarını nisyə alınmaqla zərərçəkmiş şəxslərlə tamasda olmamış, onlara şəxsən heç bir vəd verməmiş, pulun ödənilməsində gecikmələrin yaranması isə onların işlərinin uğursuz olmasından irəli gəlmişdir. Dələduzluq niyyətini həyata keçirərkən şəxsin zərərçəkmiş şəxslə birbaşa tamas və ünsiyyətdə olması şərt deyil. Bu epizodlara dair istintaq materiallardan göründüyü kimi, Məhkum1 tikinti materialları zərərçəkmiş şəxslərdən nisyə alınması üçün ortaq tanışlardan istifadə etmiş və həmin vasitəçi olan şəxslər Məhkum1 qarant sözlərini rəhbər tutub və hətta inanaraq öz adlarında n zərərçəkmiş şəxslərə ödənişin qısa müddətdə həyata keçirilməsini vəd vermişlər. Məhkum1 və Məhkum2 sonrakı hərəkətləri təhlil edilərkən müəyyən olunur ki, zərərçəkmiş şəxslərdən alınmış tikinti materialları heç bir tikintiyə sərf etmədən faktiki olaraq realizə olunmuş, alınmış vəsait isə mənimsənilmişdir. Həmçinin,“işlərinin uğursuz olması”na gəldikdə isə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 ifadələrinə istinad edir ki, bir sıra rayonlarında təbii fəlakətin baş verməsi ilə əlaqədar dövlət xətti üzrə bəzi zərərçəkmiş şəxslərin evlərinin təmiri Məhkum1 tərəfindən həyata keçirilmiş və bu proses uğursuz olmuşdur. Lakin, qeyd etmək lazımdır ki, Məhkum1 hər hansı bir rayonda təmir-bərpa işlərinin aparılması barədə tender udmasına dair heç bir təsdiqedici məlumat yoxdur. Bu nunla yanaşı, alınmış tikinti materialların həmin təmir-bərpa işlərinə sərf edilməsi ümumiyyətlə təsdiq edilməmiş və yuxarıda qeyd olunduğu kimi, zərərçəkmiş şəxslərdən alınmış materiallar dərhal başqa bazarda satılmışdır. İttihamın dördüncü epizoduna, yəni Zərərçəkmiş şəxs4 qarşı törədilmiş dələduzluq epizoduna qiymət verərkən qeyd etmişdir ki, zərərçəkmiş şəxsin cinayət işinin materialiarında bir neçə şikayəti, habelə istintaq orqanına verdiyi ziddiyyətli və uzlaşmayan məlumatları mövcuddur. Bu hissədə məhkəmə qeyd etmişdir ki, Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadələrində Məhkum1 pul verdiyi görüş yerləri fərqli göstərmiş, həmçinin işin həll edilməsi üçün 150.000-200.000 manat lazım olduğu halda onun cəmi 33.500 manat pul vəsaiti verilməsi inandırıcı və ağılabatan dey il. Burada onu qeyd etmək lazımdır ki, Zərərçəkmiş şəxs4 ibtidai istintaqın sonuncu mərhələsində, eləcə də məhkəmə istintaqı zamanı görüş yerlərinə dair ziddiyyətləri aradan qaldırmışdır. Verilmiş məbləğin ümumi razıllaşdırılmış məbləğlə uyğun gəlməməsinə gəldikdə hesab edir ki, məhkəmənin bu hissəni "məntiqsiz" adlandırılması düzgün deyil. Belə çıxır ki, hər bir dələduzluq cinayətində təqsirləndirilən şəxsin hərəkətlərində məntiq olmalıdır, halbuki təqsirləndirilən şəxs bu kimi cinayətlərdə zərərçəkmiş şəxsin əmlakını ələ keçirməyə çalışır və həmin zaman hər vasitədən istifadə edir. Bir sözlə, bu epizodla bağlı apellyasiya instansiyası məhkəməsində aparılmış istintaq faktiki formal xarakteri daşımış və yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs4 dindirilməsi ilə kifayətlənmişdir. Nəticədə məhkəm ə kollegiyası eyni bir istintaq materiallarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2019-cu İl tarixli hökm və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından fərqli bir nəticəyə gəlmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, Babayev X33 Əsgərovun 33.500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsini ibtidai, eləcə də məhkəmə istintaqı zamanı etiraf etməsə belə, barəsində ittiham hökmü qüvvədə olduğu müddət ərzində əfvlə bağlı müraciət etməsi onun faktiki olaraq həmin cinayətin törədilməsini dolayı yolla etiraf etməsi kimi qiymətləndirilməlidir. Məhz bu səbəbdən də, Məhkum1 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1970 nömrəli Əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən xx.xx.2020-ci il tar ixdə azad edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə formal şəkildə istintaq aparılsa belə, faktiki ibtidai istintaq, eləcə də birinci instansiya məhkəməsində aparılan istintaq zamanı əldə edilmiş materiallara istinadən birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən gəlinmiş nəticədən fərqli nəticəyə gəlinmiş, həmin nəticəyə dair isə düzgün əsaslandırma aparılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası tərəfindən qərar çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmiş və şəxslərin təqsirsizliy i barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, bəraət almiş şəxs Məhkum2 müdafiəçisinin və məhkum edilmiş şəxs (mərhum) Məhkum1 hüquqi varisi X5 nümayəndəsinin (vəkil) kassasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protest inin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansi yası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayə t Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə is tənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarı n qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəl iyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilmə si üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui- istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan qərarlardan və Qanunun tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağl abatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya icraatı zamanı dindirilmiş məhkum olunmuş şəxs Məhkum2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, qaynı Məhkum1 xahişinə və istəyinə əsasən notarial qaydada təsdiq olunmuş müqavilə əsasında Zərərçəkmiş şəxs3 210.000 manat dəyərində armatur almışdır. Həmin pulun 70.000 manatını vermiş, qalan pulu isə borclu qalmışlar. Armaturu İsa öz tikintisində istifadə etmək üçün almış, sadəcə tikinti materiallarının pulu ilə bağlı borc müqaviləsi onun adına rəsmiləşdirilmişdir. Məhkum1 kimlərisə aldatmaq niyyəti və fikri olmamışdır. Məhkum1 işləri yaxşı getmədiyinə görə pulun qalan hissəsini qaytara bilməmiş və Nahidə borclu qalmışlar. Zərərçəkmiş şəxs3 pulunu və ya əmlakını mənimsəmək n iyyətləri olmamışdır. Zərərçəkmiş şəxs2 apellyasiya icraatı zamanı verdiyi sərbəst ifadəsində mahiyyəti üzrə göstərmişdir ki, tikinti üçün taxta materiallarını Şahid5 sözlərinə və xahişinə görə nisyə vermiş və həmin tikinti materiallarının pulunun 20 günə veriləcəyini məhz Maksud ona söz vermişdir. Materialları yük maşını ilə Maksudun göndərdiyi Çingizlə Mehman adlı şəxslər gəlib aparmışlar. Bildiyinə görə, Şahid5 qardaşı Daxili İşlər Nazirliyində təhqiqatın rəisi işləmişdir. Taxta materialların alınması ilə bağlı Məhkum1 ona şəxsən hər hansı müraciəti və danışığı olmamışdır. İsanı sonradan, yəni tikinti materiallarını artıq verdikdən sonra tanımışdır. Əslində onu Şahid5 aldatmış və onun barəsində şikayətlər etmişdir. Apellyasiya icraatı zamanı Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstər mişdir ki, ona polis əməkdaşları bildirmişlər ki, onun nisyə verdiyi tikinti materialları Məhkum1 çatmışdır və malın pulunu da Məhkum1 verməlidir. Ziyanın əvəzi olaraq Maksud ona mənzil təklif etmiş, həmin təklif zamanı İsa və Zümrat da Maksudun yanında olmuşlar. Maksudun təklifi ilə mənzilə baxmağa gemişlər, lakin mənzilin sənədləri olmadığndan mənzili ziyanın əvəzi kimi qəbul etməkdən imtina etmişdir. Maksud ondan nisyə tikinti materiallarını istəyərkən "bizim tikintiyə” lazım olduğunu demişdir. Maksudun qardaşı da tikinti işləri ilə məşğul olmuş və ondan əvvəllər də nisyə mal götürüb pulunu qaytarmışlar. O, hazırda malının pulunu Şahid5 tələb edir. Məhkum1 ona hər hansı vəd verməmişdir. Apellyasiya icraatı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərd i ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Mərhum Məhkum1 ilə uzun illərdir dostluq etmişdir. İsanın özünün deməsinə görə, ayrıayrı vəzifəli və nüfuzlu şəxslərlə, o cümlədən "Putin İlham” kimi tanınan İlham Rəhimli ilə yaxşı əlaqələri olmuşdur. Məhkum1 dəfələrlə ondan borc pul götürmüşdür. X19 barəsində olan cinayət işinin müsbət həll olunması üçün "Qızılgül” kafesində İsayla görüşməyə getmiş, həmin vaxt İsanın yanında tanımadığı şəxs olmuşdur. İsa həmin şəxslə sağollaşdıqdan sonra ona yaxınlaşmış və həmin şəxsin İlham Rəhimli (Putin İlham) olduğunu bildirmiş və qardaşı Mirəzizin işini İlham Rəhimli ilə həll etməyin mümkün olduğunu, bunun üçün 150.000-200.000 manat pul lazım olduğunu bildirmişdir. Bu məqsədlə təxminən 2016-ci ilin yanvar ayının sonlarında İsaya Bi nəqədi rayonu "Bolluq” bazarının yaxınlığındakı kafedə 3.500 manat, təxminən 3-4 gün sonra isə Nərimanov rayonu Atatürk prospekti, 47 ünvanında yerləşən "Qızılgül" kafesinin qarşısında İsaya əlavə olaraq 30.000 manat pul, cəmi 35.000 (otuz beş min) manat pul vermişdir. Sonradan İsaya vermiş olduğu həmin 30.000 manatı qohum- əqrəbadan, eləcə də tanışı Bəhruz adlı şəxsdən borc alıb toplamışdır. Lakin qardaşının məsələsi həll olunmamış və İsa ondan aldığı pulu qaytarmamışdır. xx.xx.2020-ci il tarixdə İsa vəfat etmişdir. 35.000 manatı qohum-əqrəbadan, habelə onun digər işləri ilə əlaqədar hüquqi nümayəndəlik edən Bəhruz Məmmədovdan borc almışdır. Onun borc verdiyi şəxslərlə bağlı hüquqi işlərdə Bəhruz Məmmədov ona hüquqi yardım göstərmişdir. Məhkum1 verdiyi 35.000 manatı borc aldığı şəxsləri n siyahısını məhkəməyə təqdim edə bilər. 2016-cı ildə Məhkum1 verdiyi pullara görə 2018-ci ildə şikayət etməsinin səbəbi odur ki, həmin vaxtadək İsanın müsbət bir iş görəcəyini düşünmüş, lakin qardaşı həbsdən azad olunmamaqla cinayət işi məhkəməyə göndərildiyindən və Məhkum1 tərəfindən aldadıldığını başa düşüb şikayət etmişdir. Zərərçəkmiş şəxs4 verilən suallara cavab olaraq bildirdi ki, başqa şəxslərə də pulları borca verir və hazırda həmin pulların bir qisminin geri qaytarılmaması ilə bağlı mübahisələri mövcuddur. Verilən pulları müxtəlif qohumlarından alır və borca vermənin məqsədi həmin şəxslərə təmannasız, bəzi hallarda isə az da olsa xeyr götürməkdən ibarətdir. İşdə olan xx.xx.2014-cü il tarixli "razılaşma və mövcüd borcun etirafı haqqında” mücərrəd müqavilədən görünür ki, bir tərəfd ən Məhkum1 və X23, digər tərəfdən Zərərçəkmiş şəxs2 arasında sonuncunun nümayəndəsi Şahid7 iştirakı ilə də bağlanılmış və qeyd edilən şəxslər tərəfindən imzalanmış həmin müqavilə alqı-satqı yolu ilə satılmış inşaat materialları (taxta materialları) üzrə 107.440 manat məbləğində borcun 20.12.20l4cü ilədək ödənilməsi məqsədilə bağlanmışdır. Həmin müqavilədə mal satınalma ilə alan qrafasında X13 adı qeyd edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs3 ilə Məhkum2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs3 Məhkum2 140.000 manat pul borcu vermiş, sonuncu həmin borcu xx.xx.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Apellyasiya məhkəməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtə rəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmələrinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və o nların təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Məhkum2 və Məhkum1 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum1, zərərçəkmiş şəxslərdən və şahidlərdən alınmış ifadələr, digər sübutları ittihamda göstərilən dələduzluğu təşkil edən əksər epizodlar üzrə müəyyən edilmiş sayılan hallar və talama cinayətlərini xarakterizə edən obyektiv və subyektiv əlamətlər, onların təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyası ilə müqayisə edildikdə, həmin sübutların və işin faktik hallarının sözügedən epizodlarda dələduzluq cinayətinin zəruri əlamətlərinin mövcud olması haqqında nəticə ilə uzlaşmadığı aydın olur. Apellyasiya məhkəməsi cinayət işi üzrə Məhkum2 və Məhkum1 isti nad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə obyektiv nəticəyə gəlmək üçün hər bir epizod üzrə tərəflər arasında, yəni zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasındakı münasibətlərin həqiqiliyi, xarakteri və mahiyyəti necə və nədən ibarət olması, hər bir epizod üzrə təqsirləndirilən şəxsin əsl niyyətinin nədən ibarət olması, zərərçəkmiş şəxslərin mülkiyyətində olmuş hər hansı əmlakı və ya pul vəsaitini əldə etm edib etmədiyi və bunun qarşılığında zərərçəkmiş tərəfə yalandan hər hansı vəd verib verməməsi üzrə hüquqi dəyərləndirmə aparmış və nəticədə haqlı olaraq təqsirlndirilən şəxslərə bəraət vermişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Məhkum1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə sonuncular dan nisyə tikinti materiallarının alınması barədə birbaşa və şəxsən münasibətləri və danışıqları olmamış, tikinti materialları zərərçəkmiş şəxslərdən götürülənədək onlara ümumiyyətlə hər hansı vəd verməmişdir. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, zərərçəkmiş şəxslərin ifadələrindən, eləcə də birinci instansiya məhkəməsində tədqiq olunmuş digər sübutların məcmusundan Məhkum1 və Məhkum2 bu şəxslərlə tikinti materiallarının nisyə alqı-satqısı barədə razılığa gələrkən həqiqi niyyətlərinin razılaşmanın şərtlərinə əməl etmək olmadığı (onları aldadıb hansısa əmlaklarını əvəzsiz olaraq ələ keçirmək olduğu) görünmür. Təqsirləndirilən şəxslər özləri də həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri, bir-biri ilə uzlaşan və tamamlayan ifadələrində zərərçəkmiş şəxslərlə bütün razılaşmaları həmin razılaşmaların gerçək məzmununa uyğun olan niyyətlə bağladıqlarını, heç vaxt onları aldatmaq, bu yolla onların əmlakını ələ keçirmək məqsədində olmadıqlarını və reallıqda da belə halların baş vermədiyini göstərmişlər. Onların ifadəsinə görə, əslində zərərçəkmiş şəxslərin narazı olmaları onlardan asılı olmayan səbəblərdən (işləri uğursuz olduğundan) irəli gəlmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilən mövqe ilə razılaşaraq hesab edir ki, Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2la və Zərərçəkmiş şəxs3la tikinti materiallarının nisyə alqı-satqısı barədə, Zərərçəkmiş şəxs1 isə mənzilini banka girov qoyaraq əldə etdiyi kredit vəsaitini Məhkum1 verməsi barədə razılığa gələrkən aldatma, etibardan sui-istifadə etməklə onların əmlakını əvəzsiz olaraq ə lə keçirmə niyyətlərinin olmaması, bununla əlaqədar onlara hər hansı əmlak payını vəd etməmələri, əldə etdikləri əmlakın bir hissəsinin sonrakı dövrdə maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmaması və Məhkum1lə Məhkum2 əldə etdikləri əmlakın müqabilində üzərlərinə götürdükləri mülki öhdəliyi zərərçəkmiş tərəfi qane edəcək səviyyədə lazımınca yerinə yetirə bilməməsi, aralarındakı münasibətlərin sonradan mülki qaydada müqavilə ilə rəsmiləşdirilməsi, zərərçəkmiş Zərərçəkmiş şəxs1 öz mənzilini banka girov qoyaraq pulunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tikinti materiallarını nisyə Məhkum1 verməkdə məqsədlərinin ilk növbədə özlərinin faydalanması və gəlir əldə etmək olması nəzərə alınaraq Məhkum1 və Məhkum2 həmin epizod üzrə əməlləri mülki-hüquqi xarakterli pozuntular kimi düzgün qiymətləndirilmiş və göstərilən hallar Məhkum1 və Məhkum2 mülki-hüquq münasibətlərinin subyekti olmaları, həmin epizodlar üzrə cinayət hadisəsinin baş vermədiyini və onların əməllərində cinayət tərkibinin olmadığını mübahisəsiz şəkildə təsdiq edir. Zərərçəkmiş şəxs4 ilə bağlı epizod üzrə işin faktiki hallarının təhlili və qiymətləndirilməsi aparılaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən hesab edilmişdir ki, Zərərçəkmiş şəxs4 tərəfindən Məhkum1 ittihamda göstərilən 33.500 manat məbləğində pulun verilməsini "təsdiq edən” istintaq orqanının təqdim etdiyi yeganə "sübut” Zərərçəkmiş şəxs4 ziddiyyətli, uzlaşmayan, bir-birini tamamlamayan və məhkəmə kollegiyasında doğruluğuna dair kifayət qədər əsaslı şübhələr yaradan ifadələridir. İttihamı sübut etmək vəzifəsi daşıyan istintaq orqanı isə yalnız zərərçəkmiş şəxsin ifadəsi əsasında Məhkum1 həmin epizodla bağlı ittiham elan etməklə kifayətlənmiş, ittihamın həmin epizodu üzrə daha mötəbər, "ağlabatan” və inandırıcı sübutlar əldə edib məhkəməyə təqdim etmək üçün istintaq hərəkətlərini yerinə yetirməmiş və bununla da ittihamı sübuta yetirmək vəzifəsi daşıyan istintaq orqanı həmin vəzifəsini lazımınca icra etməmişdir. Apellyasiya məhkəməsinin göstərilən mövqeyi əsaslı olmaqla aşağıdakı şəkildə öz təsdiqini tapır: Belə ki, Məhkum1 isə cinayət işi üzrə bütün izahat və ifadələrində bir dost kimi Zərərçəkmiş şəxs4 borc olaraq cəmi 3.000 (üç min) manat aldığını, sonuncunu aldatmadığını və ona hər hansı vəd vermədyini bildirmişdir. Yəni mərhum Məhkum1 bu ittihamı qətiyyən qəbul etmir. Bundan başqa, "Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, ləğv edilmiş Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsində işləmiş X12 Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2015-ci il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə qəti azadlıqdan məhrum etmə cəzasının müddəti 4 ildən 3 ilə endirilmişdir. X12 xx.xx.2018-ci il tarixdə "cinayət” haqqında hüquq mühafizə orqanlarına məlumat verdikdən bir müddət sonra onun müraciətinə əsasən xx.xx.2018-ci il tarixdə "arqument.az” internet xəbər portalında https://arqument.az/az/icra-bass-ile- dansbmenden-33-min-500-manat-ald/ linkində dərc edilmiş "İcra başçısı ilə danışıb məndən 33 min 500 manat aldı” başlıqlı (çıxarış işə əlavə edilir) məqalədə X12 onun kiçik qardaşının problemli məsələsinin Məhkum1 yeznəsi, yəni Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun vasitəsilə həll edəcəyini vəd etməsi barədə məlumatlar dərc edilmişdir. Həmin məqalədə İlham Rəhimov adlı şəxsin adı ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin 2015-ci ild ə ləğv edilmiş Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı başlanılmış cinayət işi həmin vaxt gündəmdə olmaqla həm də ölkə rəhbərliyinin nəzarətində olan kifayət qədər əhəmiyyətli məsələlər olmuşdur və belə olan halda həmin vaxt kifayət qədər ciddi ittihamla həbs olunmuş Mirəziz Əsgərovun həbsdən azad etdirilməsinə Məhkum1 hər hansı şəxs vasitəsilə köməklik göstərilməsinə zərərçəkmiş Zərərçəkmiş şəxs4 inanması "ağlabatan” və inandırıcı deyildir. Prosessual qanunvericiliyin tələbinə görə, hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanının (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Beləliklə, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs4 ilə bağlı epizod üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyinin əsaslı sayaraq hesab edir ki, həmin epizod üzrə zərərçəkmiş şəxsin ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, həmin epizod üzrə ittihamı təsdiq edən başqa bir sübutun ümumiyyətlə təqdim olunmadığını, zərərçəkmiş şəxsin ziddiyyətli və uzlaşmayan ifadələrinin şəxsin təqsirli bilinib məhkum olunması üçün yetərli olmadığını, iş üzrə aparılmış istintaqın və tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olduğunu, hətta Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınma qəra rında ona maddi deyil, fiziki ziyan vurulduğunun qeyd edilməsini, istintaq orqanının natamamlığının təqsirləndirilən şəxsin hesabına aradan qaldırılmasının yolverilməz olduğunu nəzərə alaraq kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Məhkum1 cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və X14 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələbinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.2, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edil ənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, "İnsan hüquqlarının və X14 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində "accusatio desiderat crimen” ("ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə "in dubio pro reo” ("şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin t əqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırmasıhüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə "İnsan hüquqlarının və X14 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və X14 haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ə dalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir ("Dorson Niderlanda qarşı”, "Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, "Lüdi İsveçrəyə qarşı”, "Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli bəraət hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək Məhkum1 və Məhkum2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməsi və onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirlilikləri sübuta yetirilmədiyi və əməllərində cinayət tərkibi olmadığı üçün bəraət verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022-ci il tar ixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1535/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1535/2022
12.10.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver