Məhkəmə qərarları › İş №1(102)-1537/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1537/2022

24.11.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1537/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X8 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2 və 308.2-ci m addəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-206/2021 nömrəli, 31 mart 2021-ci il tarixli (X2 (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə) hökmü ilə xx xxxxx 1963-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, “Mars-M” firmasının təsisçisi və direktoru olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 1(004)9/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(103)32/2021 nömrəli qərara əsasən hökm dəyişdirilmədən qüvvədə saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM- nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə az adlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə müvafiq olaraq Məhkum Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 1(004)-9/2020 saylı hökmü ilə təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 31 ma y 2019-cu il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirənin tətbiq edilməməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Sübhi oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-35/2022 saylı, 03 mart 2022-ci il tarixli (hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və ə X3 ibarət tərkibdə) qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(101)-206/2021 sayl ı hökmü dəyişdirilmədən saxlanılmışdır.. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İŞİN HALLARİ: Məhkəmə hökmünə əsasən Məhkum öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şə xslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 16 iyun 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Bakı Bölgə Şöbəsində 427 nömrə ilə dövlət qeydiyyatına alınmış “Mars-M” firmasının (VÖEN **********) 18 sentyabr 2008-ci il tarixdən inşaat işləri üzrə direktor müavini, faktiki olaraq direktoru vəzifəsində işləyərkən şirkət rəhbəri kimi qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirdiyi “Mars-M" firması tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 9 iyul 2008-ci il tarixli, 327 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən 0,2704 hektar torpaq sahəsində həmin tarixdən başlayaraq inşa etməyə başladığı məişət binasının tikintisinin tezliklə yekunlaşdırılaraq istifadəyə verilməsi üçün 900.000 ABŞ dolları və ya 720.000 manat investisiya qoyuluşuna ehtiyac olduğunu Zərərçəkmiş şəxs1 Sübhi oğluna bildirib, qarşılığında qısa müddət ərzində yüksək məbləğdə gəlir əldə edəcəyinə yalandan vəd edib, inandırmaq üçün Zərərçəkmiş şəxs1 ilə arasında 5 may 2009-cu il tarixdə şərtlərini əvvəlcədən yerinə yetirmək niyyəti olmadığı “İnşaata kapital qoyulmasına dair investisiya haqqında” M-İ-01/09 nömrəli müqaviləni firmanın ünvan 3 ünvanındakı ofisində tərtib edib, həmin müqavilə üzrə 5 ay müddətinə, yəni, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək firma tərəfindən inşa ed ilən həmin obyektin tikintisinə 720.000 manat məbləğində investisiya qoyulduğu halda təminat kimi obyektin 1-ci mərtəbəsində 199,3 kvadrat metr, 2-ci mərtəbəsində 211,9 kvadrat metr, 3-cü mərtəbəsində 217,3 kvadrat metr, 4-cü mərtəbəsində 215 kvadrat metr olmaqla, ümumilikdə 843,5 kvadrat metr sahənin girov şəklində qoyulmasını göstərib, investisiya qoyuluşu tam həcmdə icra edildikdən sonra isə 5 ay ərzində girov qoyulmuş mağazaların (ticarət sahələrinin) tam və ya ayrı-ayrılıqda hər kvadrat metrini 2.000 ABŞ dolları və yaxud 1.600 manata satıb həmin pulların investisiya qoyan şəxsə veriləcəyi görüntüsünü yaradan eyni müqavilənin Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmasına nail olduqdan sonra, müqavilədə nəzərdə tutulan 720.000 manat pulu xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı şəhərində sonuncudan qəbul etməklə, həmin vəsaiti şəxsi ehtiyaclarına xərcləyib, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus külli miqdar təşkil edən 720.000 (yeddi yüz iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib talamaqla dələduzluq etmişdir. Bundan başqa, o, “Mars-M” firmasının 3 avqust 2011-ci il tarixdən direktoru (qanuni təmsilçisi) olmaqla, müəssisənin 21 yanvar 1998-ci il tarixdə təsdiq edilmiş, 11 avqust 2011-ci il tarixdə dəyişiklik edilmiş Nizamnaməsinə əsasən, müəssisənin adından etibarnaməsiz (vəkalətnaməsiz) fəaliyyət göstərmək, müəssisənin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə müəssisəni təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən s ənədləri hazırlamaq, müəssisənin adından əqdlər bağlamaq, etibarnamələr vermək, rəsmi sənədləri imzalamaq və sair təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs kimi təkrarən, qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə fəaliyyətinə rəhbərliyi həyata keçirdiyi “Mars-M" firması tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 9 iyul 2008-ci il tarixli, 327 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən 0,2704 hektar torpaq sahəsində həmin tarixdən başlayaraq inşa edilən 2 səviyyəli zirzəmi (-1 və -2), 5 mərtəbə və mansardan ibarət məişət binasının tikintisinin tezliklə yekunlaşdırılaraq istifadəyə verilməsi üçün 950.000 ABŞ dolları investisiya qoyuluşuna ehtiyac olduğunu Zərərçəkmiş şəxs2 bildirib, qarşılığında qısa müddət ərzində yüksək məbləğdə gəlir əldə edəcəyinə yalandan vəd edib, inandırmaq üçün Zərərçəkmiş şəxs2 ilə sonuncunun arvadı X1 adına rəsmiləşdirməklə 12 yanvar 2012-ci il tarixli şərtlərini əvvəlcədən yerinə yetirmək niyyəti olmadığı “İnvestisiya müqaviləsi”ni firmanın ünvan 3 ünvanındakı ofisində tərtib edib, həmin müqavilə üzrə firma tərəfindən inşa edilən həmin obyektin tikintisinə 950.000 ABŞ dolları məbləğində investisiya qoyulması şərtini qoyub, qarşılığında 01 yanvar 2015-ci il tarixədək 950.000 ABŞ dolları əsas və 788.750 ABŞ dolları məbləğində isə qazanc şəklində pul verəcəyi görüntüsünü yaradan eyni müqavilənin Leylan İbrahimova tərəfindən imzalanmasına nail olduqdan sonra, Zərərçəkmiş şəxs2 tərəfindən müqavilədə nəzərdə tutulan 950.000 ABŞ dollarının xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Bakı şəhərində tam olaraq ona verilməsinə nail olub, həmin vəsaiti şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus külli miqdar təşkil edən 950.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 746.985 (yeddi yüz qırx altı min doqquz yüz səksən beş) manat məbləğində pul vəsaitini ələ keçirib talamaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 16 iyun 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Bakı Bölgə Şöbəsində 427 nömrə ilə dövlət qeydiyyatına alınmış “Mars-M" firmasının 18 sentyabr 2008-ci il tarixdən inşaat işləri üzrə direktor müavini, 2 4 dekabr 2009-cu il tarixdən faktiki olaraq direktoru vəzifəsini icra etməklə, 3 avqust 2011-ci il tarixdən 30 may 2017-ci il tarixədək isə direktoru (qanuni təmsilçisi), həmçinin, 24 dekabr 2014-cü il tarixdən təsisçisi olmaqla, müəssisənin 21 yanvar 1998-ci il tarixdə təsdiq edilmiş, 11 avqust 2011-ci il tarixdə dəyişiklik edilmiş Nizamnaməsinə əsasən, müəssisənin adından etibarnaməsiz (vəkalətnaməsiz) fəaliyyət göstərmək, müəssisənin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə müəssisəni təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, müəssisənin adından əqdlər bağlamaq, etibarnamələr vermək, rəsmi sənədləri imzalamaq və sair təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi müəssisə üçün qanunsuz üstünlük əldə etmək məqsədilə həmin firma tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 9 iyul 2008-ci il tarixli, 327 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən 0,2704 hektar torpaq sahəsində həmin tarixdən başlayaraq inşa edilən 2 səviyyəli zirzəmi (-1 və -2), 5 mərtəbə və mansardan ibarət məişət binasında yerləşən qeyri-yaşayış sahələrini ayrı-ayrı alıcılara müxtəlif məbləğlərdə pul vəsaiti qarşılığında özü tərəfindən satılmasına, o cümlədən, binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 36,16 kvadrat metr olan 4 nömrəli mağazanın 9 iyul 2009-cu il tarixli nömrəsiz müqavilə əsasında Zərərçəkmiş şəxs2, onun arvadı X1 adına rəsmiləşdirməklə 100.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi il ə 80.430 manata, binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 33,15 kvadrat metr olan 5 nömrəli mağazanın 9 iyul 2009-cu il tarixli nömrəsiz müqavilə əsasında Zərərçəkmiş şəxs2, onun arvadı X1 adına rəsmiləşdirməklə 100.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 80.430 manata, binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 33,09 kvadrat metr olan 6 nömrəli mağazanın 9 iyul 2009-cu il tarixli nömrəsiz müqavilə əsasında Zərərçəkmiş şəxs2, onun arvadı X1 adına rəsmiləşdirməklə 100.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 80.430 manata, binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 10 kvadrat metr olan nömrəsiz mağazanın 30 sentyabr 2009-cu il tarixli, M-S A/30-09 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs3, onun arvadı X6 adına rəsmiləşdirməklə 20.000 manata, binanın 2-ci mərtəbə sində yerləşməklə sahəsi 10 kvadrat metr olan nömrəsiz mağazanın 3 oktyabr 2009-cu il tarixli, M-Ə A/03-10 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs3, onun qızı Hacılı (Əzizova) Könül Əziz qızının adına rəsmiləşdirməklə 20.000 manata, binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 38,85 kvadrat metr olan 17 nömrəli mağazanın 1 mart 2010-cu il tarixli, M H-F/01-10 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs4, onun qohumu X14 adına rəsmiləşdirməklə 77.700 manata, binanın 2ci mərtəbəsində yerləşməklə sahəsi 38,85 kvadrat metr olan 17A nömrəli mağazanın 1 mart 2010-cu il tarixli, M H-F/01-10 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs4, onun oğlu X9 adına rəsmiləşdirməklə 77.700 manata, binanın 2-ci mərtəbəsində yerləşməklə sahəsi 19 kvadrat metr olan 19 nömrəli mağazanın 16 iyul 2010-cu il tarix li, MƏ A/16-10 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs3, onun qızı Hacılı (Əzizova) Könül Əziz qızının adına rəsmiləşdirməklə 68.000 manata, binanın 4-cü mərtəbəsində yerləşməklə sahəsi 50 kvadrat metr olan nömrəsiz mağazanın 31 may 2012-ci il tarixli, M-S A/31-12 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs3, onun qızı Hacılı (Əzizova) Könül Əziz qızının adına rəsmiləşdirməklə 150.000 manata, ümumilikdə, həmin binadan 269,1 kvadrat metr qeyri-yaşayış sahəsini 9 müqavilə üzrə 3 şəxsə satılmaqla və həmin müqavilələrin qüvvədə olmasına baxmayaraq, “Mars-M” firmasının direktoru kimi 10.000.000 manat kredit verilməsi barədə 4 sentyabr 2013-cü il tarixdə xxxxna kredit sifarişi verib, həmin sifarişdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010cu il tarixli, ********** nömrəli qeydiyyat, MA ******* seriyalı çıxarışa əsasən, “Mars-M” firmasının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** saylı qeydiyyat, **********79-06302 reyestr nömrəli arayışa əsasən, həmin torpaq sahəsində inşa edilməklə “Mars-M” firmasının mülkiyyətində olan zirzəmi və beş mərtəbədən ibarət, ümumi sahəsi 16.100,5 m2, əsas sahəsi 16.043,1 m2 olan qeyri-yaşayış binasından 3 şəxsə 9 müqavilə üzrə 269,1 kvadrat metr sahənin satılması faktını qəsdən bildirmədən, yəni digər şəxslər qarşısında öhdəliklərinin olması barədə məlumatları bankdan qəsdən gizlədib, həmin torpaq sahəsini və bütövlükdə qeyriyaşayış binasını digər bank qarşısında mövcud olan kredit borcunun tam həcmdə ödənilməsi və tikinti işlərinin tamamlanması üçün götürüləcək kreditin təminatı kimi ASC “Xalq” Bankına təqdim etməklə, bankla firmanın direktoru kimi özü arasında 4 oktyabr 2013-cü il tarixdə, **********30113/SİM nömrəli sonrakı ipoteka müqaviləsi əsasında, “Roveks Konmark” konsaltinq şirkəti tərəfindən bazar dəyəri 23.000.000 manat, likvid dəyəri 19.000.000 manat məbləğində qiymətləndirilmiş 0,2704 hektar ölçüdə həmin torpaq sahəsi və ü mumi sahəsi 16.100,5 m2, əsas sahəsi 16.043,1 m2 olan qeyri-yaşayış binasını bütövlükdə kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı qismində girov qoymaqla illik 16 faiz dərəcəsi ilə 60 ay müddətinə 7.000.000 (yeddi milyon) manat kreditin alınmasına dair 4 oktyabr 2013-cü il tarixli, **********30113 nömrəli kredit xətti müqaviləsi bağlanmasına nail olub, həmçinin binanın 1-ci mərtəbəsində yerləşməklə sahəsi 130 kvadrat metr olan nömrəsiz mağazanın 30 oktyabr 2013-cü il tarixli, M-ƏK 30/10 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs5 520.000 manata satmaqla, bundan sonra, kredit xətti müqaviləsinin ipoteka predmetləri girov qismində saxlanılmaqla kredit xəttinin 3.000.000 manat artırılması məsələsinə baxılmasına dair xahişi əsasında həmin kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli, 1 nömrəli əlavə saziş imzalayaraq kredit xəttinin 10.000.000 manata çatdırılmasına nail olub, sonra kredit xəttinin 4.000.000 manat artırılması məsələsinə baxılmasına dair xahişi əsasında xx.xx.2014-cü il tarixli 2 nömrəli əlavə saziş imzalayaraq kredit xəttinin 14.000.000 manata çatdırılmasına nail olub, ayrı-ayrı vaxtlarda verdiyi ödəniş tapşırıqları əsasında həmin məbləğin əvvəlki dövrlərdə alınmış kreditin və ona hesablanmış faizlərin, habelə, inşaat işləri üzrə təsərrüfat xarakterli və sair ödənişlərə yönəldilməsindən, 8 iyul 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi əsasında “Roveks Konmark” konsaltinq şirkəti tərəfindən bazar dəyəri 30.000.000 manat, likvid dəyəri 26.000.000 manat məbləğində qiymətləndirilmiş həmin 0,2704 hektar ölçüdə t orpaq sahəsi və ümumi sahəsi 16.100,5 m2, əsas sahəsi 16.043,1 m2 olan qeyri-yaşayış binasından 4 şəxsə 10 müqavilə üzrə 399,1 kvadrat metr sahənin satılması faktını qəsdən bildirmədən, yəni digər şəxslər qarşısında öhdəliklərinin olması barədə məlumatları bankdan qəsdən gizlədib, həmin torpaq sahəsini və bütövlükdə qeyri-yaşayış binasını girov qoymaqla, ASC “Xalq” Bankı ilə “Mars-M” firmasının direktoru kimi ünvan 4 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin aparılması üçün illik 16 faizlə 17.000.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.835.966,67 manat məbləğində kredit alınmasına dair 8 iyul 2015-ci il tarixdə **********658815 nömrəli kredit müqaviləsi bağlayıb, ayrılan kredit məbləğinin 1.930.660 manatını bankdan nağd qa ydada şəxsən götürüb, qalan məbləğin isə 4 oktyabr 2013-cü il tarixli, **********30113 nömrəli kredit xətti müqaviləsi üzrə kredit borclarının və digər xərclərinin ödənilməsinə yönəldilməsinə nail olmuş, ayrı-ayrı fiziki şəxslərin “Mars-M” firmasından aldıqları qeyri- yaşayış sahələrinin bankda girovda olmasını bilməsindən sonra, həmin şəxslərin onun barəsində şikayətlərinin qarşısını almaq və onlara satdığı əmlakların bankın girovluğundan geri qaytarılması görüntüsü yaratmaq üçün ASC “Xalq” Bankı ilə “Mars-M” firması arasında bağlanmış 8 iyul 2015-ci il tarixli, **********658815 nömrəli kredit xətti və 8 iyul 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsin in İnzibati-iqtisadi kollegiyasının 2-2(103)-6/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməməklə, “Mars-M” firmasından xx.xx.2015-ci il tarixli **********658815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400,119,08 ABŞ dolları və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin ASC “Xalq” Bankının xeyrinə tutulması, tutmanın 8 iyul 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və “Mars-M” firmasına məxsu s ünvan 2 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100,5 m2, əsas sahəsi 16.043,1 m2 təşkil edən qeyri-yaşayış binasına yönləndirilməsi müəyyən olunmaqla, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 qeyri-yaşayış sahələrinə sahiblik etmək, ondan sərbəst istifadə etmək və sərəncam verməklə bağlı mülkiyyət hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə fəaliyyətinə rəhb ərliyi həyata keçirdiyi “Mars-M” firması tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 9 iyul 2008-ci il tarixli, 327 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən 0,2704 hektar torpaq sahəsində həmin tarixdən başlayaraq inşa edilən 2 səviyyəli zirzəmi (-1 və -2), 5 mərtəbə və mansardan ibarət məişət binasının tikintisinin yekunlaşdırılması üçün tikinti materiallarının zəruri olduğunu, böyük biznesinin mövcudluğunu və buna görə də ödənişlərlə bağlı heç bir problemin olmayacağını bildirərək inandırıb, ünvan 5 ünvanında fəaliyyət göstərən “ABBAO” tikinti məhsulları mağazasının müdiri Zərərçəkmiş şəxs6 nisyə olaraq tikinti materiallarının verilməsini xahiş edərək pulunu qısa müddət ərzində qaytaracağını vəd edib, həmin mağazadan xx.xx.2014-cü il tarixdən xx.xx.201 8-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə, 67.556 manat dəyərində mal-material götürüb sərf edərək heç bir ödəniş etməyib, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə Zərərçəkmiş şəxs6 məxsus külli miqdar təşkil edən 67.556 (altmış yeddi min beş yüz əlli altı) manat məbləğində pul vəsaitini ələ keçirib talamaqla təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.3.2 və 308.2-ci maddələri ilə olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunu r. Şikayət müəllifi qeyd edir ki, ibtidai istintaq orqanı və işə baxan məhkəmələr tərəfindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkum hesab edir ki, "xxxx" ASC ilə onun rəhbərlik etdiyi “Mars-M” firması arasında kredit alınması ilə əlaqədar yaranmış mübahisələr mülki xarakterli olmuş, lakin əsassız olaraq bu mübahisələr cinayət əməli kimi qiymətləndirilmişdir. Göründüyü kimi müstəntiq yeni açılmiş 05 noyabr 2019-cu ildə cinayət işində iştirak edən prosses iştirakçılarının əvvəlki cinayət işi materiallarında adları keçdiyindən məlumatlı olmuş, lakin bu şəxsləri məqsədyönlü həmin cinayət işi üzrə prosesə cəlb etməmişdir. Əvvəlki cinayət işi üzrə birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli Yasamal rayon məhkəmə sinin hökmü çıxdıqdan sonra Məhkum barəsində xx.xx.2020-ci il tarixdə ona yeni ittiham elan etmişdir, eyni əmələ görə lakin AR CM-in 178.3.2 və 308.2 maddələri ilə baxmayaraq ki, Mars-M firması tərəfindn bu şəxslər barəsində istintaqın 2018-2019-cu illər dövrndə onlarla bağlanılmış müqavilələr və şəxslərin əlaqə nömrələri müstəntiqə təqdim edilmişdir. İttiham üzrə cinayət əməlləri 2009-2013-cü il tarixlərini əhatə etmiş, müstəntiq 22 may 2019-cu il tarixdə sübutların qiymətləndirilməsi qərarinda bu dövrdə Məhkum əməllərində AR CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə cinayət əməlinin tərkibi olmadığı qərarına gəlməsi sonradan 18.02 və xx.xx.2020-ci il qərarında eyni tarixə Məhkum yeni ittiham elan etməsi məqsəd daşımasina dəlalət edir. Bundan başqa ********* nömrəli cinayət işi üzrə 17 may 2019-cu il tarixli müstəntiqin maddi sübutların tanınma haqqında qərarında müstəntiq (AR CPM-nin 128.1-ci və 135.2 maddələrinin tələblərinə riayət etmədən) Mars-M firması ilə Kapital Bank və Mərkəzi Bank arasında bağlanılmış müqavilələri onların işin tam,hərtərəfli, obyektiv araşdırmasına cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edə biləcək hər bir əşya maddi sühut hesab edilə bilər kimi mühüm faktları bilərəkdən gözardi etmiş, cinayətin istiqamətini dəyişdirmək hədəfi Məhkum vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz kredit almaqda ittiham etmişdir, üzə çıxan təkzib olunmaz Kapital Bank, 46 sayli notarius, Əmlak Komitəsi və digər şəxslərlə əlaqədar cinayəti ört-bastır etmək məqsədilə 2010-2013-cü illər dövründəki Mars-M firması tərəfindən bağl anılmış müqavilələrə AR CM-nin 178.3.2-ci maddəsi cinayət tərkibi olmadığı qənaətinə gəlmişdir. xx.xx.2019-cu il tarixli mütəxəsis rəyindən görünür ki, (501-ci səh.) cinayət işinin materiallarında olan sənədlərə əsasən ümumilikdə bankdan nağd qaydada götürülmüş 7.301.239.94 manat xərclənməsi və mal-material iş-xidmət alinmasi barədə sənədlər olmuş, qalan 6.672.516.94 manat pul vəsaitinin xərclənməsini təsdiq edən sənədlər araşdirmaya təqdim edilməmişdir. Araşdırma zamani cinayət işində olan sənədlərə əsasən Mars-M fırmasi tərəfindən qeyri-yaşayış sahələrinin satılmasi barədə 31 müqavilə ilə 1927 m.2 qeyri-yaşayış sahələri 4.092.273 manat və 994.000 satilmiş, ümumilikdə 4.804.373 manata satılmışdır. Ümumilikdə bankdan nağd qaydada götürülmüş 7.301.239.94 manat pul vəsaitindən xərclənməsi ba rədə sənədlər olmuş, qalan 6.672.516.94 manat pul vəsaitlərinin xərclənməsini təsdiq edən sənədlər araşdırmaya təqdim edilməmişdir. Ardinca həmin rəydə 2015-ci ildə (tarixi qeyd olunmamaqla) Mars-M firmasına USD hesabına 17.000.000 kredit məbləğinin daxil olunması və həmin məbləğin 16.988618.17 ABŞ dolları konvertasiya olunmaqla firmanın hesablaşma hesabına köçürülmüş, qalan 11381.38 ABŞ dollari isə bank xidmət haqqına silinmişdir., Göründüyü odur ki, bütün bu əməliyyatlar firmanın iradəsinə zidd olaraq qeyri-qanuni kredit vəsaitlərini təyinatı üzrə xərclənməsinə bank tərəfindən əngəllənmiş kredit xətti müqaviləsinin rnühüm əhəmiyyətli şərtləri pozulmuş, nəticədə əsassız Məhkum ittiham verilmişdir. Qeyd edilməlidir ki, Xalq Bank tərəfindən Mars-M firmasına ayrılmiş kreditin alınmasi və ist ifadəsi ilə bağlı aparılmiş araşdirmaya dair xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən açıq-aşkar göstərilmiş sübutlar məhkəmələr tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, mütəxəssis rəyinə əsasən Märs-M firması-bankdan götürdyüyü məbləğ 7.301.239.94 manat olmaqla 5.000.000 manat Kapital Bankdan almış, ondan 2.700.000 dolları Akif Mustafayev mənimsəmiş, 31 müqavilə üzrə 4.869.373 manat alqi-satqıdan əmələ gəlmiş, tikinti-quraşdırmava xərclənmişdir. Hazırki ittiham üzrə 7.500.000 təşkil etmişdir. Lakin istintaq orqanı həmin 2.700.000 ABŞ dollarının xx.xx.2013-cü il tarixdə Mars-M firması ilə Akif Mustafayevə məxsus Seleksus Sisten şirkətinə mal-material üçün köçürülməsi adı ilə Kapital Bankın əməkdaşları ilə əlbir olaraq mənimsəmələri faktını X12 Mərhəməti 2013-cü ilin oktyabr a yında aldadaraq ələ keçirməsi kimi qiymətləndirmiş, firma tərəfindən və Məhkum tərəfindən istintaqa və məhkəmələrə bu fakt barədə verdiyi vəsatətlər, izahatlar, müqavilələr, ödəniş orderləri nəzərə alınmamışdır. Ən əsası müstəntiq banklar tərəfindən ayrılmış kredit vəsaitlərinin kimin tərəfindən qeyri-qanuni istifadə olunduğunu araşdırilmasına maraqlı olmamışdır. Mülki iş üzrə qiyməti MBA LTD MMC qiymətləndirmə şirkətinin 10 yanvar 2017-ci il tarixli rəyinə əsasən əmlakın dəyəri 38.600.840 manat olmaqla qeyd edilmişdir. Bu rəqəm verilmiş ittihamdan dəfələrlə çoxdur, yəni Məhkum özgənin əmlakını ələ keçirmə və öz şəxsi ehtiyaclarına xərclənməsinə dəlalət edən əlamətlər mövcud deyil və məntiqə uyğun gəlmir. Bundan başqa bir sira vəsatətlər verilmişdir, lakin vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 iddia tələblərini Məhkum qarşi deyil, Mars-M firmasına verdiyi mal-materiala qarşi firmadan qeyri-yaşayış sahəsini tələb etməsi, Zərərçəkmiş şəxs6 Məhkum ilə hüquqi bağlılığının olmamasi podratçı şirkət 2013- 2014-cü illər dövründə firma gördüyü işlərin natamamlığı verdiyi malları Zərərçəkmiş şəxs6 məxsus firmadan aldığını bildim, onun Məhkum tanımadığını onun istintaqa verdiyi vəsadətlərin nəzərə alinmamasi Zərərçəkmiş şəxs2 yalan əqdləri saxta mədaxil kassa orderləri, təhrif olunmuş investisiya müqaviləsi və tərcümələri Pəyyam Ağayevin vəsadəti, İsmayilov Əzizin müqavilə əsilləri olmasi. Zərərçəkmiş şəxs5 ziddiyyətli ifadələri yalan əqdi sübut kimi qəbul edilməməsinə hüquqi qiymət verilməsi kimi vəsadətlər verilmiş, lakin əsassiz olaraq təmin edilməmişdir. Bununlada Məhkum əleyhinə ifadə vermiş şəxslərin dindirilməsi hüququ, dolayisi ilə müdafiə hüququ kobud şəkildə pozulmuşdur. İstintaq orqani tərəfindən əldə olunan sübutlar mənsubiyyəti mümkünlüyü mötəbərliyi baxımından şübhəli və ziddiyyətli olduğundan onlar sübut kimi qəbul olunmasi yolverilməzdir. Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmək olur ki, istintaq orqanı tərəfindən təqdim olunmuş sübutlara Məhkum istinad olunan cinayətlərin törədilməsində təqsirli olmasi öz təsdiqini tapmamışdir. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən zərərçəkmiş şəxslərin alqı-satqı və investisiya müqavilələrində ittihama görə əməldəkı cinayətin predmeti pul yox, bəzi hallarda Mars-M firmasının tikinti-quraşdırmasına sərf olunan mal-material a vadanlığı, bəzi hallarda əvvəlki təsisçilər ilə münasibətlərdən yaranmiş, yalan əqdlərlə pərdələnmiş müqavilələrin olması istintaqın və məhkəmələrin diqqətindən yayınmışdır. Həmin müqavilələr üzrə Mars-M firmasına verilmiş mal-material və avadanlıqlar iş üzrə maddi sübut kimi tanınmamış, oların axtarışı və üzərlərinə həbs qoyulmamışdır. Müstəntiq istintaqı Məhkum hədəf qoyaraq lüzumsuz Azərbaycan Banklarından onun ittihamdakı müqavilələr üzrə 12 il sonra həmin pul vəsaitlərinin axtarışı ilə məşqul olmuşdur. Bununla AR CPM-in 124-146-ci maddələrinə əməl edilməmişdir. Bu səbəbdən CPMnin 194-cü maddəsinə görə istintaq hərəkətləri aparmaq görüntüsü yaratmış müstəntiq prosessual normaları pozmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq əməlində dələduzluq və vəzifə səlahiyyətlərindən suiistif adə cinayətlərinin əlamətləri olmadığından barəsində cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi ka ssasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət fakt ının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanunili yini və əsaslılığını kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassator şikayətdə və əlavədə onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imka nının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanun un tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 178-ci maddəsində: “178.1 Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə; 178.3.2-ci maddəsində isə həmin cinayət əməlinin külli miqdarda ziyan vurmaqla törədilməsində məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsində: “vəzifə səlahiyy ətlərindən suiistifadə cinayətinin anlayışı aşağıdakı kimi müəyyən edilmişdir: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” CM-in 308.2-ci maddəsində isə həmin Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduğu hallara görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifə lərindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, A pellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, müm künlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CMin 178.3.2 və 308.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 178.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların m əcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə qeyd edilən arqumentlər, yəni məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə t əyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-c i il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (h akim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və dig ər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun " Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət veri lir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret s osial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin və ona əlavənin məhkumun əməlində cinayət tərkibinin olmaması barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalət li məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətidə və kassasiya şikayətinə əlavəd irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar