Məhkəmə qərarları › İş №1(102)-1538/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1538/2023

27.07.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1538/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-128/2022 saylı, 09 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiy a şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I.İşin halları

1. Məhkum xx xxxxx 1981-ci ildə Qazax rayonu, Göycəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, Ağstafa rayonu, Aşağı Göycəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə hücuma məruz qalmış şəxsə silah qismində istifadə edilən əşya tətbiq etməklə həyatı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirmək və özgənin əmlakını yandırmaqla xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etmək məqsədi ilə 13 iyul 2021-ci il tarixdə saat 23 radələrində Ağstafa rayonu Aşağı Göycəl i kəndində yerləşən yaşadığı fərdi yaşayış evində sifət nahiyəsinin görünməməsi üçün üzərində gözlər və ağız üçün yer açdığı özünə məxsus olan qara rəngli idman papağını maska kimi istifadə edərək başına keçirib, silah qismində istifadə edilən əşyalar olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı balta və soyuq silah hesab edilməyən turist bıçağı ilə silahlanaraq, evin həyətində yığılmış quru ot bağlamalarından quru ot kütləsini əlinə götürüb öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 13 iyul 2021-ci il tarixdə saat 23 radələrində Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən qonşusu Zərərçəkmiş şəxs mülkiyyətində olan birmərtəbəli fərdi yaşayış evinin bağ sahəsinə keçdikdən sonra quru ot kütləsini alışqanla yandırıb mətbəx otağının divarının alt hissəsində olan d əlikdən içəriyə ataraq içərisində olan əşyalarla birlikdə ümumi dəyəri 20860 manat, xeyli miqdar təşkil edən, ümumi sahəsi 76,5 kvadratmetr olan, daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Zərərçəkmiş şəxs adına qeydiyyata alınmış fərdi yaşayış evini ümumi təhlükəli üsulla, yəni yandırmaqla qəsdən məhv etməyə cəhd etmiş, daha sonra Zərərçəkmiş şəxs evinin həyətinin girişində olan sayğacı söndürməklə evin elektrik enerjisi ilə təminatını kəsib mətbəx otağının açıq olan pəncərəsindən evə qanunsuz olaraq girərək evin yataq otağında sol əlində tutduğu silah qismində istifadə edilən əşya olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı baltanı Zərərçəkmiş şəxs nümayiş etdirərək, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardıb sağ əlində tutduğu s ilah qismində istifadə edilən əşya olan, soyuq silah hesab edilməyən, tiyəsi açıq vəziyyətdə olan turist bıçağını sonuncunun çənə nahiyyəsinə yaxınlaşdıraraq Zərərçəkmiş şəxs öldürməklə və sağlamlığına zərər vurmaqla hədələyib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək 10 manat pulunu, çəkisi 5,79 qram təşkil edən, 583/585 əyarlı qızıldan hazırlanmış, halqa formalı, qırmızımtıl-sarı rəngli, 405 manat dəyərində 1 ədəd üzüyünü, çəkisi 1,94 qram təşkil edən, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli, 135 manat dəyərində 1 cüt sırğasını ələ keçirib zərərçəkmiş şəxsə ümumlikdə 550,00 manat məbləğində maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşyaları tə tbiq etməklə quldurluq etmiş, həmin gün saat 23 radələrində Məhkum evi tərk etdikdən sonra Zərərçəkmiş şəxs mətbəx otağının taxta döşəməsinin yandığını görərək su töküb alovu söndürməsi nəticəsində o, xeyli miqdarda əmlakı qəsdən məhv etməkdən ibarət qəsdini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Bundan başqa, o, təxminən 01 iyun 2021-ci il tarixdə Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən, hal-hazırda yaşadığı fərdi yaşayış evinə köçdükdən sonra evin yataq otağında olan babası X1 miras qalmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən xəncəri həvəskar balıq ovu ilə məşğul olan zaman istifadə etmək üçün götürüb qanunsuz olaraq əldə edərək Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən yaşadığı evin öz istifadəsində olan yataq ot ağında saxlamış və məlum olmayan tarixlərdə Ağstafa rayonu ərazisində balıq tutmağa gedən zaman üzərində gəzdirmiş, 14 iyul 2021-ci il tarixdə saat 18 radələrində Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən Məhkum yaşadığı evə baxış zamanı sonuncunun istifadəsində olan yataq otağından həmin xəncər aşkar edilərək götürülmüşdür.

3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim N.T.Əliyev, hakimlər D.H.İmanov və F.N.Mahmudovdan ibarət tərkibdə) 09 dekabr 2021-ci il tarixli, 1(100)359/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5, 29,186.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-сi maddələri ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 29,186.2.2-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Məhkum qəti olaraq 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

4. Hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən T.A.Muxtarov, hakimlər Ç.B.Məmmədov və S.B.Hüseynovdan ibarət tərkibdə) 09 mart 2022-ci il tarixli, 1(104)-128/2022 saylı qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsin in 09 dekabr 2022-ci il tarixli, 1(100)-359/2021 saylı hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri

7. Məhkum kassasiya şikayətində qeyd edir ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz olmuşdur. Belə ki, baş vermiş cinayət hadisəsində zərərçəkmiş şəxs onun yaxın qohumudur və şikayət zərərçəkmiş şəxsin qızı tərəfindən verilmişdir. Zərərçəkmiş şəxslər məhkəmə baxışı zamanı heç bir şikayətlərinin olmamasını bildirmişlər. Bundan əlavə, kassasiya şikayətinin müəllifi bildirmişdir ki, ailəlidir və iki övladı var. Bundan başqa, qardaşı Şahid3 İ Qara bağ müharibəsi iştirakçısı, İİ qrup əlildir. Anası ağır xəstədir və ailənin bütün gündəlik tələbatı qardaşının üzərinə düşür.

8. Məhkum kassasiya şikayətində məhkəmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2022-ci il tarixli, 1(104)-128/2022 saylı qərarının ləğv edilməsini və ona daha yüngül həddə cəzanın təyin edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası m əhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.

10. Məhkum kassasiya şikayətində barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

11. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci m addəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

12. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsaslar ın məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

13. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mül ahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

14. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

15. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

16. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, c inayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

17. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.

18. Məhkumun istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayət i ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

19. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-ay dın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq daha böyük, pozuntu isə daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

20. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilən cəza onun təqsirli bilindiyi Azərbaycan Respublik ası CM-nin müvafiq maddələrinin sanksiyasının orta həddində olmuşdur və məhkəmənin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Mahiyyət etibarı ilə kassasiya şikayətində apellyasiya məhkəməsinin cəza təyini ilə bağlı qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir.

21. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 09 mart 2022-ci il tarixli, 1(104)128/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 09 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar