Məhkəmə qərarları › İş №1(102)-1547/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1547/2025

18.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1547/2025 18.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Maraqlı şəxs nümayəndəsi Nümayəndə4, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə2 və Məhkum müdafiəçisi X1 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-846/2025 nömrəli 19 mart 2025-ci il tarixli qərarından Maraqlı şəxs nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-179/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli hökmü (sədrik edən F.Namazov, hakimlər Ə.Quliyev və T.Hüseynov) ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbi q edilməklə ona təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 3 (üç) il sınaq müddəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Məhkum arvadı Maraqlı şəxs nümayəndəsi Nümayəndə4 3 fevral 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib Maraqlı şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-179/2024 nömrəli 12 fevral 2025-ci il tarixli qərarı ilə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin qərarından Maraqlı şəxs nüm ayəndəsi Nümayəndə4 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-846/2025 nömrəli 19 mart 2025-ci il tarixli qərarı ilə (hakimlər Z.N.Hüseynov (sədrlik edən), E.C.Kazımov və A.F.İbrahimov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Apellyasiya məhkəməsinin həmin qərarından Maraqlı şəxs nümayəndəsi Nümayəndə4 tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-846/2025 nömrəli 19 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş material ları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə maraqları şəxsin nümayəndəsi Nümayəndə4, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun, zərər çəkmiş şəxsin nümayəndəsi A.İmanovun, kassasiya şikayəti barədə münasibəti məhkəmənin mülahizəsinə buraxması barədə məhkumun müdafiəçisi Zərərçəkmiş şəxs1nın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası m əhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-179/2024 nömrəli hökmü təqsirləndirilən şəxs Məhkum iştirakı ilə elan olunmuş, hökm elan edilərkən proses iştirakçılarına hökmdən şikayət vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmış və hökmün surəti bütün proses iştirakçılarına göndərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Məhkum ilə Maraqlı şəxs arasında xx.xx.1976-cı il tarixdə nikah bağlanmışdır. Aşağı məhkəmə iclaslarında Məhkum ona verilən suallara cavablarından müəyyən olunur ki, onunla Maraqlı şəxs arasında ailə nikah münasibətləri davam edir və onlar birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs Məhkum arvadı Maraqlı şəxs 3 aydan artıq müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, sonuncunun nümayəndəsi Nümayəndə4 isə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhk əmə qərarlarından göründüyü kimi, Maraqlı şəxs cinayət işi üzrə proses iştirakçısı qismində tanınmasa belə, birinci instansiya məhkəməsinin hökmü onun ailə münasibətlərində olduğu əri Məhkum iştirakı ilə elan edilmiş, hökmə əsasən Məhkum barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və hökmün surəti ona rəsmi qaydada təqdim edilmişdir. Belə olan vəziyyətdə, Maraqlı şəxs məhkəmənin hökmündən məlumatlı olmamasına dair şikayətinin dəlilləri inandırıcı görünmür. Onu hökmün çıxarıldığı vaxtdan 3 ay artıq müddət ərzində, eləcə də hökmdən cinayət prosesi iştirakçıları tərəfindən verilmiş apelyasiya şikayətləri və apellyasiya protesti üzrə cinayət işinə apellyasiya instansiya məhkəməsində baxıldığı 2 aydan artıq müddət ərzində apellyasiya şikayəti vermək imkanından məh rum edən hər hansı üzrlü səbəbin mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququn a malikdirlər. Maraqlı şəxs nümayəndəsi Nümayəndə4 şikayətində apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o bu hüququndan üzrlü səbəblər olmadan istifadə etməmişdir. Məhkəmə kollegiyası məhkumun vəsatətində göstərdiyi səbəblərə görə hökmdən vaxtında apellyasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Odur ki, kollegiya bura xılmış müddətin bərpa olunmasına dair Maraqlı şəxs nümayəndəsi Nümayəndə4 vəsatətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2025-ci il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət-prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-846/2025 nömrəli 19 mart 2025-ci il t arixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: İlqar Cəfərov Hakimlər:

1. Nazim Mövsümov 2 Teyyub Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar