Məhkəmə qərarları › İş №1(102)-1558/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1558/2023

30.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1558/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum müdafiəçiləri Müdafiəçi2 və X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Bədəl Calal oğlunun sədrliyi, X9 və X6 ibarət tərkibdə) 25 may 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1959-cu ildə Türkiyə Respublikasının Samsun şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Samsun şəhəri, İlkadım rayonu, Kadife kale məhəlləsi, Dəmir küçəsi 13/2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti cəza - 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 dekabr 2021 -ci ildən hesablanmış, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Türkiyə Respublikasının vətəndaşı Məhkum ona təyin olunmuş cəzanı çəkdikdən sonra barəsində Azərbaycan Respublikası CM-in 52-ci mad dəsi tətbiq edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, Azərbaycan Respublikası CM-in 52.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikasına gəlmək hüquqlarının onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra 171 bağlamada xalis qalıq çəkisi 130349,25 qram (130 kq, 349,25 qram) (ilkin xalis çəkisi 130350,0 qram (130 kq, 350 qr) qram heroin narkotik vasitəsinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, eyni zamanda hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarına əlavə edilmiş Məhkum məxsus “Huawei” markalı mobil telefon aparatı, Dövlət Gömrük Komitəsinin Maliyy ə və Təchizat idarəsinin xəzinəsində saxlanılan Məhkum saxlanıldığı zaman üzərindən götürülmüş 660 (altı yüz altmış) ABŞ dolları və 1000 (min) Türk lirəsi pul əskinaslarının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında saxlanılan dəyəri ümumilikdə 35000 manat təşkil edən “Daf” markalı, PA055RS/UU567V qeydiyyat nişanlı dartıcı nəqliyyat vasitəsinin qoşqusu ilə birlikdə Məhkum qaytarılması hökm edilmiş, Məhkum məxsus “Daf” markalı, PA055RS/UU567V qeydiyyat nişanlı dartıcı yük nəqliyyat vasitəsinin qoşqusunda olmuş 3520 qutuda çəkisi 22000 kq olan “marqarin yağı” yükünün sahibinə qaytarılması nəzərə alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət tərkibdə) 22 n oyabr 2022-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında saxlanılan dəyəri ümumilikdə 25000 manat təşkil edən “Daf markalı, PA055RS/UU567V qeydiyyat nişanlı dartıcı nəqliyyat vasitəsinin qoşqusu ilə birlikdə Məhkum qaytarılmasına dair müddəalar hökmdən xaric edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınan Məhkum məxsus olan “Daf’ markalı, PA055RS/UU567V qeydiyyat nişanlı dartıcı nəqliyyat vasitəsinə qoşqusu ilə birlikdə xüsusi müsadirə tədbiq edilmişdir. Lənkəran Ağır C inayətlər Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(099)-362/2022 saylı hökmü apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2021-ci ilin noyabr ayının sonlarında İran İslam Respublikasında olarkən şəxsiyyəti istintaqa məlum olmayan qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasındakı üzvləri tərəfindən istintaqla müəyyən edilməm iş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edilən külli miqdarda, cəmi 130350,0 qram (130 kq, 350 qr) çəkidə heroin narkotik vasitəsi şəffaf sellofana bükülüb düzbucaqlı formaya salınaraq, ümumilikdə 171 bağlamada qablaşdırılıb malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilərək “Daf” markalı PA055RS/UU567V qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasının sağ və sol qapılarının üzərindəki divarların, eləcə də arxa divarının üzlüklərinin altında olan boşluqlara yerləşdirilib saxlanılmaqla gömrük nəzarətindən gizlədilmiş, Məhkum özünə məxsus həmin nəqliyyat vasitəsini təhvil almaqla qeyd edilən narkotik vasitəni satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə etmiş, aralarında olan razılığa və cinayətkar plana əsasən, Azərbaycan Respublika sı ərazisindən və Xəzər dənizindən tranzit keçməklə İran İslam Respublikasından Qazaxıstan Respublikasının Beyneu rayonuna aparmaq və oradan da Niderland Krallığına daşınmasını təmin etmək üçün cinayətkar qrupun istintaqa məlum olmayan üzvünə həmin ərazidə təhvil vermək məqsədilə idarə etdiyi nəqliyyat vasitəsində saxlamış, Azərbaycan Respublikası ərazisinədək daşımış, 1 dekabr 2021 -ci il tarixdə, saat 23:30 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və qeyd edilən 130350,0 qram (130 kq, 350 qr) çəkidə heroin narkotik vasitəsi 2 dekabr 2021 -ci il tarixdə, saat 00:15 radələrində qeyd olunan nəqliyyat vasitəsinə “Astara” gömrük postunda keçirilmiş gömrük yoxlaması zamanı aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, ailəlidir, dörd övladı var, vətəndaşı olduğu ölkədə yaşayır, onunla görüşməyə gələ bilmirlər. Özü ürək, təzyiq, prostat xəstəsidir. Kassasiya şikayətində məhkəmə tərəfindən təyin edilmiş cəza müddətinin azaldılması barədə qərar çıxarılması xahiş olunmuşdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, məhkəmələr cinayətkar hərəkətlərinin faktiki məzmunu, onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsini, onun bu ma ddələrlə təqsirli bilinməsini və cəzalandırılmasına düzgün olaraq hüquqi qiymət versə də, Məhkum CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan əməlininə hqquqi qiymət verilməsində qəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Narkotik vasitənin qaçaqmalçılığı hadisəsi üzrə Məhkum hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində cinayətin törədilməsi kimi tövsif edilməsinə gəldikdə, hesab edir ki, Məhkum bu əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Lakin, hazırki iş üzrə müəyyən olunmuş hallardan görünür ki, qrupun digər (istintaqla şəxsiyyətləri müəyyən edilməyən) üzvləri külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Az ərbyacan Respublikasına daşınması və buradan Özbəkistan Respublikasına aparılması məqsədilə İran İslam Respublikasında əldə edilməsində iştirak etsələr də, özləri heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməmiş, bunun (gizli keçirmənin) reallaşdırılması üçün bilavasitə xidmət edən hər hansı bir hərəkəti yerinə yetirməmiş, bu əməli Məhkum təkbaşına (narkotik vasitəni avtomobilində gizlədib Astara gömrük keçid postunda gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməklə) icra etmişdir (irəli sürülmüş ittihamda da qaçaqmalçılığın məhz bu şəkildə Məhkum tərəfindən icra edilməsi təsvir edilmişdir). Qeyd olunanlar Məhkum sözügedən əməlində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərki binin obyektiv cəhətini səciyyələndirən “qabaqcadan əlbir olan bir qrup şəxs” əlamətinin olmadığını, onun əməlinin əsassız olaraq həmin maddə ilə tövsif olunduğunu göstərir. Məhkum hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar - narkotik vasitəni (Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin nəzərdə tutduğu predmeti) təkbaşına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, mübahisələndirilən qərar dəyişdirilməklə məhkumun şərh olunan əməli daha ağır məsuliyyət müəyyən edən Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən (ağır cinayətdən), daha yüngül məsuliyyət müəyyən edən, CM-in 15-ci maddəsində az ağır cinayət kimi təsnif edilən 206.2-ci maddəsinə tövsif edilməli və Məhkum həmin maddəyə əsasən cəzalandırılmalıdır. Məhkum Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə cəza təyin edilərkən cəzanı ağırlaşdıran halların olmaması, əməli etiraf edib peşmançılıq hissi keçirməsi kimi cəzanı yüngülləşdirən hal CM-in 58.3-cü maddəsinin təsbit etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla birlikdə götürülməklə nəzərə alınmalı, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cəza təyin edilməli və bu cəza Cinayət Məcəlləsinin 66.3cü maddəsində nəzərdə tutulmuş qismən toplama üsulu ilə Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, ona həmin cinayətlərin məcmusu üzrə qəti olaraq 16 ildən aşağı olan müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa Apellyasiya məhkəməsi Məhkum məxsus dəyəri ümumilikdə 35000 manat təşkil edən “Daf” markalı,PA055RS/UU567V qeydiyyat nişanlı dartıcı nəqliyyat vasitəsi qoşqusu ilə birlikdə xüsusi müsadirənin tətbiq edilməsi ilə də düzgün olmayaraq maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, iş üzrə maddi sübut kimi tanınaraq üzərinə həbs qoyulmuş həmin əmlakla bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, Məhkum məxsus avtomobildə narkotik vasitəni gömrük sərhədindən keçirilərkən narkotik vasitənin gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş güclü yerlər) ilə təchiz olunması müəyyən edilməmişdir. Kassasiya şikayətinə əlavədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsi, məhkum edilmiş Məhkum barəsində CM-in 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxslə bilrikdə ağırlaşdıran halı ittihamdan xaric etməklə) ilə məhkum edilməsinə dair əməli həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməli və bu maddənin sanksiyasında minimum həddə nəzərdə tutulan cəza təyin edilməklə qəti cəzanın müddətinin azadılması və Məhkum məxsus olan, dəyəri ümumilikdə 35000 manat təşkil edən “DAF” markalı, “TE 47 XF 19” modelli, 2004-cü il buraxılışlı, PA055RS dövlət qeydiyyat nişanlı, yedəkli, dartıcı yük avtomobili və “LAG” markalı, 0-3-3901 modelli, 200 3-cü il buraxılışlı, UU567V nömrə nişanlı açılan yarımqoşqusu olan nəqliyyat vasitəsinin xüsusi müsadirədən qaytarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayəti və ona əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayəti və ona əlavənin təmin olunması barədə müdafiəçilərin, kassasiya şikayəti və ona əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və ona əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddə sinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılm ası, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Məhkum təyin edilmiş cəza, kassasiya şikayətinə əlavədə həmçinin onun Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci ma ddəsi ilə əməlinin hüquqi tövsifi, əmlakının xüsusi müsadirə edilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin və ona əlavənin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübut lar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəm ənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası ilk əvvəl kassasiya şikayətinə əlavənin məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə hüquqi tövsifinə qiymət verməyi məqsədəmüvafiq hesab edərək bununla əlaqədar qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum göstərilən əməl üzrə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitələrin qaçaqmalçılığı cinayətinə görə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bu hissədə onun gəldiyi qənaəti əsaslı hesab etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədil ən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bil ər. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasına gömrük sərhədindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli k eçirilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 saylı qərarında qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əş yaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdi kdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrupda əldə edib saxlamaqla daşıma və həmin narkotik vasitəyə münasibətdə qabaqcadan əlbir olan bir qrupda qaçaqmalçılıq etmə əməllərini törətməyə görə cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiqini tapdığına görə işə baxan məhkəmələr haqlı olaraq onun bu əməlini Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: 02 dekabr 2021-ci il tarixli “malların və nəqliyyat vasitəsinin yoxlanılması barədə” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat təqribən 23:30 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunda İran İslam Respublikası və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasında yerləşən “X7 Anonim” şirkətindən Özbəkistan Respublikasında yerləşən “Silver Globe” şirkətin ünvanına “Marqarin (yağ)” yükü aparan Türkiyə Respublikası vətəndaşı Məhkumın idarə etdiyi “Daf” markalı “PA055RS/UU567V” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılmış, gömrük nəzarəti zamanı Məhkum ilə idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunmalı olan hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olubolmaması barədə sorğu-sual aparılmış, Məhkum i darə etdiyi yük nəqliyyat vasitəsində yük sənədlərində göstərilmiş yüklərdən əlavə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Gömrük nəzarəti zamanı həmin avtomobilə kinoloq tərəfindən “Alfa” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı həyata keçirilmiş, baxış zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının kabinəsinin ətraflarına reaksiya verdiyindən “Daf” markalı “PA055RS/UU567V” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində olan “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, bu zaman yük avtomobilinin kabinəsinin divarlarında dördkünc formalı şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsinin sağ və sol qapısının üzərindəki divarların və arxa divarının üzlüyü xüsusi alət ilə sökülmüş və üzlüyün altındakı boşluqlara yerləşdirilərək gömrük nəzarətindən gizlədilmiş, əksərinin üzərində “şir” təsviri və “RİCHARDNİLLE” yazısı əks olunmuş ümumilikdə 171 ədəd şəffaf sellofana bükülmüş, düzbucaqlı formalı bağlamalar aşkar edilmişdir. Həmin bağlamalara baxış zamanı bağlamaların içərisində açıq-qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin olduğu məlum olmuşdur. Daha sonra, həmin bağlamalar ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və bağlamalarda olan narkotik vasitə heroinə oxşar maddənin hər birinin qablaşdırılmaları ilə birgə çəkiləri müəyyən edilməklə ümumilikdə təqribi çəkisinin 137 kq 3 39 qram olduğu məlum olmuşdur. Sonda “Daf” markalı “PA055RS/UU567V” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda olan “Marqarin (yağ)” yükünə də gömrük yoxlaması tətbiq edilmiş, lakin başqa qanun pozuntusu halları qeydə alınmamışdır. Yoxlama qurtardıqdan sonra Türkiyə Respublikası vətəndaşı Məhkumın idarə etdiyi “Daf” markalı “PA055RS/UU567V” nömrə nişanlı yük avtomobilinin kabinəsindən aşkar edilmiş cəmi 171 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 137 kq 339 qram olan açıq-qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə protokol əsasında götürülmüşdür; Məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 19/1197 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 171 (yüz yetmiş bir) ədəd bağlamada ümumi təmiz çəkisi 130350,0 qram (130 kq, 350 qr) olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindirlər, onlar xarici görünüşünə və kimyəvi tərkibinə görə eynidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin dəlillərində Məhkum sözügedən əməlində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin obyektiv cəhətini səciyyələndirən “qabaqcadan əlbir olan bir qrup şəxs” əlamətinin olmadığını, onun əməlinin əsassız olaraq həmin maddə ilə tövsif olunduğunu qeyd etsə də, aşağı instansiya məhkəmələri düzgün olaraq müəyyən etmişlər ki, Məhkum külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçı lıq yolu ilə keçirmə barədə 2021-ci ilin noyabr ayının sonlarında İran İslam Respublikasında olarkən şəxsiyyəti istintaqa məlum olmayan qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasındakı üzvləri tərəfindən istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edilən külli miqdarda narkotik vasitəni “Daf” markalı PA055RS/UU567V qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinəsının sağ və sol qapılarının üzərindəki divarların, eləcə də arxa divarının üzlüklərinin altında olan boşluqlara yerləşdirilib saxlanılmaqla gömrük nəzarətindən gizlədilmiş, Məhkum özünə məxsus həmin nəqliyyat vasitəsini təhvil almaqla qeyd edilən narkotik vasitəni satış məqsədi və tamah niyy əti ilə qəsdən qanunsuz olaraq əldə etmiş, aralarında olan razılığa və cinayətkar plana əsasən, Azərbaycan Respublikası ərazisindən və Xəzər dənizindən tranzit keçməklə İran İslam Respublikasından Qazaxıstan Respublikasının Beyneu rayonuna aparmaq və oradan da Niderland Krallığına daşınmasını təmin etmək üçün cinayətkar qrupun istintaqa məlum olmayan üzvünə həmin ərazidə təhvil vermək məqsədilə idarə etdiyi nəqliyyat vasitəsində saxlamış, Azərbaycan Respublikası ərazisinədək daşımış, 1 dekabr 2021-ci il tarixdə, saat 23:30 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Azərbaycan Resp ublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın M əhkum 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Məhkum Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi təqsirli bilinməsi barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya şikayətinə əlavənin məhkumun əməli nin CM-in 206.2-ci maddəsinə tövsif edilməsi barədə dəlilləri əsassız olmaqla Məhkum cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək cəhdi daşıyır. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi olan ittihamla bağlı qanunun tələblərinə əməl olunmuş, məhkumun qeyd olunan cinayət əməlində təqsirliliyinə dəlalət edən mötəbər sübutlar əldə edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi xüsusi müsadirənin əsassız olması barədə dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarına əlavə edilmiş və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: xx.xx.2021 -ci il tarixli qərarla cinayət törədərkən istifadə olunan alət və vasitələr kimi qiymətləndirilən, Məhkum məxsus dəyəri 24000 manat təşkil edən “DAF” markalı, “TE 47 XF 19” modelli, 2004-cü il buraxılışlı, PA055RS dövlət qeydiyyat nişanlı, yedəkli, dartıcı yük avtomobili və dəyəri 11000 manat təşkil edən “LAG” markalı, 0-3-3901 modelli, 2003cü il buraxılışlı, UU567V nömrə nişanlı açılan yarımqoşqusu xüsusi müsadirə olunması təklif edilən əmlakdır; xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Məhkum məxsus dəyəri 24000 manat təşkil edən “DAF” markalı, “TE 47 XF 19” modelli, 2004-cü il buraxılışlı, PA055RS dövlət qeydiyyat nişanlı, yedəkli, dartıcı yük avtomobili və dəyəri 11000 manat təşkil edən “LAG” markalı, 0-3-3901 modelli, 2003-cü il buraxılışlı, UU567V nömrə nişanlı açılan yarımqoş qusunun üzərinə həbs qoyulmuş saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi müsadirə adlanan 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: Həmin Məcəllənin 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, göstərilən məhkəmə məhkumun cinayət törədilərkən istifadə etdiyi nəqliyyat vasitəsinə münasibətdə xüsusi müsadirə tətbiq edilməsi barədə qanuni v ə əsaslı nəticəyə gəlmişdir. Belə ki, kassasiya məhkəmə kollegiyasının qənaətinə görə, həmin əmlak cinayət törədilərkən istifadə olunan vasitədir, CM-in 99-1.1-ci maddəsinin məqsədi baxımından xüsusi müsadirə cinayətin iştirakçısına məxsus olan əmlaka tədbiq edilə bilər. Belə bir hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 24 fevral 2022-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutula n və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı iləməcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin məhkuma məxsus nəqliyyat vasitəsinin cinayətin törədilməsidə istifadə olunan vasitə olması barədə mövqeyini əsaslı sayır və qeyd edir ki, mübahisələndirilən əmlaka münasibətdə xüsusi müsadirə qanunvericiliyin tələblərinə uyğun tətbiq edilmişdir, həmin əmlaka dair xüsusi müsadirənin ləğv edilməsi barədə kassasiya şikayətinə əlavənin dəlilləri əsassız olmaqla təmin edilməsi üçün hüquqi və faktiki əsaslar müəyyən olunmur. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli za manı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddinin azaldılmasının islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cin ayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza v ə onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin dəyişdirilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin və ona əlavənin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti və ona əlavəyə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayəti və ona əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayəti və ona əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayəti və ona əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar