Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1590/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X7 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X7 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Bəraət almış şəxs X5 müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2024-cü il tarixli, 1(103)-489/2024 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X7 üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X12 14 iyun 1982-ci il tarixdə Ağcabədi rayonu, Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində dörd nəfər azyaşlı uşağı olan, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Avşar kəndində qeydiyy atda olmaqla, ünvan 1 ünvanında yaşayır.
2. Bəraət almış şəxs X8 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 13,915 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respubikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Zamiq Xanalıyev 20 dekabr 2022-ci il tarixdə, saat 11:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə gətirilmiş və orada həmin tarixdə, saat 12:30-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 13,915 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə X12 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X13 və X4 ibarət məhkəmə təkibində) 21 dekabr 2023-cü il tarxili, 1(101)-1105/2023 nömrəli hökmü ilə X5 CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmə diyindən ona bəraət verilməsi, X5 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin X5 barəsində olan 21 dekabr 2023-cü il tarixli bəraət hökmünün ləğv edilərək onun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin müddəalarına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X14 və X10 ibarət məhkəmə tərkibində) 1 3 fevral 2024-cü il tarixli, 1(103)-489/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin X8 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair 21 dekabr 2023-cü il tarxili, 1(101)-1105/2023 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X7 üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi mat eriallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edərək, protestin dəlilləri qismində qeyd etmişdir ki, hər bir ittiham sübutunun, xüsusən ilkin sənədləşdirmənin sübutların mümkünlüyü şərtlərinin pozulması, yəni şəxsin özünün iddia etdiyi kimi, ona qarşı fiziki və psixi təsir nəticəsində əldə olunması yalnız iş üzrə toplanmış digər mötəbər dəlillərin məcmusu ilə təsdiqləndiyi və şəxsin iddiaları həqiqət kimi qəbul edilməli olduğu halda, bu xüsusatlara məhkəmələr tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Həmçinin, cinayət işində olan məlumatlar qeyd-şərtsiz Z.Xanalıyevin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 13,915 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımasını təsdiqlədiyi halda, məhkəmələ rin obyektivliyi şübhə doğurmayan həmin məlumatları, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində verdiyi etiraf ifadələrini, şəxsi axtarış və götürmə protokolunu, video görüntünü hansı mötəbər əsaslarla sübut kimi qəbul etməmələri anlaşılmaz qalmışdır.
8. Bununla yanaşı, dövlət ittihamçısı qeyd edir ki, bəraətin digər dəlili olan təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələrinin məhkəmə nəzarəti qaydasında yoxlanılmamasına münasibətdə vurğulanmalıdır ki, cinayət işi materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 20 dekabr 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, təqsirləndirilən şəxs barəsində məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olmayan əməliyyat axtarış tədbirləri həyata keçiri lmişdir. Belə olan halda təqsirləndirilən şəxsin barəsində keçirilmiş əməliyyat axtarış tədbirinin qanuniliyinin yoxlanılması da CPM-in 445.1-ci maddəsi baxımından da istisna edilməli idi.
9. Bununla da, kassasiya protestinin müəllifi məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını, yalnız təqsirləndirilən şəxsin ifadəsinin əsas götürülməklə barəsində bəraətverici hökm çıxarılmasını, ittiham tərəfindən verilmiş apellyasiya protestində irəli sürülən dəlillərə və tələblərə düzgün cavab verilməsi üçün iş üzrə məhkəmə istintaqının aparılmasını, bu dəlillər üzrə sübutların yenidən tam, obyektiv və hərtərəfli araşdırılmasının labüd olmasını qeyd edərək, kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulm uş halları yaradan pozuntular kimi qiymətləndirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2024-cü il tarixli, 1(103)-489/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
10. Kassasiya protestinə qarşı bəraət almış şəxs X5 müdafiəçisi Müdafiəçi tərəfindən yazılı etiraz verilərək, kassasiya protestinin dəlillərinin əsassız və formal xarakterli olması səbəbindən, apellyasiya instansiya məhkəməsinin X5 barəsində olan yekun qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
11. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Ə liyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs X5 müdafiəçisi Müdafiəçi kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi ka ssasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
17. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X12 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahi yyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2024-cü il tarixli, 1(103)-489/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
20. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onu n təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
21. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X1 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 13,915 qram heroin narkotik vasitəsini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, X5 CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması yolu ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan X8 CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi qanuni və əsaslı olmuşdur.
23. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakı əsaslarla çıxış etmişlər.
24. Belə ki, bəraət almış şəxs X12 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayon, Avşar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Mir Cəlal küç 289 ünavanında yaşayır. Faktiki olaraq Ağcabədi ray onunda əkinçilik və heyvandarlıqla məşğul olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 20 dekabr 2023-cü il tarixdə səhər saat 11 radələrində idarə etdiyi maşınla uşağını kollecdən götürmək üçün gedərkən Mir Cəlal küçəsində 289 ünvanın qarşısında yerləşən marketə su almağa düşmüş, su alıb oradan çıxan zaman arxadan qollarından və boynundan kimlərsə tutmuş, arxadan ona “sakit dur” demişlər. Polis olduqlarını başa düşüb onlara qarşı hər hansı müqavimət göstərməmiş, əksinə “bunlar nə edirlər?” deyə şokda olmuşdur. Onu özünün idarə etdiyi avtomobilə əyləşdirib, öz aralarında danışıqlar aparmış, hansısa narkotiki onlardan tələb etmişlər. O, onda narkotik olmadığını, onu kiminləsə səhv saldıqlarını bildirmişdir. Onlar 7-8 nəfər olmuş, 2 avtomobillə ora gəlmişlər. Ruslan adlı şəxs onun avt omobilini sürərək 7-ci PB-nə getmişlər. Maşında əlləri açıq formada olmuş, sol tərəfində polis otursa da, sağ tərəfində heç kim oturmamışdır. Hətta saxlanılarkən onlara uşağı hazırlığa qoyduğunu, yolu tanımadığını demiş, uşağı hazırlıqdan götürmələri üçün ailəsinə məlumat verməsi üçün icazə istəmiş, lakin buna da şərait yaratmamışlar. Bölmənin qarşısına çatanda qolları bağlanmışdır. Maşından düşən zaman maşının baqajı onlar tərəfindən açıldıqda o, maşında axtarış aparılacağı təqdirdə onun yanımda axtarış aparılmasını tələb etmişdir. Ona “gir içəri” deyib hirslənmiş və sonra bölmənin binasına girmişlər. Bölməyə gələn zaman onların qarşısına bölmənin hər hansı əməkdaşı çıxmamışdır. İçəri girəndən sonra isə uzun kolidorda duran zaman onun qollarını açmışlar. Həmin vaxt sağ cibində nəsə oldu ğunu, qoluna toxunduğunu hiss edərək əlini cibinə salıb ona aid olmayan bir qara paket olduğunu görmüşdür. Həmin qara paketi onun üzərinə atmış, ona aid olmadığını bildirmiş, yalandan onun üstünə atmamağı xahiş etmişdir. Bundan sonra 1-ci mərtəbədə onu vurmağa başlamış, daha sonra 2-ci mərtəbəyə qaldırmışlar. 2-ci mərtəbədə sağda 1-ci otağa girəndən sonra əlləri bağlı formada onu döyməyə başladılar. Bağalamanın ona aid olmadığını dedikdə, polislər “biz deyiriksə, deməli o sənindir” cavabını vermişlər. Bildiyi qədər onların adları Ruslan, Elşad, Rövşən və bilmədiyi başqa 5 nəfər olmuşdur. Məni döyən Elşadla Rövşən olmuşdur. Daha sonra ona qarşı söyüşlər söyülmüş, aparıb evindən 1 kilo narkotik çıxaracaqları ilə onu hədələmişlər. Onlara nə isdiyirlər etsinlər kimi bir cavab verdikdə, təxminə n 1 saata qədər onu döymüş, üz-gözü, qulağı, qolları, əlləri şişmiş vəziyyətə gəlmişdir. Sonra Ruslan onun qollarını açsa da, bu dəfə başqa formada bağlamış, ona qarşı nalayiq ifadələr işlətmişdir. Ona yuxarıdan tapşırıq olduğunu bildirmiş, “narkotiki öz üzərinə götürməlisən” demişlər. Bir müddət sonra isə balaca bir qara bağlama hazırlayıb gətirib onun cibinə qoymuşlar, amma maddənin adını bilməmişdir. O, ona verilən maddənin nə heroin, nə də metamfetamin olduğunu görməmişdir. Rövşən ona çəkiliş zamanı “tanımadığım şəxsdən 100 manat müqabilində öz istifadəm üçün almışam” deməyi tapşırmışdır. Daha sonra təhqiqatçı və vəkil gəlmiş, vəkil ondan döyülübdöyülmədiyini soruşmuşdur. Ona “sən bilsən guya nə olacaq?” cavabını vermişdir. O, həmin vaxtadək vəkili görməmiş, vəkil ona təqdim olunmamışd ır. Bundan sonra isə videoçəkiliş aparılmış, təhqiqatçı Vüsalın iştirakı ilə şəxsi axtarış və götürülmə həyata keçirilmiş, videoçəkiliş zamanı polisin dediyi kimi də demişdir.
25. X5 ibtida istintaq zamanı “etirafedici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri onun məhkəməyədək vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər.
26. Məhkəmələrin X5 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.
27. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
28. Göründüyü kimi, birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X12 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduqları ifadələri cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmiş, apellyasiya instansiyası məhkəməsi isə sübutların bu cür təhlil və tədqiqi ilə razılaşmışdır.
29. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin əsası qismində qeyd etdiyi, birinci instansiya məhkəməmsinin əsassız olaraq X12 barəsində bəraət hökmü çıxarması və apellyasiya instansiya məhkəməsinin də apellyasiya protestinin dəlillərini m əhkəmə istintaqı keçirmədən heç bir araşdırma aparmadan sadəcə formal əsaslarla təkzib etməsinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkrarlamaqla kifayətlənməsinə dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
30. Kollegiya ilk növbədə, dövlət ittihamçısının kassasiya protestinin “cinayət işi materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 20 dekabr 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, təqsirləndirilən şəxs barəsində məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olmayan əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Belə olan halda təqsirləndirilən şəxsin barəsində keçirilmiş əməliyyat axtarış tədbirinin qanuniliyinin yoxlanılması da CPM-in 445.1-ci maddəsi baxımından da istisna edilməli idi” dəlillərinə münasibətdə qey d edir ki, cinayət işi materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs Zamiq Xanalıyevin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verməklə onun saxlanılmasına əsas vermiş, baş əməliyyat müvəkkili Şahid5 tərəfindən qəbul edilmiş və BNMİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərarın 1 və 5-ci bəndləri əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılmasından, 6-cı bəndi tədbirin keçirilməsi barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora 48 saat ərzində məlumat verilməsindən bəhs olunursa, həmin qərarın 2, 3 və 4-cü bəndləri Zamiq Xanalıyevin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi ni, o cümlədən onun hakimin qərarı olmadan təxirə salınmaz tədbirlər görməklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla əməliyyat-axtarış tədbiri keçirilməklə Zamiq Xanalıyevin olduğu yerin müəyyən olunmasını, şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılmasını, tutulduqdan sonra zərurət olduqda üstünün yoxlanılmasını, polis orqanına gətirilməsini, üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsini, ən nəhayət, zərurət olduqda "Əməliyyat-axtarış fəaliyyəti haqqında" AR Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinin keçirilməsini özündə ehtiva etmişdir.
31. Cinayət işi materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin işdə olan 23 dekabr 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Zamiq Xanalıyevin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair baş əməliyyat müvəkkili Şahid5 tərəfindən qəbul edilmiş və BNMİ-nin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və qəbul edilmiş həmin qərar məhkəmə qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin konkret siyahısını özündə ehtiva edən Azərbaycan Respublikası CPM-in 445.1-ci maddəsinin, həmin Məcəllənin 445.2-ci maddəsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsinin tələblərinə cavab vermədiyindən “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tari xli həmin qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır.
32. Belə ki, Binəqədi rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarından göründüyü kimi, X12 20 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə aparılmış, onun ətrafında Azərbaycan Respublikası CPM-in 445.1-ci maddəsində nəzərdə tutulan heç bir əməliyyat-axtarış tədbiri həyata keçirilməmiş, o, saxlanıldıqdan sonra ətrafında Cinayət-Prosessual qanunvericiliyinə uyğun istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsin saxlanılaraq polis orqanına gətirilməsi isə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsində sadalanan və əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən tə tbiq edilən əməliyyat-axtarış tədbirlərinə aid edilməmişdir.
33. Göstərilənlərə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Zamiq Xanalıyevin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhərinin Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması özü şübhəlidir və təqsirləndirilən şəxs Zamiq Xanalıyevin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərar isə Zamiq Xanalıyevin qanunsuz saxlanılmasına qanuni don geyindirmək məqsədi ilə formal olaraq qəbul edilmiş və yalnız sonuncunun saxlanılmasına xidmə t etmişdir.
34. Məhkəm kollegiyası eyni zamanda dövlət ittihamçısının kassasiya protestində göstərdiyi “təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində verdiyi etiraf ifadələrini, şəxsi axtarış və götürmə protokolunu, video görüntünü hansı mötəbər əsaslarla sübut kimi qəbul etməmələri anlaşılmaz qalmışdır” kimi dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar istər birinci instansiya məhkəməsində məhkəmə istintaq zamanı, istərsə də apellyasiya instansiya məhkəməsində araşdırılaraq qanuni və əsaslı nəticəyə gəlinmişdir.
35. Belə ki, cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs Zamiq Xanalıyev 20 dekabr 2022-ci il tarixdə, saat 11:00-da saxlanıldığı yerdə baxışa və ya şəxsi axtarışa məruz qalmamış, o, birbaşa Binəqədi RPİ-nin 7-ci PB-nə aparılmış, saxlanıldıqdan bir sa at sonra (?) – saat 12:00-da 7-ci PB-nin inzibati binasında BNMİnin təhqiqatçısı tərəfindən CM-in 234.4.3-cü maddəsində (narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edilib saxlanılması və s.) şübhəli şəxs qismində tutulmuş və yalnız saxlanıldıqdan bir saat 45 dəqiqə sonra – saat 12:45-də şəxsi axtarışa məruz qalmış və nəticədə çəkilməklə miqdarının 14 (on dörd) qram olması müəyyən olunan heroin narkotik vasitəsinə şübhəli maddə bir ədəd bükümdə aşkar olunaraq Zamiq Xanalıyevdən götürülmüşdür.
36. Təqsirləndirilən şəxs X11 rayonu, Mir Cəlal küçəsi 289 ünvanın yaxınlığında saxlanılıb Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilməsi ilə bağlı tərtib edilmiş 20 dekabr 2022-ci il tarixli protokolun məzmunundan həm də görünür ki, təqsirləndirilən şə xs Zamiq Xanalıyev saxlanılarkən onun üzərində dərhal axtarış aparılmadan 7-ci PB-nə aparılmasına səbəb hava və əməliyyat şəraitinin, nəqliyyat vasitələrinin, insanların vaxtaşırı hərəkətinin, o cümlədən təhlükəsizlik tədbirlərinin nəzərə alınması olmuşdur.
37. Qeyd edilənlərə əsasən məhkəmələr belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Zamiq Xanalıyev saxlanılarkən tək olmuş, ətrafında ona yaxın və ya qohumluq münasibətində olan şəxslərin və ya onun saxlanılmasına və üzərində şəxsi axtarış aparılmasına mane ola biləcək qeyrilərinin olduğu müəyyən edilməmiş, nəqliyyat vasitələrinin və insanların intensiv hərəkətinin təqsirləndirilən şəxs Zamiq Xanalıyevin polis əməkdaşları tərəfindən saxlanılmasına və üzərində şəxsi axtarış aparılmasına hansı maneənin və ya təhlükənin yarada biləcəy i müəyyənləşdirilməmiş, “təhlükəsizlik tədbirləri” dedikdə raport müəllifinin nəyi nəzərdə tutması izah olunmamışdır. Qeyd olunan bu hallara Zamiq Xanalıyevin saxlanılmasında birbaşa məsul olan əməliyyat müvəkkiləri birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışında zamanı da aydınlıq gətirə bilməmişlər.
38. Kollegiya həmçinin, kassasiya protestində qeyd edilən “ilkin sənədləşdirmənin sübutların mümkünlüyü şərtlərinin pozulması, yəni şəxsin özünün iddia etdiyi kimi, ona qarşı fiziki və psixi təsir nəticəsində əldə olunması yalnız iş üzrə toplanmış digər mötəbər dəlillərin məcmusu ilə təsdiqləndiyi və şəxsin iddiaları həqiqət kimi qəbul edilməli olduğu halda, bu xüsusatlara məhkəmələr tərəfindən heç bir əhəmiyyət verilməmişdir” və digər bu kimi dəlillərinə münasibətdə qeyd ed ir ki, həmin hallar da aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİNnin BNMİ-nin əməliyyat müvəkkili Şahid5 tərəfindən tərtib olunan əməliyyat məlumatının daxil olması barədə 20 dekabr 2022-ci il tarixli raport, eyni şəxs, yəni əməliyyat müvəkkili Şahid5 tərəfindən qəbul edilmiş və BNMİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərar, BNMİ-nin rəisi tərəfindən imzalanmış “Əməliyyat qrupunun yaradılması haqqında” eyni tarixli, Ə432-008-22 saylı əmr, təqsirləndirilən şəxs Zamiq Xanalıyevin 20 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanın yaxınlığına saxlanılıb Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilməsi barədə əməliyyat müvəkkili Şahid5 tər əfindən tərtib edilmiş eyni tarixli raport, təqsirləndirilən şəxs Zamiq Xanalıyevin üzərində “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 dekabr 2022-ci il tarixli protkol, şəxsi axtarış və götürmə aparılması prosesinin bir ədəd DVD formatlı diskə yüklənmiş videogörüntülər, Zamiq Xanalıyevdən şübhəli və təqsirləndirilən şəxs qismində alınmış müvafiq olaraq 20 və 21 dekabr 2022-ci il tarixli, həmçinin faktiki 17 mart 2023-cü il tarixdə alınmış, iş materiallarına 04 aprel 2023-cü il tarixdə alınması kimi əlavə edilmiş ifadələr Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CPM-in və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbərinin pozuntusu ilə əldə olunduğundan, həmçinin şahid qismində dindirilən əməliyyat müvəkkilləri Şahid5 və Şahid1 işin hallarına uyğun gəlməyən ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 6/7103 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 7741 nömrəli rəyləri, istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqan tərəfindən verilmiş məlumatlar və ən nəhayət, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş narkotik vasitə və DVD formatlı bir ədəd disk təqsirləndirilən şəxs Zamiq Xanalıyevə qarşı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülən ittihamların təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz.
39. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürül məklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
40. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.
41. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlə rinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar.
42. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
43. Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).
44. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
45. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
46. X12 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
47. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
48. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızının, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X5 müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X2 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.1-1-ci maddəs i ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2024-cü il tarixli, 1(103)-489/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2024-cü il tarixli, 1(103)-489/2024 nömrəli qərarı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X7 üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasi bətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.