Məhkəmə qərarları › İş №1(102)-1591/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1591/2024

24.09.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1591/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi Səfərov Rəşad Sahib oğlunun iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunm amış, x ünvanda yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli, 1(103)-1526/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Səfərov Rəşad Sahib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2023-cü il tarixli, 1(101)-999/2023 nömrəli hökmü (hakimlər C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.S.Hüseynov) ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məh rum etmə cəzasına məhkum edilmiş, məhkəməyədək icraat mərhələsində həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılaraq cəza çəkməsi üçün üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi və cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarı ilə, (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və A.F.İbrahimov) verilmiş apellyasiya şikayəti və apellyasiya protestini qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum CM-in 263-1.3-cü maddəsi ilə təyin edilmiş əsas (5 il müddətinə azadlıqdan məhrum etmə cəzasını) və əlavə cəzaların (03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə) müddəti artırılaraq, ona 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkəməyədək icraat m ərhələsində həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmış və cəza çəkməsi üçün üzərində qəti olaraq 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Səfərov Rəşad Sahib oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum sərxoş vəziyyətdə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Məhkum xx.xx.2022-ci il tarixdə, saat 05:25 radələrində h ərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol təsiri altında nəqliyyat vasitəsini idarə etməməli olsa da, orta dərəcəli sərxoşluq vəziyyətində sürücülük hüququ əsasında mərhum Zərərçəkmiş şəxs məxsus olmuş «BMW M5» minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Həsən Seyidbəyli küçəsi ilə 80 km/saat sürətlə hərəkət edərkən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin hərəkətləri etməmiş, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin maddələrin tələblərinə ria yət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək, avtomobildə idarəetməni itirməsi nəticəsində «BMW M5» minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 2 ünvanda yerləşən yaşayış binasına çırpılmış, nəticədə avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs həyatla bir araya sığmayan və hərəkətdə olan avtomaşının maneəyə dəyməsi nəticəsində törənmiş ölümünə səbəb olan, baş beynin hissəsi evakuasiyası (bayıra tökülməsi), hər iki gicgah və ənsə sümüklərin kəllə əsasına keçən, burun sümüklərinin və hər iki almacıq sümüyünün yerini dəyişmiş qəlpəli sınıqları ilə müşayiət olunan ağır açıq kəllə-beyin travması ilə müşayiət olunan və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almış və e htiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir, yəni qeyd olunun bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Səfərov Rəşad Sahib oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2631.3-cü maddəsi ilə təqsirli bilərək, ona 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin etmiş, lakin sonradan onun işinə baxan apellyasiya instansiyası məhkəməsi onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almadan birinci instansiya məhkəməsi tərəfindən təyin etmiş cəzanı a rtırmaqla sonuncu barəsində qeyri-humanist və ədalətsiz qərar qəbul etmişdir. Kassasiya şikayətində xüsusilə qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi əsassız olaraq ittiham tərəfinin apellyasiya müraciətlərini təmin etmiş, o cümlədən Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə etməməsi sonuncunun cəzasının artırılması üçün əsas olmuşdur. Halbuki hadisə zamanı heç bir surət həddi aşılmamış, avtoxuliqanlıq törədilməmiş, hadisə gündüz vaxtı ictimaiyyətin çox olduğu yerdə baş verməməmiş, avtomobildə əyləşən digər sərnişinə heç bir xəsarət almamışdır. Müdafiəçi kassasiya şikayətində onu da göstərmişdir ki, zərərin ödənilməsi ilə bağlı Məhkum tərəfindən addımlar atılmasına baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən heç bir maddi dəstək qəbul edilməmişdir. Müdafiəçi ka ssasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş minimum həddə (5 il) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun müdafi əçisi Səfərov Rəşad Sahib oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia etməklə, faktiki olaraq mübahisələndirilən qərarı dəyişdirməklə Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş minimum həddə (məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə əsas yaradacaq) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hal ilə əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçi R.S.Səfərovun kassasiya şik ayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarını bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsb it edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1- 59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin ehtiva etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65. 2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CMin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın ədalət prinsipinə cavab vermə si üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza (və yaxud digər cinayət hüquqi xarakterli tədbir) ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıq da, müəllifin Məhkum cəzasının məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmadan təyin edildiyi üçün ədalət və humanizm prinsipləri ilə bir araya sığmayan həddindən artıq ağır olması haqqında iddiasının əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli –alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayəti Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmiş təqsirin ehtiyatsızlıq f ormasında törədilən əməldir. Həmin maddənin sanksiyasında əsas cəza kimi 5 (beş) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və əlavə cəza kimi 5 (beş) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Göründüyü kimi Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi bu maddə ilə təqsirli bilinən şəxslərə beş il və beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmək (seçim etmək) imkanlarını nəzərdə tutduğundan, təyin olunmuş cəza müddətindən asılı olaraq, cəzaçəkmə yeri qismində onlara ümumi rejimli cəzaçəkmə müəssisəsi və yaxud ondan daha mülayim saxlanma şərtləri olan, o cümlədən şəxsin cəzaçəkmə müəssisəsindən kənarda olmaqla sərbəst hərəkət etməsini mümkün edən məntəqə tipli cəzaçəkmə müəssisəsi təyin edilə bilər. Bir tərəfdən cinayət qanunu normasında bu cür seçim etmək (şəxsi 5 ilədək cəza təyin edib məntəqəyə göndərmək və ya 5 ildən artıq cəza təyin edib ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərmək) imkanının mövcudluğu, digər tərəfdən isə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cinayət cəzasının məhkumun islah edilməsini, sosial ədalətin bərpasını, özü və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin etməli olan cinayət-hüquqi tədbir kimi təsbit edilməsi onu deməyə əsas verir ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinən şəxsə təyin olunan cəzanın CM-in 41.2-ci maddəsinin nəzərdə tutduğu cəzanın məqsədlərini təmin edə bilibbilməyəcəyini düzgün qiymətləndirmək üçün yalnız cəzanın müddətindən çıxış etmək kifayət etmir, bu zaman həmin c əzanın hansı növ cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna da əhəmiyyət verilməlidir. Çünki, məntəqə tipli cəzaçəkmə müəssisəsində və ümumi rejimli cəzaçəkmə müəssisəsində məhkumların saxlanılma şərtləri, xüsusilə də şəxsin azadlıq hüququna və sərbəst hərəkət etmək imkanlarına qoyulan məhdudiyyətlərin dərəcəsi arasında ciddi fərq olduğundan (məntəqə tipli cəzaçəkmə müəssisəsində olan şəxs üçün hətta müəssisədən kənarda sərbəst hərəkət etmək imkanı nəzərdə tutulduğundan), konkret təqsirkarın şəxsiyyətini səciyyələndirən hallardan asılı olaraq, bir məhkum üçün - onun islah edilməsi perspektivləri baxımından - məntəqə tipli cəzaçəkmə müəssisəsi yetərli olduğu halda, digər məhkumun islah edilməsi, onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün həmin növ müəssisənin qaydaları və qoyduğu məhdudiyyətlər kifayət etməyə, onun azadlığının daha ciddi şəkildə məhdudlaşdırılması tələb oluna bilər. Odur ki, belə hallarda cəzanın təyini (təyin olunmuş cəzanın yoxlanılması) məsələlərinə baxılması zamanı təqsirkar şəxs üçün onun islah olunmaq perspektivləri baxımından hansı - ümumi rejimli, yoxsa məntəqə tipli cəzaçəkmə müəssisəsinin daha münasib olması məsələsi təqsirkarın şəxsiyyətini xarakterizə edən hallardan asılı olaraq araşdırılmalı və düzgün həll edilməlidir. Və yaxud təqsirkarın törətdiyi cinayətin xarakteri, ictimai təhlükəliliyi, cinayətin törədilmə halları, meydana gətirdiyi ictimai-təhlükəli nəticələr elə məzmun daşıya, ciddi və ağır ola bilərlər ki, cəmiyyətin nəzərində, o cümlədən zərərçəkmiş şəxslərin qohumlarının, yaxınlarının baxışında məhkuma təyin olunmuş, onun məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə, o cümlədən müəssisədən kənarda olmasına səbəb olmuş cəza obyektiv olaraq sosial ədaləti bərpa etməyən tədbir kimi görünə bilər. Belə olan halda həmin cəza (yüngül olmasına və cinayətin törədilməsinədək şəxsin olduğu vəziyyəti, həyat şəraitini ciddi şəkildə dəyişmədiyinə görə cəmiyyətin ədalətli saymadığı tədbir) digər şəxslərə münasibətdə də öz xəbərdaredici (çəkindirici) rolunu səmərəli şəkildə yerinə yetirə bilməz. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə Məhkum cəza təyin edərkən himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi Mirzəxan Mənsimovun maddi və mənəvi tələbinin olmamasını, hadisədən əvvəl başlamış və hadisə anınadək davam etmiş təqsirləndirilən şəxslə mərhum zərər çəkmiş şəxs ətrafında cərəyan etmiş real vəziyyəti, təqsirləndirilən şəxsin tutduğu əməldən səmimi peşmanlığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq cəzanı ağırlaşdıran hal müəyyən etməyərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Lakin, məhkəmə Məhkum cəza təyin edərkən zərər çəkmiş şəxsin hüquqi varisinin Mirzəxan Mənsimovun şikayətçi olduğunu, onunla barışıq əldə edilməməsini və ümumiyyətlə onun mövqeyini nəzərə almayaraq cəza təyin etmişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair ci nayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək sadalanmış bütün digər hallarla yanaşı, təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi zərərin ödənilməsi kimi hallar araşdırılmalıdır və cəza təyini zamanı nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin hüquqi varisi Mirzəxan Mənsimovun (adı çəkilən şəxs Məhkum cinayətkar əməlləri nəticəsində yeganə oğlunu itirmiş) maddi və mənəvi tələbinin olmamasına baxmayaraq, onun birinci instansiya məhkəməsi zamanı Məhkum şikayətçi olduğunu nəzərdən qaçırmamış, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsinin yalnız məh kumun maraqları ilə tamamlanmamasını, burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmiş şəxsin hüquqi varisinin də maraqlarını diqətəlayiq şəkildə dəyərləndirmiş və düzgün olaraq Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunan cəzanın (hədd baxımından) CM-in 41.2-ci maddəsinin nəzərdə tutduğu cəzanın məqsədlərini təmin edə bilməyəcək cəza kimi qiymətləndirmişdir. Başqa sözlə desək apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən digər əsaslarla, o cümlədən təqsirkarın şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, CM-in 41.2-ci madd əsində təsbit edilən cəzanın məqsədləri, o cümlədən sosial ədalətin bərpası, cəzanın təqsirkarın islah olunmasına, digər şəxslər tərəfindən cinayətlərin törədilməsinin qarşısının alınmasına təsiri ilə birlikdə götürməklə nəzərdən keçirmiş, beləliklə də Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının sosial ədalətin bərpası, Məhkum islah edilməsi və cəzanın xəbərdaredici funksiyasının təmin edilməsi üçün kifayət etməməsi, Məhkum 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin daha məqsədəuyğun olması haqqında nəticəyə gəlib, cəzanın t əyin edilməsi məsələsinin həllində əhəmiyyət kəsb edən halların məcmusunun daha yaxşı, tarazlaşdırılmış şəkildə nəzərə alınmasını təmin edə bilmişdir. Bu qaydada Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası məsuliyyəti yüngülləşdirən halları nəzərə almayan həddindən artıq ağır cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin pozuntusu kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilmə sini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir. Yuxarıda qeyd olunanlar müdafiəçi R.S.Səfərovun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçi Səfərov Rəşad Sahib oğlunun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh ed ilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli, 1(103)1526/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Səfərov Rəşad Sahib oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli, 1(103)-1526/2023 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar