Məhkəmə qərarları › İş №1(102)-1591/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1591/2025

03.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1591/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçisi Cabbarlı Rəşad Rafiq oğlunun iştirakları ilə, Ba kı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2025-ci il tarixli qərarı ilə isə CM-in 75.1.1-ci maddəsinə əsasən CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona CM-in 128-ci maddəsi ilə cəzanın təyin edilməməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum olunmuş şəxsin müdafiəçisi R.R.Cabbarlı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Mustafayeva Solmaz Rafael qızı) Məhkum, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Hüquqi Təminat İdarəsinin rəis müavini vəzifəsində işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, fakitiki isə ünvan 2 ünvanında yaşayan, CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Məhkum 28 iyul 2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun b aş nahiyəsindən qəsdən yumruq zərbələri vuraraq ona qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alın-təpə nahiyəsinin sağ yarısının şişkin fonda sıyrığı və yumşaq toxumalarının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi R.R.Cabbarlı tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Anar Firdovsi oğlun (sədrlik edə və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 13 mart 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, b irinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, CM-in 75.1.1-ci maddəsinə əsasən CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum həmin maddə ilə cəza təyin edilməmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2025-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi R.R.Cabbarlı birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunması, yaxud da cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqda qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, CM-in və cinayət mühakimə icr aatının qanunçuluq və digər prinsiplərinə, sübutların toplanması, qiymətləndirilməsi və sübutetməyə, habelə məhkəmə hökmünün qanuniliyinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlara və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin məhkəmə aktlarını qanunsuz və əsassız hesab edən Məhkum və onun müdafiəçisi R.R.Cabbarlı birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsi rliliyi toplanmış və araşdırılmış sübutlarla əsaslı şəkildə təsdiq olunmasa da, o, əsassız və qanunsuz olaraq ibtidai araşdırma orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinib məhkum olunmuş, məhkəmələr bu haqda nəticəyə gələrkən isə sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada qiymət verməmiş və bir sübutun digərindən üstün olmasını əsaslandırmamışlar. Halbuki həmin sübutlarla, o cümlədən Məhkum cinayət təqibinin bütün mərhələlərində ardıcıl olaraq eyni məzmunda verdiyi ifadələri ilə onun tərəfindən hazırki iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs döyülməsi təsdiq olunmamış, ittihamı təsdiq edən mötəbər sübutlar ibtidai araşdırma orqanı tərəfindən əldə olunmamış və belə sübutlar məhkəməyə təqdim edilməmiş, məhkum olunm uş şəxsin təqsirli bilindiyi ittiham isə yalnız Zərərçəkmiş şəxs əksər hissəsi başqa sübutlarla təkzib edilən ziddiyyətli ifadələrinə və məhkəmə-tibbi ekspertizasının rəylərinə əsaslanmışdır. Həmin rəylərdə Zərərçəkmiş şəxs baş nahiyəsində sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərin aşkar edilməsi göstərilsə də, bu rəylər də həmin xəsarətlərin məhz Məhkum tərəfindən yetirilməsini təsdiq etmir. Əksinə, araşdırılmış sübutlarla təsdiq olunur ki, hadisə günü Məhkum mənzili tərk edib gedənə qədər və hətta bundan sonra Zərərçəkmiş şəxs baş nahiyəsində hər hansı xəsarət olmamış, sonuncu isə Məhkumun anası Şahid9 təcili tibbi yardım göstərilməsi üçün mənzilə çağırılmış həkimlərə bununla bağlı müraciət etməmişdir. Bu hal isə ona dəlalət edir ki, Zərərçəkmiş şəxs baş nahiyəsində ekspertiza rəyl ərində göstərilən xəsarətlər olsa belə, bu xəsarətləri o, başqa şəraitdə almışdır. Kassasiya şikayətində toplanmış, məhkəmə iclaslarında isə araşdırılmış sübutlara geniş şərh verən həmin şikayətin müəllifləri həmin müraciətə baxılması üzrə məhkəmə iclasında 13 mart 2025-ci il tarixli qərarın ləğv edilərək cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərarın qəbul edilməsi xahişi ilə kassasiya instansiyası məhkəməsinə müraciət etmişlər. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına və bu haqda bildirişlərin elektron məhkəmə sistemində, o cümlədən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs elektron kabinetində yerləşdirilməsinə baxmayaraq sonuncu naməlum səbəblərdən m əhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə yuxarıda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüy ü kimi, onun müəllifləri olan Məhkum və sonuncunun müdafiəçisi R.R.Cabbarlı bu müraciətdə məhkəmələr tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilməməsini və nəticədə Məhkum qanunsuz olaraq məhkum edilməsini iddia edərək bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyiş dirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi R.R.Cabbarlı tərəfindən birgə verilmiş kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə həmin şikayətin dəlillərinə cavab verilməsi üçün Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya a pellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüq uqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsi nə əsasən bu əmələ maddi və ya prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün isə yuxarıda təsvir edilənlərdən çıxış edərək Məhkum barəsindəki cinayət işinin materiallarına müraciət etməyi və bir sıra sübutları qanunvericiliyin tələblərinə əsaslanmaqla şərh etməyi zəruri bilir. Belə ki, cinayət təqibinin bütün mərhələlərində, o cümlədən birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında Məhkum özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək və ardıcıl olaraq eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə ailə qurduqdan sonra onların birgə nikahından 2019-cu il təvəllüdlü X və 2021-ci il təvəllüdlü Y ad lı qız övladları anadan olmuş, ailə qurduqdan sonra sonra ilk vaxlar onların aralarında mehriban münasibətlər olsa da 2020ci ildən Zərərçəkmiş şəxs ailədə söz-söhbətlər yaratmağa başlamış, 2022-ci ilin təxminən fevral ayıında o, özü boşanmağı Zərərçəkmiş şəxsə təklif etsə də sonuncu bu təkliflə razılaşmamış, eləcə də anası və bacıları da onların boşanmasının əleyhinə olmuş, dəfələrlə onların hər biri ilə ailənin saxlanması məzmununda söhbətlər etmişlər. 2022-ci ilin may ayında onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edilərək o, Mediasiya Şurasına dəvət olunmuş və məhz həmin vaxt ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan xəbərsiz olaraq boşanmaları barədə ərizə ilə həmin xidmətə müraciət etmişdir. Zərərçəkmiş şəxsin bu hərəkətindən təəccüblənərək o, sonuncudan bunun səbəb i barədə maraqlandıqda Zərərçəkmiş şəxs bu məsələnin ondan asılı olmadığını, boşanma haqda qərarı isə böyüklərinin verdiyini bildirmişdir. 2022-ci ilin iyun ayında anası Şahid9 də Zərərçəkmiş şəxsin boşanmaq istədiyini bildikdə onunla, yəni oğlu ilə söhbət edib uşaqlarına görə ailənin dağılmamasına dair məsləhətlər vermiş, o, da cavabında ailəsinin dağılmasının istəmədiyini, lakin arvadının bu fikirdə israrlı olmasını bildirmişdir. Bu məsələ ilə bağlı anası Şahid7 Zərərçəkmiş şəxs ilə də söhbət edərək onun fikrindən yaındırmağa çalışsa da, sonuncu ona guya əri ilə münasibətlərin soyumasını, ərinin ona diqqət göstərmədiyini, ailəsinin maddi tələbatlarını təmin edə bilmədiyini, bu səbəblərdən də qəti olaraq boşanmaq qərarına gəldiyini demişdir. 2022-ci ilin iyul ayının sonlarında Binəqədi Ra yon Məhkəməsindən Zərərçəkmiş şəxsin boşanma üçün məhkəməyə müraciət etməsi və məhkəməyə dəvət edilməsi barədə ona məlumat verildikdən sonra o, iddia ərizəsini poçtdan götürüb məzmunu ilə tanış olarkən həmin ərizədə boşanmanın səbəbi kimi guya onun spirtli içkilərin və narkotik vasitələrin aludəçisi olmasının göstərildiyini görmüşdür. Bu əsassız iddiaların səbəbi barədə o, Zərərçəkmiş şəxsdən maraqlandıqda, keçmiş arvadı bunlarla bağlı heç bir konkret cavab verməmişdir. Bu haqda o, 28 iyul 2022-ci il tarixdə anası Şahid7yə də məlumat verdikdən sonra həmin gün saat 19 radələrində Zərərçəkmiş şəxs ilə barışıq əldə etmək məqsədilə özü, anası və bacısı X Zərərçəkmiş şəxsin uşaqlarla birlikdə qaldığı, lakin Xa məxsus olan Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən ünvan1 saylı mənzilinə getmiş, bundan təxminən 30-40 dəqiqə sonra, təxminən saat 19.30 radələrində oraya həmçinin digər bacısı Fərəh də gəlmişdir. Mənzildə olarkən onun anası Şahid9 Zərərçəkmiş şəxsə onunla söhbət etmək istədiyini bildirərək bu söhbətdə iştirak etməsi üçün ondan öz atasına zəng edib onu da mənzilə çağırrmağı xahiş etsə də, Zərərçəkmiş şəxs atasının işi olduğundan gələ bilməyəcəyini demişdir. Bundan sonra anası Səidə, bacısı X Zərərçəkmiş şəxs ilə mənzilin mətbəxində söhbət edib onu barışdırmağa çalışmış, o, Zərərçəkmiş şəxsin ona diqqət yetirməməsi və s. şikayətlərinin yalan olduğunu, boşanma ərizəsində də spirtli içkilərin və narkotik vasitələrin aludəçisi olmasına dair yalan məlumatlar yazdığını deyib, boşanma ərizəsini anasına göstərmiş, həqiqətə uyğun olmayan belə məlumatlar yazmasının səbəb ini arvadından soruşduqda isə, sonuncu onunla yaşaya bilməyəcəyini, bu məsələ üzrə özünün qərar verə bilməyəciyini deyərək bu məzmunda aralarında bir neçə dəqiqə söhbət aparılmış, anası Zərərçəkmiş şəxsə ailəsi dağıtmamasını təkidlə təklif etsə də, Zərərçəkmiş şəxs israrla boşanmaq niyyətində olmasını bildirmişdir. Belə cavab alan anası Şahid7 onların yaşadıqları mənzilin Aynura məxsus olmasını bildirərək boşanacaqları təqdirdə hər ikisinin mənzili tərk etmələrini tələb etmiş və bu tələbə Aynur da dəstək verdikdə, onlar, yəni anası Şahid7, bacısı X və Zərərçəkmiş şəxsə mübahisə etməyə başlamış, sonuncu uca səslə mənzili tərk etməyəcəyini bildirmişdir. Həmin vaxt o, yəni Məhkum Zərərçəkmiş şəxsi, anasını və bacısını sakitləşdirməyə çalışmış, hətta anasının sözlərinə görə ona iradını bildirm iş və qucağında olan qızı Mənsurə ağladığından onun sakidləşdirilməsi üçün uşağı Zərərçəkmiş şəxsə verib özünə məxsus bəzi əşyaları götürürək təxminən saat 20 radələrində mənzili tərk etmişdir. Bundan sonra o, mənzildəki mübahiəsnin davam edəcəyini ehtimal edib qohumu Şahid12 zəng edərək ona həmin mübahisə barədə qısa məlumat vermiş və ondan bir ağsaqqal kimi həmin mənzilə getməsini xahiş etmişdir. Ən əsası isə Məhkum verdiyi bütün ifadələrində göstərmişdir ki, o, mənzildə baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyməmiş və ona heç bir xəsarət yetirməmiş, sonuncunun anası Şahid7 və bacısı Xla mübahisələri mənzilin mətbəxində və dəhlizində baş vermiş, sonradan Zərərçəkmiş şəxs onun qonaq otağında döyülməsini bildirsə də orada quraşdırılmış müşahidə kameralarının görüntüləri kameravlar la birlikdə naməlum şəraitdə yoxa çıxmış, Zərərçəkmiş şəxs isə ibtidai araşdırma orqanına yalnız mətbəxdə quraşdırılmış kameranın videogörüntülərini təqdim etmişdir. Həmin videgörüntülərlə isə onun verdiyi ifadələrində göstərilən hallar bir daha təsdiq olunur və bu görüntülərdən onun Zərərçəkmiş şəxsə qarşı hər hansı qeyri-qanuni hərəkətlər etməsi müəyyən edilmir. İş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclaslarında Məhkumla tanış olaraq onunla ailə qurması barədə sonuncunun ifadələrinə uyğun ifadələr vermiş və həmçinin göstərmişdir ki, onlar ailə qurduqdan sonra həmin ərəfədə Məhkum Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində konsul vəzifəsində işləmiş və onlar 15 dekabr 2019-cu ilədək Moskva şəhərində yaşamışlar. Sonradan Məh kum Xarici İşlər Nazirliyində başqa vəzifəyə təyin olunduğuna görə onlar Bakı şəhərinə qayıtmış və burada ünvan 1 mənzilinə yaşamışlar. İlk vaxtlarda onlar mehriban dolansalar da, 2020-ci ilin yay aylarında Məhkum onunla pis rəftar etməyə başlamış, mütəmadi olaraq spirtli içklilər qəbul etmis, hətta bildiyinə görə, narkotik vasitə olan marixuana istifadə etmişdir. Bu səbələrdən o, 2022-ci ilin yanvar ayında Məhkumdan boşanmaq qərarına gəlmiş və bu baradə ona da bildirmiş, lakin 14 fevral 2022-ci il tarixdə Məhkum onun yanına gələrək sevgilililər gunü münasibətilə ona şans verməsini və boşanmamasını xahiiş etmiş, o, da Məhkumu bağışlamışdır. Buna baxmayaraq, Məhkum öz hərəkətlərində və ona qarşı olan münasibətində heç bir dönüş yaratmadığından, o, təxminən 2022-ci ilin iyun ayında Məhkum ye nə də boşanmaq qərarına gəlmiş, buna görə də həmin ərəfədə Mediasiya Şurasına rəsmi qaydada ərizə ilə müraciət etmişdir. 12 iyul 2022-ci il tarixdə həm ona, həm də Məhkum mobil telefon vasitəsi ilə SMS gəlmisdir ki, artıq onun boşanma haqda iddia ərizəsinə baxılması üzrə mahkəmə iclası təyin olunmuşdur. Bunu bilən Məhkum 22 iyul 2022-ci il tarixdə özünə məxsus olan bəzi əşyaları yaşadiqları mənzildən götürərək mənzili tərk etmiş və onlar ayrılıqda yaşamışlar. Həmin mənzil Məhkum bacısı Şahid10 adına rəsmilişdirilsə də faktiki olaraq Məhkumun özunə məxsus olmuşdur. 28 iyul 2022-ci il tarixdə təxminən saat 15 radələrində o, işdən çıxıb yaşadığı mənzilə gəlmiş, təxminən saat 19 radələrində isə oraya Məhkum də gələrək nəyə görə boşanma haqda iddia ərizəsində onun mütəmadi olaraq spirtli ickilə r aludəçisi olmasının və narkotik vasitələrdən istifadə etmsininin göstərməsini soruşmuş, o, da buna cavab olaraq ərizədə hər şeyi düzgün yazdığını bildirmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra mənzilə Məhkumun anası Şahid7, baciları Z va X da gəlmis, onlar mənzilə gəldikdən sonra onu danlayıb mübahisə etməyə başlamış, Məhkum barəsində iddia ərizəsində göstərdiklərinə görə ondan mənzili tərk etməsini tələb etmiş, o, isə məhkəmənin qərarı olmadığına görə mənzildən çıxmayacağını, yalnız bu haqda müvafiq məhkəmə qətnaməsi qəbul edildikdə mənzili tərk edə biləcəyini demişdir. Anasının və bacılarının tələbinə görə Məhkum özü də onun ünvanına lazımsız sözlər işlətmiş və onlar təxminən saat 20 radələrində mübahisə edərək əvvəl mənzilin dəhlizi istiqamətində, oradan isə qonaq otağına keçmişlər. Qonaq otağında Məhkum onun baş nahiyyəsindən təxminan 2-3 dəfə yumruqla zərbələr vurmuş, bu zərbələrdən gözü qaralmış və başı firlanmışdır. Bundan sonra da mübahisələr davam etmiş, Məhkum orada Xə “bıçaq götür, sox Zərərçəkmiş şəxsnin qarnına, bir dəfəlik söhbət bitsin!” ifadəsini işlətmiş, lakin Z bu sözlərə etirazını bildirərək onlara demişdir ki, "belə iş tutub əlinizi qana batırmayın”. Həmin vaxt onun başında ağrılar olmuş, ürəyi bulanmış, lakin onun Məhkumdən şikayət etmək fikri olmamşdır. Buna baxmayaraq Məhkum və onun ailə üzvləri təkidlə ondan evi tərk etməsini tələb etmişlər. Bir qədər gözlədikdən sonra o, artıq qorxduğuna görə istifadəsində olan mobil telefonla anası Şahid8 zəng vurub Məhkumun ailə üzvləri ilə birlikdə evdə münaqişə yaratması və ərinin onu döyməsi barədə məlumat verərək ondan mənzilə gəlməsini xahiş etmiş, anası da oraya gələcəyini, Məhkumun onu döydüynə görə və münaqişə yaratdıqlanna görə isə polisə məlumat verəcəyəini bildirmişdir. Anası ilə telefonla danışarkən o, özü də ondan polisə zəng vurmasını xahiş etmiş və bunu eşidən Məhkum təxminən 3-4 dəqiqə keçdikdən sonra mənzili tərk edib getmişdir. Məhkum getdikdən sonra onun anası və bacıları ilə sözlü mübhisə davam etmiş, həttaonlar mənzilin giriş qapısını açarla baglayib ona bu qapıdan bayıra çıxmayacağını, eyvanında olan pəncərədən çıxacağını bildirmişlər. Təxminən saat 22 radələrində mənzilə əvvəl Məhkumun qohumu X29, bundan 10-15 dəqiqə keçdikdən sonra isə anası Şahid6 va polis əməkdaşları gəlmişlər. Onlar mənzilin qapısını döysələr də Məhkumun bacıları və anası qapını açmaq istəməmiş, o, isə qışqararaq onlardan qapını açmalarını tələb etmiş, onlar bu tələbi yerinə yetirdikdən sonra mənzilə anası, xalası Gülüş, onun əri Şahid4, həmçinin xalası qızı Şahid3 və polis əməkdaşları daxil olmuşlar. Polis əməkdaşları nə baş verdivini soruşduqda o, bildirmisdir ki, əri Məhkum və onun yaxın qohumları mənzildə münaqişə yaratmıs, həmçinin Məhkum onu döymüsdür. Polis əməkdaşlan Məhkumn mobil nömrəsini ondan alaraq onunla əlaqə saxlamış, o, isə mənzildə muşahidə kameralarının olduğunu polis əməkdaşlarına bildirdikdə sonuncular Məhkuma zəng vuraraq ondan kameraların şifrəsini soruşmuş, lakin o, şifrəni unutduğunu bildirmişdir. Polis əməkdaşları bir saatdan çox müddət ərzində mənzildə qalıb onları sakitləşdirmiş, təxminən saat 23:10 radələrində Məhkumun anası va bacıları X29 ilə birlikdə mənzili tərk edib getmişlər. Polis əməkdaşları ona şikayəti ilə baglı Nəsimi RPİ-nin 22-ci PŞ-nə getməyi təklif etmiş, lakin onun başında ağrılar olduğundan o, özünü pis hiss etmiş, buna görə də istifadəsində olan mobil nömrə ilə TTYS-nin 103 xidmətinə zəng vurmuşdur. Bu vaxt mənzilə atası Şahid1 də gəlmiş, bundan bir qədər sonra isə Təcili Tibbi Yardım Stansiyasının həkimlər briqadası mənzilə gələrək ona ilkin tibbi yardim göstərmişlər. Əri Məhkumun onun başına yumruq zərbələri vurması nəticəsində alın nahiyyəsində sıyrıq və şiş yaranmış, o, həkimlərə baş və alın nahiyyəsində ağrıların olduğunu bildirmiş və buna görə onu Klinik Tibbi Mərkəzə aparmışlar. Bu tibb müəssisəsində təxminən 1 saat ərzində o, müayinə olunmuş və ona müalicə yazılmışdır. 29 iyul 2022-ci il tarixdə gecə saatlarında o, Klinik Tibbi Mərkəzindən cıxaraq atasıŞahid1 lə birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə gedib Məhkum tərəfindən döyülməsi, mənzildə münaqişə baş verməsi barədə ərizə və izahat yazmış, sonrakı günlərdə isə ev şəraitində ambulator müalicə almış, bu səbəbdən də təxminən 8-9 gün ərzində işə çıxa bilməmişdir. Zərərçəkmiş şəxs verdiyi ifadələrində həmçinin göstərmişdir ki, yaşadıqları mənzilin qonaq otağında müşahidə kamerası olmamış, belə kamera yalnız mənzilin mətbəxində olmuş, o, da hadisədən bir neçə gün sonra mənzilin mətbəxdə quraşdırılmış müşahidə kameralarından hadisəni özündə əks etdirən videogörüntüləri götürüb DVD diskə yazaraq istintaq orqanına təqdim etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, 28 iyul 2022-ci il tarixdə Məhkum və Zərərçəkmiş şəxs yaşadıqları mənzildə ba ş vermiş mübahisələrin bilavasitə iştirakçıları olmuş və ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid9, X və Z (iş üzrə tərtib edilmiş ittiham aktında nədənsə onların adları məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısında göstərilməmişdir), hər birisi ayrı-ayrılıqda öz ifadələrində Məhkum verdiyi ifadələrində göstərdiyi xüsusatları təsdiq etmiş və mübahisə zamanı sonuncunun keçmiş arvadı Zərərçəkmiş şəxs döyməməsini, sözlü mübahisələrin yalnız mənzilin mətbəxində və dəhlizində baş verməsini, mübahisə zamanı isə Məhkumun mənzili tərk edib getməsini göstərmişlər. Həmçinin şahid qismində dindirilmiş X29da Zərərçəkmiş şəxs Məhkum tərəfindən döyülüb ona xəsarət yetirilməsinə dair iddiasını rədd edərək sonuncunun ifa dələrinə uyğun ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, o, Məhkumin çağırışı ilə mənzilə gələrkən evin dəhlizində Zərərçəkmiş şəxsin anası Şahid 6in və onun qohumlarının dayandıqların görmüş, lakin sonuncular Zərərçəkmiş şəxsnin Məhkum tərəfindən döyülməsi barədə ona heç nə bildirməmiş, özü də mənzilə gəldikdən sonra Zərərçəkmiş şəxsnin başında və ya bədənində xəsarətlərin olmaısnı görməmişdir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, 28 iyul 2022-ci il tarixdə mənzildə baş vermiş münaqişədən sonra Məhkum anası Şahid9 səhhəti pisləşdiyinə görə ona tibbi yardım göstərilməsi üçün TTYS-nın həkimlərinin oraya gəlmələri, həmin vaxt Zərərçəkmiş şəxs da mənzildə olması işin təkzibedilməz halıdır, lakin bu vaxt, Zərərçəkmiş şəxs deməsinə görə, o, Məhkum tərəfindən döyülməsi nəticəsində xəs arət aldığına görə özünü pis hiss etməsinə baxmayaraq, həmin vaxt mənzildə olmuş həkimlərə müraciət etməməsinin səbəbi müəyyən edilməmiş, zərərçəkmiş özü də verdiyi ifadələrində həm bunu, həm də Məhkum mənzili tərk etdikdən dörd saata yaxın vaxt keçdikdən sonra (TTYS-na Zərərçəkmiş şəxs anası Şahid8 tərəfindən edilmiş çağırış 29 iyul 2022-ci il tarixdə saat 00.14-də daxil olmuşdur) özü üçün təcili tibbi yardıma müraciət olunmasının səbəbini inandırıcı şəkildə izah edə bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ifadələrindən göründüyü kimi, o, özü üçün çağırışa gəlmiş TTY-ın əməkdaşları tərəfindən xəstəxanaya aparılaraq orada kompyutertomoqrafiya müayinəsindən keçirildikdən sonra Nəsimi RPİ-nin 22-ci PŞ-nə getmiş, orada ərizə yazıb izahat verdikdən sonra isə mənzilə gayıdıb mətbəxdə nərdiv anla qalxaraq mətbəxin tavan hissəsində quraşdırılmış müşahidə kamerasını götürmüşdür. Halbuki apellyasiya şikayətinə məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Şahid14 Zərərçəkmiş şəxs Polis Şöbəsinə 29 iyul 2022-ci il tarixdə səhər saatlarında gələrək ərizə yazdığını və izahat verdiyini bildirmişdir. Polis Şöbəsində yazdığı ərizəsində və verdiyi izahatda isə sonradan verdiyi ifadələrə zidd olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə günü mənzilə gələn Məhkumla mübahisə etdikləri zaman sonuncu onun baş nahiyyəsinə yumruq zərbələri vurmuş və yalnız bundan sonra oraya Məhkumin anası və bacıları gəlmişlər. Bu hal da baş vermiş hadisənin təffərrüatları ilə bağlı Zərərçəkmiş şəxs biri-birinə zidd olan izahat və ifadələr verməsinə dəla lət edir, lakin istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında bu ziddiyətləri aradın qaldırmaq mümkün olmamış və işə baxan məhkəmələr bu ziddiyətə heç bir qiymət verməmişlər. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, hazırki iş üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs qohumları – Şahid8, Şahid1, Şahid2, Şahid3, Şahid4, habelə zərər çəkmiş şəxsin yaxın rəfiqəsi Şahid5, ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında hər birisi ayrı-ayrılıqda verdikləri ifadələrində 28 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadıqları mənzildə əri Məhkum tərəfindən döyülməsini göstərsələr də, onların hamısı bu məlumatı zərər çəkmiş şəxsdən aldıqlarını, özlərinin isə bunun şahidi olmadıqlarını bildirmişlər. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüy ü kimi, məhkəmələr adları çəkilən şahidlərin bu ifadələrindən də Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi üçün sübut kimi istifadə etmişlər. Halbuki, CPM-126.3-cü maddəsinin tələblərinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı qızı Zərərçəkmiş şəxs 28 iyul 2022-ci il tarixdə ona zəng edərək Məhkum tərəfindən döyülməsi barədə məlumat verdiyini bildirsə də, birinci instansiya məhkəməsinin məhkəmə iclasında o, dövlət ittihamçısının sualına cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs ona zəng edərkən əri tərəfindən döyülməsi barədə heç nə bildirməmişdir. Bun larla yanaşı öyrənilmiş cinayət işi üzrə toplanmış ilkin sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs anası Şahid8 qızının şikayəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” ximətinə zəng edərkən Zərərçəkmiş şəxsnin əri tərəfindən döyülməsini deyil, sonuncunun qayınanası, əri və baldızları tərəfindən narahat edilməsini və ailə münaqişəsi olmasını bildirmiş və məhz bu məlumat əsasında Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin növbətçisi polis mayoru Vüqar Azadəliyev tərəfindən 28 iyul 2022-ci il tarixli HK-2349 nömrəli raport tərtib edilmişdir. Təhlil edilən sübutların fonunda məhkəmə kollegiyasının diqqətini çəkən məqamlardan biri də iş üzrə Şahid5 verdiyi ifadələrində göstərdiyi hallar, habelə onun hadisə günü Zərərçəkmiş şəxs ilə apardığı, ibtidai araşdırma zamanı isə müstə ntiqə təqdim etdiyi telefon yazışmalarıdır. Şahid5 həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilərkən göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan rəfiqəsidir və onlar biri-biri ilə daim əlaqə saxlayırlar. 28 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ona mesaj yazaraq qorxduğunu, ərinin və onun ailə üzvlərinin evdə olmalarını, onu evdən qovmalarını, özünə heç nə etmədiyini, ona nəsə olsa onlarlıq olmasını bildirmişdir. O, isə bu yazılara cavab olaraq Zərərçəkmiş şəxsni sakitləşdirməyə çalışmış və ona öz qohumlarına məlumat verib onları mənzilə çağırmalarını məsləhət görmüşdür. Bir qədər vaxt ərzində Zərərçəkmiş şəxs onun yazdıqlarına cavab verməmiş, sonradan isə yenə də ona mesaj yazaraq anasının və polis əməkdaşlarının mənzilə gəlmələr ini, narahat olmamasını və hər şeyin qaydasında olduğunu bildirmişdir. Sonradan ona Zərərçəkmiş şəxsnin söylədiklərindən məlum olmuşdur ki, sonuncunun əri onu vurmuş, buna görə onun qohumları polis orqanına bu haqda məlumat verərək polis əməkdaşlarını mənzilə çağırmışlar. O, yəni Şahid5 özü hadisə yerində olmadığına görə mənzildə hansı hadisələr baş verməsini dəqiq bilmir, Zərərçəkmiş şəxs isə əri tərəfindən döyülməsini ona hadisə günü deyil, sonradan bildirmişdir. Şahid5 istinad edərək ibtidai araşdırma orqanına təqdim etdiyi telefon yazışmalarından görünür ki, onunla Zərərçəkmiş şəxs arasındakı həmin yazışmalar 28 iyul 2022-ci il tarixdə saat 9.36-dan 10.09-dək aparılmış, toplanmış sübutlarla isə Məhkum artıq mənzili tərk etməsi müəyyən edilmiş və zərərçəkmiş buna qədər sonuncu tərəfində n döyülməsi barədə ən yaxın rəfiqəsinə heç nə bildirməmiş, digər tərəfdən isə, özünün deməsinə görə, saat 20 radələrində döyüldükdən sonra səhhətində problemlər yaşasna da, səbəst şəkildə həmin yazışmaları apara bilmiş, bununla da bir daha Məhkum ittihamda göstərilən cinayət əməlini törətməsinə dair şübhələr yaranmış, lakin işə baxan məhkəmələr, ibtidai istintaq orqanı kimi, bu şübhələrə də aydınlıq gətirməmiş və onlara qiymət verməmişlər. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrində onun yaşadığı və 28 iyul 2022-ci il tarixdə təhlil edilən münaqişə baş verdiyi mənzildə yalnız mətbəxdə müşahidə kamerasının quraşdırılmasını bildirərək münaqişənin hallarını əks etdirən videogörüntülər yazılmış DVD diski ibtidai araşdırma orqanına təqdim etmiş və eyni zamanda göstərmişdir ki, mənzilin başqa hissələrində, o cümlədən onun Məhkum tərəfindən döyüldüyü qonaq otağında belə kameralar quraşdırılmamışdır. Lakin işə məhkəmələrdə baxılarkən Zərərçəkmiş şəxs etiraf etmişdir ki, müşahidə kamerası mənzilin dəhlizində də olmuş, lakin bu kameranın da yazdığı videogörüntüləri ibtidai araşdırma orqanına və ya məhkəmələrə təqdim edə bilməməsinin səbəblərini aydınlaşdırmamış, bundan sonra isə yenə də öz ifadələri arasında ziddiyət yaradaraq əvvəl bildirmişdir ki, mənzildəki videokameralarda olan görüntüləri ibtidai istintaq zamanı nümayəndəsi olmuş Nümayəndə1 təqdim etmiş, sonradan isə göstərmişdir ki, videokameraları götürüb mütəxəssisə vermiş və ona məlum olmayan səbəblərdən görüntülərin yalnız bir hissəsi əldə edilərək DVD diskə ya zılmış, həmin diski də o, müstəntiqə təqdim etmişdir. Məhkum da bu xüsusat üzrə dindirilərkən göstərmişdir ki, o, sonradan mənzilə gələrkən orada quraşdırılmış bütün, o cümlədən qonaq otağındakı videokameraların çıxarıldığını aşkar etmişdir. Həmçinin müdafiə tərəfinin vəsatəti əsasında apellyasiya şikayətinə məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X16 göstərmişdir ki, təxminən 2-3 il əvvəl o, tanışı Araz adlı şəxsin vasitəsilə Məhkumla tanış olmuş və onun sifarişi ilə sonuncunun yaşadığı mənzilin müxtəlif hissələrində, o cümlədən qonaq otağında iki ədəd müşahidə kameraları quraşdırmış, buna görə də Məhkum ona zəhmət haqqı olaraq 100 manat məbləğində pul vermişdir. Həmin vaxt bütün kameralar işlək vəziyyətdə olmuş və onların apardıqları çəkilişlərə baxmaq üçün kifayət idi ki, kameralarda olan yaddaş kartlarını sadəcə çıxarıb kompyuterə yerləşdirilməklə videogörüntülərə baxış keçirilməsi mümkün olsun. Bu ifadələri verməklə yanaşı adı çəkilən şahid həmçinin gördüyü işlə bağlı müvafiq sənədləri də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Lakin, nəticə etibarı ilə istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən Məhkum və Zərərçəkmiş şəxs yaşadıqları mənzildə quraşdırılmış müşahidə kameralarını və həmin kameralar vasitəsilə aparılmış videoçəkilişləri aşkar edərək tədqiq etmək mümkün olmamış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da, məhkəmə iclasında bunu, yəni həmin görüntüləri məhkəməyə təqdim edəcəyini vəd etsə də, sonradan onları cinayət təqibini aparan orqanlara təqdim etməmişdir, halbuki o, müşahidə kameralarının özü tərə findən çıxarılmasını məhkəmə iclaslarında etiraf etmişdir. Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına təqdim etdiyi DVD diskə yazılmış və cəmisi 1 dəqiqə 32 saniyə davam edən, vaxtı və tarixi iş materiallarına uyğun olmayan videogörüntülərdən isə, zərər çəkmiş şəxsin ifadələrində göstərdiyi kimi, Məhkumla mübahisə edərək birlikdə dəhlizə, oradan isə qonaq otağına keçmələri görünmür və görünən odur ki, Zərərçəkmiş şəxs Şahid10 və Şahid9 ilə mənzildən çıxması tələbi ilə bağlı mübahisə edirlər, bu vaxt Şahid10 dəhlizə tərəf gedir, Zərərçəkmiş şəxs da onun arxasınca dəhlizə çıxır, həmin an Məhkum qucağında azyaşlı qızını saxlayaraq anası ilə mətbəxdə mübahisə edir, Zərərçəkmiş şəxsnin isə uca səslə qışqırması eşidilir. Göründüyü kimi, məhkəmə baxışı iclaslarında, həmçinin cinayət işi öyrənilə rkən məhkəmə kollegiyası tərəfindən də tədqiq edilmiş bu videogörüntülərlə Məhkum Zərərçəkmiş şəxs döyərək ona məhkəmə-tibbi ekspertizalarının rəylərində göstərilən xəsarətləri yetirməsi, yəni ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi təsdiq olunmur. Təsvir olunmuş sübutlarla yanaşı Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamın əsasına qoyulmuş digər sübutları təhlil edən məhkəmə kollegiyası daha sonra qeyd edir ki, ibtidai araşdırma orqanı ilə yanaşı məhkəmələrin də əsas sübut növü hesab etdikləri məhkəmə-tibbi ekspertizasının 3 avqust 2022-ci il tarixli 962 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi nəticəsində onda qapalı kəlləbeyin travmasının, baş beyin silkələnməsi ilə müşayiət olunan alın-təpə nahiyəsinin sağ yarısını n şişkin fonda sıyrığı və yumşaq toxumalarının əzilməsi xəsarətlərinin olması müəyyən edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsindən göstərilən 28 iyul 2022-ci il tarixdə əmələ gəlmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, baş və s.) təsiri nəticəsində əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Təkrar məhkəmə-tibbi ekspertizasının 16 dekabr 2022-ci il tarixli T 572/2022 saylı rəyinə görə, Zərərçəkmiş şəxs qapa lı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alın-təpə nahiyəsinin sağ yarısının şişkin fonda sıyrığı və yumşaq toxumaların əzilməsi kimi xəsarətlərin olması müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) tərsirindən, yumruqla həmin nahiyəyə yetirilən zərbə nəticəsində qərarda göstərilən 28 iyul 2022-ci il tarixdə əmələ gəlmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təyin olunaraq keçirilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 439/MEŞ saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs əlavə təkrar komisyon məhkəmə-tibbi ekspertizasına, cinayət işi materiallarındakı məlumatlara və tibbi sənədlərdə yazılanlara əsaslanaraq, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq ekspertlər aşağıdakı nəticəyə gəlmişlər: - Zərərçəkmiş şəxs “alın-təpə nahiyəsinin sağ yarısının yumşaq toxumalarının şişkinliyi, sıyrığı halında əzilməsi və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması” aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 28 iyul 2022-ci il tarixə və şəraitə uyğun gəlir, yumruqla, əllə həmin nahiyəyə yetirilən qüvvətli zərbənin bucaq altında bilavasitə təsirindən yaranması inkar olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir; - Zərərçəkmiş şəxs mü əvyən edilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi xəsarəti “qapalı kəllə-beyin travmasının əsas formalarının kliniki diaqnozunun şərhinə və ekspert qiymətləndirilməsinə dair metodik tövsiyəyə əsasən baş beyin silkələnməsi kəlləbeyin travmaları içərisində ən yüngülü olub, qısa müddətli funksional pozğunluqlarla xarakterizə olunur və travmadan sonra 1-ci və ya 2-ci həftə ərzində normallaşır; - Zərərçəkmiş şəxs müəyyən edilmiş “alın-təpə nahiyəsinin sağ yarısının yumşaq toxumalarının şişkinlik, sıyrıq halında əzilməsi” xəsarəti zərbə anından başlamaqla təxminən bir neçə saat ərzində inkişaf edərək formalaşır və öz gedişi boyunca daha intensiv şəkildə obyektiv əlamətlərlə ifadə olunur. Belə ki, posttravmatik göstəricilərin həm obyektiv, həm klinik, həm də instrumental müayinələ rinin nəticələri məhkəmə-tibbi meyarlara əsasən sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydalarına uyğun müəyyən edilərək qiymətləndirilir; - həkim-nevroloq XX tərəfindən 30 iyul 2022-ci il tarixdə təsvir olunan nevroloji statusa uyğun simptomatika “baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması” mənşəlidir; - Zərərçəkmiş şəxs aşkar adilmiş xəsarətlər məhkəmə-tibb eksperti tərəfindən elmi metodik tövsiyələrə uyğun icra edilmişdir və həmin xəsarət kompleksi bir təsir mexanizminə malik olduğundan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilir. Təsvir edilən rəylərin iş üzrə toplanmış digər sübutlarla müqayisəli təhlili əvvəla göstərir ki, həmin rəylərin təsviri-əsaslandırıcı hissələri başqa sübutlarla z iddiyyət təşkil edir və məhkəmə iclaslarında müvafiq araşdırmalar aparılsa da, bu ziddiyyətləri də aradan qaldırmaq mümkün olmamışdır. Belə ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən müdafiə tərəfinin təqdim etdiyi Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” Publik Hüquqi Şəxs "Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” Publik Hüquqi Şəxsin direktoru YY tərəfindən imzalanmış 28 sentyabr 2023-cü il tarixli məktubdan məlum olur ki, 29 iyul 2022-ci il tarixdə saat 00:14-də ünvan 2 ünvanından ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs adına "döyülüb” səbəbi ilə daxil olan çağırışı 8 saylı bölmənin həkimi ZZ icra edərək xəstə Zərərçəkmiş şəxs “Dəqiqləşdirilməmiş qapalı kəllə beyin travması” diaqnozu qoyulmuş, sonuncuya müva fiq tibbi yardım göstərilmiş, o, hospitalizasiya edilməsi məqsədi ilə Klinik Tibbi Mərkəzə Hospitalizasiyaya aparılmış, orada kompyuter tomoqrafiyası müayinəsindən sonra xəstədə travmatik dəyişiklik aşkarlanmamış və xəstə onunla birlikdə gələn şəxslərlə öz avtomaşınlarında xəstəxananı tərk etmişlər. Göründüyü kimi, Zərərçəkmiş şəxs onun iddia etdiyi hadisədən çox az vaxt keçməmiş kompyuter-tomoqrafiya müayinəsi nəticəsində onda ekspertiza rəylərində göstərilən xəsarətlər aşkar olunmamış, həmin rəylərdə istinad olunan başqa KTM-nin nə vaxt və harada keçirilməsi, eyni zamanda digər tibbi sənədlərin də ekspertlər tərəfindən hansı şəraitdə əldə olunması müəyyən edilməmişdir. Bundan başqa, ekspertiza rəylərində Zərərçəkmiş şəxs alın-təpə nahiyəsinin sağ yarısının yumşaq toxumalarının şişkinliyi və sıyrığı halında əzilməsi xəsarətlərin olması göstərilsə də, sonuncu həm ibtidai araşdırma zamanı, o cümlədən Məhkumla üzləşdirmə keçirilərkən (həmin istintaq hərəkəti videoçəkilişlə qeydə alınmışdır), həm də məhkəmə iclasında əyani olaraq Məhkum ona yumruq zərbələrini alnının sağ hissəsinə deyil, saçla örtülmüş orta hissəsinə vurulduğunu göstərmişdir ki, bu hal da ekspertlərin gəldikləri nəticələrlə üst-üstə düşmür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş ekspert X2, apellyasiya icraatı zamanı isə dindirilmiş ekspert X17 verdikləri rəylərin həqiqiliyini təsdiq etsələr də, öz ifadələrində ibtidai araşdırma zamanı verdiyi məhkəmə-tibbi ekspertizasının rəyinin həqiqiliyini təsdiq etmiş, lakin məhkəmə kollegiyasının fikrincə, onun ifadələri həmin rəylə birgə götürüldü kdə heç də Zərərçəkmiş şəxs başında və bədəninin müxtəlif nahiyyələrində aşkar edilmiş xəsarətlərin məhz Məhkum tərəfindən yetirilməsini təsdiq etmir. Yuxarıda göstərilən məsələlər üzrə müəyyən edilmiş ziddiyyətlərə aydınlıq gətirilməmiş və məhkəmə araşdırmaları nəticəsində həmin ziddiyyətləri aradan qaldırmaq mümkün olmamış, ekspertiza rəylərində istinad edilən sənədlər isə həmin rəylərə əlavə edilməmişdir. Halbuki CPM-in 271.3-cü maddəsinə əsasən, ekspertin rəyinə ekspertin gəldiyi nəticələri təsdiq edən maddi sübutlar, nümunələr, digər materiallar, habelə fotoşəkillər, sxemlər, cədvəllər əlavə edilir. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1- ci maddəsinin tələblərindən görünür ki, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqa nın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 4-cü maddəsinə görə, məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. Adı çəkilən Qanunun 7-ci maddəsində göstərilmişdir ki, ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Bu Qanunun m üvafiq olaraq 13 və 26-cı maddələrindən görünür ki, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində aşağıdakılar göstərilir: - istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri; - tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması. Təhlil edilən sübutlardan çıxış edərək məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, 28 iyul 2022-ci il tarixdə münaqişənin baş verməsi ərəfəsində hazırki iş üzrə Məhkum və onun yaxın qohumları bir tərədən və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qohumları ilə birlikdə digər tərəfdən biri-biri ilə barışmaz mövqedə olmuşlar ki (bu hal onların arasında baş verən mübahisənin sonradan da davam etməsi ilə təsdiq olunur), bu da öz növbəsində Zərərçəkmiş şəxs əri tərəfindən göstərilən tarixdə döyülərək ona xəsarətlər yetirməsi haqda ifadələrinin, habelə bunu ümumiyyətlə görməyən və cinayət xarakterli əməlin törədilməsi barədə yalnız sonuncunun verdiyi məlumat almalarına dair şahidlər Şahid8, Şahid1, G.S,Musatafayevanın, Şahid3, Şahid4, eyni ilə zərərçəkmişin rəfiqəsi olan Şahid5 cinayət təqibinin müxtəlif mərhələlərində verdikləri ifadələrinin qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr yaradır. Eyni zamanda məhkəmə kollegiyası nəzərə alır ki, şahidlər Şahid8, Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 zərər çəkmiş şəxsin yaxın qohumları, Şahid5 isə onun rəfiqəsi olmaqla onların Zərə rçəkmiş şəxs maraq və mənafeyinə uyğun ifadə vermələri gözləniləndir. Məhkəmə kollegiyası qeyd edir ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş ifadələrdə əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Belə ki, zərərçəkmişin təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcə yini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Belə təfsirə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və adları çəkilən şahidlərin Məhkum qarşı verdikləri ifadələr həm özü özlüyündə ziddiyyətli, həm də artıq cinayət işinin materiallarında mövcud olan digər sübutlarla uzlaşmadığından, həmin ifadələrin obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilməsi istisna olunur. Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və cinayət-prosessual qanununda təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin tələbinə və mənasına görə, hər bir halda sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalı, əks hal isə təqsirləndirilənin şəxsin əleyhinə yozulmamalıdır. Bu zaman “in dubia pro re d” - “şübhədən təqsirləndirilən yararlanır” qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq onun ittihamın əsasını təşkil edə bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimalı qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməli və bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Hazırkı işdə isə də ibtidai araşdırma orqanı tərəfindən əldə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlar Məhkum istinad edilən əməli törətməs inə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur və onun təqsirli bilindiyi və natamam və ziddiyyətli sübutlar üzərində qurulmuş ittihamın sübuta yetirilməsində kifayət qədər əsaslı şübhələr yaransa da həmin şübhələrin aradan qaldırılması üçün başqa sübutlar ittiham tərəfindən məhkəmələr təqdim olunmamış və belə sübutlar məhkəmələr tərəfindən araşdırılmamışdır. Yuxarıda təsvir edilmiş məhkəmə-tibbi ekspertizalarının rəylərinə gəldikdə isə həmin rəylərlə yalnız Zərərçəkmiş şəxs baş nahiyəsində xəsarətlərin aşkar edilməsi (bu halın özü də olduqca şübhəlidir), xəsarətlərin lokalizasiyası, yetirilmə mexanizmi və müddəti, habelə ağırlıq dərəcəsi müəyyən edilir ki, bu rəylər də xəsarətlərin məhz Məhkum tərəfindən yetirilməsinə görə onun təqsirliliyinin müəyyən edilməsi üçün nəzərə alına bilməz. Məhkəmə kollegiyası Məhkum barəsindəki ittiham hökmünün və həmin hökmün onun CM-in 128-ci maddəsi ilə təqsirli bilinməsi hissədə dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarının ziddiyyətli və natamam sübutlara əsaslanması barədə qənaətə gələrək bu qənaəti ilə bağlı həmçinin onu da qeyd etməyi zəruri bilir ki, məhkəmələr onlara təqdim olunmuş bütün mümkün sübutları araşdırsalar da, bu ziddiyyətlərin, natamamlığın və şübhələrin aradan qaldırılması mümkün olmamış, lakin bununla belə bütün şübhələr Məhkum xeyrinə deyil, onun ziyanına həll edilmiş, bununla da təqsirsizlik prezumpsiyası prinsipi pozulmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən cinayət-mühakimə icraatını tənzimləyən prinsip və şərtlər nəzərdə tutulmuş Konstitusiyanın və cinayət və ci nayətprosessual qanunvericiliklərinin tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrinə əsaslanır. İlki növbədə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxsləri n cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon tələblər hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayət-hüquqi xarakterli tədbir lərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci m addəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin i ştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi halları nda məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik pr ezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkə tsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bil ir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekunun da konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətd ən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edil məməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı ma ddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddə sinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna ə saslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsi n cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətd ə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə it tihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutla rın qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsas landıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nə ticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalə t mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmaya raq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yox lanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası il ə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham t ərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdırİnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Mə hkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fa kt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Telfner Avstriyaya qarşı” (2001) işində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 6, 7 və 19-cu bəndlərində göstərilmişdir ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəm iyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmçinin hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. CPM-in 353.1-ci maddəsi istər ittiham hökmü, istərsə də bəraət hökmünün giriş hissələrinin eyni məzmunda olmasını təsbit etməklə bu hissədə CPM-in 353.1. 1 -353.1.11 -ci maddələrində göstərilənlər barədə qeydlərin tam şəkildə və bu normalarda müəyyən olunmuş ardıcıllığa əməl olunmaqla əks etdirilməsini tələb edir. Təhlil edilən Qərarın 23-cü bəndində məhk əmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsasland ırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Bununla yanaşı Qərarın 32 və 33-cü bəndlərində məhkəmələrə belə tövsiyə olunmuşdur ki, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqa yisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin bir sıra məsələlər üzrə verdikləri şərhlərinin və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında tərəflərin təqdim etdikləri mümkün olan bütün sübutları araşdırma lı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq müqavilələrin tələbləri və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqeləri və Ali Məhkəmənin izahları ilə müqayisə etm əklə Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi və kassasiya qaydasında mübahisələndirilən qərarı yoxladıqda, həmin yekun məhkəmə aktının və onunla bağlı hökmün yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Bu baxımdan, məhkəmə kollegiyası təsvir olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhk um qarşı CM-in 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair CPM-in 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl etməməklə məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermiş və Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda onun barəsindəki ittiham hökmünü bu məsələ üzrə dəyişdirmədən qüvvədə saxlanılması haqqında qərar qəbul etmişdir. Buna görə, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi R.R.Cabbarlının birgə verdikləri kassasiya şikayətinin dəlillərini əsaslı və qəbul edilən sayıb bu dəlillərlə razılaşaraq hesab edir ki, həmin şikayət təmin edilməklə (məhkəmələr tərəfindən mümkün olan bütün sübutlar araşdırıldı ğından məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş digər tələbə müvafiq olaraq cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə ehtiyac görmür) Məhkum ittiham olunaraq təqsirli bilindiyi cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2025-ci il tarixli qərarı və onunla bağlı Nəsimi Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmü ləğv edilməli və cinayət işinin icraatına bu əsasla, yəni CPM-in 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasla xitam verilməlidir. CPM-in 39.2-ci maddəsinin tələblərinə görə isə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. CPM-in 39.3-cü maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 39.1. 1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. CPM-in 419.10.3-cü maddəsinin tələblərindən görünür ki, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasının nəticələri üzrə qanuni qüvvəyə minmiş hökm və qərarları ləğv etmək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam vermək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası bir daha yuxarıda şərh edilənləri əlaqəli şəkildə nəzərdən keçirərək və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi R.R.Cabbarlının, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gə lir ki, kassasiya şikayəti təmin edilməklə Məhkum CM-in 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2025-ci il tarixli qərarı və onunla bağlı Nəsimi Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmü ləğv edilməli, onun CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət işi üzrə icraata isə CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsini rəhbər tutaraqub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçi R.R.Cabbarlı tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2025-ci il tarixli qərarı və onunla bağlı Nəsimi Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmü ləğv edilərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsindəki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar