Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1613/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və Məhkum müdafiəçisi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-706/2023 saylı, 15 mart 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tə rəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I.İşin halları
1. Məhkum xx xxxxxx 1969-cu il tarixdə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, qeyri rəsmi evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu cinayətini törətmişdir. Belə ki, o, yaşının ötməsinə, uzun müddət ailə qura bilməməsi, habelə birlikdə kirayədə yaşadığı başqa şəxslə qeyri-rəsmi ər-arvad münasibətlərində olmasına baxmayaraq övlad sahibi ola bilmədiyindən başqasının uşağını götürüb saxlamaq qərarına gəlsə də, bunu qanuni yollarla etmək əvəzinə Bakı şəhəri, Sabunçu rayonu ərazisində az təminatlı ailələrin məskunlaşdığı yaşayış massivlərini gəzib belə ailələrdən birinin uşağını oğurlamağı qərara alıb cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə əsl niyyətini gizlədib özünü qeyd edilən ailələrə maddi yardım edən şəxs kimi təqdim edərək 21-24 dekabr 2021-ci il tarixlərdə bir neçə dəfə Qanuni nümayəndə Raqif qızının qeyri-rəsmi ə r i v ə beş azyaşlı uşağı ilə kirayədə yaşadığı ünvan 2 ünvanındakı nömrəsiz fərdi evə gedib onların ailə şəraiti və maddi vəziyyəti ilə maraqlanaraq yardım gətirəcəyini bildirərək özünü yardımsevər insan kimi göstərib həmin ailəni diqqətində saxlamaqla 29 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində yenidən yuxarıda qeyd edilən ünvana gəl ib azyaşlı X3 qapını açması nəticəsində evə daxil olduqdan sonra azyaşlı Şahid4 valideynlərinin harada olması ilə maraqlanıb evdə olmamalarını dəqiqləşdirdikdən sonra cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli fürsətin yaranmasını görüb xx.xx.2019-cu il tarixdə doğulmaqla yetkinlik yaşına çatmayan (azyaşlı) Zərərçəkmiş şəxs qucağına götürüb evdən çıxmaq istədikdə azyaşlı Şahid4 etirazına baxmayaraq onun qardaşını aparıb şirniyyat alıb qayıdacağı adı ilə aldadaraq Zərərçəkmiş şəxs oğurlayıb özü ilə kirayədə yaşadığı ünvan 3 ünvanına aparıb 08 yanvar 2022-ci il tarixə qədər orada saxlamaqla adam oğurlamışdır.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Ə.Q.Quliyev, hakimlər A.İ.Paşayev və R.Ə.Sadıxovdan ibarət tərkibdə) 13 yanvar 2023-cü il tarixli, 1(101)182/2023 say lı hökmü ilə Məhkum CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən E.H.Allahverdiyev, hakimlər C.V.Hüseyn və H.Ç.Məmmədovdan ibarət tərkibdə) 15 mart 2023-cü il tarixli, 1(103)-706/2023 saylı qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum CM-nin 144.3-cü maddəsi ilə təqsirli bili nməsinə dair 13 yanvar 2023-cü il tarixli, 1(101)-182/2023 saylı hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri
7. Dövlət ittihamçısı kassasiya protestində bildirmişdir ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız olmuşdur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmasını yüngülləşdirici hal kimi nəzərə almışdır. CM-nin 59-cu maddəsinin tələbləri baxımdan məhkəmənin mövqeyi qanuni və əsaslı olsa da, bunun müstəsna hal hesab edilməsi sual doğurur. Təqsirləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmə baxışında özünü təqsirli bilməmiş və uşağı oğurlamadığını bildirmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə edilmə bilavasitə təqsirləndirilən şəxsin mənafeyinə xidmət etsə də, məhkəmə cəza təyini zamanı həmin barışığın həqiqətən də səmimi əldə edilməsi, şəxsin cinayətdən çəkindirməyə yönəldiyinə əmin olmalı və qeyd edilən xüsusatlar hökmdə əksini tapmalıdır. Həmçinin, məhkəmə təcrübəsində faktiki zərərçəkmiş şəxsin mövcud olduğu bir çox cinayət işlərində zərərçəkmiş şəxslə barışıq əldə etmə CM-in müvafiq maddələrinə əsasən sadəcə olaraq, yüngülləşdirici hal kimi nəzərə alınmaqla mövcud sanksiyalar həddində daha yüngül cəzanın təyin edilməsinə səbəb olur. Yəni zərərçəkmiş şəxslə barışıq əldə etmə özüözlüyündə cinayətin ictimai təhlükəliliyini əhəmiyyə tli dərəcədə azaldan hal kimi nəzərə alınma üçün əsas deyildir. Birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarını düzgün tətbiq etməyərək, apellyasiya məhkəməsi bununla razılaşaraq, heç bir əsaslandırma aparmadan cəzanı yüngülləşdirən müstəsna hallar kimi nəzərə almaqla təqsirləndirilən şəxsin barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə sanksiya həddindən kifayət qədər aşağı cəza təyin etmişdir. Məhkəmə qərarlarında cəzanı yüngülləşdirən müstəsna hallar və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Həmçinin məhkəmə təcrübəsində faktiki zərərçəkmiş şəxsin mövcud olduğu bir çox cinayət işlərində zərərçəkmiş şəxslə barışıq əldə etmə CM-in müvafiq maddələrinə əsasən sadəcə olaraq yüngülləşdirici hal kimi nəzərə alınmaqla mövcud sanksiyalar həddində daha yüngül cəzanın təyin edilməsinə səbəb olur. Yəni zərərçəkmiş şəxslə barışıq əldə etmə özü-özlüyündə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətl i dərəcədə azaldan hal kimi nəzərə alınma üçün əsas deyildir.
8. Dövlət ittihamçısı kassasiya protestində məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2023-cü il tarixli, 1(103)-706/2023 saylı qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışını n predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.
10. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
11. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun tö rətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi i lə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
12. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
13. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
14. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
15. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
16. Birinci instansiya məhkəməsi hökmündə qeyd etmişdir ki, AR CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
17. Birinci instansiya məhkəməs i AR CM-in 62.1-ci maddəsini tətbiq edərkən, məhkumun cinayətin törədilməsi zamanı davranışı ilə bağlı müstəsna hal kimi aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı adam oğurluğu cinayətini törədərkən onun əməlində tamah, qisas, xuliqanlıq kimi motivlər olmaması, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə narkomaniya xəstəliyindən əziyyət çəkən valideynləri tərəfindən qayğı göstərilmədiyini düşünərək, onu övladı kimi yanında saxlayaraq, qayğısına qalmaq niyyətində olmasını, Məhkum törətdiyi cinayət əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmaqla, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilsə də, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmamasını, azyaşlı zərərçəkmiş şəxsin qayğısına qalaraq, ona tibbi yardım göstərməsini nəzərə almışdır.
18. Apelly asiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alaraq qanuni və əsaslı cəza təyin etmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətin ə uyğundur, cəzanın məqsədlərini təmin edir.
19. Kassasiya məhkəməsi Məhkum cinayət törədərkən niyyətinin həmin şəxsin himayəsinə götürüb, qayğısına qalmasına, onun inkişafı üçün valideynlərindən daha əlverişli və təminatlı həyat şəraitinin yaradılmasına yönəlməsinin cinayətin məqsədi və motivini baxımından, əməlin və cinayət törədən şəxsin ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyətli və müstəsna təsir edən hal kimi qiymətləndirilməsini əsaslı, qanunauyğun və ədalətli hesab edir.
20. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.
21. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.
22. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müra ciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
23. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2023-cü il tarixli, 1(103)706/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin.