Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1613/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Əleyman Məmməd oğlu Məmmədlinin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum X2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 13 yanvar 2025-ci il tarixli 1(104)-67/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin (hakim Orxan Cəfərli) 02 oktyabr 2024-cü il tarixli 1(125)-76/2024 nömrəli hökmü ilə xx xxxxxx 1990-cı ildə Gədəbəy rayonunun Arıqıran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, Gədəbəy rayonu, Arıqıran kəndində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq cinayəti etmişdir. Belə ki, o, 01 avqust 2023-cü il tarixdə, saat 10 radələrində özünə məxsus “Hyundai İX35” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Şəmkir şosesinin 1-ci kilometrliyi ilə üzü Şəmkir rayonu istiqamətinə hərəkətdə olarkən Dostluq mebel salonunun bərabərliyində onunla eyni istiqamətdə şosesi ilə hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Chevrolet Cruze” markalı **-EX-*** qeydiyyat nişanlı avtomobillə o nun idarə etdiyi avtomobili ötməsini bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu nümayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan Gəncə-Şəmkir şosesinin 1-ci kilometrliyində idarə etdiyi "Hyundai İX35” markal ı avtomobilin sürətini artırıb Zərərçəkmiş şəxs2 idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili ötüb önünə keçdikdən sonra sonuncuların qarşısını kəsmək üçün anidən əyləci basmış, bu zaman Arzu Mirzəyev qəzadan yayına bilməyərək idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil onun idarə etdiyi "Hyundai İX35” markalı avtomobilə çırpılaraq “Chevrolet Cruze” markalı avtomobilin ön buferinin zədələnməsi ilə müşayiət edilən 30 manat maddi ziyan vurmuş, həmin xuliqanlıq hərəkətlərinin davamı olaraq idarə etdiyi avtomobildən düşüb ucadan nalayiq ifadələr işlədikdə “Chevrolet Cruze” markalı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 avtomobildən düşərək ona nə üçün onların qarşısının kəsməsini soruşub iradını bildirməsini bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəb ul edərək həmin hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlədərək sonuncunun üzərinə hücum edib əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs1 zərbələr endirərək sonuncuya fiziki ağrı yetirməklə zor tətbiq etmiş, davamında yerdə olan 1 ədəd dəmir parçasını götürüb silah qismində tətbiq edərərk Zərərçəkmiş şəxs1 hər iki qoluna zərbələr endirərək sonucuya sağ mil-bilək oynağı nahiyəsinin yumşaq toxumalarının oynaqda hərəkət məhdudluğu ilə müşahidə olunan qançır-şişkinlik halında əzilməsi, sol bazu nahiyəsinin zədələnməsi, sol bazu nahiyəsinin qançırı, hər iki said nahiyələrinin sıyrıqları ilə müşayiət edilən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Gəncə Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Müşfiq Məmmədov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Sevindik Əzizov) 13 yanvar 2025-ci il tarixli 1(104)-67/2025 nömrəli qərarı ilə Gəncə Şəhər Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli 1(125)-76/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2025-ci il tarixli 1(104)-67/2025 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata bəratverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum heç bir cinayət törətməmişdir. Hazırki iş üzrə ittiham zərərçəkmiş şəxslərin məhkuma qarşı qabaqcadan planlaşmış provokasiyasıdır. Kassator şikayətində qeyd etmişdir ki, zərərçəkmiş şəxslər onun həmin yolla hərəkət etməsi barədə məlumatlı olmuş və cinayət hadisəsi törədildiyi əraziyə xeyli əvvəlcədən bir neçə dəfə gəlmişlər. Məhkum hadisəni öz mobil telefonuna çəkmiş, lakin polis işçiləri telefondan həmin videoyazını silmişlər. Şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqında vermiş olduqları ifadələr arasında ziddiyyətlər müəyyən edilmişdir. Belə ki, ibtidai istintaq zamanı şahidlər təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi dəmir parçası ilə vurduğunu gördüklərini bildirsələr də, məhkəmə istintaqında verdikləri ifadələrində bunu təkzib etmiş və bu ziddiyyəti ibtidai ist intaq ifadələrini oxumadan imzalamaları ilə əsaslandırmışlar. Məhkəmələr sübutlar arasında olan ziddiyyətləri araşdırmadan və müdafiə tərəfinin işin hallarının obyektiv müəyyən edilməsinə yönəldilmiş vəsatətlərini təmin etmədən qanuna uyğun olmayan, ədalətsiz məhkəmə aktları qəbul etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun norma larının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsirsiz olmasına baxmayaraq, əsassız və qanunsuz olaraq onun barəsində Azərbaycan Respub likası CM-in 221.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum cinayət törətməmiş, zərərçəkmiş şəxslər məhkuma qarşı qabaqcadan planlaşmış provokasiya etmişlər, şahidlərin ifadələri arasında ziddiyyətlər mövcud olmuş, lakin məhkəmələr bununla əlaqədar araşdırma aparmadan əsassız və qanunsuz hökm və qərar qəbul etmişlər. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəl illərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – zərərçəkmiş şəxslər Zərərçəkmi ş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər Şahid2, Şahid1 ifadələrini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi məhkumun və müdafiəçinin apellyasiya şikayətlərinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətlərinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət had isəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, məhkuma qarşı irəli sürülmüş ittiham məhkəmələr tərəfindən düzgün və doğru kimi qəbul edilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci in stansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti törətməməsi barədə ifadəsi həqiqətə uyğun gəlmir və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddələri ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərm əsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Belə ki, kassasiya şikayətində qeyd etdiyi kimi Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayətprosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası M əhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yox dur. Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, hazırkı cinayət işi üzrə apellyasiya icraatı zamanı apellyasiya şikayətində irəli sürülmüş dəlillər əlavə istintaq aparılmadan, yalnız birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar əsasında araşdırılmışdır. Kassatorun fikrincə, bu yanaşma ilə apellyasiya instansiyası məhkəməsi qanunvericiliklə onun üzərinə qoyulmuş işin hallarını tam və hərtərəfli araşdırmaq vəzifəsini icra etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin baxışı zamanı cinayət işi üzrə bütün sübutlar və müdafiə tərəfinin irəli sürdüyü dəlillər tam şəkildə araşdırılmış və qiymətləndirilmişdir. Bu araşdırmanın nəticəsində müəyyən edilmiş hallar və əldə olunmuş məlumatlar apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət vermək üçün kifayət olmuş, əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin müdafiə tərəfinin apellyasiya müraciətini birinci instansiya məhkəməsinin icraat materialları əsasında həll etməsi qanunvericiliyin tələblərinə uyğun və əsaslı olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya instansiyası məhkəməsində çıxış edərək bildirmişdir ki, hazırkı cinayət işi üzrə ona qarşı irəli sürülmüş ittiham polis orqanı tərəfindən əvvəlcədən planlaşdırılmış provokasiyanın nəticəsidir və zərərçəkmiş şəxslər polis orqanları ilə əməkdaşlıq edən şəxslərdir. Məhkəmə kollegiyası bu dəlili araşdıraraq qeyd edir ki, məhkumun irəli sürdüyü iddialar iş materiallarında öz təsdiqini tapmamışdır. Məhkum tərəfindən həmin dəlili sübuta yetirən hər hansı sübut məhkəmələrə təqdim edilməmiş, onun istinad etdiyi hallar məhkəmə baxışı zamanı təsdiqlənməmiş, əksinə, iş üzrə toplanmış sübutlarla təkzib olunmu şdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2025-ci il tarixli 1(104)67/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2025-ci il tarixli 1(104)-67/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayə
Məhkəmə qərarları › İş №1(102)-1613/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1613/2025
01.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver