Məhkəmə qərarları › İş №1(102)-1619/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1619/2025

17.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1619/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Babayev Zəki Baba oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 209.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 2025-ci il 5 mart tarixli, 1(103)-412/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qaradağ Rayon Məhkəməsinin (hakim Şəfa Dadaşova) 2024-cü il 27 noyabr tarixli 1(002)-102/2024 nömrəli hökmü ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya təhlükəsizliyi Baş idarəsində inspektor vəzifəsində işləyən, "Buta Elektroniks” MMC-nin faktiki rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası CM-in 209.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini t örətməkdə təqsirli bilinmiş, CPM-in 44.2.1 maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cəza təyin edilməmiş, mülki iddia təmin edilərək Məhkum 155286,09 manat pulun tutularaq Dövlət Gömrük Komitəsi vasitəsilə dövlət büdcəsinə ödənilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 300 manat pulun Məhkum tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə) 2025-ci il 5 mart tarixli 1(103)-412/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin 2024-cü il 27 noyabr tarixli 1(002)-102/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum cinayətdən və gömrük öhdəliklərindən xəbərsiz Şahid3, Şahid6 və Şahid4 müxtəlif vaxtlarda "Buta Elektroniks” MMC-nin direktoru vəzifəsinə təyin etməklə cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik edərək xeyli miqdarda gömrük ödənişlərini dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədi ilə 2022-ci ilin fevral və may aylarında vahid niyyətlə faktiki rəhbəri olduğu "Buta Elektroniks” MMC- nin ünvanına Özbəkistan Respublikasında fəaliyyət göstərən "Techno Export” və "ALP Texno Servis” şirkətlərin adından idxal olunmuş, ümumi gömrük dəyəri 838093,2 manat təşkil edən "televizor" yükləri ilə bağlı gömrük orqan ına təhrif olunmuş məlumatlar verərək daşıma xidməti göstərməsinə baxmayaraq, "Techno Export” şirkətinin televizor yüklərinin istehsalçısı olması barədə düzgün olmayan məlumatları gömrük orqanına təqdim edərək gömrük ödənişlərindən azad olunmaq məqsədi ilə gömrük orqanına yalnız "Buta Elektroniks” MMC ilə "Techno Export” şirkəti arasında bağlanmış 07TB/22 nömrəli xx.xx.2022-ci il tarixli və "Buta Elektroniks” MMC ilə "ALP Texno Servis şirkəti arasında bağlanmış ALP0102 nömrəli xx.xx.2021 -ci il tarixli ikitərəfli müqavilələri, eləcə də malların adı çəkilən şirkətlər tərəfindən bilavasitə istehsal edildiyinə dair "CT-1” formalı mənşə sertifikatlarını təqdim etdiyi həmin malların xx.xx.2022-ci il tarixli **********5479 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********6280 sorğu nömrəli və x x.xx.2022-ci il tarixli **********6538 sorğu nömrəli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsində gömrük ödənişləri ödənilmədən rəsmiləşdirilib sərbəst dövriyyəyə buraxılmasına nail olmuş, daha sonra gömrük bəyannamələrinin 11-ci qrafasında "ticarət edən ölkə” Özbəkistan (UZ 860) qeyd edildiyi və buna əsasən həmin malların dəyəri qeyd olunan şirkətlərin Özbəkistan Respublikasındakı bank hesablarına ödənilməli olduğu halda, "Kapital Bank” ASC vasitəsilə həmin saziş üzrə ticarət iştirakçısı olmayan üçüncü ölkəyə, yəni Çin Xalq Respublikasında olan müxtəlif şirkətlərin bank hesablarına köçürülməsini təmin etməklə Azərbaycan Respublikası və Özbəkistan Respublikası Hökümətləri arasında bağlanmış 27 may 1996-cı il tarixli "Sərbəst ticarət" haqqında ikitərəfli Sazişin və Azərbaycan Respubl ikası Prezidentinin 27 iyul 2010-cu il tarixli 1046 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "X4 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" 20 noyabr 2009-cu il tarixli Sazişin tələblərini pozaraq **********5479 sorğu nömrəli bəyannamə üzrə idxal gömrük rüsumu 49980,00 manat, əlavə dəyər vergisi 8996,40 manat olmaqla, cəmi 58976,40 manat, **********6280 sorğu nömrəli bəyannamə üzrə idxal gömrük rüsumu 49646,21 manat, əlavə dəyər vergisi 8936,32 manat olmaqla, cəmi 58582,53 manat, **********6538 sorğu nömrəli bəyannamə üzrə idxal gömrük rüsumu 31972,16 manat, əlavə dəyər vergisi 5755,00 manat olmaqla, cəmi 37727,16 manat, ümumilikdə xeyli miqdarda, 155286,09 manat gömrük ödənişlərini ödəməkdən yayınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, ONUN MÜDAFİƏÇİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum yalnız bir əməldə təqsirləndirilir ki, o, gömrük bəyannamələrinin 11-ci qrafasında “ticarət edən ölkə” - Özbəkistan (UZ 860) qeyd edildiyi və buna əsasən həmin malların dəyəri qeyd olunan şirkətlərin Özbəkistan Respublikasındakı bank hesablarına ödənilməli olduğu halda, Azərbaycan Respublikası və Özbəkistan Respublikası Hökümətləri arasında bağlanmış 27 may 1996-cı il tarixli “Sərbəst ticarət“ haqqında ikitərəfli sazişin və Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli 1046 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "X4 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” 20 noyabr 2009-cu il tarixli Sazişin tələblərini pozaraq, "xxxx" ASC vasitəsilə hə min saziş üzrə ticarət iştirakçısı olmayan üçüncü ölkəyə, yəni Çin Xalq Respublikasında olan müxtəlif şirkətlərin bank hesablarına köçürmüşdür. Bu, istintaq və məhkəmə tərəfindən 20 noyabr 2009-cu il tarixli Sazişə yeni bənd əlavə edilməsidir. Belə ki, bu, hüquqi məsələ olduğundan, şəxsin vəsaiti 3-cü ölkə vasitəsi ilə satıcıya çatdırmasının qanuni olub-olmamasının müəyyənləşdirilməsi heç bir müqavilə, ekspertiza və ya şahid ifadələri ilə müəyyənləşdirilə bilməz. Sözügedən sübutlarla ibtidai istintaq və məhkəmə istintaqı idxal edilmiş malların Özbəkistan mənşəli olub-olmamasını və Azərbaycan Respublikası və Özbəkistan Respublikası Hökümətləri arasında bağlanmış 27 may 1996-cı il tarixli “Sərbəst ticarət“ haqqında ikitərəfli sazişin və Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu i l tarixli 1046 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "X4 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" 20 noyabr 2009cu il tarixli Sazişin tələblərinə əsasən idxal edilmiş mallara görə ödənişin 3-cü ölkə vasitəsi ilə edilməsinin qanuniliyini müəyyənləşdirə bilərdilər. Belə ki, məsələlərin aydınlaşdırılması üçün gömrük əməkdaşları dindirilmiş (hətta sözügedən məsələnin aydınlaşdırılması üçün məhkəmə onların yenidən ifadəsini almaqla bağlı istintaqı təzələmişdir), onlar təqsirləndirilən şəxsin xeyrinə ifadə verərək, malların Özbəkistan mənşəli olmasına hər hansı şübhə olmadığını bildirmişlər və bunun yoxlanılması üsullarını məhkəməyə bildirmişlər. Bununla bağlı heç bir şübhə olmamışdır. Azərbaycanda çoxsaylı şirkətlər bu gün də həmin şirkətlərdən mal idxal edir və onların mənşə məsələsi heç vaxt mübahisələndirilmir. İkinci məsələ isə sırf hüquqi məsələ olduğundan sübutlarla yox, normativ aktların tələblərinə uyğun cavablandırılmalı idi. Bu hissədə məhkəmənin mövqeyi isə çox qəribə olmuş, hətta hüququn ana prinsiplərinə (Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər) zidd olmuşdur. Məhkəmə hökmün 10-cu səhifəsinin 6-cı abzasında göstərmişdir ki, Azərbaycan Respublikası və Özbəkistan Respublikası Hökümətləri arasında bağlanmış 27 may 1996-cı il tarixli “Sərbəst ticarət“ haqqında ikitərəfli Sazişdə qeyd olunan ölkələr, yəni Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında üçüncü dövlət vasitəsilə ticarət əlaqələri həyata keçirilməsi nəzərdə tutulmamışdır. Məsələ ondadır ki, sözügedən Sazişlə və digər normativ aktlarla satıcıya pulun göndərilməsi nin 3-cü ölkə vasitəsi ilə həyata keçirilməsi qadağan edilməmişdir. Nə 27 may 1996-cı il tarixli “Sərbəst ticarət“ haqqında ikitərəfli Sazişdə, nə də "X4 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" 20 noyabr 2009-cu il tarixli Sazişdə malların dəyərinin məhz ticarət ediən ölkəyə idxal edilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. “Techno Export” və “ALP Texno Servis” şirkətləri beynəlxalq miqyasda fəaliyyət göstərən şirkətlərdir. Həmin şirkətlər, eyni zamanda, müxtəlif ölkələrlə, o cümlədən də Çin Xalq Respublikası ilə ticarət edir və ona məxsus pulların onun istəyi ilə (üçtərəfli müqavilə ilə) Çin Xalq Respublikasında fəaliyyət göstərən şirkətə ödənilməsində qəribə heç nə yoxdur və bu ümumiyyətlə, nəinki cinayət, heç adi qanunvericilik pozuntusu belə deyil. "xxxx" MMC i lə mal idxal etdiyi şirkətlər arasında mübahisə yoxdur, bu isə həmin şirkətlərin mallara görə ödənişləri qəbul etdiklərini göstərir. "xxxx" MMC hətta aldığı mala görə satıcıya ödəniş eləməsə belə, onun 209.1-ci maddə ilə məsuliyyəti yaranmazdı. Məhkəmənin məntiqi ilə "xxxx" MMC aldığı mala görə pul ödəməsə, cinayət törətmiş, yəni gömrük ödənişlərindən yayınmış olmayacaqdı, amma satıcının pulunu 3-cü ölkə vasitəsi ilə ödədiyi üçün cinayət törətmiş olmuşdur. Bu isə nəinki qanunlara, hətta sadə məntiqə belə ziddir. Məhkəmə faktiki olaraq şəxsi qanunla qadağan edilməmiş əməli etməkdə təqsirləndirir və bunu həmin əməlin edilməsinin qanunda göstərilməməsi ilə əsaslandırır. Hökmdə və ittihamda daha bir dəlil - “malların adı çəkilən şirkətlər tərəfindən bilavasitə istehsal edildiyinə dair “CT-1” f ormalı mənşə sertifikatlarını təqdim etmə”dir. Məlum olduğu kimi “CT-1” formalı mənşə sertifikatları müvafiq dövlət tərəfindən verilir. Konkret olaraq, sözügedən "xxxx" MMC-nin idxal etdiyi malların Özbəkistan istehsalı olması barədə “CT-1” formalı mənşə sertifikatları “Techno Export” və “ALP Texno Servis” şirkətləri tərəfindən "xxxx" MMC-yə verilmişdir. "xxxx" MMC isə öz növbəsində həmin sertifikatları gömrük orqanına təqdim etmişdir. Həmin “CT-1” formalı mənşə sertifikatlar orijinaldır, oradakı məlumatların düzgünlüyünü Özbəkistan dövləti təsdiq etmişdir. Malların Özbəkistan mənşəli olmasını məhkəmədə ifadə verən gömrük əməkdaşları da təsdiq etmişdir. Məhkum ölkəyə qanunvericiliyin tələbləri çərçivəsində mal idxal etmiş və həmin malların pulunu ödəmişdir. Azərbaycan dövlətinin maraqlar ı məhz “CT-1” formalı mənşə sertifikatları ilə bağlıdır. 27 may 1996-cı il tarixli “Sərbəst ticarət” haqqında ikitərəfli sazişin və “X4 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” 20 noyabr 2009-cu il tarixli Sazişin məqsədi iştirakçı ölkələrdə istehsala dəstək verməkdir. Əgər Özbəkistan Respublikası idxal edilmiş malların ölkəsində istehsal edildiyinə dair qanuni sənəd vermişdirsə, həmin malların qarşılığında pulun hansı ölkəyə köçürülməsinin Azərbaycan dövləti üçün heç bir əhəmiyyəti yoxdur. Dövlət Gömrük Komitəsinin sahibkara zorla pul ödətdirməklə bağlı bu qanunsuz mövqeyi Azərbaycan dövləti ilə Özbəkistan dövləti arasında olan münasibətlərə də zərbə vurur. Yuxarıda qeyd olunanlardan və cinayət işinin materiallarından da aydın olur ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209.1-ci maddəsi ilə təqsirini təsdiq edən mötəbər sübutlar əldə edilməmişdir və ittihamın hüquqi əsası yoxdur. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 5 mart tarixli 1(103)-412/2025 nömrəli qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsini və mülki iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini müdafiə etdilər və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 209.1-ci maddəsi ilə təqsirli bilin ib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 mart tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessu al qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə ə sasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılma sı və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçi nin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və mə hkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Müdafiəçi kassasiya şikayətində cinayət işi üzrə sübutların mötəbərliyini mübahisələndirsə də, lakin iş materiallarından görünür ki, məhkum Özbəkistan R espublikasının hüquqi şəxsi ilə müqavilə bağlayaraq Azərbaycana mal gətirməsinə baxmayaraq, heç bir əsaslandırma aparmadan malın dəyəri olan pul vəsaitini Özbəkistan Respublikasına deyil, Cin Xalq Respublikasına göndərmişdir, Gömrük orqanlarına iki tərəfli müqavilə, banka isə üç tərəfli müqavilə təqdim etməklə, malların Özbəkistan Respublikasından gətirilməsi görüntüsü yaratmaqla, gömrük ödənişlərini ödəməkdən yayınmışdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5.3.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər t utub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2024-cü il 27 noyabr tarixli 1(002)-102/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 mart tarixli, 1(103)-412/2025 nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar