Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-162/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi, “Qanunçuluq” Vəkil Bürosunun vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun, Məhkum Teyyub oğlunun müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Səfərov Rübail Hətəməli oğlunun iştirakları ilə x xxxxx 1967-ci ildə Lerik rayonunda ana dan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lerik rayonun Kəlvəz kəndində qeydiyyatda olan və yaşayan Məhkum Teyyub oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 322.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2024-cü il tarixli 1(106)-210/2024 nömrəli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Gəncə şöbəsinin prokuroru Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Səfərov Rübail Hətəməli oğlu tərəfindən verilmiş kassasiya şika yətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(048)-01/2023 nömrəli hökmü ilə (hakim Atabəy Kiçikbəyov) Məhkum Teyyub oğlu - Azərbaycan Respublikası CM-in 134 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 134-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 180.2.5-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 18 yanvar 2023-cü il tarixdən hesablanması, 11.060 manat maddi ziyanın təqsirləndirlən şəxs Məhkum tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə mülki iddia təmin olunması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli 1(106)211/2023 nömrəli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), E.İ.Xasməmmədov və İ.Q.Abdulov) apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi t ərəfindən kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli 1(102)-1815/2023 nömrəli qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), Ş.Y.Yusifov və Ə.Ə.Novruzov) Zərərçəkmiş şəxs ərizəsinə əsasən, onun nümayəndəsi Ələkbər-zadə Faiq Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış və həmin kassasiya şikayəti üzrə icraata xitam verilmiş, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2023-cü il tarixli 1(106)-211/2023 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2024-cü il tarixli 1(106)-210/2024 nömrəl i hökmü ilə təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023cü il tarixli 1(048)-01/2023 nömrəli hökmü Məhkum CM-in 134-ci maddəsi təqsirli bilinməsi hissədə ləğv edilmiş və Məhkum əməlində CM-in 134-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə, ona həmin ittiham üzrə bəraət verilmişdir. Lerik Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 1(048)-01/2023 nömrəli hökmü Məhkum Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə dəyişdirilmiş, Məhkum CM-in 180.2.5-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilm iş, onun 18 yanvar 2023-cü il tarixdən 24 may 2024-cü il tarixə qədər 1 il 4 ay 6 gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasını tam əhatə etdiyinə görə, o, cəzasını çəkmiş hesab edilmişdir, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti, o cümlədən təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qalan hissədə təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum Bakı şəhəri, Nizami rayon məhkəməsinin 3 dekabr 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 2 ay 13 gün hissəsindən vaxtından əvvəl şərti azad olunaraq qeydiyyatda olduğu Lerik rayonunun Kəlvəz kəndinə gəldikdən sonrakı müddətdə həmkəndlisi Zərərçəkmiş şəxs ilə rastlaşıb söhbət etdiyi zaman ona “tü rmədən çıxmışam, hamı mənə hörmət edir, sən də mənə hörmət etməlisən, mənə pul lazımdır inək almaq istəyirəm, mənə kömək et, sən bu qədər torpaq əkmisən, imkanın genişdir, pulun çoxdur, mən reketəm mənə haqq verməlisən” demiş, Zərərçəkmiş şəxs Məhkum tələbi ilə razılaşmadığına görə sonuncu onu kənddən köçmədiyi təqdirdə başını kəsəcəyi ilə hədələmiş, 27 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid10 və icra məmuru Şahid5 Kəlvəz kənd sakinləri Şahid9lə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış torpaq sahəsinə gəlib tələbkar və cavabdehi həmin əraziyə dəvət edib icra işini başa çatdırdıqları zaman Məhkum at üstündə əlində xəncər Zərərçəkmiş şəxs üzərinə gələrək ona «sən kənd sakinlərin torpaqlarını əkib onları istismar edirsən, kənddən köçməsən sənin başını kəsərəm torpaqlardan istifadə etməyinizə imkan vermərəm kimi sözlər deyərək ünvanına yazılışı və deyilişi mümkün olmayan söyüşlər söyüb onu öldürəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs həmkəndlisi Məhkum onu öldürmək istədiyinin real olduğunu bilərək məcbur olub avtomobilinə oturub ərazini tərk etmişdir. Bundan əlavə Məhkum 28 iyul 2022-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayonunun Kələxan kənd sakinləri X5 və qeyrilərinə (21 təsərrüfat başçısı) rayonunun Kəlvəz kəndinin yaxınlığında, İran İslam Respublikası ilə olan dövlət çəpər xəttinin daxilində, N saylı hərbi hissəsinin 4-cü sərhəd zastavasının mühafizəsində olan ərazidə verilmiş kənd təsərrüfat təyinatlı pay torpaq sa hələrində 2021-ci ilin payız aylarında payçıların şifahi razılıqlarına əsasən əkdiyi 20,0 ha çovdar sahəsindən zərər çəkmiş şəxsin əmlakını açıq talamaq məqsədilə bir hissəsinin ona və qardaşlarına məxsus olduğunu iddia edərək oğlu Şahid8 çovdarı biçmək üçün Zərərçəkmiş şəxslə razılaşdığını bildirməklə onu kombayınçı Cəlilabad rayon sakini Şahid7 ilə birlikdə həmin sahəyə göndərib 10,0 hektarını zərərçəkmiş şəxsin gözü qarşısında biçdirərək tədarük edilmiş 110 sentner çovdar dənini və 28000 kiloqram samanı evinə daşıtdıraraq öz istifadəsinə keçirdikdən sonra bir hissəsini sataraq qazanc əldə etməklə Zərərçəkmiş şəxs ümumilikdə 11060,00 (on bir min altmış) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən veri lmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, cinayət işində Məhkum Teyyub oğlunun ittiham olunduğu, Azərbaycan Respublikası CM-in 134 və 180.2.5-ci maddəsində nəzərdə tutulan cinayətləri törətməsini təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi formal mülahizələrə əsaslanmaqla əsassız olaraq Məhkum CM-in 134-cü maddəsi ilə bəraət vermiş, CM-in 180.2.5-ci maddəsi ilə olan əməlini isə CM-in 322.1-ci maddəsi ilə tövsif etmi şdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2024-cü il tarixli hökmünün ləğv edilməsi və Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, Zərərçəkmiş şəxs və nümayəndə F.Ələkbər-zadənin, kassasiya protestinin təmin edilməməsi və kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi2 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin ed ilməməli və apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə ed ilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində mübahisə edilən məsələ Məhkum Teyyub oğlunun əməlində CM-in 134 və 180.2.5-ci maddəsində nəzərdə tutulan cinayətləri törətməsini təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi formal mülahizələrə əsaslanmaqla əsassız olaraq Məhkum CM-in 134-cü maddəsi ilə bəraət vermiş, CM-in 180.2.5-ci maddəsi ilə olan əməlini isə CM-in 322.1-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2024-cü il tarixli hökmü nün ləğv edilməsi və Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 134-cü maddəsinə görə “Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinə əsasən “Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 180.2-ci maddəsində “Eyni əməllər: 181.2.5. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə il ə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsinə əsasən “Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqdamin manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudla şdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymə tdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəməni n bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konve nsiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçir ilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası verilmiş kassasiya protestini cinayət işinin materialları ilə təhlil edərək qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkuma CM-in 134-cü maddəsi ilə bəraət verilməsi və onun əməlini CM-in 180.2.5-ci maddəsindən həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı yekun nəticəyə gələrkən məhkəmə iclasında araşdırı lıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Belə ki, apelyasiya instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “... cinayət işi üzrə ibtidai istintaqın qeyd edilən ittihamla bağlı toplamış olduğu sübutlar zərərçəkmiş şəxsin ifadəsindən əlavə, onunla həmkəndlisi Şahid1 və icra məmurları Şahid10, Şahid5 ifadələrindən ibarətdir. Lakin, apellyasiya instanisya məhkəməsinin baxışı zamanı şahid qismində ifadə vermiş Şahid9 27 iyul 2022-ci il tarixdə icra məmurları ilə birlikdə torpaq sahəsində olarkən Zərərçəkmiş şəxs Məhkum tərəfindən ölümlə hədələnməsini, onun üzərinə əlində xəncərlə hücum çəkməsini təkzib etmişdir. Göstərilən şahidlərin ifadələrindən açıq-aşkar müəyyən olunur ki, ölümlə hədələmə ittihamı üzrə toplanmış sübutlar, 27 iyul 2022-ci il tarixdə həmin hadisənin baş verməsini şübhə altına alır. Belə ki, zərərşəkmiş Zərərçəkmiş şəxs hadisənin icra məmurlarının yanında baş verməsini, həmin vaxt Məhkum əlində xəncər olmasını bildirsə də, ifadələrinə istinad olunmuş şahidlər həmin halı təsdiq etməmiş, ümumiyyətlə Məhkum əlində və ya üzərində xəncər olmasını təsdiq etməmişlər, hətta onlar arasında olan söhbətin nədən ibarət olmasını bilməmişlər. Bundan başqa cinayət işində Zərərçəkmiş şəxs Lerik rayon prokurorluğuna 29 iyul 2022-ci il tarixdə yazmış olduğu ərizənin, xx.xx.2022-ci il tarixli polis şöbəsinin sahə rəisinə verdiyi yazılı izahatın məzmunundan görünür ki, o, yalnız soyuq silahla kənddən çıxarılması ilə hədələndiyini bildirmiş, ilkin araşdırma dövründə təhqiqatçıya verdiyi izahatında ölümlə hədlənərkən icra məmurlarının yanınd a olmasını bildirmişdir. (cild 1, səh: 5,7,11) Halbuki real icra oluna biləcək öldürülmə hədəsi olmuş olsaydı, ittihamda qeyd edilən 27 iyul 2022-ci il tarixindən iki gün sonra prokurorluğa edilən müraciətdə və sahə rəisinə verilən izahatda bununla bağlı müraciət edə bilərdi. Eləcə də şahid kimi göstərdiyi icra məmurları həmin halı təsdiq etmiş olardı. Cinayət Məcəlləsinin 134-cü maddəsinin dispozisiyasının təfsirinə və verilmiş ittihama görə Məhkum Zərərçəkmiş şəxs öldürməklə hədələməsi ilə bağlı cinayət əməlinin tərkibi yaranması üçün, hədənin istənilən vaxt icra edilməsinə real əsaslar olmalıdır. Həmin əsaslar hədənin məzmununda, forma və davamlılığında, baş vermiş şəraitə görə ölümlə hədələmə niyyətinin istənilən vaxt həyata keçirilməsi üsulu və icra edilə biləcək dərəcədə reallığı, tə qsirləndirilən şəxsin şəxsiyyətini səciyyələdirən hallara uyğun dəyərləndirilməlidir. Lakin zərərşəkmiş şəxsin öz ifadəsindən başqa heç bir sübut onun ölümlə hədələnməsini təsdiq etmir. Bundan başqa ittihamda qeyd olunan ifadələr işlədilmiş olsa belə, həmin xarakterli hədənin real hədə kimi qəbul edilməsi üçün heç bir əsas müəyyən olunmur. Apellyasiya instasiyasının məhkəmə baxışının nəticələrinə əsasən bu nəticə hasil olur ki, birinci instansiya məhkəməsinin Məhkum CM-in 134-cü maddəsi üzrə verilən ittihamın sübuta yetməsi qənaətinə gəlməsi işin faktiki hallarına uyğun olmamış, həmin nəticələr apellyasiya baxışında tədqiq edilən sübutlarla təsdiq olunmamış, ümumiyyətləhəmin ittihama görə cinayətin əlamətlərini özündə əks etdirən cinayət tərkibinin olması sübuta yetməmişdir......həmçinin, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi üzrə ittihama münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq cinayət əməli özgənin əmlakını açıq talamadır. Həmin Məcəlləsinin 180.2.5-cü maddəsi ilə müəyyən edilmiş soyğunçuluq əməli isə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakının açıq talanmasını ehtiva edir. Məhkum həm ibtidai araşdırma dövründə, həmdə birinci instansiya məhkəmə iclasında, eləcə də apellyasiya instansiyasında oxşar məzmunlu ifadələr verərək qeyd olunan torpaq sahəsinin onun özünə və qardaşlarına məxsus olduğunu, həmin torpaq sahələrini təxminən 10 il müddətində həmkəndlisi Zərərçəkmiş şəxs əkib becərib və məhsulunu istifadə etdiyini, Fizuli ilə söhbət edib ona ha qsızlıq edib torpaqlarını əkdiyini, torpağı əkdiyinə görə çəkdiyi xərcləri və toxumun dəyərini ödəyəcəyini bildirib torpaqdan çıxmalı olduğunu, Fizulinin isə ona bir neçə ildir torpaqlardan istifadə etdiyini, hazırda da torpağı əkdiyini, biçin vaxtı məhsulunu biçib aparmalı olması barədə halallığını verdiyini bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs isə eyni məzmunlu bütün ifadələrində “28 iyul 2022-ci il tarixdə səhər saatlarında Cəlilabad rayon sakini Şahid7 idarə etdiyi kombayınla 4-cü sərhəd zastavasının mühafizə olanan ərazisinə ona məlum olmayan yollarla keçirərək 2021-ci ilin oktyabr ayında həmin ərazidə əkdiyi 20,0 ha çovdarı biçdirməsini uzaqdan görüb onların yanına getmək üçün dərhal 4 zastavaya gedib Yaşarın zastavanın yaxınlığında çəpərin dibində çöldə qalıb kombayına tamaş a etdiyini, atını və itini yanında görmüş, Yaşar da onu görmüşdür” kimi bildirmişdir. Apellyasiya şikayətləri üzrə yeni baxışda məhkəmə istintaqı ilə aparılan iclaslarda Məhkum ibtidai istintaqında vermiş olduğu ifadədən fəqli olaraq, oğlu Şəhriyara sahəni biçməyə göstəriş vermədiyini, həmin gün şəhid qardaşının adına bulaq açılışı ilə əlaqədar Bakı şəhərində olmasını, sahənin biçilməsi ilə bağlı kombaynçı Şahid7lə razılaşmadığını bildirmiş, bu səbəblə onun ibtidai istintaqda vermiş olduğu ifadə elan edilmişdir. Elan olunmuş ifadəsində “2022-ci ilin iyul ayının axırında Cəlilabad rayon sakini kombayınçı Şahid7 sərbəst zonaya keçirmişəm, özüm sərhədi keçməmişəm, oğlum Şəhriyar kombayınçı ilə sərbəst zonaya daxil oldular, bir gün ərzində mənə və qardaşlarıma, həmçinin ailə üzvlərimə məxsus, Zərərçəkmiş şəxs qanunsuz əkdiyi çovdardan 9,30 ha torpaq sahəsini biçdirmişəm....” göstərmişdir. (cild-1 səh:60) Apellyasiya şikayətləri üzrə yeni baxışda məhkəmə istintaqı ilə aparılan iclaslarda şahidlər Şahid8 və kombaynçı Şahid7 ibtidai istintaqında vermiş olduğu ifadədən fəqli olaraq, Məhkum göstərişi və razılaşması ilə sahəyə daxil olmadıqlarını, Şahid8 əvvəllər Zərərçəkmiş şəxs atası Yaşara sahəni biçməyə “halallıq” verməsinə görə özünün müstəqil olaraq kombaynçı Şahid7lə razılaşdığını, təqribən bir neçə gün ərzində sahədə saman kiplərinin bağlanması və daşınması ilə əlaqəli işlər görüldüyünü, həmin müddətdə Zərərçəkmiş şəxs heç bir etirazının olmadığını, atasının isə Bakı şəhərində olmasını, eləcə də Şahid7 Məhkum ümumiyyətlə tanımadığını, çovdar sahəsini Şəhriyarla olan razılaşma sına əsasən biçdiyini bildirsə də, ziddiyətli hal olduğuna görə onların ibtidai istinaqda vermiş olduqları ifadələri elan olunmuşdur. Həmin ifadələrdən görünür ki, onlar hər ikisi Məhkum ibtidai istintaqda veridiyi ifadəyə uyğun ifadə vermişlər. Şahid8 həmin ifadəsini özü müstəntiqin atasına kömək edəcəyinə vəd etməsinə görə sonuncunun sözü ilə yazmasını, Şahid7 isə ifadəsinin həmin hissəsinin düzgün olmaması ilə izah etmişdir. Göründüyü kimi, soyğunçuluq cinayət əməli ilə bağlı cinayət işinin əsas sübutları yuxarıda adları şahid qismində qeyd olunan şəxslərin ibtidai istintaqda verdikləri ifadələri olmuşdur. Halbuki onların heç biri Zərərçəkmiş şəxs sahə biçilərkən görməmişdir. Həmin ittiham yalnız zərərşəkmiş şəxsin ifadəsinə əsaslanılmışdır. Lakin nəzərə alınmaıdır ki, cinayət təqibi üz rə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət kollegiyası işi materiallarında qeyd olunan sübutları məhkəmə istintaqı zamanı tədqiq edərkən sonda bu nəticəyə gəlmişdir ki, soyğunçuluq cinayət əməlinin baş verməsi sübuta yetmir. Ona görə də məhkəmə kollegiyası soyğunçuluq əməlinin obyektiv və subyektiv meyarlarını hazırkı hadisə və əməllə qarşılqılı təhlil edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir, zərərçəkmiş Zərərçəkmiş şəxs maddi zyan vurulması ilə nəticələnən cinayət hadisəsi baş vermiş olsa da, həmin əməl açıq talama cinayətinin tərkib hissəsini deyil, Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib hissəsini yaratmışdır.” Apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı Qərarının 8-ci bəndinə görə tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş, hüquqazidd hərəkətlər, məsələn əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətlərinin tərkibini yaratmır. İşin hallarından asılı olaraq, buna əsaslar olduqda, belə hərəkətlər CM-in 322-ci maddəsi və ya digər madd ələri ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Məhkum göstərişi ilə Şəhriyar Şükürovun çovdar sahəsini zərərçəkmiş Fizluli Əliyevin gözü qarşısında açıq talama məqsədi biçdirməsinin sübuta yetirilməmiş, Məhkumla Zərərçəkmiş şəxs arasında torpaq mübahisəsinin biçin mövsümündən xeyli müddət əvvəl, 2021-ci ilin payız aylarından intensiv olaraq davam etmiş, Məhkum Zərərçəkmiş şəxs əkmiş olduğu 20 hektar çovdar sahəsinin hamısını deyil, iddia etdiyi, özü və ailə üzvlərinə, o cümlədən qardaşlarına aid torpaq sahəsini biçdirməsi ilə kifayətlənmiş, iddialı torpaq sahəsinə əkilən toxumun Fuzuli Əliyevə məxsus olmasını Məhkum bilməsi və buna baxmayaraq iddiasında haqlı olduğu düşüncəsi ilə sahəni biçdirmiş, habelə çovdar sahəsini biçdirməsinin qanun iliyi təkzib edilən hərəkətin Məhkum tərəfindən törədilməsi ilə Zərərçəkmiş şəxs 11060 manat mühüm ziyan vurulması təsdiq edir ki, Məhkum torpaq sahəsinə ehtimal olunan mülkiyyət hüququ ilə hadisəni törətmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum Teyyub oğlunun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur, bununla bağlı yuxarıda kassasiya protestinin dəlillərinə geniş şərh verilmişdir, odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ayrıca münasibət bildirməyi zəruri hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci mad dəsində göstərilən əsaslar mövcud deyildir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbay can Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum Teyyub oğlu haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dərişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-162/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-162/2025
22.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver