Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1639/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2, Məhkum müdafiəçisi – XXX8nun vəkili Müdafiəçi1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 aprel 2025-ci il tarixli 1(105)-258/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfi ndən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkməsinin 27 yanvar 2025-ci il tarixli 1(124)-23/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim N.N.Hüseynli, hakimlər N.N.Mirzəyev və E.Q.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1985-ci ildə ünvan2ndə anadan olmuş, Azərbayacan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan1ndə qeydiyyatda olmaqla, faktiki ünvan3 “XXX2” restoranının yaxınlığında fərdi evdə kirayədə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 26 ap rel 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün ona təyin olunan cəzadan çıxılaraq üzərində 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə zalında həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 27 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmə əsasən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə 2018-ci ildə internet sosial şəbəkəsinin “XXX6” sosial şəbəkəsində özünü “X2” kimi təqdim edərək, Şahid2 ilə tanış olduqdan sonra ona ərə gedəcəyini bəyan edib, sonuncunun anası Zərərçəkmiş şəxs1 və bacısı X5 ilə yaxın münasibət yaradaraq Zərərçəkmiş şəxs1 ünvan9ndakı evini satmasını bilib, sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən çoxmərtəbəli binalardan birində kreditlə ödəmək şərti ilə 84000 manata dörd otaqlı mənzil, qızı Zərərçəkmiş şəxsX2ya isə ünvan4, «XXX5» metrostansiyasının yaxınlığında inşa edilən çoxmərtəbəli binalardan birində 39000 manata iki otaqlı mənzil alacağını yalandan vəd verib inandıraraq, 2019-cu ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs1 ünvan5ndə yerləşən evində hissə-hissə olmaqla ümumilikdə 87800 manat məbləğində nağd pulu və satdıqdan sonra əldə olunan vəsaiti mənzilin kreditinə ödəmək adı ilə 120 manat dəyərində 1 ədəd iki nəfərlik çarpayını, 540 man at dəyərində 25 ədəd döşəyi, 500 manat dəyərində 50 ədəd balışı, 30 manat dəyərində 1 ədəd çilçirağı, 154 manat dəyərində qabqacağı, 35 manat dəyərində 1 ədəd uşaq çarpayısını, 65 manat dəyərində uşaq oyuncaqlarını, 20 manat dəyərində 1 ədəd şirniyyat səbətini, 15 manat dəyərində 1 ədəd sərinkeşi, 100 manat dəyərində 2 ədəd kiçik dolabı, 55 manat dəyərində 2 ədəd çarpayını, 40 manat dəyərində 1 ədəd tozsoranı, 25 manat dəyərində 1 ədəd dəmir çarpayını, 330 manat dəyərində 1 ədəd kondinsioneri, 55 manat dəyərində 1 ədəd uşaq üçün avtomobil oturacağını, 30 manat dəyərində 1 ədəd nərd taxtasını, 20 manat dəyərində 1 ədəd elektrikli ət çəkən maşınını, 70 manat dəyərində 1 ədəd 7 litr su tutumu olan samovarı, 40 manat dəyərində 1 ədəd DVD aparatını, 30 manat dəyərində 2 ədəd pencəyi, 100 manat dəyərində 1 ədəd uşaq arabasını, 800 manat dəyərində 8 ədəd xalçanı, 65 manat dəyərində uşaq və qadın geyimlərini, 50 manat dəyərində yataq dəstini, 25 manat dəyərində dəsmal dəstini, 50 manat dəyərində 2 ədəd uşaq velosipedini, 60 manat dəyərində 3 ədəd çaydanı, 10 manat dəyərində 1 ədəd qazanı, 50 manat dəyərində 1 ədəd qaşıq dəstini, 100 manat dəyərində kişi kostyumunu, 40 manat dəyərində uşaq paltarlarını, 60 manat dəyərində 1 ədəd qadın paltarını, 50 manat dəyərində 1 cüt qadın ayaqqabısını, 240 manat dəyərində 1 ədəd qadın paltosunu, 50 manat dəyərində şirə qabı dəstini, 10 manat dəyərində 1 ədəd yataq örtüyünü, 15 manat dəyərində nazik gödəkçəni, 82 manat dəyərində 9 ədəd meyvə qabını, 100 manat dəyərində 1 ədəd şamdan, lampa və güzgü dəstini, 45 manat dəyərində hədiyəlik əşyaları, 15 manat dəyərində 25 ədəd boşqabı, 60 manat dəyərində 5 ədəd güldanı, 10 manat dəyərində 1 cüt kişi ayaqqabısını, 80 manat dəyərində 8 ədəd qadın paltarını, 75 manat dəyərində 15 ədəd qadın köynəyini, 75 manat dəyərində 13 ədəd qadın koftalarını, 49 manat dəyərində 7 ədəd papaqlı nazik gödəkçəni, 30 manat dəyərində palaz və odyalı, 500 manat dəyərində 1 ədəd “Samsunq” markalı mobil telefonu, 50 manat dəyərində 5 ədəd gödəkçəni, 25 manat dəyərində uşaq arabasını, 10 manat dəyərində 1 ədəd qadın əl çantasını, 90 manat dəyərində 6 ədəd kişi pijamanı, 50 manat dəyərində 1 ədəd şirəçəkən aparatı, 110 manat dəyərində 15 ədəd şirə qabını, 47 manat dəyərində 25 ədəd kasanı, 20 manat dəyərində 4 ədəd çörək qabını, 18 manat dəyərində 6 ədəd kül qabını, 14 manat dəyərində 2 ədəd dəm çaynikini, 50 ma nat dəyərində 10 ədəd böyük qabı, 45 manat dəyərində 15 ədəd qəndqabını, 15 manat dəyərində 5 ədəd dekor qabını, 12 manat dəyərində 6 ədəd bakalı, 10 manat dəyərində 12 ədəd nəlbəkini, 13 manat dəyərində 17 ədəd duz qabını, Zərərçəkmiş şəxsX2dan isə hissə-hissə olmaqla həmin ünvanda ümumilikdə 43800 manat məbləğində nağd pulu və satdıqdan sonra əldə olunan vəsaiti mənzilin kreditinə ödəmək adı ilə 3500 manat dəyərində olan istifadə olunmuş mebel dəstini, 100 manat dəyərində qab-qacaq dəstini, 200 manat dəyərində 2 ədəd “Kapsella” markalı pərdəni, 300 manat dəyərində 1 ədəd televizoru, 300 manat dəyərində 1 ədəd soyuducunu, 100 manat dəyərində qaşıq dəstini, 200 manat dəyərində 2 ədəd xalçanı, 100 manat dəyərində 1 ədəd uşaq üçün avtomobil oturacağını, 35 manat dəyərində 1 ədəd uşaq arabası nı, 30 manat dəyərində 1 ədəd tozsoranı, 45 manat dəyərində hədiyyəlik qabları, 35 manat dəyərində 1 ədəd balıq akvariumunu, 40 manat dəyərində 1 ədəd gödəkçəni, 25 manat dəyərində 1 ədəd elektrikli çaydanı, 20 manat dəyərində bokal dəstini, 25 manat dəyərində 1 ədəd meyvə qabını, 30 manat dəyərində 1 ədəd güldanı, 35 manat dəyərində 5 ədəd qadın üçün çantanı, 30 manat dəyərində 6 ədəd yubkanı, 45 manat dəyərində 9 ədəd qadın üçün yay koftalarını, 40 manat dəyərində şərf, kofta və papaq dəstini, 92 manat dəyərində cins şalvar və gödəkçə dəstini, 100 manat dəyərində krasovka və çəkməni, 150 manat dəyərində 1 ədəd yorğan, döşək və balış dəstini etibardan sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxsX2ya və Zərərçəkmiş şəxs1 ümumilikdə 143126 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 aprel 2025-ci il tarixli 1(105)-258/2025 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.O.Əsgərova, hakimlər M.M.Hüseynov və R.Ə.Ağayevdən ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkməsinin 27 yanvar 2025-ci il tarixli 1(124)-23/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 aprel 2025-ci il tarixli 1(105)-258/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Müdafiəçi1 kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 2 aprel 2025-ci il tarixli 1(105)-258/2025 nömrəli qərarının ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsini, bu mümkün olmadıqda isə mübahisələndirilən qərar ləğv edilməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Lakin, Məhkum kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – 22 sentyabr 2025-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (məhkumun ərizəsi Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsinin 22 sentyabr 2025-ci il tarixli 3-16-17/20- 2-2215/2025 nömrəli müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini, eləcə də bunun məhkumun hüququ olmasına dair müdafiəçinin, dövlət ittihamçısının və zərərçəkmiş şəxslərin çıxışlarını nəzərə alıb, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin baxışdan çıxarılaraq geri qaytarılmasını, bununla əlaqədar kassasiya şikayətinə baxılmasına xitam verilməsini mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü m addəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 2 aprel 2025-ci il tarixli 1(105)-258/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın, həmin kassasiya şikayətinə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1639/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1639/2025
24.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver