Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1645/2024 16.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi) Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 Şahin oğlu tər əfindən verilmiş kassasiya protesti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X8 (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılovdan ibarət tərkibdə) 1(101)- 408/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə, 18 iyul 1986-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı səhəri Sabunçu rayonu Ramana qəsəbəsi ünvan 2 ünvanında yaşayan, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edil mişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr.2023-cü il tarixli, 1(101)-408/2023 saylı hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Qədim Babayevdən ibarət tərkibdə) 6 fevral 2024-cü il tarixli, 1(103)-486/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair 21 dekabr.2023-cü il tarixli, 1(101)-408/2023 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: X6 ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mə nbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,649 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 09 sentyabr 2022-ci il tarixdə saat 12:00-da Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyinin inzibati ərazisində özünü şübhəli apardığı üçün saxlanılıb 12-ci PŞ-yə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,649 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, Şahid2 məhkəmə baxışı zamanı prosessual qanunun ona tanıdığı hüquqlarından istifadə edərək törətdiyi ağır cinayətdən yayınmaq üçün istintaq zamanı verdiyi etiraf ifadələrini güya işgəncə nəticəsində məcburiyyət altında verdiyini bildirsə də, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1289 nömrəli rəyi ilə onun üzərində xəsarət olmadığı müəyyən olunmuş, həmçinin ilkin müraciətində onu Bəxtiyar adlı polis əməkdaşının döydüyünü qeyd etsə də, araşdırma zamanı verdiyi izahatında Bəxtiyarın onu döymədiyini, döyən şəxsləri tanımadığını bildirmişdir. Dövlət ittihamçısı qeyd etmişdir ki, hər iki məhkəmə instansiyası isə bunları nəzərə almadan ekspert rəyi ilə inkar olunmasına baxmayaraq tibbi sahədə xüsusi biliklərə malik şəxs funksiyalarını üzərlərinə götürüb subyektiv mülahizələr əsa sında ehtimalən Şahid2 polislərin fiziki təsirinə məruz qalması və təzyiqlər nəticəsində özünə qarşı etiraf ifadələri verməsi qənaətinə gəlmişlər. Halbuki, mövcud qanunvericiliyin tələblərinə əsasən, şəxsin üzərində bədən xəsarətinin müəyyən edilməsi və onun dərəcəsinin təyini məhkəmə-tibbi ekspetin səlahiyyətinə aiddir. Hər iki məhkəmə instansiyası isə öz səlahiyyətlərindən kənara çıxaraq şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntüdən təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olduğunun müəyyən edildiyini qeyd etmişdir. Dövlət ittihamçısı daha sonra bildirmişdir ki, hər bir ittiham sübutunun, xüsusən ilkin sənədləşdirmənin sübutların mümkünlüyü şərtlərinin pozulması, yəni şəxsin özünün iddia etdiyi kimi, ona qarşı fiziki və psixi təsir nəticəsində əldə olunması yalnız iş ü zrə toplanmış digər mötəbər dəlillərin məcmusu ilə təsdiqləndiyi və şəxsin iddiaları həqiqət kimi qəbul edilməli olduğu halda, bu xüsusatlara heç bir əhəmiyyət verilməmişdir. Cinayət işində olan məlumatlar qeyd-şərtsiz Şahid2 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,649 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımasını təsdiqlədiyi halda, məhkəmələrin obyektivliyi şübhə doğurmayan həmin məlumatları, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində verdiyi tam etiraf ifadələrini, şəxsi axtarış və götürmə protokolunu, video görüntünü hansı mötəbər əsaslarla sübut kimi qəbul etməmələri anlaşılmaz qalmışdır. Dövlət ittihamçısı daha sonra bildirmişdir ki, mübahisələndirilən yekun qərardan görünür ki, apellyasiya instansiyası məhkəməsi apeliyasiya protestində gətirilmiş dəlilləri lazımınca araşdırmadan, protestdə göstərilmiş dəlillərə müvafiq hüquqi qiymət vermədən, irəli sürülmüş arqumentlərə qarşı heç bir əsaslandırma aparmadan iş üzrə mövcud olan, ittihamı təsdiq edən sübutların ətraflı və obyektiv araşdırılmasını təmin etmədən hökmü dəyişdirmədən saxlamış, bununla da birinci İnstansiya məhkəməsinin yol verdiyi pozuntuları təkrarlamışdır. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının məzmununa baxdıqda və onu apellyasiya protestinin dəlilləri ilə müqayisə etdikdə, görünür ki, məhkəmə faktiki olaraq, protestdə İrəli sürülən dəlilləri apellyasiya baxışında müəyyən etdiyi hər hansı nəticəyə, mübahisələndirilən çoxsaylı məsələlərə dair özünün gəldiyi qənaətə istinad etməklə cavablandırmamış, birinci İnstansiya məhkəməsinin hökmündə gətirilmiş əsaslandırmanın əvvəlinə "Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib ki" söz birləşməsini əlavə edib ardınca hökmdə yazılanları qərara daxil etməklə (bir də təsviri-əsaslandırcı hissəsinin əvvəlində sübutların məzmununu əks etdirməklə) kifayətlənmişdir. Halbuki, apellyasiya protestində irəli sürülən dəlillərə və tələblərə düzgün cavab verilməsi üçün iş üzrə məhkəmə istintaqının aparılması, bu dəlillər üzrə sübutların yenidən tam, obyektiv və hərətərəfli araşdırılması labüd idi. Buradan görünən həmçinin odur ki, sübutların təkrarən tədqiqindən imtina etmiş apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən yekun qərarı faktiki olaraq bu məhkəmə tərəfindən məhkəmə iclasında araşdırılmış sübutlara deyil, yalnız birinci instansiya məhk əməsi tərəfindən tədqiq edilmiş sübutlara əsaslanmışdır ki, bu da qanunvericiliyin tələblərinə əsasən yol verilməzdir və belə olduğu təqdirdə məhkəmənin yekun qərarı əsaslı hesab edilə bilməz. Faktiki olaraq heç bir araşdırma aparılmaması və qəbul edilmiş qərarda gəldiyi qənaətin məhkəmə tərəfindən əsaslandırılmaması onu göstərir ki, məhkəmənin qərarında gəlinmiş qənaət tamamilə əsassızdır. Dövlət ittihamçısı, eyni zamanda, bildirmişdir ki, bəraətin Şahid2 saxlanıldıqdan 10 saat sonra cinayət işinin başlanması barədə dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin hal CPM-in 42.1-ci maddəsində təsbit edilmiş dörd əsasdan heç birinə aid deyil və bu fakt yalnız pozuntuya yol vermiş vəzifəli şəxsin məsuliyyət məsələsinin həll edilməsində hüquqi əhəmiyyət kəsb edə bilərdi. Kassasiya ins tansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı şəxsə bəraət verilməsini və bununla bağlı məhkəmə qərarlarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiq ətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqs irsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət ver məli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri əsasında cinayət işinin materiallarında olan sübutları və həmin sübutlara məhkəmələr tərəfindən verilmiş hüquqi qiyməti araşdıraraq, kassasiya protestinin hər bir dəlilini işdə olan sübutlar konteksində müzakirə edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmələr tərəfindən mötəbər sübutlar əsasında müəyyən edilmiş və ittiham tərəfindən də mübahisələndirilməyən işin halı ondan ibarətdir ki, bəraət almış şəxs Şahid2 polis əməkdaşları tərəfindən 09 sentyabr 2022-ci il tarixdə gecə saat 2-3 aralığında tutulmuş və onun üzərinə baxış tutulduqdan təqribən 10 saat sonra, yəni 9 sentyabr günorta saat 12 radələrində keçirilmişdir. Birinci instansiya məhkəməsinin bəraət hökmünün əsasını da məhz bu fakt təşkil etmişdir. Maraqlı fakt ondan ibarətdir ki, Şahid2 verilmiş ittihamda da onun məhz xx.xx.2022-ci il tarixdə saat 12:00-da saxlanıldığı göstərilmiş, əməlin baş vermə vaxtı ilə bağlı həqiqət gizlədilmişdir. Bununla əlaqədar məhkəmə koll egiyası həmçinin Avropa Məhkəməsinin formalaşmış presedent hüququna istinad edilməsini zəruri hesab edir. Belə ki, maddi sübutun polis əməkdaşları tərəfindən ərizəçilərin üzərinə qanunsuz yerləşdirilməsi iddia edilən şikayətlərlə bağlı Azərbaycana qarşı qəbul edilmiş qərarlarında Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, avtomobilin və ya ərizəçinin özünün üzərinə baxışın dərhal saxlanıldığı yerdə yox, polisin inzibati binasına müşahidə edilərək, müvafiq olaraq 20 və 30 dəqiqə keçdikdən sonra orada aparılması və bu müddət ərzində ərizəçinin tam polisin nəzarəti altında olduğundan, aşkar edilərək götürülmüş və özlüyündə faktiki olaraq ittihamın əsas sübutunu təşkil edən narkotik maddənin ərizəçiyə mənsub olmasına qarşı qanuni və əsaslı şübhələrin yaranmasına əsas yaradır. Bu zaman yerli məhkəmələrin maddi sübutun həqiqiliyi və əldə edilmə hallarının, o cümlədən baxış və götürmənin dərhal yerində yox, müddət keçdikdən sonra digər yerdə aparılmasının səbəblərinin ətraflı təhlil etməmələri, Avropa Məhkəməsi tərəfindən pozuntu kimi tanınmışdır (bax, Layıcov Azərbaycana qarşı, № 22062.07, §§ 69-77, 10 aprel 2014; və Sakit Zahidov Azərbaycana qarşı, № 51164.07, §§ 53-59, 12 noyabr 2015). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” iş üzrə 10 aprel 2014-cü il tarixli Qərarında xüsusilə vurğulamışdır ki, şəxsin üzərində, avtomobilində və ya yaşayış yerində axtarış onun həbsindən dərhal sonra həyata keçirilməlidir. Həbslə axtarış arasındakı vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, həmin vaxt ərzində ə rizəçi tamamilə polisin nəzarəti altında olur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin şəxsi axtarışının nəticələri ona qarşı cinayət işinin başlanmasına və məhkəmə icraatında ittiham olunmasına səbəb olan təməl nöqtəsidir. Şəxsin şəxsi axtarışı onun ittiham hökmünü əsaslandıran sübutun əldə edilməsini təmin edən istintaq tədbiridir. Müzakirə edilən şəxsi axtarışın aparılması üsulu və sonradan onun nəticələrinin şəxsə qarşı istifadə edilməsi üsulu prosesin bütövlükdə qanuniliyinə təsir etmiş, şübhə və qeyri-müəyyənliyi artırmışdır. Hazırkı işdə axtarışın şəxsin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Hazırki cinayət işində də şəxsin ona qarşı irəli sürülmüş ittihamda təqsirliliyini təs diq edə bilən yeganə mötəbər sübut şəxsin üzərində axtarış aparılması, narkotik vasitənin aşkara çıxarılması və bütün bunların rəsmiləşdirilməsidir ki, bu zaman yol verilən Qanun pozuntuları həmin sübutun mötəbərliyini böyük və təkzibedilməz şübhələr altına salır. Həmin şübhəli sübut əsasında isə şəxsi məhkum etməyi Qanun qadağan edir. Belə ki, CPM-in 125.1-ci maddəsi imperativ qaydada müəyyən etmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İttiham tərəfinin digər sübutu bəraət almış şəxsin istintaq zamanı vermiş olduğu etiraf ifadəsidir. Lakin Qanun həmin sübutun da, yəni şəxsin etiraf ifadəsinin də qəbul edilməsinə müəyyən məhdudiyyət müəyyən etmişdir. Belə ki, C PM-in 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi, şəxsin yalnız etiraf ifadəsi əsasında məhkum edilməsi Qanunun tələblərinə ziddir. Kassasiya protestində mübahisələndirilən digər məsələ bəraət almış şəxsə işgəncə verilməsi ilə bağlı məsələdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə işgəncə faktına münasibət bildirərək göstərmişdir: “ Cinayət işində olan məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 09 sentyabr 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə haqqında» və «Baxış keçirilməsi haqqında» protokollara əlavə olunmuş 01 ədəd DVD yaddaş daşıyıcısına baxış keçirildikdə, X2 gözünün qapağının üstündə xəsarət izlərinin olması, eyni zamanda ayağında bir corab olaraq, tay keş ayaqqabıda çətinliklə izahat verməsi açıq aşkar müəyyən edilmişdir. Bu hal bir daha dəlalət edir ki, X7 üzərinə baxış keçirilərkən polis əməkdaşlarının təzyiqi altında olmuşdur. Məhkəmə kollegiyasının sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş materialdan görünür ki, X4 polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir (xx.xx.2023-cü il tarixli qərar). Cinayət işinin rədd edilməsi haqqında qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, prokurorun köməkçisi E.Mahmudov digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbu l etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş və X6 xəsarətlərin olmasını təsdiq edən hallara ümumiyyətlə münasibət bildirməmişdir. Belə olan halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılması rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarını əsas götürməklə hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəmə hüquq islahatlarının məqsədlərini şübhə altına almış olar.” Məhkəmə kollegiyası məhkəmələrin bu mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı işgəncə ilə bağlı irəli sürülmüş iddianı araşdırarkən hazırki iş üzrə 09 sentyabr 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə haqqında» və «Baxış keçirilməsi haqqında» protokollara əlavə olunmuş 01 ədəd DVD yaddaş daşıyıcısına baxış keçirməmiş, həmin fakt üzrə yeganə sübut mənbəyi ola bilən dəlil qiymətləndirmədən kənarda qalmışdır. Yəni həmin videogörüntülərə baxarkən qiymətləndirmənin aparılması və daxili inam əsasında müəyyən nəticəyə gəlinməsi üçün tibb sahəsində xüsusi biliklərə malik mütəxəssis olmağa heç bir lüzum yoxdur. İşgəncə faktını araşdıran prokurorluq əməkdaşı bəraət almış şəxsin bədəni üzərində olan xəsarətləri müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin edərək keçirmişdir. Məlumdur ki, bəraət almış şəxs 09 sentyabr 2022-ci il tarixdə tutulmuşdur və iddia edir ki, ondan etiraf ifadəsi alınması üçün məhz həmin vaxt ona işgəncə verilmişdir. Lakin ekspertiza hadisənin baş verdiyi v axtdan 9 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə keçirilmişdir. Hansı nəticənin alınacağı qabaqcadan məlumdur. Sadalanan faktlar kassasiya protestinin dəlillərinin əsassız, məhkəmələrin bəraətlə bağlı gəlmiş olduğu nəticənin qanuni, əsaslı və ədalətli olduğunu göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair 1(101)-408/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirimədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 408/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət almış X7 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirimədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1645/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1645/2024
16.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver