Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1648/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum (Məhkum) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli hökmü ilə isə Məhkum həmin maddə ilə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum (Məhkum), xx xxx 1965-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3 may 2012-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi, CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq isə Məhkum əsas cəzasını çəkdikdən sonra barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin olunması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum (Məhkum) CM-in 234.1-1-ci maddəsi ilə təqsirli blinərək məhkum edilmişdir ona görə ki, o, məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd selofana bükülmüş təmiz çəkisi 2,455 qram olan küstar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 22 iyul 2023-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, Xətai rayon Polis idarəsi, Narkotiklərlə mübarizə bölməsinin əməkdaş ları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4 yerləşən Bakı şəhəri, Xətai RPİ, 37-ci Polis şöbəsinin inzibati binasına gətirilərək videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən külli miqdarda - 1 ədəd selofana bükülmüş təmiz çəkisi 2,455 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Hab il Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 9 yanvar 2025-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 42.1.4-cü maddəsinə əsasən Məhkum CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin maddə ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur. Hökmlə həmçinin Məhkum bəraət alması ilə əlaqədar onun tutulması, cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yax ud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protesti verərək, həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, həmin mərhələdə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, əsasən də şahid qismində dindirilmiş polis əməkdaşlarının, bəraət almış Məhkum və onun qızı X17nın ifadələrinə, habelə so nuncunun polis əməkdaşı Şahid3la apardığı telefon danışıqlarının məzmununa, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına və apellyasiya instansiyası məhkəməsinn çıxardığı hökmdə gəldiyi nəticələrə istinad edib araşdırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-in 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq edib qiymətləndirməmiş və Məhkum təqsirsizliyi barədə 9 yanvar 2025-ci il tarixli hökmün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protesti müəllifinin dəlilləri həmçinin ondan ibarətdir ki, Məhkum əvvəllər də Ba kı şəhəri Nizami Rayon Məhkəməsinin 3 may 2012-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş, hazırkı iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2023-cü il tarixli rəyi ilə onda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asıllıq sindromunun yaranması və narkomaniya xəstəliyindən əzab çəkməsi müəyyən edilmişdir ki, bu hallar da onun ən azı 2012-ci ildən hazırkı vaxtadək narkotik maddələri daimi olaraq qanunsuz əldə edib qəbul etməsinə və öz cinayətkar fəaliyyətini dayandırmamasına dəlalət edir. Dövlət ittihamçısı E.A.Mirzəyevin digər dəlilinə görə, Məhkum istintaq təcridxanasına daxil olarkən həbs edilən zaman xəsarət aldığını bildirsə də və onun sağ saidinin ön səthində 23 sm ölçüdə sarımtıl rəngli qançır, iki said in ön səthində çoxsaylı çapıq toxumaları aşkar edilsə də, sonuncunun Xətai RPİ-nin əməkdaşları tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalması faktı üzrə Xətai rayon prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində onun əsassız iddiaları təsdiq olunmadığından 18 avqust 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda, Məhkum ibtidai araşdırma zamanı etirafedici ifadələri polis əməkdaşlarının ona qarşı etdikləri fiziki və psixi təsir nəticəsində verməsi barədə məhkəmə iclaslarında verdiyi ifadələri də özünümüdafiə xarakteri daşımış, onun birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi ittiham üzrə cinayət əməlini törətməsi isə tam sübuta yetirilmişdir. Dövlət ittihamçısının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi Məhkum həmin ittiham üzrə cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi haqqında əsassız nəticəyə gəldiyindən həmin məhkəmənin 9 yanvar 2025-ci il tarixli hökmü ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.A.Mirzəyev həmin protestində apellyasiya instansiyası məhkəməsinin Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verdiyini, qəbul etdiyi yekun məhkəmə aktının əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək həmin məhkəmənin 9 yanvar 2025-ci il tarixli hökmünün ləğv edilmə si haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəm bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestini CPM-in 419-cu maddəsinin tələblər i baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən kassasiya qaydasında mübahisələndirilən 9 yanvar 2025-ci il tarixli hökmün qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli hökmündən verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respubl ikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəm ədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməy ibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud oldu ğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyy ən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin fa ktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə s əlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitu siya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıd ır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəli llər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər ə şyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməs i ilə; -şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin v əsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıda kılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama z amanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət e tməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzə rdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qər arında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyin ə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərb aycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsas şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avro pa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu p rinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sistemini n effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzun a ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-i n 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilm əklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum cinayət məsuliyyətinə cəlb edildiyi dövrdə qüvvədə olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmil əşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə ed ilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı ver dikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, 728-İQ nömrəli Qanunun (“Əməliyyat-axtarış fəaliyyəti” haqqında 28 oktyabr 1999-cu il tarixli Qanun) 15-ci maddəsi əməliyyat-axtarış tədbiri keçirilməli olduqda həmin Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarlar, o cümlə dən əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin qərarı əsasında əməliyyat-qeydiyyat işinin başlanılmasını, bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmasını, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğunu təsbit etsə də, bu maddə, eləcə də 728-İQ nömrəli Qanunun əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilməsinə həsr olunmuş 16-cı maddəsi və yaxud digər norması əməliyyat-axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların hansı formada rəsmiləşdirilə (hansı forma və məzmunda olan sənədlərdə əks etdirilə) biləcəyini tənzimləmir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış ) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instan siyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və müdafiə tərəfinin vəsatətləri əsasında, habelə apellyasiya instansiyası məhkəməsinin öz təşəbbüsü ilə əldə edil miş əlavə sübutlar apellyasiya şikayətinə əsasən işə baxılarkən məhkəmə tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz olaraq araşdırılmış, iş üzrə çıxarılmış 9 yanvar 2025-ci il tarixli hökmdə məhkəmə məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırmalar zamanı, eyni zamanda birinci instansiya məhkəməsində işə baxılarkən sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyətinin kobud qanun pozuntularına, o cümlədən Məhkum azadlıq və müdafiə hüquqlarının pozulması ilə əldə olunması müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası Məhkum barəsində bəraət hökmü çıxarmış apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı E.A.Mirzəyev apellyasiya instansiyası məhkəməsi tərəfindən hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə edilməs ini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin yekun məhkəmə aktının əsasına qoyulmuş sübutların tədqiqində dövlət ittihamçısı özü də iştirak edərək onların qanunsuz yolla əldə edilməsinin nədə ifadə olunmasını, yəni məhkəmə iclasında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər əks sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən Məhkum CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham, həmin maddədə nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətlərini əks etdirən xüsusatlar (Məhkum satış məqsədi olmadan külli miqdarda - 2,455 qram çəkidə psixotrop maddə olan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlaması və daşıması) onun ilkin və ibtidai ara şdırmalar zamanı verdiyi 22 iyul 2023-cü il tarixli alınması vaxtı göstərilməyən izahatı, habelə 24 iyul 2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən həmin izahatına uyğun göstərdikləri hallar əsasında müəyyən edilmiş, bu dindirmə protokollarında isə həmin izahatda yazılanlar birə-bir eyni məzmunda əks etdirilmiş və göstərilən izahat və ifadələr sübut kimi qiymətləndirilib ittihamın əsasına qoyulmuşdur. Sonradan isə 30 oktyabr 2023-cü il tarixdə təkrarən təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum izahatında və əvvəlki ifadələrində göstərdiklərini tam inkar etmiş və fərqli məzmunda (yuxarıda təsvir edilmiş) ifadələr vermiş, lakin naməlum səbəbldərdən onun bu ifadələri ibtidai araşdırma orqanı tərəfindən sübut növü kimi qəbul edilməmiş, lazımi şəkildə y oxlanılmamış və nəzərə alınmamışdır. Halbuki, 124.2-ci madəsinə əsasən, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Bu normanın tələblərindən göründüyü kimi, həmin normada əvvəla şübhəli şəxsin ilkin araşdırma zamanı verdiyi izahatın, hətta həmin izahatda cinayətin törədilməsi halları əksini tapsa belə, sübut kimi qəbul edilməsinə, sonradan isə belə izahatın ittihamın əsasına qoyulmasına yol verilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Məhkum izahatını və həmin izahatda göstərilənlərə uyğun olan ifadələri onun təqsirliliyini təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmiş və bu zaman həm də aşağıda göstərilənlərə də əməl etmişlər. Məhkəmə korllegiyası qeyd etməyi zəruri bilir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda belə etiraf ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək i craat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestində Məhkum həm ibtidai araşdırmanın sonrakı mərhələsində, həm də məhkəmə iclaslarında ətraflı olaraq verdiyi ifadələrinin yolverilməz sübut olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, hər bir təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüqüqudur və buna görə o, heç bir məsuliyyət daşımır. Burada qeyd olunmalıdır ki, kassasiya protestinin müəllifi özü də müraciətində bunu inkar etməmiş və həmin müraciətində qeyd etmişdir ki, CPM-in 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Əlavə olaraq, məhkəmə kollegiyası vurğulayır ki, belə ifadələrdə göstərilən halların əksini sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, digər tərəfdən isə təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci madddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı, habel ə kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin 9 yanvar 2025-ci il tarixli hökmündə istinad olunmuş sübutların bir hissəsinə müraciət edərək həmin sübutları hazırkı qərarda da təhlil etməyi zəruri sayır. Belə ki, Məhkum ibtidai istintaq zamanı 30 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində təkrarən dindirilərkən özünü ona qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək, digər tərəfdən isə həmin ittihama uyğun əvvəllər verdiyi ifadələri inkar edərək göstərmişdir ki, o, həmin ifadələri 22 iyul 2023-cü il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-də polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təsir lər nəticəsində vermiş və həmin vaxt üzərində narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olmamasına baxmayaraq, ilkin sənədlərdə göstərildiyi kimi, polis əməkdaşları tərəfindən qeyd edilən tarixdə saat 16.30 radələrində yaşadığı evin qarşısında saxlanılmasını, şəxsi axtarış zamanı üzərindən götürülmüş bir bükümdəki psixotrop maddəni tutulmazdan 10 gün əvvəl öz şəxsi istifadəsi üçün almasını və cibində saxlamasını qorxusundan etiraf etmişdir. Əsl həqiqətdə isə, 22 iyul 2023-cü il tarixdə saat 11 radələrində o, yaşadığı evdə belindəki ağırlara görə iynə vurdurub yatarkən, evin qapısı döyülmüş və qızı Raminə qapını açdıqdan sonra onun yatdığı otağa gəlib polis əməkdaşı tərəfindən çağırılmasını bildirmişdir. O, qapının qarşısına çıxdıqda, orada əməliyya t müvəkkili kimi tanıdığı Şahid3 görmüş və sonuncu onunla birlikdə polis şöbəsinə getməsini təklif edərək ondan söz soruşub evinə gətirəcəyini bildirmişdir. O, Şahid3 polis əməkdaşı olmasına görə ona inanıb elə ev paltarında və şəpiklərdə onunla birlikdə 37-ci Polis Şöbəsinə getmiş və sonuncu onu şöbənin müvəqqəti saxlama yerinə təhvil verib getmişdir. Həmin yerdə o, təxminən saat 12 radələrindən 19 radələrinədək saxlanılmış, lakin həmin müddət ərzində ondan heç kim və heç nə soruşmamış və onunla heç bir istintaq hərəkəti aparılmamışdır. Bundan sonra isə onu Polis Şöbəsinin inzibati binasındakı otaqların birinə aparmışlar və həmin otaqda onu gözləyən, mülki geyimdə olan tanımadığı iki polis əməkdaşından biri onun idman şalvarının sağ cibinə bir bükümdə, sonradan müəyyən edildiyi kimi, psix otrop maddə olan metamfetamin qoyaraq ondan NZS qəsəbəsindən piyada düşən zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılıb Polis Şöbəsinə gətirilməsini, cibindəki metamfetamini isə öz şəxsi istifadəsi üçün almasını etiraf etməyi tələb etmişdir. O, bu tələbi yerinə yetirməkdən imtina etdikdə, polis əməkdaşları onu döyməyə başlamış, buna görə o, xəstə olduğundan daha da şiddətlli zorakılığa məruz qalacağından qorxaraq polis əməkdaşlarının tələblərini yerinə yetirməyə məcbur olmuşdur. Halbuki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir, onların qanunsuz dövriyyəsi ilə məşğul olmur və Şahid3 onu Polis şöbəsinə apararkən onun cibində belə əşyalar olmamışdır. Cinayət işi üzrə toplanmış materialların təhlili göstər ir ki, Məhkum 22 iyul 2023-cü il tarixdə saxlanılarkən üzərində psixotrop maddənin olmamasını hələ 24 iyul 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətə və təqdimata Xətai Rayon Məhkəməsi tərəfindən baxılarkən də bildirmiş (Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Xətai Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarı), habelə 30 oktyabr 2024-cü il tarixdə verdiyi ifadələri həmçinin iş üzrə şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 ilə üzləşdirilərkən və işə birinci və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında baxılarkən də təkrarlamış, 16 noyabr 2023-cü il tarixdə cinayət işinin materialları ilə tanış olarkən isə - ibtidai araşdırma orqanının iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq bu haqda tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum ona ünvanlanmış sualları cavablandırarkən polis əməkdaşı Şahid3 onu evdən çağırıb apardığını, sonuncunun onu tək aparmasını, lakin qapının yanında 4-5 nəfər polis əməkdaşlarının da olmasını, həmin polis əməkdaşlarının onu arxasınca gəlmədiklərini, Şahid2 ondan kimin daş gətirməsi barədə məlumat verməsini ondan tələb etdiyini, sonuncu ilə yaxın münasibətinin olmadığını, özünün taksi sürücüsü işləməsini, tutulmasının səbəblərini bilmədiyini, lakin fikrincə, Xin çəkiliş apardığı yerdə adam tuta bilmədikləri üçün onu da tutduqlarını, adı çəkilən polis əməkdaşının ondan kimlərin nə işlə məşğul olması barədə ona məlumat verməsini istədi yini, o, məlumat vermədiyi üçün tutulduğunu fikirləşdiyini, tutulan gün ondan heç kimin heç nə soruşmadığını, izahatının 10-15 dəqiqəyə yazıb çap edilməsini, otaqdan çıxarıldıqda orada bir kişinin də oturmasını gördüyünü, həmin şəxsin müdafiəçi olduğunu sonradan bildiyini, müdafiəçi içəri girib ona "yaşlı adamsan, bu nə işdir" sözlərini dediyini, o isə, müdafiəçiyə "səhərdən orada oturursan, eşitmirsən mənim səsimi" sözlərini dediyini, öz sağlamlığını qorumaq üçün sənədləri imzaladığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, istintaq təcridxanasında olan zaman prokurorluq əməkdaşının xəsarətlərlə bağlı gəlib izahatını aldığını, bədənində xəsarətlərin olması ilə bağlı məhkəmə-tibbi ekspertizasının keçirilmədiyini, döyülməsi barədə əvvəl heç yerə şikayət etmədiyini, telefonla evi ilə dan ışan zaman qızına məcbur olub hər şeyə imza etdiyini bildirdiyini, həbs qətimkan tədbirinin seçilməsi barədə məsələyə baxılan zaman hakimə ona elan olunmuş ittihamla razı olmadığını dediyini, lakin ona danışmağa imkan verilmədiyini bildirmişdir. İş materiallarından göründüyü kimi, Məhkum ona qarşı irəli sürülmüş ittihamda göstərilən şəraitdə və vaxtda deyil, həm özünün qeyd etdiyi kimi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunduğu kimi, 22 iyul 2023-cü il tarixdə saat 11 radələrində Şahid3 tərəfindən yaşadığı evdən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə aparılmasını həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında şahid qismində dindirilmiş qızı X17 da təsdiq etmiş və sonuncu həmin ifadələrində atasının məhz Şahid3 tərəfindən Polis Şöbəsinə aparılmasına görə o nunla dəfələrlə telefonla danışmasını, sonuncunun həmin danışıqlar zamanı bunu təsdiq etdiyini, lakin atasının polis şöbəsindən buraxılıb-buraxılmaması məsələsinin həll edə bilməməsini dediyini qeyd etmişdir, Həm X17nın ifadələri, həm də onun məhkəməyə təqdim etdiyi Şahid3la telefon danışıqlarının aparılması haqda audio yazılarda əks olunmuş hallar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası bunların təkrarən hazırkı qərarda təsvirinə ehtiyac görmür, lakin qeyd etməyi lazım bilir ki, Məhkum narkotik vasitələrin qəbulu şübhəsi ilə 22 iyul 2023-cü il tarixdə saat 12.35-də həqiqətən məhz Şahid3 tərəfindən Xətai RPİ-nin 37-ci PŞ-nin müvəqqəti saxlama yerinə təhvil verməsi (sonuncu verdiyi ifadələrində bu faktı inkar etmişdir) təkzib edilməz şə kildə cinayət işinin materiallarına əlavə olunmuş Xətai RPİ-nin rəisi tərəfindən imzalanaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş 28 dekabr 2024-cü il tarixli 58-4/2-183 saylı məktubla və həmin məktuba əlavə edilmiş 37-ci Polis Şöbəsinə gətirilən şəxslərin qeydiyyatı kitabından çıxarışla təsdiq olunur. Həmin çıxarışdan da görünür ki, Məhkum narkotik vasitələrin qəbulu şübhəsi ilə 22 iyul 2023-cü il tarixdə saat 12.35-də əməliyyat müvəkkili Şahid3 tərəfindən 37-ci Polis Şöbəsinə gətirilərək həmin Şöbənin növbətçisinə təhvil verilmişdir. Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 22 iyul 2023-cü il tarixli qərara əsasən yaradılmış əməliyyat qrupunun rəhbəri – Xətai Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 22 iyul 2023-cü il tarixli raportunda isə Məhkum iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmiş faktiki yerdə və vaxtda deyil, həmin tarixdə saat 16.30-da ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq 37ci PŞ-nə gətirilməsi göstərilmişdir. Heç bir qərar qəbul edilmədən Məhkum şübhəli şəxsi qismində tutulması haqqında 22 iyul 2023-cü il tarixli protokola görə də, o, Şahid1 raportunda göstərilən vaxtda və yerdə tutulmuş, həmin protokol isə saat 17.00-da tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hətta bu protokola əsasən Məhkum şübhəli şəxs qismində tutulması vaxtı həqiqət kimi qəbul edilsə belə, digər sübutların məcmusu onun faktiki saxlanıldığ ı vaxtdan həmin vaxtadək ən azı beş saata yaxın qanunsuz olaraq 37-ci PŞ-də saxlanılması və heç bir qərar qəbul edilmədən tutulması, nəticə etibarı ilə isə onun azadlıq hüququnun kobud şəkildə pozulması barədə nəticəyə gəlmək üçün əsas verir. Göstərilən hüquqla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Konstitusiyanın 28-ci maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Konstitusiyanın 32-ci maddəsinin İ və İİ hissələrində təsbit edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxil ə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. CPM-in 14.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər. Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. CPM-in 15.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından başqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə aparıla bilməz. CPM-in 147.1-ci maddəsinin tələblərindən gö rünür ki, cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər: 147.1.1. cinayəti törətməkdə şübhəli olan şəxsə; 147.1.2. ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə; 147.1.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma. CPM-in 147.2-ci maddəsinin tələblərinə görə, tutulma aşağıdakı hallarda tətbiq edilir: 147.2.1. şəxsin cinayət törətməsinə şübhə yarandıqda; 147.2.2. bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda; 147.2.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda. CPM-in 147.3-cü maddəsində təsbit edilmişdir ki, şəxsin qanunsuz tutulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. CPM-in 148.1-ci maddəsinə əsasən, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verə n digər məlumatlar olduğu hallarda həyata keçirilir. CPM-in 148.4-cü maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. CPM-in 207.4-cü maddəsində isə təsbit edilmişdir ki, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilə r. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. İlkin araşdırma zamanı toplanmış sübutlardan görünür ki, təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələbləri kobud şəkildə pozularaq Məhkum saxlanılması və tutulması üçün yalnız əməliyyat müvəkkili Şahid1 heç bir başqa sübutla təsdiq olunmayan raportu çıxış etsə də, onun şəxsi toxunulmazlıq və azadlıq hüququ pozulmuş, digər mötəbər olmayan sübutlar da məhz bundan sonra toplanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda qanunsuz tutulmuş Məhkumla bundan sonra müxtəlif istintaq hərəkətlərinin aparılması (onun üzərində şəxsi axtarışın keçirilməsi, ondan izahatın alınması, məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi haqqında qərarla və həmin ekspertizanın rəyi ilə tanış edilməsi) və onların nəticəsində əldə edilmiş sübutlar da qanunsuz yolla əldə edilmiş sübutlar kimi qiymətləndirilməli, həmin istintaq hərəkətlərinin, o cümlədən onun üzərində şəxsi axtarışın aparılması, onun verdiyi ilkin izahat və ifadələr belə sübutlara aid edilməlidir. Təsadüfi deyil ki, CPM-in 125.2.1 və 125.27-ci maddələrində də insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməməsi nəzərdə tutulmuşdur. Halbuki, cinayət işinin materiallarına əsasən, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qanunsuz olaraq tutulduqdan sonra ona qarşı CM-in 234.1-1-ci maddəsi ilə ittiham məhz belə sübutlara – onun üzərində şəxsi axtarışın v ə götürmənin aparılması haqqında 22 iyul 2023-cü il tarixli protokola (videogörüntülərlə birlikdə), bu istintaq hərəkətinin aparılması nəticəsində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin aşkar edilib götürülməsinə, habelə sonuncunun saxlanılmasında iştirak etmələri iddia olunan və üzərində şəxsin axtarışın aparılmasında iştirak etmiş polis əməkdaşlarının ifadələrinə əsasən irəli sürülmüşdür. Məhkum 22 iyul 2023-cü il tarixdə saat 16.30-da və ona qarşı irəli sürülmüş ittihamda göstərilən yerdə deyil, faktiki olaraq yaşadığı evdə təxminən saat 11 radələrində saxlanılması, saat 12.30-da 37-ci Polis Şöbəsinə gətirilərək həmin şöbənin növbətçisinə təhvil verilməsi, bundan sonra rəsmi qaydada, lakin yenə də qanun pozuntusu ilə (heç bir qərar qəbul edilmədən) tutulmasına qədər müvəqq əti saxlama yerində saxlanılmaqla polis əməkdaşlarının nəzarətində olması nəinki bəraət almış şəxsin həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə iclaslarında verdiyi ifadələri ilə, həm də apellyasiya icraatı zamanı əldə edilmiş və araşdırılmış başqa sübutlarla da tam uzlaşır və buna görə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq başqa sübutlarla təsdiq olunan bu ifadələri mötəbər sübut kimi qiymətləndirərək onları çıxardığı hökmün əsası kimi qəbul etmiş, bununla da heç bir qanun pozuntusuna yol verməmişdir. Daha sonra məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, bu iş üzrə toplanmış ilkin sənədlərə əsasən 22 iyul 2023-cü il tarixdə Xətai RPİ-nin Narkotiklə mübarizə bölməsinə Məhkum narkotik vasitələri və psixotrop maddələri əldə etmə si, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş (göstərilən polis qurumunun əməliyyat müvəkkili polis leytenantı Şahid1 22 iyul 2023-cü il tarixli raportu), həmin məlumatın yoxlanılması məqsədilə adı çəkilən polis əməkdaşı tərəfindən eyni tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, lakin “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq həmin qərarda Məhkum barəsində konkret olaraq hansı əməliyyat tədbirlərinin keçirilməsi və qərarının surətinin 48 saat ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi ümumiyyətlə göstərilməmiş, eyni zamanda adı çəkilən əməliyyat müvəkkilindən və Xətai RPİ-nin cinayət axtarışı üzrə kiçik inspektoru polis baş serjantı Şahid2dan ibarət əməliyyat qrupu yaradılmışdır (Xətai RPİ-nin rəisi Xin 22 iyul 2023-cü il tarixli 3-13-34/7-181/2023 saylı əmri). Cinayət işinin materiallarında göstərilən və bir vərəqdən ibarət olan 22 iyul 2023-cü tarixli qərarın Bakı şəhəri Xətai rayon prokuroruna və Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə eyni tarixli HK-1 saylı müşaiyət məktubları əlavə olunsa da, həmin qərarın və onun əsasında toplanmış ilkin materialların (məktublara əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 22 iyul 2023-cü il tarixli qərardan başqa heç bir material əlavə edilməmiş, qoşma kimi isə yalnız 1 vərəqədə olan həmin qərarın əlavə olunması göstərilmişdir) birinci instansiya məhkəməsinə daxil olması və həmin qərarın və onun əsa sında keçirilmiş müvafiq tədbirlərin məhkəmə nəzarəti qaydasında yoxlanılması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal yuxarıda göstərilən müşaiyət məktublarının formal şəkildə sadəcə olaraq tərtib edilib iş materiallarına əlavə edilməsinə, məhkəməyə isə istər qeyd olunan qərarın, istərsə də onun əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair toplanmış materialların məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün ümumiyyətlə təqdim edilməməsinə, qərarın qanuniliyinin isə məhkəmə nəzarəti qaydasında yoxlanılmamasına, bununla da qanunvericiliyin bu məsələ ilə bağlı tələblərinin kobud şəkildə pozulmasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinin və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinin nəzərə alınmamasına dəlalət edir, Belə ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinin tələblərindən isə görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixl Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyataxtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxı mından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Həmin Qərarda eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məh kəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqib i üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işində ki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərar ı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cin ayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həm CPM-in 137 və 445.2-ci maddələrinin tələblərindən, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hazırkı iş üzrə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 22 iyul 2023-cü il tarixli qərarın və onun əsasında toplanmış ilkin materialların əsaslığı və qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından bu qərar əsasında toplanmış sübutlar da Məhkum qarşı ittihamın irəli sürülməsində istifadə edilə bilməzdi. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, Məhkum şübhəli şəxs qismində tutulması 22 iyul 2023-cü il tarixdə saat 17.00-da rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 24 iyul 2023-cü il tarixdə saat 10.05-dən 10.20-dək, yəni qırx bir saat keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-in 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmişdir. Belə ki, CPM-in 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Daha sonra məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənərkən Məhkum üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 22 iyul 2023-cü il tarixli protokolda göstərilənlərin həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videogörüntülərlə ziddiyyət təşkil etdiyini müəyyən etmişdir. Belə ki, göstərilən protokola əsasən, 22 iyul 2023-cü il tarixdə saat 17.15-də Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı polis mayoru X polis əməkdaşları Şahid1, Şahid2, X38in, tərcüməçi X2 və müdafiəçi X14 i ştirakları ilə videoçəkiliş aparılmaqla Məhkum üzərində şəxs axtarış keçirilərkən sonuncu əynində olan qara rəngli parçadan olan şalvarının sağ yan cibindən 1 ədəd selofana bükülmüş ağ rəngli kristal şəkilli kütləni çıxararaq təhqiqatçıya təqdim etmiş, həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddənin olmasını, bu maddəni NZS qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmiş, bundan sonra kütlə elektron tərəzidə çəkilərək onun 3 qram olması müəyyən edilmiş, həmin kütlə zərfə qablaşdırılmış, zərfin üzəri isə iştirakçılar tərəfindən imzalanmışdır. Protokolda qeyd olunmuşdur ki, bu istintaq hərəkətinin keçirilməsi zamanı “Samsunq” markalı telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Təhlil edilən istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videogörüntülərdən müəyyən edilir ki, həqiqətən də adları yuxarıda göstərilən şəxslərin iştirakları ilə Məhkum üzərində 22 iyul 2023-cü il tarixdə, saatı müəyyən edilməyən vaxtda şəxsi axtarış və götürmə keçirilmiş, şübhəli şəxs bu haqda qəbul edilmiş eyni tarixli müvafiq qərarla tanış edilərək ona hüquq və vəzifələri izah edilmiş, ona üzərində dövriyyəsi qadağan edilmiş hər hansı maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra ayaqlarında şəpiklər, əynində isə qara rəngli idman forması olan, eyni zamanda özünün halsız vəziyyətdə olmasını hərəkətləri ilə biruzə verən, hətta danışmaqda çətinlik çəkən Məhkum şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuş, bükümün içərisindəki ağ rəngli maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə olmasını bildirmiş, təqdim edilmiş psixotrop maddə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, bükülünün qramı elan edildikdən sonra şübhəli şəxs təəccüblü şəkildə “nə? Yox aa...Olmadı ki bu...” kimi ifadələr səsləndirərək kənardan etirazını bildirmiş, daha sonra sonuncunun üzərindən aşkar edilmiş maddə qablaşdırılmış, zərfin üzəri istintaq hərəkətinin aparılmasında iştirak etmiş əməkdaşları tərəfindən imzalandıqda ən sonda Məhkum zərfin üzərinin imzalanması xahiş olunmuş, lakin o, “imzalamağa imzalayaram ee amma mən onun altından çıxa biləcəyəmmi axı” kimi ifadələr səsləndirmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən mütəxəssis (tərcüməçi) X6 isə “altından çıxacaqsan, o nə deməkdi ki” ifadələrini işətməklə ona cavab vermişdir. Bu hal məhkəmə kollegiyasına Məhkum 22 iyul 2023-cü il tarixdə yaşadığı evdə saxlanılıb Xətai RPİ-nin 37-ci PŞ-nə aparılarkən onun üzərində həqiqətən yuxarıda göstərilən növdə və çəkidə psixotrop maddənin olmasına şübhə ilə yanaşmaqdan ötrü kifayət qədər əsas verir və apellyasiya instansiyası məhkəməsinin 9 yanvar 2025-ci il tarixli hökmündən də göründüyü kimi, məhkəmə iş üzrə toplanmış və araşdırılmış sübutları qiymətləndirərkən təsvir edilən protokola və videogörüntülərdə əksini tapmış hallara məhz bu prizmadan yanaşmışdır. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası Məhkum tutulduqdan sonra Xətai RPİ-nin 37-ci PŞ-də polis əməkdaşları tərəfindən fiziki zorakılığa və qeyri-insani rəftara məruz qalması barədə onun ifadələrinin əsassız olması barədə kassasiya protestinin dəlilinə münasibət bildirərək əvvəla qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsinin Xətai Rayon Polis İdarəsinə ünvanlanmış sorğusuna verilmiş 6 dekabr 2024-cü il tarixli 3-13-55/2-40070 saylı cavaba görə, Məhkum müvəqqəti saxlama yerinə qəbul edilərkən onun bədəni üzərində heç bir xəsarət olmamışdır. Lakin, apellyasiya instansiyası məhkəməsinin digər sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəməyə təqdim olunmuş və Məhkum barəsində tərtib edilmiş tibbi kitabçada sonuncunun həmin Təcridxanaya daxil olarkən onun polis əməkdaşları tərəfindən tutularkən xəsarət alması haqda şikayət etməsi, tibbi yoxlama nəticəsində isə həbs olunmuş şəxsin sağ saidin ön səthində 2-3 sm ölçüdə sarımtıl qançırın, h ər iki saidin ön səthində isə çoxsaylı çapıq toxumasının aşkar edilməsi qeyd olunmuşdur. Həmçinin, Bakı İstintaq Təcridxanasının Bakı şəhəri Xətai rayon prokurorluğuna ünvanladığı 26 iyul 2023-cü il tarixli məlumatdan görünür ki, 25 iyul 2024-cü il tarixdə saat 15:00-da təcridxanaya təhvil verilmiş Məhkum müayinədən keçirilərkən sağ saidin ön səthində sarımtıl rəngli qançırın izləri aşkar olunmuş və o, bu xəsarətləri həbs olunan zaman almasını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi bu məlumatın yoxlanılması ilə bağlı Məhkum polis əməkdaşları tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalmasına dair Xətai rayon prokurorluğunda araşdırmanın aparılmasına dair materiallar da tələb edilib tədqiq olunmuş və bunun nəticəsində müəyyən edilmişdir ki, Məhkum öz iddiasını həmin araş dırma zamanı verdiyi izahatında təkrarlasa da, bu iddia üzrə araşdırma çox səthi şəkildə aparılmış, araşdırma zamanı isə Məhkum olan xəsarətlərin yetirilməsi müddətinin və mexanizminin, ağırlıq dərəcəsinin və digər məsələlərin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilməyərək keçirilməmiş, təqsirləndirilən şəxsin izahatı alınmamış, toplanmış materiallara isə ümumiyyətlə bu işə aidiyyatı olmayan (nə Məhkum saxlanılmasında, nə də iş üzrə əməliyyat tədbirlərinin həyata keçirilməsində və istintaq hərəkətlərinin aparılmasında iştirak etməmiş) 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili X3 izahatı əlavə edilmişdir. Həmin izahata görə, sonuncu Məhkum barəsində Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında digər polis əməkdaşları ilə birlikdə narkotik vasitələrin qanunsuz d övriyyəsində şübhəli bilinən Məhkum saxlayaraq Şöbəyə gətirdiyini, lakin həmin vaxt şübhəli şəxsə qarşı heç bir zorakı hərəkətlər etmədiyini bildirmişdir. Əvvəla, göründüyü kimi, Ə.Q.Süleymanzadənin bu izahatında göstərdiyi hallar cinayət işinin materialları ilə, o cümlədən apellyasiya icraatı zamanı toplanmış sübutlarla tamamilə ziddiyyət təşkil edir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Xətai rayon prokurorluğunda aparılmış araşdırma zamanı nə şikayət etmiş şəxsin, nə əsl həqiqətdə onu 22 iyul 2023-cü il tarixdə saxlamış Şahid3, nə də ki Məhkum üzərində şəxsi axtarışın keçirilməsində iştirak etmiş digər polis əməkdaşlarının, habelə işdə maraqlı olmayan başqa şəxslərin izahatları alınmamış, yoxlama üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməyərək keçirilməmiş və müstəsna olaraq b ir izahat əsasında təhlil edilən məsələ üzrə 18 avqust 2023-cü il tarixdə (İstintaq Təcridxanasından yuxarıda göstərilən məlumat Xətai rayon prokurorluğuna 28 iyul 2023-cü il tarixdə daxil olduqdan xeyli vaxt keçdikdən sonra) cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmamış qərar qəbul edilmişdir. Hərçənd, Məhkum fiziki zorakılığa və qeyri-insani rəftara məruz qalması onun həbsdə olduğu müddətdə qızı X17 ilə telefon danışıqlarını əks etdirən səs yazıları ilə də müəyyən edilir. Belə ki, həmin səs yazılarından (23 iyul 2023-cü il tarixdə qeydə alınmış Xətai RPİnin 37-ci Polis Şöbəsinin növbətçi hissəsinə məxsus telefonla danışıqdan) görünür ki, X17 atasından nəyisə boynuna alıb-almadığını soruşmuş, sonuncu isə ona döyüböldürdüklərini, halının qalmadığını, ona görə də boy nuna aldığını, boynuna almadığı təqdirdə qarşısına daha artıq çəkidə narkotik vasitə qoyaraq daha ağır cinayət törətməyi etiraf etməyə məcbur ediləcəyini bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün bu hallar Məhkum şikayəti üzrə heç də səmərəli olmayan araşdırmanın aparılmasından xəbər verir, 18 avqust 2023-cü il tarixli qərarın isə əsassız olmasına dəlalət edir ki, bu qərar əsasında Məhkum polis əməkdaşları tərəfindən zorakılığa və qeyri-insani rəftara məruz qalması barədə iddiasının, bu haqda onun verdiyi ifadələrinin əsassız olması barədə fikir yürütməyə imkan vermir. Bu qənaətə gələrkən isə məhkəmə kollegiyası qanunvericiliyinin aşağıdakı, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə əsaslanır və İnsan Hüquqları üzr ə Avropa Məhkəməsinin presedent hüqunu nəzərə alır. Belə ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəm əsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması i sə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız had isələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırm aya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-in 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayəti üzrə tam və hərtərəfli araşdırma aparılarkən ilkin və ibtidai araşdırmalar zamanı Məhkum müdafiə hüququnun pozulmasını, həmin mərhələdə isə onun bu hüququnun səmər əli və keyfiyyətli şəkildə təmin edilməməsi də müəyyən edilmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum rəsmi şəkildə tutulduğu 22 iyul 2023-cü il tarixdə ibtidai araşdırma yekunlaşanadək onun hüquqlarının müdafiəsi vəkil Musayev Ramiz Saday oğluna həvalə edilsə də, sonuncunun hüquqlarını müdafiə etdiyi şəxsin mənafeyi xeyrinə hər hansı fəaliyyəti olmamış, onun fəaliyyəti yalnız təhqiqatçı və müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuş, hətta Məhkum barəsində həbs qətimkan tədbiri seçilərkən heç bir cinayət əməli törətməməsini bildirməsinə, 30 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən isə əvvəlki ifadələrindən kəskin şəkildə ifadələr verməsinə baxmayaraq, təqsirləndirilən şəxsin iddiaları üzrə hər hansı səmərəli araşdırma nın aparılmasına təşəbbüs göstərməmiş, sonuncunun üzərində şəxs axtarış və götürmə aparılarkən onun qeyri-adi vəziyyətdə olmasına belə diqqət yetirməyərək bununla bağlı ona heç bir süal verməmişdir. Hərçənd, elə ibtidai araşdırma zamanı toplanmış sübutların mahiyyəti hüquqi savadı olmayan Məhkum barəsindəki cinayət işi üzrə obyektiv araşdırmanın aparılmasını, bunun üçün isə ixtisaslı hüquqşünas olan müdafiəçinin təşəbbüs göstərməsi labüd olmuşdur. Məhkəmə kollegiyası müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyinin (“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Q ərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək hesab edir ki, belə olan halda Məhkum ilkin və ibtidai araşdırmalar zamanı müdafiə hüququnun səmərəli şəkildə təmin edilməsindən və ona keyfiyyətli hüquqi yardımın göstərilməsindən söhbət gedə bilməz və həmin mərhələdə ona qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham prosessual qanunvericilinin tələblərinin pozulması ilə yanaşı, həmçinin onun müdafiə hüququnun da pozulmasına, yəni CPM-in 125.2.3-cü maddəsində göstərilən hala yol verilməklə toplanmışdır. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestində də sübut kimi istinad olunan polis əməkdaşları Şahid1 və Şahid2 ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırkı iş üzrə sübut növü kimi qəbul edilməsinin m ümkünlüyünə də nəzər yetirilməsini və təhlil olunmasını zəruri hеsab еdir. Əvvəla iş materiallarına görə, adları çəkilən şəxslərin, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələrinə görə, onlar Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş və bu tədbirlər nəticəsində onu 22 iyul saat 16.30-da ünvan 6 ünvanının qarşısında saxlayıb Xətai RPİ-nin 30-cu Polis Şöbəsinə gətirərək təhqiqatçıya təhvil vermişlər. Bundan sonra onlar təhqiqatçı tərəfindən Məhkum üzərində şəxsi axtarışın aparılmasında iştirak etmiş və bu zaman sonuncunun üzərindən bir ədəd bükümdə qablaşdırılmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Əvvəla, iş materialla rından, xüsusən də Məhkum üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 22 iyul 2023-cü il tarixli protokoldan (videogörüntülərlə birlikdə) göründüyü kimi, adları çəkilən həmin polis əməkdaşlarının göstərilən istintaq hərəkətinin aparılmasında iştirak etmələrinin hansı zərurətdən irəli gəlməsi nə təhqiqatçı tərəfindən aydınlaşdırılmamış, nə də ki, bunun əsası Məhkum və onun müdafiəçisinə izah edilməmişdir. Qeyd edildiyi kimi, Məhkum isə ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə iclaslarında verdiyi ifadələrində göstərmişdir ki, o, Polis Şöbəsində fiziki zorakılığa məruz qaldıqdan sonra ona qarşı irəli sürülmüş ittihama uyğun olan etirafedici izahat və ifadələr verməyə məcbur olmuş, bu izahat və ifadələri isə - göstərilən istintaq hərəkətinin aparılmasında iştirak et miş polis əməkdaşlarının diktəsi ilə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şahid qismində dindirilmiş və, apellyasiya icraatı zamanı əldə edilmiş və araşdırılmış sübutlara əsasən, yalnız şübhəli şəxsin üzərində şəxsi axtarışın və götürmənin aparılmasında iştirak etmiş polis əməkdaşlarının öz fəaliyyətləri barədə ifadələrinin sübut kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartlarını müəyyən еtmiş və Ali Məhkəmənin Cinayət Kollegiyası da bir sıra qərarlarında bu standartlardan çıxış etmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” işlər üzrə 18 yanvar 1978-ci il tariхli Qərarlarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Belə hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası hazırkı iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda apellyasiya instansiyası məhkəməsinin polis əməkdaşları tərəfindən verilmiş ifadələrin hazırkı iş üzrə sübut kimi qəbul edilməsinə də şübhə ilə yanaşmasını haqlı hesab etməklə vurğulayır ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olma sına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq Məhkum elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə onun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə əsaslı nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmişdir. Həmçinin məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması ba rədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmə tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda da məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisələndirilsə də, onun müəllifi hazırkı iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələlərində sübutların toplanması zamanı kobud qanun pozuntularına yol verilməsini təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslan dırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə gəldiyi nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməklə əldə olunmuş yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək Məhkum təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və buna görə dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmü r. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi haqda isə bəraət a lmış şəxs Məhkum çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1648/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1648/2025
09.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver