Məhkəmə qərarları › İş №1(102)-165/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-165/2021

27.04.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-165/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X9 barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2020-ci il tarixli qərarından məhkum X7 müdafiəçisi-vəkil Mehdiyev Müşfiq Mürşüd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2020-ci il tarixli hökmü ilə (hakimlər: D.H.İmanov (sədrlik edən), M.Ə.Bağırov və N.T.Əliyevdən ibarət tərkibdə) X9 - xx xxxxxx 1971-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ünvan 1-də qeydiyyatda olan və yaşamış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.3 və 237.2.3-cü maddələri ndə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X8 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ev dustaqlığında saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının 27 avqust 201 9-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: X9 2019-cu ilin aprel ayında ünvan 1 ünvanda yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində külli miqdarda, yəni 23 (iyirmi üç) ədəd ümümi təmiz çəkisi 9600 (doqquz min altı yüz) qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərərək kultivasiya etmiş, 27 avqust 2019-cu il tarixdə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində kultivasiya edilmiş, 23 (iyirmi üç) ədəd narkotik tərkibli çətənə bitkisi onun ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi ilə ünvan 1 ünvanda yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində əkib-becərməkl ə kultivasiya etdiyi çətənə bitkilərinin yarpaqlarından yığıb qurutmaqla külli miqdarda yəni, 01 ədəd sintetik kisədə 1750 qram, həmin sintetik kisənin içərisində 6 (altı) ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 370 qram, 630 qram, 415 qram, 860 qram, 570 qram, 605 qram, ümumi təmiz çəkisi 5200 (beş min iki yüz) qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidə və evin içərisində qanunsuz olaraq saxlamış, 27 avqust 2019-cu il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 ədəd sintetik kisədə 1750 qram, həmin sintetik kisənin içərisində 6 (altı) ədəd po lietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 370 qram, 630 qram, 415 qram, 860 qram, 570 qram, 605 qram, ümumi təmiz çəkisi 5200 (beş min iki yüz) qram narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, ünvan 1 ünvanda yerləşən özünə məxsus fərdi yaşayış evində istifadəyə (atəşə) yararlı, 44 (qırx dörd) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s. tüfənglərdə TOZ-35 və s. təlim-məşq tapançalarda, GSG-5, AR-7 və s. karabinlərində və s. odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronları yəni, döyüş sursatını mərhum qardaşı X5 əldə edib qanunsuz olaraq saxlamış, 27 avqust 2019-cu il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat t ədbirləri nəticəsində (atəşə) yararlı, 44 (qırx dörd) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, TOZ-8, TOZ-16, TOZ17, TOZ-8M, TOZ-18 və s. tüfənglərdə TOZ-35 və s. təlim-məşq tapançalarda, GSG-5, AR-7 və s. karabinlərində və s. odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar yəni, döyüş sursatları aşkar olunaraq götürülmüşdür. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) 06 iyul 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2020-ci il tarixli hökmü X8 CM-nin 228.1, 234.4.3 və 237.2. 3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsi hissəsində dəyişdirilərək ona CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən tolanılmaqla 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2020-ci il tarixli qərarından məhkum X7 müdafiəçisi-vəkil Mehdiyev Müşfiq Mürşüd oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum X7 müdafiəçisi-vəkil Mehdiyev Müşfiq Mürşüd oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə əlaqədar bildirir ki, Məhkumin yaşadığı ev ona məxsus deyil, ata-baba yurdudur. Həmin evdə Məhkumd an başqa valideynləri, o cümlədən mərhum qardaşı da yaşamışdır. Mərhum qardaşı hərbi idman müəllimi olmuşdur və evdən çıxan patronlar qardaşına məxsus olmuşdur. Həmin patronların mövcudluğundan Məhkumin məlumatı belə olmamışdır. Həmin patronlar axtarış zamanı həyətlərində yerləşən tövlənin damından tapılmışdır. X17 məxsus olmadığı halda tövlənin damından çıxan patronalara görə onun məhkum olunması qanunsuzdur. Təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə əlaqədar bildiririk ki, Məhkumin son 10 ildəki həyat şəraiti onun narkotik vasitələrdən istifadə etməsinə gətirib çıxarmışdır. Belə ki, hər iki valideyni, iki qardaşı faciəli şəkildə vəfat etmişdir. Həyat yoldaşından boşanmışdır, onkoloji xəstəliyə tutulmuşdur. Bundan sonra, həyatdan bir növ küskün olduğundan narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Əvvəllər çevik polis alayının əməkdaşı olmuşdur. Ömründə bir nəfərə nə narkotik verməmiş, nə də ki satmamışdır, narkotik vasitələrdən ağrılarını kəsmək üçün istifadə etmək məqsədilə kolları əkmiş və pərakəndə halında ayrı-ayrı yerlərə yığmışdır. Əgər satış niyyəti olsa idi, onda evindən büküm halında və ya kibrit qutularına yığılmış, çəkilmiş vəziyyətdə olardı. İş materiallarında olan sənədlərdən görünür ki, evdən çıxan narkotik vasitələr kol-koslu, necə gəldi salafon torbalara «yığılmış pərakəndə səpələnmiş vəziyyətdə olmuşdur. Bundan başqa qeyd edim ki, Məhkum hazırda sağalmaz xərçəng xəstəliyindən əziyyət çəkir, əvvəllər polis orqanlarında 11 il xidmət etmişdir. Hətta onun bütün cinayətlər üzrə təqsirli bilindiyi halda belə ona təyin ed ilmiş cəza ağırdır. Eyni zamanda işə baxan məhkəmələr onun barəsində cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Ona görə də Məhkum CM-in 228.1-ci maddəsi ilə bəraət verilməli, 234.4.3-cü maddəsi üzrə əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və 237.2.3-cü maddədə göstərilən əməli də nəzərə alınmaqla təyin edilmiş cəzası şərti hesab edilməlidir. İş materiallarında olan Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Mərkəzi X1 Dövlət müəssisəsinin 632 saylı arayışından görünür ki, X8 Limfoqranulyotamoz, NS, ks İİİB dərəcə (02/04) diaqnozu qoyulmuş və kəskin müalicə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyi tərfindən verilmiş 16.06.2005-ci il tarixli vəsiqədən görünür ki, X15 ağlu, İİ qrup əlildir. İş materiallarına əlavə olunmu ş və məhkəmə baxışında tədqiq edilmiş DİM-nin BƏSİl-dən verilmiş arayışdan görünür ki. X9 əvvələr məhkum olunmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Gəncə Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 06 iyul 2020-ci il tarixli qərarını ləğv edərək X8 qtəqsirli bilindiyi CM-nin 228.1-ci maddəsilə bəraət verilməsinə, CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə və CM-nin 237.2.3-cü maddəsilə barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyas ı kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum X7 müdafiəçisi-vəkil Mehdiyev Müşfiq Mürşüd oğlu kassasiya şikayətində Gəncə Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 06 iyul 2020-ci il tarixli qərarını ləğv edərək X8 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə bəraət verilməsinə, CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş əməini CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə və CM-nin 237.2.3-cü maddəsilə barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair qərar qəbul e dilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmə k üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Kollegiyası ilk olaraq məhkumun müdafiəçisinin verdiyi kassasiya şikayətinin X7 təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən X4 miqdarda və ayrı -ayrı bükümlərdə 01 ədəd sintetik kisədə 1750 qram, həmin sintetik kisənin içərisində 6 (altı) ədəd polietilen torbada ayrıayrılıqda təmiz çəkiləri 370 qram, 630 qram, 415 qram, 860 qram, 570 qram, 605 qram, ümumi təmiz çəkisi 5200 (beş min iki yüz) qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı saxlaması məhz satış məqsədi ilə edilən hərəkətlər kimi qiymətləndirilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, habelə Məhkumin özünün də ifadələrində təsdiq etdiyi kimi onun yaşadığı evin müxtəlif hissələrindən ümumi çəkisi 5200 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Marixuana 6 ədəd polietilen torbalarda və ayrı-ayrılıqda aşkar edilmişdir. Torbalardakı narkotik vasitənin çəkisi təxmini eyni olmaqla proporsional qaydada bölünərək paketlərə yerləşdirilmişdir. X11 həyətyanı sahəsindən 23 ədəd narkotik tərkibli çətənə kollarının aşkar edilməsi, onun həmin narkotik kollarını kultivasiya etməsi də nəzərə alınarsa, polietilen torbalarda aşkar edilən qurudulmuş marixuananın satış məqsədilə əldə edildiyi aşkar görünür. Məhkum həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini iddia etsə də apelyasiya instansiya məhkəməsi onun bu dəlillərini inandırıcı və ağlabatan hesab etməmişdir. Belə ki, aşkar olunan narkotik bitki kolları və paketlərdəki narkotik maddənin miqdarı ümumilikdə onun şə xsi istehlak miqdarından dəfələrlə çox olması barədə nəticəyə gəlməyə əsas verir. Əgər həmin narkotik vasitə şəxsi istifadə üçün nəzərdə tutulmuş olsaydı, bu halda onun vahid qaydada qablaşdırılmış şəkildə saxlanılması müəyyən olunardı. Lakin narkotikin ayrı-ayrı polietilen torbalara bükülməsi onun şəxsi istehlak üçün deyil satış üçün əldə edildiyini xəbər verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsu z olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 19-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. X7 özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində külli miqdarda, yəni 23 (iyirmi üç) ədəd ümümi təmiz çəkisi 9600 (doqquz min altı yüz) qram olan əkilib becəril məsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərərək kultivasiya etməsi, əkib-becərməklə kultivasiya etdiyi çətənə bitkilərinin yarpaqlarından yığıb qurutmaqla külli miqdarda yəni, 01 ədəd sintetik kisədə 1750 qram, həmin sintetik kisənin içərisində 6 (altı) ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 370 qram, 630 qram, 415 qram, 860 qram, 570 qram, 605 qram, ümumi təmiz çəkisi 5200 (beş min iki yüz) qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidə və evin içərisində qanunsuz olaraq satış məqsədi ilə saxlaması sübut olunmaqla yanaşı bu hallar yuxarıda göstərilən plenum qərarının i zahlarına da uyğundur. Ona görə də bu barədə kassasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. X7 həmin əməlləri Azərbaycan Respublikası CM-nin CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan ver sin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları təhlil edərək hesab edir ki, cinayət işi üzrə yekun nəticəyə gəlməyə imkan verən, mötəbər, mümkün və bir-birini tamamlayan sübutların məcmusu birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X7 cinayət əməlinin hüquqi tövsifi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmçinin müdafiə tərəfinin kassasiya şikayətinin məhkuma Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə bəraət verilməsi nə dair dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarından müəyyən edilmişdir ki, 27 avqust 2019-cu il tarixdə Məhkum yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində (atəşə) yararlı, 44 (qırx dörd) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s. tüfənglərdə TOZ35 və s. təlim-məşq tapançalarda, GSG-5, AR-7 və s. karabinlərində və s. odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlarlardan ibarət döyüş sursatları aşkar edilmişdir. Eyni zamanda o da təsdiq edilmişdir ki, Məhkum həmin evin tam hüquqlu sahibidir, həmin evdə ondan başqa heç kim yaşamır. O evinin bütün sahələrinə faktiki sahib olan şəxs kimi həmin döyüş sursatının da onun evində olduğunu bilmiş və həmin döyüş sursatlarını qanunsuz olaraq uzun müddət saxlamışdır. Göstərilən döyüş sursatının aşkar edilməsi üçün keçirilmiş axtarış və götürmə zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə bəraət verilməsi üçün CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulan əsasların mövcudluğu müəyyən edilməmişdir. Mənzilindən aşkar edilmiş həmin döyüş sursatının ona məxsus olmamsı barədə məhkumun özünün göstə rdiyi dəlillər və kassasiya şikayətinin dəlilləri hər hansı sübuta əsaslanmadığından subyektiv mülahizə xarakterli olmaqla əsassız hesab edilir və təmin edilməməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum hazırda sağalmaz xərçəng xəstəliyindən əziyyət çəkir, əvvəllər polis orqanlarında 11 il xidmət etmişdir. Hətta onun bütün cinayətlər üzrə təqsirli bilindiyi halda belə ona təyin edilmiş cəza ağırdır. Eyni zamanda işə baxan məhkəmələr onun barəsində cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Ona görə də Məhkum CM- in 228.1-ci maddəsi ilə bəraət verilməli, 234.4.3-cü maddəsi üzrə əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və 237.2.3-cü maddədə göstərilən əməli də nəzərə alınmaqla təyin edilmiş cəzası şərti hesab edilməlidir. İş materiallarından görünür ki, Mə hkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58. 3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məcəllənin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər Birinci instansiya məhkəməsi Məhkum tərəfindən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən hal ları kifayət qədər nəzərə almış, ona təqsirli bilindiyi ayrı-ayrı maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin edərkən düzgün nəticəyə gəlmişdir. Hökmdən görünür ki, məhkəmə təqsirkarın yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Limfoqranulyotamoz, NS, ks İİİB dərəcə (02/04) xəstəlikdən əziyyət çəkməklə 2-qrup əlil olmasını, narkotik tərkibli kolları əkməsi hissəsində əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, apelyasiya icraatı zamanı müdafiəçi Müşfiq Mehdiyev Məhkum xərçəng xəstəliyindən əziyyət çəkdiyini, əvvəllər 11 il DİN-nin Çevik polis alayında xidmət etdiyini bildirib cəzasının mümkün qədər daha da yüngülləşdirilməsini xahiş etmiş, Gəncə Apelyasiya Məhkəməsi də qeyd olunanları nəzərə alaraq 06 iyul 2020 -ci il tarixli qərarı ilə ona cinayətlərin məcmusu üzrə qismən toplama qaydasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 5 il 6 aya azadlıqdan məhrum etmə cəzasına endirişdir. Kassasiya məhkəmə kollegiyası cəza təyin etmə ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyası Məhkum tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai ist intaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum m üdafiəçisi-vəkil Mehdiyev Müşfiq Mürşüd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.3 və 237.2.3cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar