Məhkəmə qərarları › İş №1(102)-1670/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1670/2025

26.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1670/2025 26.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı), Nümayəndənin, Məhkum (mülki cavabdeh) – Məhkum iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarından məhkum və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin (mülki iddiaçı) nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli 1(001)79/2025 nömrəli (hakim: Bağırov Zamiq Rəşid oğlunun sədrliyi) hökmü ilə xx.xx.1980-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddətinin əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hazırkı hökmlə müəyyən edilmiş müddətə şamil olunması, verilmiş mülki iddia baxılmamış saxlanılmış, zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında yenidən iddia vermək hüququnun olması izah edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimov Zamin Vəliyəddin oğlu (sədrliyi və məruzəsi ilə), Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət məhkəmə tərkibində) 18 mart 2025-ci il tarixli 1(103)-700/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2025ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, hökmdən «Verilmiş mülki iddia baxılmamış saxlanılsın. Mülki iddianın verilməsi üçün **********66 saylı mədaxil qəbzi ilə ödənilmiş 180,00 manat dövlət rüsumu ge ri qaytarılsın. Zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında yenidən iddia vermək hüququnun olması izah edilsin» müddəaları xaric edilmiş, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı mülki iddiası qismən təmin olunmuş, iş üzrə mülki cavabdeh Məhkum maddi ziyana görə 5.000 (beş min) manatın, mənəvi ziyana görə 2.000 (iki min) manatın, həmçinin ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi verilməsi, iddianın qalan hissədə təmin olunmaması müəyyən edilmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarından Məhkum və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin (mülki idd iaçı) nümayəndəsi tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, o, 18 avqust 2023-cü il tarixdə, saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi və texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz C220 CDİ” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt-Pirşağı avtomobil yolunda Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Binəqədi rayonu ərazisinə aid olan hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və 1.1 üfüqü nişanlanma xəttini (bütöv ağ xətti) kəsib keçmək qadağan olduğu halda və onun həmin maddələrin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun həmin maddələrin tələblərini pozaraq, qarşıdan əks istiqamətdə X5 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olmasını nəzərə almalı, idarə etdiyi avtomobili ilə üfüqü nişanlanma xəttini kəsib keçmək qadağan olduğu halda kəsib keçərək qarşıdan əks ist iqamətdə düzünə hərəkətdə olan “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə avtomobildə olan sərnişinlər - Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi sol sağrı nahiyəsinin qançırı kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarət, Şahid1 sol bazu nahiyəsinin sıyrığı, sağ bud nahiyəsinin qançırları kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarətlər və ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ bud sümüyünün sınığı kimi sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli xəsarətlər yetirməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə məhkəmə tər əfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən işin hallarına və təqsirləndirilən şəxsin xarakterinə uyğun olmayan cəza verilmişdir. Belə ki, təqsirləndirilən şəxs islah olunan şəxs deyil, 2021-ci ildə törətdiyi yol nəqliyyat hadisələrindən nəticə çıxartmamışdır, bir sözlə onun xarakteri cinayətkarcasına etinasızlıq kimi formalaşmışdır. İşin hallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən baş vermiş hadisədən bu günə kimi zərərçəkmişə və eyni zamanda avtomobildə xəsarət alan digər şəxslərə köməklik göstərilməmişdir, həmçinin vurulmuş ziyanla bağlı maddi köməklik göstərilməmişdir. O cümlədən, mülki iddia tələbi tam təmin edilməli idi. Ona görə ki, işin mübahisəsiz halından müəyyən edilir ki, yol nəqliyyat hadisə nəticəsində az yaşlı Zərərçəkmiş şəxs sağ bud sümüyünün sı nığı kimi sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli xəsarətlər yetirilmişdir. İş materiallarında olan foto şəkillərdən və tibbi sənədlərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs uzun müddət müalicə aldığı tibbi müəssisədə hərəkətsiz vəziyyətdə qalmışdır, o, az yaşlı və həmçinin sağ budu kipsdə olduğu üçün onun qidalanması, təbii ehtiyaclarının ödənilməsinə və s. hərəkətlərinin edilməsinə görə digər şəxslərin köməyinə ehtiyacı olmuşdur. Bununla bağlı uzun müddət yalnız az yaşlı zərərçəkmiş şəxsin yaxın qohumları (anası və nənəsi) müalicə müəssisəsində olmuşdurlar. Hadisə nəticəsində avtoqəzadan sonra danışıq nitqi pozulmuş Zərərçəkmiş şəxs müalicə müəssisəsindən sonra nitqində problem olduğu üçün müalicə almasına zərurət yaranmışdır, bu səbəbdən də müalicələ rin bir çoxu Bakı şəhərində aparılır. Buna görə də zərərçəkmiş şəxsin valideynləri onu həftədə azı 3 dəfə Şirvan şəhərindən Bakı şəhərinə gətirmək üçün nəqliyyat xərclərinə ilə bağlı ən azı 100 manat taksi ödənişlərinə və qida xərclərinə sərf edirlər. İş materiallarına əlavə edilmiş “Loqoritmika” Realbilitasiya və İnkişaf Mərkəzi ilə bağlanmış müqavilə əsasında Zərərçəkmiş şəxs hər ay 25 seans kurs keçirilir. Bu kursların müddəti uşağın tam danışığı bərpa edilənə kimi davam etdirilir. Zərərçəkmişin qanuni nümayəndəsi tərəfindən həmin Mərkəzə hər ay 500 manat ödəniş edir. Bundan başqa hadisə zamanı zərərçəkmiş şəxsin yaxınları anası X1 sağrı nahiyəsinin qançırı kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarət və nənəsi Şahid1 sol bazu nahiyyəsinin sıyrığı, sağ bud nahiyəsin in qançırları kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarətlər yetirilmişdir. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarının dəyişdirilərək, Məhkum 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və iddiaçının mülki iddia tələbinin tam təmin edilməsi barəsində qərar qəbul edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki iddiaçı cinayət işi üzrə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh (təqsirləndirilən şəxs) Məhkum törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyana görə 20.000 (iyirmi min) manat, mənəvi ziyana görə 10.000 (on min) manat, həmç inin ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə tutulmasını xahiş etsə də, yalnız rüsumun ödənilməsindən başqa dəymiş zərərlə bağlı Binəqədi Rayon Məhkəməsinə heç bir əlavə sübut təqdim etməmişdir. İddia ərizəsi əsaslandırılmamış, ümumi cümlələrlə həmin məbləğlərdə ziyan dəyməsi göstərilmiş, ərizəyə Zərərçəkmiş şəxs ‘"Loqoritmika” Reabilitasiya və İnkişaf Mərkəzində loqoped seanslarında iştirak etmək üçün müqavilələr, fiziki şəxs olaraq fərdi sahibkarlıq fəaliyyəti göstərən X7 tərəfindən verilmiş mədaxil qəbzləri, ayrı-ayrı vergi ödəyicilərinə məxsus təsərrüfat subyektləri (apteklər) tərəfindən verilmiş kassa çekləri, Şahid1 aid ultrasəs müayinəsinə aid və digər sənədlər əlavə edilmişdir ki, bütün bu sübutların yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanla heç bir əlaqəsi olmamışdır. Hətta məhkəmə prosesinin gedişində nümayəndə məhkəməyə ərizə təqdim edərək Şahid1 aid sənədlərin sübutlar siyahısından çıxarılması xahiş etmiş, lakin Şahid1 aid sənədlərin ümumi məbləğin hansı hissəsini təşkil etdiyini müəyyən edə bilməmişdir. Bundan əlavə mülki iddiaçı Zərərçəkmiş şəxs əvvəllər danışdığını bildirmiş, hadisə nəticəsində nitqinin itdiyini, bununla bağlı hadisədən sonra müalicələr almış olduğunu bildirsə də, hətta Zərərçəkmiş şəxsin hadisədən əvvəl danışması, şeirlər deməsi ilə bağlı videogörüntüləri məhkəməyə təqdim edəcəyini bildirsə də, növbəti məhkəmə iclaslarında müxtəlif bəhanələr gətirməklə həmin sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə mülki iddianı baxılmamış saxlanılmasını onunla əsaslandırmışdır ki, həmin hadisə ilə Zərərçəkmiş şəxs sağlamlığına az ağır xəsarət yetirilmiş, lakin hazırkı halda mülki iddiaçı yetirilmiş həmin xəsarətə görə çəkilən xərcləri konkret hansı sübutlarla təsdiq edilməsini əsaslandıra bilməmiş, bunun üçün məhkəmə tərəfindən mülki iddiaçının nümayəndəsinə şərait də yaradılmış, lakin buna baxmayaraq nümayəndə sadəcə kassa çeklərini təqdim etmişdir ki, həmin çeklərin hansının zərərçəkmiş şəxsin müalicəsinə görə çəkilmiş xərc olduğunu cinayət mühakimə icraatının hazırkı mərhələsində məhkəmə tərəfindən müəyyənləşdirmək mümkün olmadığını, bu səbəbdən də mülki iddia baxılmamış saxlanılmalı olduğu qənaətinə gəlinmiş və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Məhkəmə əslində sübutların yetərli olmaması səbəbindən iddianı rədd etməli olduğu halda, hər iki tərəf üçün humanistik göstərmiş, təqsirləndirilən şəxsin mövqeyi baxımından süründürməçiliyə, cinayət işinin uzun müddət davam etməsinə və təqsirləndirilən şəxsin hüquqlarının kobud şəkildə pozulmasına yol verməmiş, mülki iddianı rədd etməməklə isə zərərçəkmiş şəxsin mülki qaydada yenidən iddia qaldırmasına imkan yaratmışdır. Bakı Apellyasiya Məhkəməsi isə qeyd edilən halları nəzərə almadan, zərərçəkmiş şəxsin şikayətlərindən qorxaraq tez-tələsik və heç bir sübuta əsaslanmadan yalnız hakimin öz şəxsi fərziyyələri və ehtimalları əsasında qərar qəbul etməklə təqsirləndirlən şəxsin hüquqlarını kobud şəkildə pozmuşdur. Beləliklə birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmış mötəbər sübutlarla birgə qiymət vermiş və həmin sübutlara əsaslanaraq iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmış, lakin apellyasiya məhkəməsi heç bir sübuta əsaslanmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gələrək, zərərçəkmişin hüquqi varisi tərəfindən verilmiş mülki iddia hissəsində əsassız qərar qəbul etmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarının mülki iddianın tam təmin edilməsi hissəsində ləğv edilib, mülki iddianın baxılmamış saxlanılması, əks təqdirdə isə mülki iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmasını, digər tərəfin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Nümayəndə çıxış edərək, vermiş olduğu kassasiya şikayətinin təmin olunmasını, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi çıxış edərək, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını, digər kassasiya şikayətinin isə təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 202 5-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qayd asında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Həm məhkum, həm də zərərçəkmiş tərəfdən verilmiş kassasiya şikayətlərində məhkumun əməlinin tövsifi mübahisələndirilməsə də, apellyasiya məhkəməsinin iş üzrə mülki iddiaya aid hissədə gəldiyi nəticənin əsassız olduğu, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, zərərçəkmiş tərəf əlavə olaraq şikayətdə məhkuma təyin edilmiş cəzanın yüngül olduğu və törədilmiş cinayət əməlinin ədalətli nəticəsi olmadığı iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsin i və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallar ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materia llarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə nümayəndənin kassasiya şikayəti təmin edilməməli, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarı isə mülki iddiaya aid hissədə ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə bax ılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, həmin hissədə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi tərəfi ndən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərb aycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayəthüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ic timai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cinayət Məcəlləsinin 59.1-ci maddəsi cəza təyini zamanı nəzərə alınmalı yüngülləşdirici halların siyahısını göstərmiş, eyni zamanda Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən 59.1.1 və 59.1.14-cü maddələrində göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması müəyyən edilmişdir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətb iq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində göstərilmiş “zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə edilmədiyi təqdirdə təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsinin qanunvericilik baxımından labudlüyünə” dair dəlillərini qeyriqanuni və əsassız hesab edir. Qeyd edilən dəlilə daha geniş izah verərək məhkəmə kollegiyası qeyd edir ki, CMin 60-cı maddəsinin imperativ tələbinə əsasən müəyyən olunmuşdur ki, bu Məcəllənin 59.1.12-ci maddəsində (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) nəzərdə tutulmuş bütün hallar mövcud olduqda təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni oxşar işlər üzrə şəxsə təyin olunacaq cəzanın həddi bir il altı aydan artıq ola bilməz. Aydın məsələdir ki, baxılan iş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə edilməmişdir, lakin qeyd edilən hal mövcud olduğu təqdirdə, cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması bu halın olmadığı təqdirdə cəzanın ağır olmasını özündə ehtiva etmir. Belə ki, cinayət qanunvericiliyində cəzanı ağırlaşdıran halların dairəsi dəqiq müəyyən olunmuş (CM 61-ci mad.), oxşar işlər üzrə zərərçəkmiş ş əxs ilə barışıq əldə edilmədiyi təqdirdə bir mənalı şəkildə təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsinə dair cinayət qanunvericiliyində hər hansı imperativ norma və ya buna dair vahid məhkəmə təcrübəsi mövcud deyil. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cəza təyini cinayət qanunvericiliyinin yuxarıda təhlili verilmiş bir sıra normalarının tələblərdən irəli gələn, cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsa sən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəza – azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılması nəticəsində nail olunacağını zərərçəkmiş tərəf kassasiya şikayət ində əsaslandıra bilməmişdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Zərərçəkmiş tərəf kassasiya şikayətində həmçinin, iş üzrə mülki iddianın (həm maddi, həm də mənəvi) tam təmin olunmamasını, məhkum isə kassasiya şikayətində iş üz rə mülki iddianın qismən təmin olunmasını mübahisələndirmiş və hər iki tərəf kassasiya şikayətlərinin dəlillərini sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışlar. Kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin qərarı ilə, həmçinin digər iş materialları ilə birgə təhlil edib belə qənaətə gəlir ki, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş işin faktiki halları ilə mülki iddiaya dair gəlinən nəticə uyğun olmamış və həmin hallar Məhkum maddi ziyana görə 5.000 (beş min) manatın, mənəvi ziyana görə 2.000 (iki min) manatın, həmçinin ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi verilməsi məsələsində qanuni və əsaslı yekun nəticəyə gəlməyə i mkan vermir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sü butların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinay ət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilən normaların tələblərindən çıxış edərək aşağıda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılm asını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını göstərir. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mülki iddia (həm maddi, həm mənəvi) tələbinə dair apellyasiya məhkəmə kollegiyası tərəfindən faktiki halları üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamış, hər bir sübutun mənsubiyyətinin, mümkünlüyünün və mötəbərliyinin qiymətləndirilməsi həyata keçirilməmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayəti üzrə gəldiyi nəticənin hüquqi əsaslandırmasını apararkən əlavə olaraq qeyd edir ki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Mülki iddialarla bağlı “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci i l tarixli 15 saylı qərarında göstərilmişdir ki, “Mülki iddia cinayət əməli nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə zərər vurmuş şəxsə və ya onun əməlinə görə üzərinə maddi məsuliyyət qoyula biləcək şəxsə yönəlmiş tələbdir. Mülki iddia maddi məsuliyyətin realizə vasitəsidir. Mülki iddianın predmetini iddiaçının təqsirləndirilən şəxsə (mülki cavabdehə) qarşı ona vurulmuş maddi və qeyri-maddi ziyanın ödənilməsi ilə bağlı müraciətdir. Bu zaman cinayətin törədilməsi, maddi və qeyri-maddi ziyanın vurulması, eləcə də əməl ilə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulan maddi ziyan üzrə xərclərin ödənilməsi tələbinə dair mülki iddiaya baxarkən məhkəmələr vurulmuş ziyanın məbləğini mülki iddiaçı tərəfindən təqdim edilmiş sübutların məcmusuna (qəbzlər, arayışlar, müvafiq çıxarışlar və s.) əsasən müəyyən etməlidir. Həmin qərarının 71-ci bəndində göstərilmişdir ki, “məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən ed ərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Cinayət işinin materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi nümayəndəsi Nümayəndə mülki iddia ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs (cavabdeh) Məhkum cinayət nəticəsində vurduğu maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə 100 00 manat, həmçinin ödənilmiş 180 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi mülki iddianı baxılmamış saxlamaqla gəldiyi nəticəni onunla əsaslandırmış ki, mülki iddiaçının təqdim etdiyi iddia ərizəsində qeyd edilən məbləğlər tam əsaslandırılmamış, ümumi cümlələrlə həmin məbəğlərdə ziyan dəyməsi göstərilərək iddia ərizəsinə Zərərçəkmiş şəxs “Loqoritmika” Reabilitasiya və İnkişa Mərkəzində loqoped seanslarında iştirak etmək üçün müqavilələr, fiziki şəxs olaraq fərdi sahibkarlıq fəaliyyəti göstərən X7 tərəfindən verilmiş mədaxil qəbzləri, ayrı ayrı vergi ödəyicilərinə məxsus təsərrüfat sübyektləri (apteklər) tərəfindən verilmiş kassa çekləri, Şahid1 aid ultrasəs müayinəsinə aid və digər sənədlər əlavə edilmişdir. Mülki iddiaçının nümayən dəsi tərəfindən daha sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edilərək Şahid1 aid sənədlərin sübutlar siyahısından çıxarılması xahiş edilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs nitqinin inkişafı ilə bağlı mütəmadi müalicə olunduğunu, nitqin pozulmasının hadisə zamanı yarandığını hesab etdiklərini, Zərərçəkmiş şəxsin 3-4 yaşından danışmağa başladığını, əvvəllər şeirlər dediyini, hətta himn də söylədiyini və bunları təsdiq edən videogörüntüləri növbəti məhkəmə iclasında təqdim edə biləcəyini bildirsə də, növbəti məhkəmə iclaslarında bağça rəhbərliyi müəyyən problemlərdən narahat olduğu üçün video görüntünün pozulduğunu bildirdiyini, uşağın danışmasına dair nə anasında nə də digər ailə üzvlərində hər hansı videogörüntü olmadığından məhkəməyə heç bir videogörüntü v ə ya digər sübut təqdim edə bilmədiklərini, hadisədən əvvəl zərəçəkənin pəncəsini yerə basmasında problemlər olduğu üçün Şirvan şəhər poliklinikasına müraciət olunduğunu, həkimin bununla bağlı quma salınmasını məsləhət bildiyini bildirmiş, iddia ərizəsində qeyd edilən 20000 manatı təsdiq edən sənədlərinin olmadığını, ərizədə əlbəl verilən pulların miqdarını göstərdiklərini və aptekdən əldə olunan qəbzləri təqdim etdiklərini, həmin qəbzlərin də təxminə 1000 manata yaxın miqdarda olduğunu bildirmişdir. Sonda birinci instansiya məhkəməsi belə nəticəyə gəlmiş ki, hazırkı halda mülki iddiaçı yetirilmiş həmin xəsarətə görə çəkilən xərcləri konkret hansı sübutlarla təsdiq edilməsini əsaslandıra bilməmiş, bunun üçün məhkəmə tərəfindən mülki iddiaçının nümayəndəsinə şərait də yaradılmış, lakin buna baxmayaraq nümayəndə sadəcə kassa çeklərini təqdim etmişdir ki, həmin çeklərin hansının zərərçəkmiş şəxsin müalicəsinə görə çəkilmiş xərc olduğunu cinayət mühakimə icraatının hazırkı mərhələsində məhkəmə tərəfindən müəyyənləşdirmək mümkün olmamışdır. Cinayət işi materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli ilkin baxış qərarına əsasən müəyyən olunur ki, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti açıq məhkəmə iclasında məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən məhkəmə baxışına təyin edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, zərərçəkmiş tərəf işə apellyasiya instansiya məhkəməsində baxılarkən də, qeyd olunan hallarla bağlı nəinki əlavə sənədlər təqdim etməmiş, hətta öncədən irəli sürdükləri dəlilləri dəstəkləyən yeni faktlar irəli sürə bilməmiş, məhkəmə kollegiyası da heç bir əlavə sübut tələb etmədən, iş üzrə məhkəmə istintaqı (tam və ya qismən) aparmadan, birinci instansiya məhkəməsinin istinad etdiyi sübutları belə tədqiq edərək qiymətləndirmədən yekun nəticəyə gəlmişdir. Halbuki, apellyasiya məhkəməsinın hökmündə mülki iddia aid hissədə gəldiyi nəticəyə dair istinad olunanları, həmçinin verilmiş apellyasiya şikayəti dəlillərini nəzərdən keçirsəydi, görə bilərdi ki, əslində mülki iddia üzrə işin faktiki hallarının tam, hərtərəfli, obyektiv araşdırılmamasına dair məsələlər, həmçinin sübutlar və sü butetməyə dair cinayət-prosessual normaların pozulub - pozulmaması, sübutların tədqiqinə dair normalarla əlaqəli olub Cinayət-Prosessual Məcəllənin 392.3, 400.2, 397.3-cü maddələrində təsbit edilmiş apellyasiya baxışında məhkəmə istintaqının keçirilməsi və sübutların tədqiq edilməsi əsaslarını özündə ehtiva edirdi. İş materiallarının yuxarıda qeyd olunan qanunvericilik normalarının və Plenum Qərarlarının izahları baxımında təhlili göstərir ki, apellyasiya məhkəmə kollegiyası mülki iddia (həm maddi, həm mənəvi) tələbinin qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmuşdur. Kassasiyası məhkəmə kollegiyası əvvəllər qəbul etdiyi qəra rlarında sərgilədiyi hüquqi mövqeyinə sadiq qalaraq, sübutların tədqiqi və işin faktiki hallarının müəyyən edilməsinə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə aşağıda qeyd edilənləri təkrarən apellyasiya məhkəmə kollegiyalarının nəzərinə çatdırmağı məqsədəmüvafiq hesab edir: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə ka ssasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qan unun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə mülki iddianın təmin edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktla rı müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi kassasiya müraciəti üzrə şikayətinin dəlillərinin təmin olunmasını labüd edir. Yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmələrin gəldiyi nəticələr tədqiq edilərkən müəyyən olunur ki, apellyasiya məhkəmə kollegiyasının mülki iddia ilə bağlı irəli sürülmüş mübahisəli faktlar ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırılma aparmadan məhkəmə iclasların ı keçirməsi, həmçinin yuxarıda şərh olunan digər hallar üzrə sübutların CM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində göstərilən pozuntu kimi çıxış edir. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət-prosessual qanun məhkəmə istintaqının keçirilməməsi barədə əvvəl qəbul edilmiş qərar ləğv edilmədən də məhkəmə baxışının gedişində zərurət yarandığı hallarda (məsələn, CPM-in 400.2.2-ci maddəsinin nəzərdə tutduğu vəziyyətdə) apellyasiya məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılmasının və məhkəmə istintaqının keçirilməsi barədə qərarın qəbul e dilməsinin qarşısını almır. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməklə Məhkum barəsində qərar verməsini - CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin “mülki iddianın tam təmin olunması” tələbinə gəldikdə isə kassasiya məhkəmə kollegiyası hesab edir ki, mülki iddia (həm maddi, həm də mənəvi) tələbinin qismən təmin olunmuş məbləğinin belə mülki iddia ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırılmanın nəticəsi kimi müəyyən olunmadığı təqdirdə, “mülki iddianın tam təmin olunmasına” dair tələb özüözlüyündə qeyri-qanuni və əsassız tələb kimi görünür. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, həmin kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025ci il tarixli qərarı məhkumun kassasiya şikayətinə əsasən mülki iddiaya aid hissədə ləğv olunmalı, cinayət işi həmin hissədə apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarı məhkumun kassasiya şikayətinə əsasən mülki iddiaya aid hissədə ləğv olunsun və cinayət işi həmin hissədə apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar