Məhkəmə qərarları › İş №1(102)-1678/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1678/2022

15.12.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1678/2022 15.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ X19 Qılıcov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Aytac Səfa qızı Əhmədlinin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5 iştirakı ilə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya M əhkəməsinin 19 may 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs1 və məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X1 (sədrlik edən), X11 və X12 ibarət tərkibdə) 11 dekabr 2019-cu il tarixli, 1(101)-543/2019 saylı hökmü ilə Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 311.3.2, 311.3.3 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 46.2-cimaddəsinə əsasən 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququn dan məhrum edilməklə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 32.4, 312.2cimaddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanmaq yolu ilə və əlavə cəza əsas cəzaya birləşdirilmək yolu ilə Məhkum 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 sentyabr 2018-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan təd biri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 1(101)-543/2019 saylı hökmündən Məhkum müdafiəçisi X7 apelyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 1(101)-543/2019 saylı hökmünün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ittihamın heç bir epizodu ayrı-ayrılıqda sübuta yetirilməmişdir. Məhkəmə işi hərtərəfli araşdırmamaqla, düzgün hüquqi nəticəyə gəlməmişdir. İş üzrə Məhkum elan edilmiş ittiham epizodlarından heç biri öz təsdiqini tapmadığından, iş üzrə bəraət h ökmü çıxarılmalı idi. Belə ki, Məhkum ittiham olunduğu cinayət əməli cinayət işinin materiallarında olan aşağıdakı sübutlarla təkzib olunur: şahid ifadələri ilə (Şahid2, Şahid1 və sair şahidlərin ifadələri), Zərərçəkmiş şəxs1, iş üzrə əvvəl zərərçəkmiş olmuş, sonradan şahid statusu almış digər şahidlərin (Şahid1 istisna olmaqla) ziddiyyətli ifadələri və ilkin ərizələri, istintaqdakı ifadələri, məhkəmədəki ifadələri ilə, qeyri-mötəbər olan “Zykline”' markalı diskə sübut əhəmiyyəti verilməsi ilə, telefon danışıqlarından çıxarışa sübut əhəmiyyəti verilməsi ilə, ibtidai istintaqda Məhkum ümumiyyətlə ifadə verməkdən, istintaq hərəkətlərində iştirak etməkdən imtina etmiş. Məhkəmə iclasında isə ifadə verməkdən imtina etmişdir. Edildiyi iddia edilən bu əməl törədildiyi təqdirdə belə cinayət əməli deyildir. Törədildiyi təqdirdə həmin münasibətlər mülkü hüquqi münasibətlərini əhatə edir. Belə ki, ittihama əsasən güya B. Quliyev birgə iş qurmaq adı ilə Zərərçəkmiş şəxs1 pul almış, lakin vədinə əməl etməməklə, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı özünün və suallara cavab olaraq verdiyi ifadəsində bildirmişdir ki, Məhkum ilk dəfə 54.000 ABŞ dolları biznes qurmaq məqsədi ilə pul vermiş, 2 ay sonra aldadıldığını bilmiş və pulunu tələb etməyə başlamış, lakin Məhkum onun pulunu qaytarmamış, ilk pulun verilməsindən 4 ay sonra 2-ci dəfə 18.000 manat pul vermişdir. Özü də heç bir fəaliyyətlə məşğul olmamışdır, qazanc yeri olmamışdır. Göründüyü kimi, bu ifadə Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadə ilə fərqlidir. Eyni zamanda Zərərçəkmiş şəx s1 Məhkum həqiqətən quşçuluq fermasının olmasını, fermada quşların olmasını, fermanın 6-7 ay ərzində fəaliyyət göstərməsini, fermada işçilərin işləməsini, quşlar üçün lazımı yemlərin alınmasını təsdiq etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə hadisəni təsəvvür etdikdə ifadənin yalan olması müəyyən olunur. Yəni, hadisələrin xronoloji ardıcıllığına baxaq: Zərərçəkmiş şəxs1 Məhkum 54.000 ABŞ dolları pul verir; 2 ay sonra aldadıldığını başa düşüb, pulunu tələb edir; 4 ay sonra yenidən 18.000 manat pul verir. Özü də heç bir yerdə işləmir, gəlir yeri yoxdur. İlk pulun verilməsindən 2 ay sonra aldadıldığını başa düşəndən, pulunu tələb edəndən sonra, lakin Məhkum pulu verməməsini görən adamın sonradan yenidən 18.000 manat verməsi absurddur. Eyni zamanda i lk pulun verilməsindən sonra qısa müddətdə 18.000 manatın qazanılması, hansı mənbədən əldə edilməsi şübhəlidir. Əgər 1-ci epizod üzrə ev satıb, güya tam olaraq pulunu Məhkum vermişdirsə, 2-ci epizod üzrə başqa əmlaka və qazanca malik olmayan adam 18.000 manatı haradan əldə etmişdir?! Buna görə də Zərərçəkmiş şəxs1 2-ci dəfə 18.000 manatı Məhkum verməsi tam absurddur. Bu da onu sübut edir ki, T. Mirzəyev yalan ifadə vermişdir. Zərərçəkmiş şəxs1 cinayət işində olan ilkin müraciət ərizəsində (xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş) Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, şərikli torpaq alıb obyekt tikmək üçün 2012-ci ilin avqust ayının sonlarında 54.000 ABŞ dolları, 2012-ci ilin sentyabr ayının əvvələrində isə 18.000 manat pul verməsini, lakin sonuncu onun etibarından sui-istifadə etməsini qeyd etmişdir. Bu ifadə Zərərçəkmiş şəxs1 bütün ərizələrində qeyd edilmişdir. Halbuki, ittihamda 1-ci məbləğ 2012-ci ilin avqust ayının sonlarında, 2-ci məbləğ isə 2013-cü ilin fevral-mart aylarında verildiyi qeyd edilir. Göründüyü kimi bu ziddiyyətlər hadisənin mövcudluğunu şübhə altına alır. Zərərçəkmiş şəxs1 məhkəmədə dindirmə və üzləşmə zamanı ibtidai istintaq orqanına vermiş olduğu ifadəyə zidd ifadə vermiş, verdiyini iddia etdiyi pulun məbləğini ifadəsindən fərqli göstərmiş, həmin pulun qaynağını göstərə bilməyərək, pulu vermiş olduğunu isbat edəcək dəlillərə və şahidlərə malik olmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı son 6 ili Məhkum himayəsində yaşadığı, yaşadığı mənzilin kirayə, kommunal haqqlarının və özünün və ailəsinin ərzaq xərclərinin son 6 ildə Məhkum tərəfindən ödənilməsi aşkar olunmuşdur. Bu barədə Məhkum irəli sürülmüş ittihamlar heç bir halda təsdiqini tapmamışdır. Bundan başqa, həmin saxta ittiham məzmununa əsasən də mülki xarakterli məsələdir. İttihamın özündə də hadisənin baş vermə (pulun verilməsinin) yeri və vaxtı öz əksini tapmır. Eyni zamanda ittiham tərəfinin bu epizodu təsdiq edən sənəd, şahid ifadələri mövcud deyildir. İttiham şəxsə ümumi əsaslarla qeyri-dəqiq verilmişdir. Bu da özüözülüyündə ittihamı şübhə altına alır. Lakin buna baxmayaraq məhkəmə bu epizodları heç bir qanuni əsas olmadan təsdiq edərək, hökm vermişdir. Ona görə də Zərərçəkmiş şəxs1 üzrə ittihama qiymət verilərkən Məhkəmə Kollegiyasından xahiş edirəm ki, istər mülki baxımdan, istərsə də ittiham baxımından Məhkum irəli sürülmüş bu ittiham üzrə AR CPMnın 42.1.1, 42.1.2, 42.1.4-cü maddələrinə əsasən bəraət verəsiniz. Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda şikayət etmiş, həmin şikayətlərin məzmunu müxtəlif və fərqli olmuşdur. Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda etdiyi şikayətlərində eyni epizod üzrə müxtəlif məbləğlər göstərmişdir. Zərərçəkmiş şəxs2 şikayətləri dəfələrlə araşdırılmış və hər dəfə də öz təsdiqini tapmadığından rədd edilmişdir. Zərərçəkmiş şəxs2 oğlu Valid Məmmədov barəsində olan cinayət işinin istintaqı Məhkum icraatında olmuşdur. Bu da onu sübut edir ki, Zərərçəkmiş şəxs2 Məhkum qarşı qərəzli mövqedə olmuşdur.Bundan başqa, Zərərçəkmiş şəxs2 müxtəlif ərizə və izahatlarında gah Məhkum pulu övladının işinin yüngülləşməsi ilə bağlı, gah da ziyanın ödənilməsi məqsədi ilə alınmasını izah edir.İş üzrə ittihamı təsdiq edən digər şahidlər və ya sü butlar mövcud deyildir.Bu da Zərərçəkmiş şəxs2 üzrə ittihamın özünü əsaslı şübhə altına alır.Bütün bunlar onu sübut edir ki, Məhkum qarşı irəli sürülmüş ittiham süni şəkildə ittihamın sayını çoxaltmaq niyyəti güdür və həqiqəti əks etdirmir. Göründüyü kimi, Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda verdiyi şikayətlərdə ilkin olaraq 200, 300 manatdan söhbət gedirsə, bu pulun bir hissəsini bacısının yanında verməsini qeyd edirsə, B. Quliyevin barəsində olan cinayət işinin istintaqı zamanı tamam başqa ifadə vermiş, hər hansı şahidin olmamasını, ilkin olaraq 2.000 manat verdiyini qeyd edir. (halbuki, şikayətində 200 manat qeyd edir.) Bundan başqa, Zərərçəkmiş şəxs2 dəfələrlə 102 xidmətinə zəng edir, bunun nəticəsində araşdırma aparılır, araşdırma aparıldığı dövrdə yalan ifadə verməyə görə məsuliyyət lə bağlı xəbərdarlıq edildiyi təqdirdə, yalan məlumat verməsini, Məhkum qarşı heç bir şikayət və tələbinin olmadığını, hirsli olduğu üçün onun barəsində belə bir şikayət verməsini bildirmişdir. Bunun nəticəsində heç də təsadüfi deyildir ki, cinayət işinin başlanılmasından imtina edilmişdir. Məhkum Zərərçəkmiş şəxs2 oğlu Valit Məmmədov barəsində olan cinayət işini istintaq etmişdir. Məhkum Zərərçəkmiş şəxs2 oğlu ilə bağlı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı peşə fəaliyyətini həyata keçirmişdir. Bu da onu təsdiq edir ki, Zərərçəkmiş şəxs2 Məhkum qarşı tam maraqlı və qərəzli şəxs olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 verdiyi pullar heç bir epizod üzrə kimsənin yanında baş verməmişdir. Bu da onu təsdiq edir ki, qərəzli mövqedə olan, müxtəlif vaxtlarda, müxtəlif məbləğlər göstərmək lə, müxtəlif ifadə vermiş şəxsin ərizə və izahatına əsasən ittihamın elan edilməsi və məhkəmənin də həmin ittihamı təsdiq etməsi tam absurddur! Cinayət işinin materiallarında, Zərərçəkmiş şəxs2 Məhkum qarşı müxtəlif şikayətləri olmuş, həmin şikayətlərdə müxtəlif məbləğlər göstərilmişdir. Onun şikayətləri araşdırılmış və hər dəfə də fakt təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir.Zərərçəkmiş şəxs2 epizodu üzrə pulun verilməsi yeri və vaxtı ittihamda dəqiq göstərilməmiş, bu hal eyni zamanda məhkəmə iclasında da müəyyən edilməmişdir. Cinayət əməlinin törədilmə yerinin və vaxtının dəqiq olması şəxsə ittihamın elan edilməsi üçün əsas şərtlərdən biridir. Göründüyü kimi, ittiham istər məbləğ baxımından, istər məqsəd baxımından, istərsə də hadisənin baş vermə yeri və vaxtı nın dəqiq olmaması baxımından, şahidlərin olmaması baxımından, Zərərçəkmiş şəxs2 özünün müxtəlif ərizələrində yalan məlumat verməsinə dair ifadələri baxımından tam təkzib olunur. Şahid1 özünün dəfələrlə Həsrət Aslanovdan və digər şəxslərdən olan şikayətləri ilə; Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini imzalamaması faktı ilə; iş üzrə ittihamın Şahid1 epizodunu təsdiq edən digər şahidlər və ya digər başqa sübutların mövcud olmaması ilə. Məhkəmə iclasında Şahid1, eləcə də ittihamın şahidi hesab edilən, lakin ibtidai istintaqda ifadəni imzalamaqdan imtina edən Şahid2 iştraklan təmin edilməmişdir. Belə ki, Şahid1 müxtəlif vaxtlarda müxtəlif instansiyalara onlarla ərizə ünvanlamış və istər həmin ərizələrdə, istərsə də ibtidai istintaqa vermiş olduğu ərizəsində Binəqədi RPİ-nin İŞnin r əisi Həsrət Aslanovdan şikayətçi olduğunu bildirmişdir. İş materiallarında Şahid1 17 fevral 2019-cu il tarixli vəsatəti mövcuddur. Həmin vəsatətdə 2015-ci ilin sentyabr ayında Bakı Şəhəri Binəqədi RPİ-nin İŞ-nin rəisi Həsrət Aslanovun xidməti otağında Şahid1 cinayət işinin xitam olunması üçün 50.000 manat, üstəlik də olmuş X13 borclu olduğu üçün 20.000 manat pul verəcəyi təqdirdə barəsində cinayət işinin xitam olunacağını bildirməsi, həmin xüsusatla bağlı Rövşən Babayev və Həsrət Aslanovun ifadələrinin alınması və Şahid1lə üzləşdirmənin aparılması və sonuncuların əməllərinə hüquqi qiymət verilməsi qeyd olunmuşdur. Həmin vəsatət Rövşən Babayev və Həsrət Aslanovun ifadələrinin alınması hissəsində təmin edilmiş. Rövşən Babayev və X24 Əliyevlə üzləşmələrinin aparılması hissəsində təxirə salınm ışdır. Sonradan isə bu vəsatətə qiymət verilməmişdir. Cinayət işinin materiallarında Şahid1 müxtəlif şəxslərdən (Məhkum istisna olmaqla) müxtəlif orqanlara ünvanladığı ərizələri vardır. Müxtəlif orqanlar həmin ərizələri araşdırılması üçün müvafiq orqanlara göndərmiş, nəticədə həmin ərizələr Məhkum aid olmadığı halda, onun barəsində olan cinayət işinə pərçimlənmiş və həmin şikayətlər nədənsə istintaq orqanı tərəfindən Məhkum aid edilərək süni ittiham yaradılmışdır. Halbuki, Şahid1 bütün şikayətləri Həsrət Aslanov və digər şəxslərdən olmuşdur. Bu da onu sübut edir ki, Sumqayıt Şəhər Prokurorluğu Məhkum qarşı qərəzli mövqedə olmuşdur. Göründüyü kimi Şahid1 başqa şəxslərdən şikayətçi olduğu halda, istintaq orqanı qərəzli olaraq Məhkum aid olmayan ittihamı da ona heç bir əsas olmadan aid etməkl ə, ittiham elan etmişdir. Məhkəmə Kollegiyası da təəssüflər olsun ki, öz təsdiqini tapmayan ittiham üzrə hökm çıxarmış, cinayət işində mövcud olan ziddiyyətli məqamları Şahid1, Şahid2 iştiraklarını təmin etməməklə, araşdırmamışdır. Bu epizod üzrə məhkəmə araşdırması aparılmadan, çoxlu sayda ziddiyyətləri əks etdirən sübutlara söykənərək məhkəmənin hökm verməsi AR Cinayət Prosessual Qanunvericiliyinə zidd olmuşdur. Belə ki, hazırkı epizod üzrə əlavə şahid olmamış, pulun verilməsini təsdiq edən hər hansı bir şəxs olmadığı təqdirdə, eyni zamanda Şahid1 iştirakının təmin edilməməsi təqdirdə məhkəmənin ittihamı təsdiq etməsi tam absurd olmuşdur. Cinayət işinin materiallarında Şahid1 epizodu üzrə şahid göstərilmiş Şahid2 Sumqayıt Şəhər Prokurorluğuna guya ifadə vermişdir. Lakin həmin ifadəni imz alamamışdır. Məhkəmə iclasında da Şahid2 iştirakı təmin edilməmişdir. İmzası olmayan ifadənin subut kimi qəbul edilməsi AR CinayətProsessual Məcəlləsinin tələblərinə ziddir. Müstəntiq “imza etməkdən imtina etdi” kimi qeyd aparmışdır. Bu da bir daha onu sübut edir ki, Şahid1 aid epizod üzrə Məhkum sanki zorla ittiham yapışdırılmış və məhkəmə də həmin ittihamı təsdiq edilərək hökm verilmişdir. Yəni, Şahid1 bütün ərizələrində Həsrət Aslanovdan şikayətçi olduğu, onunla üzləşmə tələb etdiyi və Məhkum qarşı ifadə vermək və üzləşmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilməkdən imtina etdiyi halda, qaynanası Şahid2 ona qarşı verildiyi iddia edilən ifadənin belə imzalanmadığı və ona qarşı ifadə vermək və onunla üzləşmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlməkdən imtina etdiyi və heç bir ittiham sübutu olmadığı halda, həmin epizod üzrə Məhkum ittiham və hökm verilir. Verilmiş pulun ziyanın ödənilməsi məqsədi ilə verilməsinə dair şahid ifadələri ilə; Cinayət işi üzrə həqiqətən ziyan ödənilməsini təsdiq edən sənədin olması ilə; Zərərçəkmiş şəxs5 barəsində olan cinayət işinin icraatına 2017-ci ilin fevral ayında xitam verilməsinə dair qərar ilə; 2017-ci ilin oktyabr ayından sonra Zərərçəkmiş şəxs4 epizodu üzrə Məhkum ittiham elan edilməsinə dair qərarla, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Şahid14 1-ci cilddəki ərizələri ilə. Məhkum barəsində olan cinayət işində Sərdar İmanovun istintaqın ona həvalə edilməsinə dair Zakir Qaralova ünvanladığı məktubu və Zakir Qaralovun qərarı mövcuddur. Hüquqlarını müdafiə etdiyi şəxs Məhkum tərəfindən prokurora etiraz edilmişdir. Etiraz on unla əsaslandırlmışdır ki, X25 İmanov yaxın qohumluq münasibətlərindədirlər. Lakin vəsatət obyektiv araşdırılmamış, qərarla həmin etiraz rədd edilmişdir. Cinayət işində süni ittiham sübutu yaratmaq cəhdi ilə AR CPM-nın (235.1 və s maddələri) ziddinə olaraq, ifadə belə vermədiyi halda, Məhkum Şahid7 ilə guya üzləşməyi barədə protokol tərtib etmişdir. İfadə verməkdən və istintaq və digər prosessual hərəkətlərdə iştirak etməkdən AR CPM- nın 91.5.10 və 91.5.14-cü maddələrinə əsasən Sumqayıt Şəhər Prokurorluğuna məktub göndərək, imtina etdiyi halda, Məhkum zorla ifadə almaq və onu süni ittiham sübutları yaratmaq üçün zorla üzləşdirməkdən ötrü psixi və fiziki təzyiqlərə məruz qoymaq imkanını əldə etməkdən ötrü Sumqayıt Şəhər Prokurorluğu Məhkum Sumqayıt ŞPİ-nin MSY-yə köçürür, Məhkum Sumqayıt ŞPİ-də psixi və fiziki təzyiqlərə məruz qalmağı barədə Sumqayıt ŞPİ-dən və MSY-dən dərhal müşahidə kameralarının videogörüntüləri yazılı tələb edilsə də, həmin videogörüntülər təqdim edilmir, “görüntülər sistemdə qalmayıb” məzmununda məktub verilir. Məhkum 5 gün yeməkdən və sudan tam imtina edərək, aclıq elan etsə də, qanunvericiliyin tələbləri pozularaq, 5 gün ərzində bir dəfə də olsun, həkim müayinəsinə təqdim olunmamışdır. Həmçinin Məhkum müdafiəçisi X7 apelyasiya şikayətinə əlavə verərək, hüquqlarını müdafiə etdiyi şəxs barəsində Zərərçəkmiş şəxs1 epizodu, eləcə də digər epizodlar üzrə bəraət verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)-692/2020 nömrəli qərarı ilə müdafiəçi X3 apelyasiya şikayəti və ona əlavəsi təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 1(101)543/2019 saylı hökmü Məhkum barəsində onun müdafiəçisi X3 apelyasiya şikayətinə və ona əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 1(102)-1241/2021 saylı qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 20 avqust 2020-ci il tarixli, 1(103)-692/2020 nömrəli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X18 Adil oğlunun sədrliyi və məruzəsi ilə,X30 və X4 ibarət tərkibdə) 19 may 2022-ci il tarixli 1 (103)-204/2022 saylı hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 311.3.2, 311.3.3 və 32.4,312.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 1(101)543/2019 saylı hökmü ləğv edilmiş, Məhkum elan olunmuş ümumi ittihamın onun Zərərçəkmiş şəxs1 60406 (altmış min dörd yüz altı) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə əməlində cinayət tərkibi olmadığından və Şahid1 qaynanası Şahid2 vasitəsi ilə ümumilikdə 10000 (on min) manat məbləğində külli miqdarda maddi nemət olan pulu rüşvət qismində özü üçün birbaşa yolla şəxsən alması epizodu üzrə isə təqsirliliyi sübuta yetirilmədiyindən, həmin epizodlar üzrə Məhkum bəraət verilməsi, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs2 7000 manat ziyan vurmaqla bağlı dələduzluq və Şahid4 9000 manat rüşvət alması epizodları üzrə “təkrarlıq” ifadələri tövsifedici əlaməti ittihamdan xaric edilməsi, Elan olunmuş ittihamın digər epizdoları üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 46.2-cimaddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3-cü maddələri ilə 08 (səkkiz) i l müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzalar qismən toplanmaq yolu ilə və əlavə cəza əsas cəzaya birləşdirilmək yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 03 sentyabr 2018ci il tarixdən hesablanması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 mülki mühakim ə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilsin. Məhkum adına olan “Mersedec Benz 320” markalı 90-CO436 dövlət qeydiyyat nişanlı və “Kia Optima” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış Məhkum danışığını özündə əks etdirən iki ədəd disk cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınması, iş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 340 (üç yüz qırx) manat Məhkum alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: VÖEN: **********) ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli 1(103)-204/2022 saylı hökmündən Bakı Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli hö kmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Zərərçəkmiş şəxs1 və Məhkum tərəfindən verilmiş kassasiya şikayətləri verilmişdir. İşin halları: İttiham aktına əsasən təqsirləndirilən şəxs Məhkum 21 dekabr 2011-ci il tarixdən 21 noyabr 2013-cü il tarixədək olan dövr ərzində Xəzər rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, 21 noyabr 2013-cü il tarixdən 16 fevral 2016-cı il tarixədək olan dövr ərzində Bakı şəhəri Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi və 16 fevral 2016-cı il tarixdən 24 oktyabr 2017-ci il tarixədək olan dövr ərzində Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən ayrıayrı vaxtlarda təkrarən qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, təkrarən qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almış və şəxsləri təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Belə ki, təqsirləndirilən Məhkum, Bakı şəhəri Xəzər və Binəqədi rayon polis idarələrinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə, yəni vəzifəli şəxs kimi ona olan inam və etibardan yaranmış qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə guya tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri Xətai rayonu ərazisindən torpaq sahəsini alıb həmin sahədə obyekt tikdirib ticarətlə məşğul olub qazanc əldə edəcəklərinə dair vəd verib aldadaraq, 2012-ci ilin avqust ayının sonlarında Bakı şəhəri Nəsimi rayon u Mirmahmud Kazımovski küçəsindəki 39 nömrəli binanın qarşısında sonuncudan həmin dövrün məzənnəsi ilə 42406 (qırx iki min dörd yüz altı) manata bərabər olan 54000 (əlli dörd min) ABŞ dolları, 2013-cü ilin fevral-mart aylarında isə Zərərçəkmiş şəxs1 torpaq sahəsinin baha olmasını və obyekt tikdirməsinin baş tutmadığını bildirib əlavə olaraq 18 000 manat da verdiyi təqdirdə ümumilikdə onda olan 60406 (altmış min dörd yüz altı) manat pulla Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,09 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində quşçuluq təsərrüfatı yaradıb birlikdə gəlir əldə edəcəklərini yalandan vəd verib, habelə bununla bağlı zəruri sənədlərini toplanması və razılıqların alınması adı ilə vahid qəsdlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 10 saylı evin qarşısı nda sonuncudan 18 000 (on səkkiz min) manat olmaqla, ümumilikdə 60406 (altmış min dörd yüz altı) manat pulunu alıb aldatma və etibardan suiistifadə etmək yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum, Binəqədi rayon polis idarəsinin müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə, yəni vəzifəli şəxs kimi ona olan inam və etibardan yaranmış qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə icraatında olmuş ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş X14 anası Zərərçəkmiş şəxs2 əslində belə bir niyyəti olmadığı halda, Valid Məmmədov tərəfin dən vurulan fiziki ziyana görə zərərçəkmişin müalicəsi üçün 7000(yeddi min) manat məbləğində pulu tələb etdiyini və həmin pulu ona özünün çatdıracağını bildirib aldadaraq vahid qəsdlə Zərərçəkmiş şəxs2 2014-cü ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 3 ünvanda 1000 manat, 2014-cü ilin oktyabr ayında Sumqayıt şəhəri, 8-ci mikrorayon Mirzə Ələkbər küçəsində 2000(iki min) manat, 2014-cü ilin noyabr ayında ünvan 3 ünvanda 4000(dörd min) manat olmaqla cəmi 7000(yeddi min) manat pulu alıb zərər çəkmiş şəxsə ödəməyərək həmin pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum, Binəqədi rayon polis idarəsinin müstəntiqi vəzifəsində işləyərkən ö z qulluq mövqeyinə görə, yəni vəzifəli şəxs kimi ona olan inam və etibardan yaranmış qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə icraatında olmuş ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Binəqədi rayon məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 07 noyabr 2014-cü il tarixdə həbs qətimkan tədbirinin müddəti 09 dekabr 2014-cü il tarixədək uzadılmış X14 anası Zərərçəkmiş şəxs2 iş üzrə təqsirləndirilən şəxs Valid Məmmədovun həbsdə saxlama müddətinin uzadılması üçün məhkəməyə müraciət edilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçi rən prokurora vəsatətlə müraciət etdiyi halda Binəqədi rayon məhkəməsində olan əlaqələrindən istifadə edib sonuncunun həbsdə saxlama müddətinin uzadılmayacağına yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 vəzifəli şəxsə rüşvət verməyə təhrik edib 2014-cü ilin 09 dekabr 2014-cü il tarixdə ünvan 4 ünvanda Zərərçəkmiş şəxs2 700(yeddi yüz) manat alıb alıb təkrarən dələduzluq etmiş və sonuncunu vəzifəli şəxsə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə təhrik etmişdir. Bundan başqa Məhkum, Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası CPM-nın 85.2.5-ci maddəsinə əsasən, zərurət olduqda bu Məcəllənin 154-157, 160, 163-172-ci maddələrinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxs haqqınd a qətimkan tədbirinin seçilməsini təmin etmək və Azərbaycan Respublikası CPM-nın 85.4.14 və Azərbaycan Respublikası CPM-nın 159.3-cü maddələrinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zərurililiyi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət vermək kimi səlahiyyəti olmasından istifadə edərək icraatında olmuş ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 05 avqust 2015-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş Şahid1 Binəqədi rayon polis idarəsinin inzibati binasında 2015-ci ilin iyun-iyul aylarında cinayət işi üzrə qanuni əsaslar olmadan sonuncunun həbsd ə saxlanılma müddətinin uzadılması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatət verməyərək həbsdən azadlığa buraxılması və barəsində həbslə bağlı olmayan daha yüngül qətimkan tədbirinin seçilməsi müqabilində özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 10.000 (on min) manat pulu rüşvət qismində istəmiş, sonuncunun buna razılıq verməsindən sonra vahid qəsdlə Şahid1 qaynanası Şahid2 vasitəsi ilə 2015-ci ilin iyul-avqust aylarında Bakı şəhəri, Səbail rayonu, ərazisində “Axundov” kitabxanasının, yəni ünvan 5 ünvanın yaxınlığında 6000 manat, 2015-ci ilin iyul-avqust aylarında Abşeron rayonu, Novxanı bağlarında 3000 manat və 2015-ci ilin iyul-avqust aylarında Bakı şəhəri, Nəsimi rayonu, “Lukoyl” yanacaqdoldurma məntəqəsinin, yəni ünvan 7 ünvanın yaxınlığınd a 1000 (bir min) manat olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində pulu alıb, ********* saylı cinayət işi üzrə ibtidai istintaqın onun tərəfindən davam etdirildiyi halda Şahid1 həbsdə saxlama müddətinin uzadılması üçün məhkəməyə təqdimatla müraciət etməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatət verməyərək xx.xx.2015-ci il tarixdə sonuncunun həbsdə saxlanma müddətinin başa çatması ilə azadlığa çıxmasına nail olaraq barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçib xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətsizliyə görə özü üçün külli miqdarda maddi nemət olan pulu rüşvət qismində özü üçün birbaşa yolla şəxsən almışdır. Bundan başqa Məhkum, təkrarən rüşvət verməyə təhrik etməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyinə görə, yəni vəzifəli şəxs kimi ona olan inam və etibardan yaranmış qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid3 guya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində olan əlaqələrindən istifadə edib sonuncunun oğlu Rəsul Hacıyevi rayon polis idarələrindən birinə polis nəfəri kimi işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq Şahid3 vəzifəli şəxsə rüşvət verməyə təhrik edib 2016-cı ilin aprel ayında Binəqədi polis idarəsinin inzibati binasının yanında yerləşən kafedə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 3 ünvanında sonuncudan 2000 (iki min) ABŞ dolları-həmin vaxtın məzənnəsi ilə 3014 (üç min on dörd) manat və 2000 (iki min) manat məbləğində, ümumilikdə 5014 (be ş min on dörd) manat məbləğində pulunu alıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Şahid3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və sonuncunu vəzifəli şəxsə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə təhrik etmişdir. Bundan başqa Məhkum, təkrarən Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası CPM-nın 85.4.14 və Azərbaycan Respublikası CPM-nın 223.2, 225.1 və 225.2-ci maddələrinə əsasən cinayət əməli törətmiş şəxsin barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarmaq, ibtidai istintaq zamanı elan edilmiş ittihamı dəyişdirmək və ya ona əlavələr etmək zərurəti yarandıqda həmin Məcəllənin 223 və 224-cü maddələrində müəyyə n edilmiş tələblərə riayət etməklə yenidən ittiham elan etmək, ibtidai istintaq zamanı elan edilmiş ittihamın bir hissəsi təsdiq edilmədikdə öz qərarı ilə ittihamın həmin hissəsini ittihamdan xaric etmək kimi səlahiyyətləri olduğundan icraatında olmuş ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş X8 əməlinin ittiham olunan maddəyə nisbətən daha yüngül cəza nəzərdə tutan maddəyə tövsif edilməsinə köməklik göstərilməsi üçün müraciət etmiş tanışı Şahid4 cinayət işi üzrə təkrarən qanuni əsaslar olmadığı halda həmin hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar 9000 (doqquz min) manat pul istəyərək sonuncuda n 2016-cı ilin may ayının axırlarında ünvan 8 ünvanda yerləşən Sumqayıt şəhər polis idarəsinin inzibati binasının yaxınlığında təkrarən qanunsuz hərəkətə görə külli miqdarda maddi nemət olan 9000 (doqquz min) manat pulu özü üçün birbaşa yolla şəxsən rüşvət kimi almışdır. Bundan başqa, Məhkum, təkrarən rüşvət verməyə təhrik etməklə Sumqayıt şəhər polis idarəsinin müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə, yəni vəzifəli şəxs kimi ona olan inam və etibardan yaranmış qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə icraatında olmuş ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Sumqayıt şəhər məhkəməsinin xx. xx.2016-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş X8 tanışı Şahid4 guya həmin cinayət işi ittiham aktı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra əlaqələrindən istifadə etməklə Qədir Nəzərzadəni həbsdən azad etdirəcəyinə dair yalandan vəd verib aldadaraq Şahid4 vəzifəli şəxsə rüşvət verməyə təhrik edib 2016-cı ilin may ayının sonlarında sonuncudan Sumqayıt şəhəri, Nizami küçəsi, məhəllə 6, 19c-da yerləşən Sumqayıt şəhər polis idarəsinin inzibati binasının yaxınlığında 14000 (on dörd min) manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Şahid4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin sonuncunu birbaşa yolla vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Bundan başqa Məhkum, təkrarən Sumqayıt şəhər poli s idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası CPM-nın 85.4.14 və Azərbaycan Respublikası CPM-nın 223.2, 225.1 və 225.2-ci maddələrinə əsasən cinayət əməli törətmiş şəxsin barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarmaq, ibtidai istintaq zamanı elan edilmiş ittihamı dəyişdirmək və ya ona əlavələr etmək zərurəti yarandıqda həmin Məcəllənin 223 və 224-cü maddələrində müəyyən edilmiş tələblərə riayət etməklə yenidən ittiham elan etmək, ibtidai istintaq zamanı elan edilmiş ittihamın bir hissəsi təsdiq edilmədikdə öz qərarı ilə ittihamın həmin hissəsini ittihamdan xaric etmək kimi səlahiyyətləri olduğundan icraatında olmuş ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-n ın 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş X15 əməlinin ittiham olunan maddəyə nisbətən daha yüngül cəza nəzərdə tutan maddəyə tövsif edilməsi üçün köməklik olunması ilə bağlı ona müraciət etmiş Vüqar Rzazadənin atası Şahid6 ilə cinayət işi üzrə təkrarən qanuni əsaslar olmadan razılaşıb həmin hərəkətlərin qarşılığında 2016-cı ilin noyabr ayınının əvvəllərində Sumqayıt şəhər polis idarəsinin inzibati binasında 5000 (beş min) manat pul istəmiş və 2016-cı ilin noyabr ayının əvvəllərində isə Sumqayıt şəhər polis idarəsinin inzibati binasında xidməti otağında Şahid6 5000 (beş min) manat məbləğində pulu təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxs ən rüşvət qismində almışdır. Bundan başqa Məhkum, təkrarən Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası CPM-nın 85.4.13-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək kimi səlahiyyəti olduğundan icraatında olmuş ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş X15 atası Şahid6 2016-cı ilin noyabr ayının sonlarında Sumqayıt şəhər polis idarəsinin inzibati binasında xidməti otağında həmin cinayət işi üzrə qanuni əsaslar olmadan təqsirləndirilən şəxs Vüqar Rzazadənin barəsində olan his səyə xitam verməsi barədə qərar qəbul etmək müqabilində təkrarən qanunsuz hərəkətlərə görə özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 5000 (beş min) manat pulu rüşvət qismində istəmiş, Şahid6 buna razılıq verməsindən sonra 2016-cı ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhər polis idarəsinin inzibati binasında xidməti otağında sonuncudan 5000 (beş min) manat məbləğində pulu təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almışdır. Bundan başqa Məhkum, təkrarən rüşvət verməyə təhrik etməklə Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə, yəni vəzifəli şəxs kimi ona olan inam və etibardan yaranmış qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz gənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid8 guya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində olan əlaqələrindən istifadə edib sonuncunun oğlu Şahid9 rayon mühafizə polis idarələrindən birinə mühafizəçi polis nəfəri işinə düzəldəcəyini yalandan vəd verib aldadaraq Şahid8 vəzifəli şəxsə rüşvət verməyə təhrik edib 2016-cı ilin noyabr ayının sonlarında Sumqayıt şəhər polis idarəsinin inzibati binasının xidməti otağında 6500 (altı min beş yüz) manat pulunu alıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Şahid8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və sonuncunu vəzifəli şəxsə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə təhrik etmişdir. Bundan başqa Məhkum, təkrarən Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində iş ləyərkən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası CPM-nın 85.4.14 və Azərbaycan Respublikası CPM-nın 223.2, 225.1 və 225.2-ci maddələrinə əsasən cinayət əməli törətmiş şəxsin barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarmaq, ibtidai istintaq zamanı elan edilmiş ittihamı dəyişdirmək və ya ona əlavələr etmək zərurəti yarandıqda, həmin Məcəllənin 223 və 224-cü maddələrində müəyyən edilmiş tələblərə riayət etməklə təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək, ibtidai istintaq zamanı elan edilmiş ittihamın bir hissəsi təsdiq edilmədikdə öz qərarı ilə ittihamın həmin hissəsini ittihamdan xaric etmək kimi səlahiyyətlər olduğundan icraatında olmuş ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 126.2.1, 126.2.4 və 221.3-cü madd ələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş X17 əməlinin ittiham olunan maddələrə nisbətən daha yüngül cəza nəzərdə tutan maddəyə tövsif edilməsi üçün ona müraciət etmiş sonuncunun anası Şahid16 ilə cinayət işi üzrə həmin hərəkətləri etməyə heç bir əsaslar olmadan razılaşmış və 2016-cı ilin dekabr ayında Sumqayıt şəhər polis idarəsinin inzibati binasında təkrarən həmin qanunsuz hərəkətlərin qarşılığında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2000 (iki min) manat məbləğində pulu rüşvət qismində istəmiş, Şahid16 buna razılıq verməsindən sonra, yəni 2016-ci ilin dekabr ayında Sumqayıt şəhəri, Kamran Hüseynov küçəsində sonuncudan 2000 (iki min) manat məbləğində maddi n emət olan pulu təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almışdır. Bundan başqa Məhkum, təkrarən Sumqayıt rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası CPM-nın 85.4.13-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyəti olduğundan icraatında olmuş ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş X10 atası Şahid11 və qardaşı Şahid10 sonuncuların, yəni Şahid11 və Şahid10 Ehtiram Əliyevə köməklik göstərilməsinə dair olan müraciə tləri ilə əlaqədar həmin şəxslərə cinayət işi üzrə heç bir qanuni əsas olmadan Ehtiram Əliyev barəsində olan hissəyə xitam verəcəyini bildirərək bunun müqabilində Sumqayıt şəhər polis idarəsinin inzibati binasının xidməti otağında 2016-cı ilin noyabr ayı ərzində təkrarən qanunsuz hərəkətlərə görə özü üçün şəxsən birbaşa yolla maddi nemət olan külli miqdarda, yəni 10000 (on min) manat pulu rüşvət qismində istəmiş, sonuncular buna razılıq verdikdən sonra 2016-cı ilin noyabr ayının sonlarında və dekabr ayında vahid qəsdlə Sumqayıt şəhər polis idarəsinin inzibati binasının xidməti otağında Şahid11 hissəhissə olmaqla üç dəfəyə ümumilikdə 5000 (beş min) manat, Şahid10 isə 2017-ci ilin yanvar ayında Sumqayıt şəhər polis idarəsinin inzibati binasının yaxınlığında 2000 (iki min) manatı alıb, vahid niyyətlə ümumilikdə 7000 (yeddi min) manat məbləğində külli miqdarda maddi nemət olan pulu təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almışdır. Bundan başqa Məhkum, təkrarən qeyd olunan vəzifədə işləyərkən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası CPM-nın 85.4.13-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətləri olduğundan icraatında olmuş ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş X16 anası Zərərçəkmiş şəxs3 tanışı Şahid19 Rəşad Məmmədova köməklik göstərilməsinə dair olan müraciəti ilə əlaqədar Sumqayıt şəhər polis idarəsinin inzibati binasının xidməti otağında 2017-ci ilin fevral ayının sonlarında həmin cinayə t işi üzrə heç bir qanuni əsas olmadan Rəşad Məmmədov barəsində olan hissədə cinayət təqibinə xitam verməsi barədə qərar qəbul etmək müqabilində təkrarən qanunsuz hərəkətlərə görə özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 1500 (bir min beş yüz) manat pulu rüşvət qismində istəmiş, 2017-ci ilin fevral ayının sonlarında Sumqayıt şəhər polis idarəsinin inzibati binasının xidməti otağında Şahid19 vasitəsi ilə Zərərçəkmiş şəxs3 1000 (bir min) manat pulu təkrarən qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almışdır. Bundan başqa Məhkum, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə, yəni vəzifəli şəxs kimi ona olan inam və etibardan yaranmış qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma və etib ardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə icraatında olmuş ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X16 anası Zərərçəkmiş şəxs3 belə bir niyyəti olmadığı halda cərimə şəklində dövlət nəfinə ödəyəcəyinə vəd verib aldadaraq 2017-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs3 Sumqayıt şəhəri, 20 Yanvar küçəsində 2500 (iki min beş yüz) manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Bundan başqa Məhkum, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə, yəni vəzifəli şəxs kimi ona olan inam və etibardan yaranmış qulluq mövqeyind ən istifadə etməklə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə icraatında olmuş ********* №-li cinayət işi üzrə şahid qismində iştirak etmiş, həmin cinayət işi üzrə barəsində heç bir cinayət təqibi aparılmamış Zərərçəkmiş şəxs4 barəsində cinayət təqibinin aparılması görüntüsünü yaratmaq üçün xx.xx.2017-ci il tarixdə sonuncunun «Giriş-çıxış və qeydiyyat» idarəlararası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin «sərhəd nəzarəti» alt sistemindən sərhəd keçmə “saxla” statusu ilə Azərbaycan Respublikasından getmək hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və Zərərçəkmiş şəxs4 cinayət işinin guya onun barəsində olan hissəsinə xitam verilməsi haqqında qərar qəbul edəcəyinə və bununla da sərhədkeçmə ilə bağlı qoyduğu məhdudiyyətin götürüləc əyinə dair vəd verib aldadaraq 2017-ci ilin mart ayının ortalarında Sumqayıt şəhər polis idarəsinin inzibati binasının xidməti otağında 1000 (bir min) manat məbləğində pulu alıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etmişdir. Bundan başqa Məhkum, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası CPM-nın 85.4.14 və Azərbaycan Respublikası CPM-nın 223.2, 225.1 və 225.2-ci maddələrinə əsasən, cinayət törətmiş şəxsin barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul etmək, ibtidai istintaq zamanı elan edilmiş ittihamı dəyişdirmək və ya ona əlavələr etmək zərurəti yarandıqda, həmin Məcəllənin 223 və 224-cü maddələrində müəyyən edilmi ş tələblərə riayət etməklə təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək, ibtidai istintaq zamanı elan olunmuş ittihamın bir hissəsi təsdiq olunmadıqda öz qərarı ilə ittihamdan xaric etmək kimi səlahiyyətləri olduğundan icraatında olmuş ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 127.1, 126.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş X6 əməlinin ittiham olunan maddələrə nisbətən daha yüngül cəza nəzərdə tutan maddəyə tövsif edilməsi üçün ona müraciət etmiş sonuncunun anası Şahid15 ilə cinayət işi üzrə heç bir qanuni əsas olmadan həmin hərəkətləri edəcəyinə razılaşıb təkrarən qanunsuz hərəkətin qarşılığında özü üçün birbaşa yolla şəx sən maddi nemət olan 2000 (iki min) manat məbləğində pulu rüşvət qismində istəmiş, Şahid15 buna razılıq verməsindən sonra, 2017-ci ilin mart ayında Sumqayıt şəhər polis idarəsinin inzibati binasının xidməti otağında vahid niyyətlə sonuncudan hissə-hissə olmaqla 2 dəfəyə 2000 (iki min) manat məbləğində maddi nemət olan pulu təkrarən qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almışdır. Bundan başqa Məhkum, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə, yəni vəzifəli şəxs kimi ona olan inam və etibardan yaranmış qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə icraatında olmuş ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Zərərçəkmiş şəxs5 əslində belə bir niyyəti olmadığı halda sonuncu tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi üçün pulu ona verməsini və həmin pulu özünün zərərçəkmiş şəxs Şahid14 ödəyəcəyini bildirib aldadaraq vahid qəsdlə 2017-ci ilin fevral ayının əvvəllərində Sumqayıt şəhər polis idarəsinin inzibati binasında xidməti otağında Zərərçəkmiş şəxs5 500 (beş yüz) manat və 2017-ci ilin mart ayının sonlarında isə 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat məbləğində pulu alıb zərərçəkmiş şəxsə ödəməyərək aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs5 qarşı dələduzluq et mişdir. Bundan başqa Məhkum, təkrarən rüşvət verməyə təhrik etməklə Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə, yəni vəzifəli şəxs kimi ona olan inam və etibardan yaranmış qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid12 Əbülfəz qızına guya sonuncunun oğlu Rəhim Bəşirovu əlaqələrindən istifadə edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rayon polis idarələrindən birinə polis nəfəri vəzifəsinə düzəltdirəcəyinə dair vəd verib aldadaraq Şahid12 vəzifəli şəxsə rüşvət verməyə təhrik edib 2017-ci ilin mart-aprel aylarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq 27 ünvanda Bakı Metropoliteninin “28 May” stansiyasının yaxınlığında 5000 (beş min) manat məbləğində pulu alıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə Şahid12 qarşı dələduzluq etmiş və sonuncunu vəzifəli şəxsə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə təhrik etmişdir. Bundan başqa Məhkum, təkrarən rüşvət verməyə təhrik etməklə Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə, yəni vəzifəli şəxs kimi ona olan inam və etibardan yaranmış qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə icraatında olmuş ********* №-li cinayət işi üzrə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nın 126.2.1, 126.2.4 və 221.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş v ə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2017-ci il tarixdə isə həbs qətimkan tədbirinin müddəti xx.xx.2017-ci il tarixə kimi uzadılmış X17 anası Şahid16 belə bir niyyəti, hüququ və imkanı olmadığı halda həmin cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra orada olan əlaqələrindən istifadə etməklə Röyal Səfərovu həbsdən azadlığa buraxdıracağına dair vəd verib aldadaraq sonuncunu vəzifəli şəxsə rüşvət verməyə təhrik edib vahid qəsdlə 2017-ci ilin aprel ayında Sumqayıt şəhər polis idarəsinin inzibati binasının xidməti otağında 2000 (iki min) manat və 2017-ci ilin may ayında isə Şahid17 vasitəsilə Bakı şəhəri, Müzəffər Həsənov küçəsində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında 100 0 (bir min)manat olmaqla, ümumilikdə 3000 (üç min) manat pulu aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək Şahid16 qarşı dələduzluq etmiş, həmçinin sonuncunu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Məhkumun tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində istintaq olunan hazırkı işə əlavə edilmiş və prokurorluq orqanları tərəfindən ona aid olması ehtimal edilən səs yazılarının AR Ədliyyə Nazirliyi MEM-nin Məhkəmə Fonoskopik Ekspertizasının rəyinə əsasən Məhkum, yəni ona məxsus olmadığından, sözügedən disklərin sübut növlərinə heç bir əlaqəsi olmadığından, həmin disklərin ittihamın sübutlarının cərgəsindən çıxarılmasını, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 Epizorla rı üzrə əməlində cinayət tərkibi olmadığından, Şahid15 epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyindən sözügedən epizodlar üzrə ona bəraət verilməsini, X20( Telman və Şahid10lər) və Şahid7 (Şahid6) epizodları üzrə prokurorluq orqanı tərəfindən süni olaraq, yaradılmış epizod çoxluğunun aradan qaldırılmasını və həmin epizodlar üzrə onun əməlinə düzgün hüquqi qiymət verilməsini, Zərərçəkmiş şəxs1 epizodu üzrə Bakı Apellyasiya Məhkəməsinin bəraət hökmünün təsviredici hissəsinə düzəliş edilməsini, eyni zamanda onun uzun müddət dövlət orqanlarında xidmət etməyini, müsbət xarakteristika olunmasını, ilk dəfə cinayət törətməkdə ittiham olunmasını, cinayət işi üzrə dəymiş zərərin mövcud olmamasını, barəsində heç bir şikayətin olmamasını, 4 ildir həbsdə olmasını, ailə başçısı olmasını, ailədə yega nə gəlir gətirən şəxs olmasını, himayəsində 4 azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunaraq cəzasının azaldılmasını xahiş edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli 1(103)-204/2022 saylı hökmünün ləğv edilməsini, Məhkum elan olunmuş ümumi ittihamın onun Zərərçəkmiş şəxs1 60406 (altmış min dörd yüz altı) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi hissəsində ləğv edilməsi və işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı4 tərəfindən verilmiş apellasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli 1(103)-204/2022 saylı hökmünün ləğv edilməsini və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətləri və kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin və zərərçəkmiş şəxs tərəfindən verilən kassasiya şikayətinin təmin edilməsi, məhkum tərəfindən verilən kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qa nunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirmə yə haqlıdır. Məhkumun müdafiəçisi kassasiya şikayətlərində və kassasiya protestində işə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində baxılan zaman CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu bildirmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli 1(103)-204/2022 saylı hökmünün ləğv edilməsi xahiş etmişdir. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli 1(103)-261/2021 saylı hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətlər və kassasiya protestində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşd ırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və məhkəmələr tərəfindən işə baxılan zaman CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu barədə kassasiya şikayətlərində və kassasiya protestində irəli sürdüyü dəlillərinin ibtidai araşdırma orqanının topladığı və məhkəmə baxışı zamanı tədqiq olunmaqla təsdiq olunmuş və cinayət işinin digər materialları ilə, habelə tədqiq olunmuş digər mötəbər sübutlarla kifay ət qədər təkzib edildiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3 və 32.4,312.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə toplanmış sübutların məcmusunun müqayisəli şəkildə təhlili və qiymətləndirilməsi nəticəsində X34 Məmmədovu qəsdən həyatdan məhrum etməsi və bu vaxt zəruri müdafiə vəziyyətində olmaması nəticəsinə gəlməsi və Vüqar Həsənov həmin əməli xuliqanlıq niyyəti ilə törətməməsi barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhk əməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. X29 daha sonra qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normaları na açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qar şı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusunu mötəbərliyi üzrə qiymətləndirərək hesab edir ki, ibtidai istintaq orqanı Məhkum elan olunmuş ittihamın əksər epizodları öz təsdiqini tapsa da, Məhkum elan olunmuş ümumi ittihamın onun Zərərçəkmiş şəxs1 60406 (altmış min dörd yüz altı) manat manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə əməlində cinayət tərkibinin olması və Şahid1 qaynanası Şahid2 vasitəsi ilə ümumilikdə 10000 (on min) manat məbləğində külli miqdarda maddi nemət olan pulu rüşvət qismində özü üçün birbaşa yolla şəxsən alması epizodu üzrə isə təqsirliliyinin sübuta yetirilməsi öz təsdiqini tapmır. Belə ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə tərəflər arasındakı faktiki münasibətlərin xarakteri və mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. X29 həmçinin qeyd edilir ki, mülki münasibətlərdən irəli gələ n (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülk i mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər cinayətlərdən ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyekti ni və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: _ özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; _ götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; _ bunların əvəzsiz olması; _ cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; _ mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: _ birbaşa qəsd; _ tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ö zgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda m addi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmadıqda və yaxud şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə, onun belə hərəkət etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin dispozisiyası nöqt eyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülkihüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Hətta, zərəçəkmiş şəxsin maddi zərər görməsi təqsirkarın başqa kriminal xarakterli niyyət və məqsədləri ilə bağlı olduqda belə, müstəsna olaraq bundan çıxış etməklə Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibinin mövcudluğu barədə mühakimə yürütmək düzgün deyil. Çünki, yuxarıda təsvir edilmiş talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərdən və Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispoziyasından irəli gələn mənaya görə, söhbət özgə əmlakının ələ keçirilməsində ifadə olunmuş dələduzluq cinayəti üzrə ittihamından gedirsə, təqsirkarın zərəçəkmiş şəxsin mövcud olan əmlakını ələ keçirməsi (mövcud əmlak kütləsindən hansısa hissəsini ayırıb özünün və yaxud üçüncü şəxsin nəfinə keçirməsi) tələb olunur. Belə (əmlakın ələ keçirilməsi ilə bağlı) dələduzluqda zərərçəkmiş şəxsin maddi zərər görməsi onun gözlənilən artımı, qazancı almamasında deyil, mövcud olan əmlak kütləsinin ələ keçirilmiş əmlak hesabına azalmasında (malik olduğu əmlakdan məhrum edilməsində) ifadə olunmalıdır. Zərəçəkmiş şəxsin ifadələrindən, eləcə də birinci instansiya məhkəməsində tədqiq olunmuş digər sübutlardan Məhkum Zərərçəkmiş şəxs1lə razılığa gələrkən həqiqi niyyətinin razılaşmanın şərtlərinə əməl etmək olmadığı (onu aldadıb hansısa əmlaklarını əvəzsiz olaraq ələ keçirmək olduğu) görünmür. Əksinə, Məhkum tərəfindən razılığa uyğun olaraq quş çuluq təsərrüfatını ərsəyə gətirilməsi razılaşmalardan əvvəl Məhkum belə bir niyyətin olması haqqında nəticəni ciddi şəkildə şübhə altına alır. Məhkum özü də bütün ifadələrində zərərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs1lə birgə iş qurmaq üçün müəyyən məbləğdə pul götürməsi barədə bütün razılaşmaları həmin razılaşmaların gerçək məzmununa uyğun olan niyyətlə bağladığını, heç vaxt onu aldatmaq, bu yolla onun əmlakını ələ keçirmək məqsədində olmadığını və reallıqda da belə halların baş vermədiyini göstərmişdir. Onun ifadəsinə görə əslində, zərərçəkmiş şəxsin narazı olması ondan asılı olmayan səbəblərdən (işləri uğursuz olduğundan) irəli gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Məhkumlə Zərərçəkmiş şəxs1 arasındakı razılaşmalar üzrə Məhkum aldatma, etibarda n suiistifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətinin olmaması, bununla əlaqədar onlara hər hansı əmlak payını vəd etməməsi, sonrakı dövrdə isə əldə etdiyi əmlakın bir hissəsinin maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmaması nəzərə alınaraq Məhkum həmin epizod üzrə əməli Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal Bəhruz Qulievi mülki-hüquq münasibətlərinin subyektindən dələduzluq cinayətinin subyektinə çevirmir və həmin epizod üzrə cinayət hadisəsinin baş vermədiyini və əməlində cinayət tərkibinin olmadığını təsdiq edir. Şahid1 və onun qaynanası Ş ahid2 ilə bağlı epizod üzrə məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, Şahid2 tərəfindən Məhkum ittihamda göstərilən 10000 manat pulun verilməsini “təsdiq edən” istintaq orqanının təqdim etdiyi yeganə “sübut” Şahid2 ibtidai istintaq zamanı vermiş qeyd edilən və imzalanmamış, habelə Şahid2 sözlərinə əsasən Şahid1 verdiyi ziddiyyətli, uzlaşmayan, bir-birinin tamamlayan və məhkəmə kollegiyasında doğruluğuna dair kifayət qədər əsaslı şübhələr yaradan ifadələridir. Məhkəmə kollegiyası Şahid1 Azərbaycan Respublikası CM-nın 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Məhkum icraatında olmuş ********* nömrəli cinayət işi üzrə Şahid1 həbsdə saxlanılması müddətinin uzadılmaması və bu hala görə onun qaynanasından rüşvət alması ilə bağlı qeyd edir ki, əvvəla nəzarət icraatı materialından göründüyü kimi Şahid1 barəsində 05 mart 2015-ci il tarixli Nizami rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon məhkəməsinin 02 may 2015-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 05 iyul 2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixli qərarı ilə isə 05 avqust 2015-ci il tarixədək uzadılmışdır. Cinayət işi üzrə istintaq müddəti 05 avqust 2015-ci il tarixdə 2 ay müddətinə uzadılmışdır. xx.xx.2015ci il tarixdə Şahid1 həbsdə saxlama müddəti bitdiyindən 3 saylı istintaq təcridxanasından azad edilmişdir. Göründüyü kimi, əvvəla Şahid1 həbsdə saxlanılma müddəti müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında iki dəfə uzadılmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılması məs ələsi yalnız müstəntiqin mövqeyinə və ya mülahizələrinə görə həll edilmir. Başqa sözlə, müstəntiq bu məsələdə tam müstəqil də deyildir və bu xarakterli işlərdə qanunla müəyyən edilmiş qaydada prokuror nəzarəti mövcüddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən prokuror cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirir. Həmçinin prokurorun aşağıdakı hüquqları da vardır: 84.5.11. təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması məsələsinə baxılması üçün, habelə bu Məcəllənin 177, 443 və 444-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdimatla məhkəməyə və ya müvafiq təqdimatın verilməsi üçün yuxarı prokurora müraciət etmək 84.5.19. təhqiqatçı və ya müstəntiq t ərəfindən tutulma, məcburi gətirilmə və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılmasının qanuniliyinə nəzarət etmək, habelə prosessual hərəkətlərin aparılmasını təhqiqat orqanına tapşırmaq. Bundan başqa, ittiham aktında sübut kimi Məhkumlə Şahid2 arasında mobil telefon danışıqlarının (yuxarıda ətraflı təsvir edilmişdir) olmasına da istinad edilmişdir. Əvvəla, Şahid2 Məhkumlə telefonla danışıqlarının olmasını inkar etmir və həmin zəngləri təcridxanada saxlanılan kürəkəni Şahid1 hansı əsasla tutulması, işin mahiyyəti barədə məlumat əldə etmək üçün müstəntiq Məhkumlə əlaqə saxlaması ilə əlaqələndirmişdir. Digər tərəfdən, həmin zənglərin məzmunu ilə bağlı iş üçün əhəmiyyətli hallar əldə edilmədiyi halda həmin zənglərin fərziyyələrə əsasən ittihamı təsdiq edən sübutlar kimi təqdim olunması yolverilməzdir. Göründüyü kimi, ittihamı sübut etmək vəzifəsi daşıyan istintaq orqanı yalnız həmin fərziyyələr, imzalanmamış ifadələr əsasında Məhkum həmin epizodla bağlı ittiham elan etməklə kifayətlənmiş, ittihamın həmin epizodu üzrə daha mötəbər, “ağlabatan” və inandırıcı sübutlar əldə edib məhkəməyə təqdim etmək üçün sübutlar əldə edilməsi üçün istintaq hərəkətləri yerinə yetirməmiş və bununla da ittiham sübuta yetirmək vəzifəsi daşıyan istintaq orqanı həmin vəzifəsini lazımınca icra etməmiş, sanki həmin epizod istintaq orqanının diqqətindən kənarda qalmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən zərərçəkmiş şəxsin və ya şahidlərin ifadələri istintaq orqanı və məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğun olmamışdır. Prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Beləliklə, məhkəmə kollegiyası Şahid1 və onun qaynanası Şahid2 ilə bağlı epizod üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğ unu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, həmin epizod üzrə ittihamı təsdiq edən başqa bir sübutun ümumiyyətlə təqdim olunmadığını, ziddiyyətli və uzlaşmayan ifadələrin şəxsin təqsirli bilinib məhkum olunması üçün yetərli olmadığını, iş üzrə aparılmış istintaqın və tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını, istintaq orqanının natamamlığının təqsirləndirilən şəxsin hesabına aradan qaldırılmasının yolverilməz olduğunu nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Məhkum həmin epizod üzrə cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqq ında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Məhkum elan olunmuş ümumi ittihamın onun Zərərçəkmiş şəxs1 60406 (altmış min dörd yüz altı) manat manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə əməlində cinayət tərkibi olmadığından və Şahid1 qaynanası Şahid2 vasitəsi ilə ümumilikdə 10000 (on min) manat məbləğində külli miqdarda maddi nemət olan pulu rüşvət qismində özü üçün birbaşa yolla şəxsən alması epizodu üzrə isə təqsirliliyi sübuta yetirilmədiyindən, həmin epizodlar üzrə Məhkum bəraət verilməlidir. Məhkəmə kollegiyası həmin nəticəyə gəldiyindən həmçinin qeyd edir ki, ittihamın dələduzluq əməlləri üzrə Zərərçəkmiş şəxs1 sonrakı epizodu, yəni zə rərçəkmiş Zərərçəkmiş şəxs2 ilə bağlı dələduzluq epizodu üzrə, habelə Şahid1 qaynanası Şahid2 vasitəsi ilə rüşvət alması epizodundan sonrakı, yəni Şahid4 9000 manat rüşvət alması epizodu üzrə “təkrarlıq” ifadələri tövsifedici əlaməti ittihamdan xaric edilməlidir. Həmçinin müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla) ittiham məhz zərərçəkmiş Zərərçəkmiş şəxs1lə bağlı epizod üzrə verilmişdir ki, həmin epizod üzrə hazırda Bəhruz Qulievə bəraət verilməsi nəticəsində gəlinmişdir. Digər epizodlar üzrə isə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın məbləğləri külli miqdar deyil, xeyli miqdar tövsif edici əlaməti ilə əhatə olunduğundan, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrinə tövif edilməli və elan olunmuş ittihamın digər epizodları üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib qanuna müvafiq qaydada cəza təyin olunmalıdır. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi haqlı olaraq plenumun tövsiyyələrini və işin faktiki hallarını nəzərə alaraq Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3 və 32.4,312.2-ci maddələrinə tövsif etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli 1(103)-204/204 saylı hökmünün ləğv edilməsinə dair kassasiya şikay ətlərinin və kassiya protestinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmu ş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini ilə bağlı Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli olmasını, zərərçəkmiş şəxslərin əksəriyyəti ilə barışıq əldə etməsini yüngülləşdirici hal kimi və barəsində ağırlaşdıra n halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələ ndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin və zərərçəkmiş şəxs tərəfindən verilən kassasiya şikayətinin təmin edilməsi, məhkum tərəfindən verilən kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib,şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli 1(103)-204/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri və kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli 1(103)-204/2022 saylı hökmü kassasiya şikayətlərinə və kassasiya protestində münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar