Məhkəmə qərarları › İş №1(102)-1681/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1681/2024

04.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1681/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-510/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 1978-ci il tarixdə Ağsu rayonunun Padar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1709/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 06 may 2022-ci il tarixdən hesablanm ası hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən 15 noyabr 2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət 06 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1709/2022 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarı ilə Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir.

5. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 1(103)-510/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1709/2022 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Məhkum kassasiya şikayətində apellyasiya şikayəti verilməsi müddətini ötürməsinə səbəb olaraq səhhətində olan problemləri və hüquqi savadsızlığını əsas göstərərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-510/2024 nömrəli, 22 fevral 2024cü il tarixli qərarının ləğv olunaraq, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir.

9. Kassasiya ş ikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.

11. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

12. Hazırki halda cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməs inin 1(101)-1709/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli hökmü Məhkum iştirakı ilə elan edilmiş, hökmün surəti 07 dekabr 2022-ci il tarixdə onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 16 dekabr 2022-ci il tarixdə məhkum tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir.

13. Bununla belə, Məhkum birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətini və bunun üçün qanunvericiliklə müəyyən edilmiş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətini 15 noyabr 2023-cü il tarixdə vermiş, qeyd edilən sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsinə 06 dekabr 2023-cü il tarixdə daxil olmuşdur.

14. Nəticədə məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan m üddətdən 11 aydan çox vaxt keçmişdir.

15. Məhkum verdiyi kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddətini ötürdüyünü səhhətində olan problemlərlə əlaqəndirsə də, lakin buna dair ümumiyyətlə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

16. Bundan başqa, məhkum müddəti ötürməsini hüquqi savadının olmaması ilə əsaslandırsa da, cinayət işinin materiallarından müəyyən edilir ki, o, məhkəmə icraatı zamanı dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, hökm onun və müdafiəçisinin iştirakı ilə apellyasiya şikayəti vermək hüququ və qaydası da izah edilməklə elan edilmiş, həmin izahın da əks olunduğu hökmün surəti 16 dekabr 2022-ci il tarixdə məhkuma şəxsən təqdim edilmişdir.

17. Göründüyü kimi, məhkum tərəfindən hazırki kassasiya şikayətində üz rlü səbəb olaraq göstərilmiş hallar heç bir sübuta əsaslanmayan mülahizələrdən ibarət olmaqla, apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas hesab edilə bilməz.

18. Yuxarıda təsvir olunanlardan görünür ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 14 dekabr 2023-cü il və 22 fevral 2024-cü il tarixli qərarlarında müəyyən etdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1709/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü halla rdan baş verməmişdir.

19. Məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad edilməsini də zəruri hesab edir.

20. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan - işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı veri r. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (X4rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

21. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.

22. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, baxı lan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-510/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-510/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar