Məhkəmə qərarları › İş №1(102)-169/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-169/2023

24.01.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-169/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum2 müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlunun və Məhkum1 müdafiəçisi Əliyev Emil Namiq oğl unun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum2 və Məhkum1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə, Məhkum2 müdafiəçiləri B.Y.Hacıyev və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda və Məhkum1 müdafiəçisi E.N.Əliyev tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rafail Əyyub oğlu (sə drlik edən və məruzəçi), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) Məhkum2, xx xxxx 1991-ci il tarixdə Oğuz rayonunun Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli hökmü ilə CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Oğuz rayonunun Şirvanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, və Məhkum1, xx xxxxx 1981-ci il tarixdə Oğuz rayonunun Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan,əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Oğuz rayonunun Şirvanlı kəndində yaşamış, hər birisi CM-nin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Məhkum2 CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə, CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum1 isə CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) bir il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə, CMnin 237.2.1 və 237.2.3 -cü maddələri ilə 04 (dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 bibisi oğlu Oğuz rayonunun Şirvanlı kənd sakini Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin yaz aylarında Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsində 36 kvadrat metr ərazidə qanunsuz olaraq külli miqdarda, yəni 165 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib xüsusi qaydada qulluq göstərərək y etişdirməklə kultivasiya etmiş, 01 avqust 2020-ci il tarixdə Oğuz Rayon Polis Şöbəsinin (bundan sonra RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin narkotik tərkibli çətənə bitkiləri olan yerin qarşısında Məhkum2 polis əməkdaşlarının “Dayan, polisdir” və “Ayaz və Novruz, sizi tanıdıq, təslim olun” tələbinə məhəl qoymayaraq, əlində olan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq gəzdirdiyi 1 ədəd PH-1193 nömrəli, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silah ilə qeyrimüəyyən istiqamətə atəş açmış, həmin vaxt polis əməkdaşları da havaya 2 dəfə xəbərdarlıq atəşi açdıqdan sonra Məhkum1 hadisə yerindən qaçmış, lakin qeyd olunan tarixdə sa at 03 radələrində Məhkum2 hadisə yerində, Məhkum1 isə saat 06 radələrində Oğuz rayonu Şirvanlı kəndinin ərazisində saxlanılaraq Oğuz RPŞ-yə gətirilmiş, həmin şəxslər şübhəli şəxs qismində tutulduqdan sonra hadisə yerinə baxış keçirilmiş, hadisə yerindən Məhkum2 məxsus qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq gəzdirdiyi 1 ədəd PH-1193 nömrəli, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silah, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş daraqda hər birində 7 və 8 ədəd patron olmaqla, ümumilikdə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, atəş üçün yararlı 15 ədəd patron, bundan başqa PH-1193 nömrəli, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı silahdan atılmış 1 ədəd giliz, 1 ədəd “Night Vision” markalı, 1077 nömrəli gecəgörmə cihazı, 1 ədəd yun materialından hazırlanmış papaq tipli maska və 1 ədəd əlcəyin sağ tayı, həmçinin polis əməkdaşına məxsus 1 ədəd CM-3216M nömrəli, Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı yivli odlu silahdan atılmış 2 ədəd giliz götürülmüş, daha sonra həmin yerin yaxınlığında, Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsinə baxış keçirilərkən Məhkum2 və Məhkum1 qanunsuz olaraq birgə əkib xüsusi qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etdikləri, hündürlükləri 70 sm-dən 150 sm-dək, ümumi təmiz çəkiləri 13 kiloqram 50 qram olan 165 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri, daha sonra Məhkum2 yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətindəki gül topasının dibindən 1 ədəd sarı rəngli sellofan torbada içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 91,31 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkum1 dayısı oğlu Oğuz rayonu, Şirvanlı kənd sakini Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin yaz aylarında Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsində 36 kvadrat metr ərazidə qanun suz olaraq külli miqdarda yəni, 165 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib xüsusi qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, 01 avqust 2020-ci il tarixdə Oğuz RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin narkotik tərkibli çətənə bitkiləri olan yerin qarşısında Məhkum2, polis əməkdaşlarının “Dayan, polisdir” və “Ayaz və Novruz, sizi tanıdıq, təslim olun” tələbinə məhəl qoymayaraq əlində olan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirdiyi 1 ədəd PH-1193 nömrəli, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silah ilə qeyri-müəyyən istiqamətə atəş açmış, həmin vaxt polis əməkdaşları da havaya 2 dəfə xəbərdarlıq atəşi açdıqda n sonra Məhkum1 hadisə yerindən qaçmış, lakin qeyd olunan tarixdə, saat 03 radələrində Məhkum2 hadisə yerində, Məhkum1 isə saat 06 radələrində Oğuz rayonu Şirvanlı kəndi ərazisində saxlanılaraq Oğuz RPŞ-ya gətirilmiş, həmin şəxslər şübhəli şəxs qismində tutulduqdan sonra Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsinə baxış keçirilmiş, həmin ərazidən Məhkum2 və Məhkum1 qanunsuz olaraq birgə əkib xüsusi qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etdikləri, hündürlükləri 70 sm-dən 150 sm-dək, ümumi təmiz çəkiləri 13 kiloqram 50 qram olan 165 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri, bundan sonra Məhkum1 yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətindəki fındı q ağaclarından birinin dibindən sellofan torbada içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 36,88 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, digər fındıq ağacının dibindən isə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 ədəd 185352 nömrəli, 1960-cı il buraxılışlı, Tula istehsallı, 16 kalibrli, TOZ-B modelli, hamar, qoşalüləli, odlu, yivsiz, qundağı və lüləsi kustar üsulla kəsilmiş və hal hazırda öz təyinatını itirmiş, texniki cəhətdən atəşə yararlı silah və həmin silahın içərisində 16 kalibrli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararsız 02 ədəd gilizlər aşkar edilə rək götürülmüşdür. Hökmdən Məhkum2 müdafiəçisi Müdafiəçi1 və Məhkum1 müdafiəçisi E.N.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibarət tərkibdə) 22 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021ci il tarixli hökmü isə yalnız apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarından A.M.Abd ullayev kassasiya protesti, Məhkum2 müdafiəçiləri B.Y.Hacıyev və Müdafiəçi1 ayrı-ayrılıqda və Məhkum1 müdafiəçisi E.N.Əliyev kassasiya şikyətləri verərək aşağıdakıları xahiş etmişlər: - dövlət ittihamçısı A.M.Abdullayev - həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini; - müdafiəçilər B.Y.Hacıyev və Müdafiəçi1 – qərarın ləğv edilməsini və Məhkum2 barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini; - müdafiəçi E.N.Əliyev – qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Əsasən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə, Məhkum2 və Məhkum1 qarşı irəli sürülmüş ittiham ın hallarına, cəza təyin etmənin şərtlərinə, qaydalarına və prinsiplərinə həsr olunmuş cinayət qanunvericiliyinin müvafiq normalarına, CPM-nin bir sıra maddələrinə, ‘'Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cii il tarixli Qərarına istinad edən dövlət ittihamçısı A.M.Abdullayev kassasiya protestini onunla əsaslandırmışdır ki, hər iki təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı verilmiş ittihamları təkzib etmiş, onların özlərinin və törətdikləri cinayət əməllərinin ictimai təhlükəliliyini azaldan hər hansı halın müəyyən edilməməsinə baxmayaraq, məhkəmə tərəfindən onlara cinayətlərin məcmusu üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya instansiyası məhk əməsi də əsassız olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb hökmdən verilmiş apellyasiya protestini təmin etməmişdir. Bu zaman məhkəmələr nəzərə almamışlar ki, iş üzrə məhkumlar Məhkum2 və Məhkum1 müvafiq sübutlarla təsdiq olunan cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmiş, Məhkum2 əvvəllər də Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli hökmü ilə CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək islah işləri cəzasına məhkum edilmiş, bir dəfə isə CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, onun və Məhkum1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasının səbəbləri isə məhkəmələrin yekun aktlarında əsaslandırılmamış, sonuncuların haqqında verilmiş xasiyyətnamələr işin faktiki hal larına, onlar tərəfindən törədilmiş cinayətlərin ictima təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Daha sonra dövlət ittihamçısı qeyd etmişdir ki, Məhkum2 və Məhkum1 istinad olunan cinayət əməllərinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyi sahəsində olan, həmçinin silah və onun komplekt hissələri ilə davranışla bağlı ictimai münasibətlər olmaqla həmin cinayətlər ağır cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə, əvvəlcədən planlaşdırılmaqla, qrup halında silah və xüsusi texniki vasitələrlə təhciz edilməklə törədilmiş, məhkumların bu cinayət əməllərini törətməkdə təqsirli bilməmələri isə onların islah yolunda olmalarını şübhə altına alır. Şərh olunan dəlillərə əsaslanaraq Məhkum2 və Məhkum1 təyin edilmiş cəzaları açıq-aşkar yüngül hesab edən dövlət ittihamçısı A.M.Abdullayev onu n kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətlərində Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 63 və 127-ci maddələrinə, sübutların toplanmasına və sübutetməyə, ədalətli məhkəmə araşdırması hüququna, təqsirsizlik prezumpsiyasına, cinayət mühakimə icraatının tərəflərin çəkişməsi və digər prinsiplərnə həsr olunmuş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının, CPMnin, “Əməliyyat-axtarış fəaliyyətin haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və tala nmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli və “Məhəkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarına, habelə iş üzrə toplanmış və araşdırılmış sübutlara, o cümlədən işə əlavə olunmuş bir çox sənədlərə istinad edərək həmin sübutların ziddiyyətli və yolverilməz olmasını iddia edən Məhkum2 müdafiəçiləri B.Y.Hacıyev və Müdafiəçi1, hər birisi ayrı-ayrılıqda verdikləri şikayətlərini belə əsaslandırmışlar ki, əvvəla Məhkum2 qarşı irəli sürülmüş ittihamda göstərilən ərazidə narkotik tərkibli bitkilərin məhz kimin tərəfindən əkilməsi və kultivasiya olunması istər ibtidai araşdı rma, istərsə də də məhkəmələrdə dəqiq şəkildə müəyyən edilməmiş, Məhkum2 və Məhkum1 hətta həmin ərazidə olmaları belə onlar tərəfindən qabaqcadan əlbir olaraq narkotik tərkibli bitkiləri əkmələri və kultivasiya etmələri barədə nəticəyə gəlmək üçün kifayət etməmiş, Məhkum2 guya atasından qalmış odlu silahı və döyüş sursatını əldə edərək saxlaması və gəzdirməsi barədə ona elan olunmuş ittiham da yalnız ehtimallara əsaslanmış, bu əməlin onun tərəfindən törədilməsi sübuta yetirilməmiş, həmin əşyalarda Məhkum2 əl-barmaq izlərinin olub-olmaması yoxlanılmamış və bu izlərin qorunub-saxlanılması üçün ibtidai araşdırma orqanı tərəfindən müvafiq tədbirlər görülməmiş, işə baxan məhkəmələr də bu nöqsanlara yol verilməsinə diqqət yetirməmişlər. Bununla yanaşı, müdafiəçilər qeyd edirlər ki, ibtidai araşd ırma zamanı Məhkum2 müdafiə və digər hüquqları kobud şəkildə pozulmuş, o, uzun müddət statusu müəyən edilmədən qanunsuz olaraq, məhkəmə qərarı olmadan həbsdə saxlanılmış, bu müddət ərzində ona qarşı sübutlar toplanmış, onun saxlanılması haqqında ailə üzvlərinə məlumat verilməmiş, bu müddət ərzində ona təsir və təziq göstərilmiş, ona elan olunmuş ittihama isə guya onun tərəfindən törədilmiş cinayətin halları barədə həqiqətə uyğun olmayan məlumatlar daxil edilmiş, ümumiyyətlə iş üzrə bütün sübutlar qanun pozuntularına yol verilməklə əldə edilmiş, Məhkum2 yaşadığı evə baxış keçirilməsi zamanı da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, bunu təsdiq edən videogörüntülər məhkəmələrə təqdim olunsa da, məhkəmələr həmin videogörüntüləri tədqiq etməkdən imtina etmişlər. İş üzrə məhkəmə ara şdırmaları zamanı müdafiə tərəfinin bir sıra vəsatətləri əsassız olaraq təmin edilməmiş, bununla da tərəflərin çəkişməsi prinsipi də pozulmuş, Məhkum2 isə özünü ona elan olunmuş ittiham üzrə təqsirsiz olmasını bildirməsinə, onun təqsiri qanuni üsullarla toplanmış və araşdırılmış sübutlarla təsdiq edilməməsinə baxmayaraq o, həmin ittiham üzrə qanunsuz olaraq təqsirli bilinib məhkum edilmiş, apellyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qərarda apellyasiya şikayətlərinin dəlillərinə qanuna müvafiq qaydada cavab vermədən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Kassasiya şikayətlərində qeyd etdikləri dəlillərə əsaslanaraq müdafiəçilər B.Y.Hacıyev və Müdafiəçi1 onların həmin şikayətlərinin təmin edilməsini xahiş edirlər. M əhkum1 müdafiəçisi E.N.Əliyev eyni qaydada sübutların toplanmasına və sübutetməyə dair prosessual qanunvericiliyinin normalarına, təqsirsizlik prezumpsiyasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına və iş üzrə toplanmış bir sıra sübutlara istinad edərək kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum1 qarşı CM-nin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham və bu ittiham üzrə onun təqsirli bilinməsinə dair qəbul edilmiş yekun məhkəmə aktları kifayət qədər mötəbər sübutlara əsaslanmamış, məhkəmələrin əsaslandıqları sübutlar ibtidai araşdırma zamanı kobud qanun pozuntularına yol verilməklə əldə olunmuş, həmin sübutların yolverilməz olmasına məhkəmələr diqqət yetirməmiş, polis əməkdaşları olan bir çox şahidlər məhkəmə iclaslarında ibtida i araşdırma zamanı onlara istinad olunan ifadələri vermədiklərini bildirmiş, nəticədə isə onların cinayət təqibinin müxtəlif mərhələlərində verdikləri ifadələri arasında ziddiyyətlər yaranmışdır. Halbuki belə ziddiyyətli, qanun pozuntuları ilə əldə edilmiş sübutların fövqündə Məhkum1 onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli idi. İşə mahiyyəti üzrə yekun olaraq baxan apellyasiya instansiyası məhkəməsi isə iş materiallarında olan və məhkəmə iclaslarında tədqiq edilmiş hər hansı mötəbər sübutla təsdiq edilməyən, işin faktiki hallarına uyğun olmayan, sırf məhkəmə tərkibinin subyektiv mülahizələrinə və ehtimallara əsaslanan mövqe nümayiş etdirməklə Məhkum1 ona elan olunmuş ittiham üzrə təqsirli bilinməsi haqqında birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlan ılması barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Odur ki, müdafiəçi E.N.Əliyev həmin qərardan verdiyi kassasiya şikayətinin dəlillərinə uyğun olaraq onun şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə və kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkumlar Məhkum2 və Məhkum1 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçilər B.Y.Hacıyevin və E.N.Əliyevin rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə və kassasiya protestinə məhkumlar Məhkum2 və Məhkum1 iştirakları olmadan baxıl masını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı A.A.Abdullayevin kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifi həmin protestdə məhkumlar Məhkum2 və Məhkum1 cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan açıq-aşkar yüngül cəzaların təyin edilməsini iddia edərək onların barəsindəki Şəki Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntu ilə əlaqələndirmişdir. Müdafiəçilər B.Y.Hacıyevin, Müdafiəçi1 və E.N.Əliyevin, hər birisinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə görə, onların müəllifləri iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutların məhkəmələr tərəfindən tədqiq edilməsindən imtina olunmasını, sübutlara CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada düzgün qiymət verilmədiyini, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsini, bunların da nəticəsində təqsirsiz olan Məhkum2 və Məhkum1 əsassız olaraq məhkum edilmələrini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması barədə tələblərini CP M-nin 4161.1-416.1.3, 416.1.6 və 416.1.1-ci maddələrində göstərilən hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi həmin maddələrdə nəzərdə tutulmuş aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmün ün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.M.Abdullayevin kassasiya protestini və müdafiəçilər B.Y.Hacıyevin, Müdafiəçi1 və E.N.Əliyevin kassasiya şikayətlərini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar cinayət işinin materiallarını və həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məh kəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiy mətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarl arının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin cinayət kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hər əkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli, yaxud da təqsirsiz bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. İlk növbədə kassasiya şikayətlərinin dəlllərinə cavab verilməsi üçün məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müd afiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına iş in düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin tə hlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb ed ilə və cəzalandırıla bilər. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məluma tların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsiz liyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə K onvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmə yibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol ve rilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırki işin materiallarından görünür ki, bu iş üzrə Məhkum2 və Məhkum1, hər birisinə qarşı CM-nin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü mad dələri ilə ittihamın irəli sürülməsinə, sonradan isə onların bu ittiham üzrə təqsirli bilinərək cəzalandırılmalarına əsas olmuş bir sıra sübutlar prosessual hüquq normalarının tələbləri pozulmaqla əldə edilmiş, həmin sübutların toplanması və araşdırılması zamanı onların müdafiə, azadlıq, ədalətli məhkəmə araşdırmasına nail olmaq və digər hüquqlarının pozulmasına yol verilmiş, iş üzrə müəyyən edilmiş zəruri hallar məhkəmələr tərəfindən araşdırılmamış və qeyd edilən pozuntulara heç bir münasibət bildirilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, Oğuz rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid7 Oğuz RPŞ-nin rəisinə ünvanladığı 01 avqust 2020-ci il tarixli raportuna əsasən, həmin şöbəy ə daxil olmuş məlumata görə, Oğuz rayonunun Şirvanlı kəndində yaşayan Məhkum2 və Məhkum1 Oğuz rayonunun Tayıflı kəndinin meşə ərazisində narkotik vasitə çətənə kollarının əkib becərilməsində şübhəlidirlər, odur ki, onların ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə göstəriş verilməsi xahiş olunur. Bu raport əsasında Şahid7 01 avqust 2020-ci il tarixdə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərarda da raportda göstərilənlər təkrarlanmış, lakin qərarda “Əməliyyat-axtarışını fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 4-cü hissəsinə və CPM-nin 445.2-ci maddəsinə istinad edilsə də Məhkum2 və Məhkum1 ətrafında konkret olaraq hansı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi göstərilməmişdir. Daha sonra əməliyyat müvəkkili Şahid7 Oğuz RPŞ-nin rəisinə 01 avqust 2020-ci il tarixli ikinci rapotrtla müraciət edərək bildirmişdr ki, Məhkum2 və Məhkum1 həmin gün saat 08.00 radələrində Oğuz rayonunun Tayıflı kəndində meşə ərazisində narkotik vasitə olan çətənə kolları əkib becərilməsində şübhəli olduqları üçün həmin kənddə saxlanılıb polis şöbəsinə gətirilmişlər. Buna görə raportda Məhkum2 və Məhkum1 istifadə etdikləri əraziyə baxış keçirilməsinə göstəriş verilməsi xahiş olunur. Cinayət işnin materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması” barədə 01 avqust 2020-ci il tarixli qərarda isə göstərilmişdir ki, Məhkum1 01 avqust 2020ci il tarixdə saat 08.00 radələrində Oğuz rayonunun Tayıflı kəndində deyil, həmin gün saat 05:30 radələrində rayonun Şirvanlı kəndinin ərazisində saxlan ılaraq polis şöbəsinə gətirilmişdir. Bundan sonra, Məhkum1 Oğuz, Şəki və Qəbələ rayonlarının vəkil bürolarında fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuş, o, hüquqlarının Oğuz rayon vəkil bürosunun vəkili X5 onun hüquqlarının müdafiə olunması üçün təyin edilməsini xahiş etmiş və həmin vəkil ona təqdim olunduqdan sonra Məhkum1 müdafəçinin iştirakı ilə 01 avqust 2020-ci il tarixdə saat 13.10-da CM-nin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Bu haqda tərtib edilmiş 01 avqust 2020-ci il tarixli protokolda Məhkum1 ozünü şübhələndiyi cinayəti törətməkdə təqsirli bilməməsini qeyd etmişdir. Qeyd edilən sənədlərdən göründüyü kimi, Məhkum1in faktiki tutulduğu vaxt həmin sənədlərdə göstərilməmiş və o, mü vafiq prosessual sənədlər olmadan 01 avqust 2020-ci il tarixdə saat 05.30-dan saat 13.10-dək Oğuz RPŞ-də saxlanılmışdır. Halbuki, CPM-nin 147.4 və 148.5-ci maddələrinə əsasən, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir və onun müvəqqəti saxlama yerində saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir. Bundan sonra 01 avqust 2020-ci il tarixdə saat 13.20-dən 13.45-dək əməliyyataxtarış qrupunun üzvü - Oğuz RPŞ-nin istintaq bölməsinin müstəntiqi X13 tərəfindən bu qrupun üzvləri olmayan Oğuz RPŞ-nin əməkdaşları Şahid8, Şahid15, X7, hal şahidləri X1 və X3, habelə müdafiəçi İ.M.İsmayılovun iştirakları ilə Məhkum1 üzərində şəxsi axtarış istintaq hərəkə ti aparılmış, laikin axtarış nəticəsində heç bir əşya aşkar edilməmiş, bu haqda da 01 avqust 2020-ci il tarixli protokol tərtib edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 01 avqust 2020-ci il tarixdə, yəni tutulduqdan dərhal sonra ifadə verməkdən imtina etməsi barədə protokol tərtib olunsa da, həmin protokolda bunun səbəbləri göstərilməmiş və o, şübhəli şəxs qismində yalnız 02 avqust 2020-ci il tarixdə saat 11.50-dən 12.20-dək dindirilmiş və cinayət təqbinin sonrakı mərhələsində, o cümlədən məhkəmə iclasında verdiyi ifadələrə uyğun ifadələr verərərk şübhəli bilindiyi əməli törətmədiyini bildirmişdir (Məhkum1 ifadələri onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi protokollarında, məhkəmə iclas protokolunda və məhkəmələrin yekun məhkəmə aktlarında ətraf lı təsvir edildiyindən məhkəmə kollegiyası onların təkrarən təsvrinə hazırki qərarda ehtiyac görmür). Məhkəmə kollegiyası Məhkum1 şübhəli şəxs qismində dərhal dindirilməməsi halında CPM-nin 232.1-ci maddəsində nəzərdə tutulmuş tələbin pozuntusun görür ona görə ki, həmin maddəyə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. İş üzrə toplanmış sübutlara əsasən, Məhkum1 01 avqust 2020-ci il tarixdə saat 05.30 radələrində faktiki tutulmasına baxmayaraq o, 48 saatdan artıq müddətdə şübhəli şəxs statusunda həbsdə saxlanılmış, bu vaxt keçəndən sonra ona ittiham elan edilməməsinə baxmayaraq buraxılmamış və yalnız 03 avqust 2020-ci il tarixdə saat 12.00da CM-nin 234.1, 228.1, 237.2.1 v ə 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Oğuz Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu hallardan görünən odur ki, A.A.Balakşiyevin azadlıq hüququnun pozulmasına da yol verilmişdir, çünki CPM-nin 148.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. CPM-nin 148.7-ci maddəsində is ə göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 114, 120.2.11, 169, 214, 214-1, 214-3, 215.3, 217, 218, 219, 219-1, 220, 274, 275, 276, 277, 279, 280, 282 və ya 283-1-ci maddələri ilə istintaqı aparılan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü bu Məcəllənin 148.6-cı maddəsində nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda, həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə 48 saatdan artıq olmayan müddətə uzadıla bilər. İş materiallarından göründüyü kimi, Məhkum1 CPM-nin 148.7-ci maddəsində göstərilən hər hansı cinayəti törətməkdə şübhəli bilinməmiş və həmin maddədə göstərilən başqa halların olması da mövcud olmamış, onun tutulması müddətinin 48 saatdan artıq müddətə uzadılması barədə qərar isə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 şübhəli şəxs qismində tutulması və bununla bağlı müvafiq sənədlərin tərtib olunaraq icra edilməsi zamanı yol verilmiş pozuntulara həmçinin Məhkum2 münasibətdə də yol verilmişdir. Belə ki, Məhkum2 şübhəli şəxs qismində tutulması barədə 01 avqust 2020-ci il tarixli qərarda onun həmin tarixdə saat 04.00 radələrində, bu haqda tərtib olunmuş protokolda saat 13.50-də, əməliyyat müvəkkili Şahid7 raportunda saat 08 radələrində, işə əlavə edilmiş digər sənədlərdə və iş üzrə dind irilmiş çoxsaylı şahidlərin ifadələrində saat 01.30 radələrində, onun təqsirli bilindiyi ittihamda isə saat 03 radələrində tutulması göstərilmiş, əsas prosessual sənəd olan tuluma haqqında protokolda onun faktiki tutulması vaxtı müəyyən edilməmiş, o, 01 avqust 2020-ci il tarixli protokola görə, həmin tarixdə ifadə verməkdən imtina etmiş və yalnız 02 avqust 2020-ci il tarixdə şübhəli şəxs qsmində dindirilərək ona sonradan elan olunmuş ittihamda göstərilən odlu silahın və döyüş sursatının onun tərəfindən əldə edilməsi, saxlaması və gəzdirməsi barədə etirafedici ifadələr vermiş, şübhəli bilindiyi digər cinayətləri törətməsini isə inkar etmişdir. Yeri gəlmişkən Məhkum2 həmin ifadələrində onda 15 ədəd patronun olmasını göstərsə də, ona elan olunmuş ittihama görə, o, 01 avqust 2020-ci il tarixdə saat 03 radələrində saxlanılmazdən əvvəl onda olan tapançadan qeyri-müəyyən istiqamətdə bir atəş açmış, lakin 01 avqust 2020-ci iltarixli Oğuz rayonunun Tayıflı kəndi yaxınlığında narkotk tərkibli çətənə bitkilərinin əkildiyi əraziyə baxış keçirilməsi zamanı həmin ərazidən digər predmetlərlə yanaşı bir ədəd tapança və 15 ədəd patron aşkar edilərək götürülmüşdür. Həm bu, həm də bundan əvvəl əməliyyatçı tərəfindən tərtib edilmiş sənədlərin təhlili göstərir ki, Məhkum1 və Məhkum2 faktki olaraq şübhəli şəxsi qismində faktiki olaraq bu haqda prosessual sənədlər tərtib edilməzdən, yəni sənədləşmə aparılmazdan bu haqda protokollar müvafiq olaraq 01 avqust 2020-ci il tarixdə saat 13.10-da və 13.50-də tərtib edilsə də, onların sənədləşmə aparıldıqdan sonra deyil, CPM-nin 90.1.2-ci maddəsinə əsasən cinayət törətməkdə şübhələndiklərnə görə tutulduqları müdafiəçiyə malik olmaq hüququ onlara izah edilməmiş və həmin vaxtdan şübhəli şəxslərin sonradan yazdıqları ərizəyə uyğun olaraq (öz müdafiələrini həyata keçirə bilmədikləri barədə) sonuncular əvvəl sənədləşmə aparılarkən, sonradan isə üzərlərində axtarışın aparılması zamanı müdafiəçi ilə təmin edilmişlər. Halbuki, CPM-nin 90.7.5-ci maddəsnə əsasən, şübhəli şəxs tutulduğu andan (bununla bağlı sənədlər tərtib edildikdən sonra yox) müdafiəçiyə malik olmaq hüququnu həyata keçirir və CPM-nin 92.3.1-ci maddəsinin tələbinə görə şübhəli şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Qanunun tələbinə və mənasına görə, bu vəzifənin həyata keçirilməsi isə təhqiqat və ya ibtidai araşdırma orqanının üzərinə qoyulmaq la həm təhlil edilən hüquq, həm də şübhəli şəxsin digər hüquqları həmin şəxsə vaxtında izah edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum2 və Məhkum1 şübhəli şəxs qiəsmində tutularkən onların müdafiə hüququ ilə yanaşı onun CPM-nin 90.7.6-cı maddəsində nəzərdə tutulmuş, yəni tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək hüququ da təmin edilməmişdir. Bundan başqa, Məhkum2 da, onun tutulmasında iştirak etmiş polis əməkdaşları da hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, Məhkum 2 yaxalanarkən onun üzərində olan tapança və döyüş sursatı ondan götürülmüş və o, polis şöbəsinə aparılmış, lakin yuxarıda göstərilən protokoldan görün ür ki, həmin odlu silah və döyüş sursatı sonradan, 01 avqust 2020-ci il tarixdə saat 15.05-dən 15.40-dək baxış keçirilən ərazidə aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən işin düzgün həlli üçün mühüm sübut olan, atəşə yararlı odlu silahın döyüş sursatı ilə birlikdə hadisə yerində qoyub getmələrinin səbəbi isə istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr tərəfindən araşdırılmamış və belə halın olması həm anlaşılan deyil, həm də maddi sübutların aşkar edilrək götürülməsinə dair qanunvericiliyin tələblərinə ziddir. Belə ki, CPM-nin 128.1-ci maddəsinə əsasən, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. CPM-nin 128.2-ci maddəsinə görə, əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. CPM-nin 128.3-cü maddəsində isə təsbit edilmişdir ki, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Məhkum2 da yalnız 03 avqust 2020-ci il tarixdə saat 12.58-də, yəni onun tutulması ndan 48 saat keçdikdən təxminən 12 saat sonra CM-nin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qsmində cəlb edilmiş, lakin bundan sonra tərtib edilmiş prosessual sənədlərə görə, təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina etmiş, Oğuz Rayon Məhkəməsinin 03 avqust 2020-ci il tarixli qərarı ilə isə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təsvir edilmiş sənədlərlə və həmin sənədlərlə müəyyən edilmiş hallarla bağlı məhkəmə kollegiyası daha sonra qeyd eməyi zəruri bilir ki, əməliyyat-axtarış tədbirlərinin dairəsi “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli № 728-İQ nömrəli Qanununun 10-cu maddəsinin İ hissəsində müəyyən edilmiş və bu tədbirlər məhkəmənin, yaxud da əməliyyat-axtarış fəaliyyəti s ubyektinin əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Adı çəkilən Qanunun 10-cu maddəsinin İV hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyataxtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən v ə ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, Qanunun 10-cu maddəsininin V hissəsinə əsasən, bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Qanunun 11-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əmə liyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. Bu normanın, habelə qeyd edilən maddənin İV hissəsinin tələblərindən və mənasından belə nəticə hasil olur ki, əvvəla hər hansı əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün məhkəmə, istintaq orqanı və ya əməliyyat-axtarışının subyektləri tərəfindən əsaslandırılmış qərarlar qəbul edilməli, belə qərarlar, hazırki işdə olduğu kimi, mücərrəd və qeyri-müəyyən xarakteri daşımamalı, qəbul edilmiş qərarda isə əməliyyataxtarış tədbirinin növü, kimin barəsində, hansı müddətdə və hansı şəraitdə həyata keçirilməsi, habelə zəruri olan başqa hallar dəqiq göstərilməli, belə qərarın qəbul edilməsinə əsas olan cinayəti hazırlayan, törədən və ya törətmiş şəxs barəsində məlumat isə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olma lıdır. Hazırki iş üzrə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 01 avqust 2020-ci il tarixli qərardan onun şərh olunan tələblərə cavab verməsi görünmür və Məhkum2 və Məhkum1 barələrindəki cinayət işinə baxan məhkəmələr iş üçün mühüm olan bu hal üzrə heç bir araşdırma aparmamış və həmin qərarın ümumiyyətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə daxıl olub-olmamasını aydınlaşdırmamış, hərçənd göstərilən qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələrinə dair Oğuz Rayon Məhkəməsinin müvafiq qərarı iş materiallarında aşkar edilməmişdir. İşin hallarına görə isə, həmin qərarın və onun əsasında toplanmış materialların məhkəmə nəzarəti qaydasında yoxlanılmaması bunula bağlı araşdırmanın aparılmasını və onun nəticələrinə qanuna uyğun qaydada qiymət verilməsin i zəruri etmişdir ona görə ki, hər ki məhkum olunmuş şəxsin sonradan şübhəli şəxs qismində tutulması və bundan sonrakı istintaq hərəkətlərinin, o cümlədən sonuncuların yaşadıqları evlərə və həmin evlərin həyətyanı sahələrinə baxışın keçirilməsi, nəticə etibarı ilə isə onların cinayət məsuliyyətinə cəlb edilmələri məhz həmin qərara və bu qərar əsasında toplanmış sübutlara əsasən həyata keçirilmişdir. Məhkəmə kollegiyası ona da diqqət yetirməyi vacib bilir ki, əməliyyat müvəkkili Şahid7 raportuna, bu raport əsasında qəbul edilmiş qərara əsasən Oğuz RPŞ-də əməliyyat işinin açılması, raportda göstərilən məlumatın həqiqətə uyğun olub-olmaması da, həmin məlumatın məxfiliyi gözlənilməklə, məhkəmələr tərəfindən yoxlanılmamışdır. Qeyd edilən 01 avqust 2020-ci il tarixli qərarın məhkəmə nəzarəti qay dasında yoxlanılmalı olması isə CPM-nin 137 və 445.2-ci maddələrinin tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixl Qərarında əksini tapmış hüquqi mövqedən irəli gəlmişdir. Belə ki, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-nin 445.2-ci maddəsinin tələblərindən görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublika sı Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəaların ın şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixl Qərarında vurğulanmışdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsəd əmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uy ğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMnin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nə zərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin k eçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yox lanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprose ssual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməli yyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Daha sonra məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, Oğuz rayonunun Tayıflı kəndinin yaxınlığındankı ərazyə baxış və götürmə aparlması haqqında 01 avqust 2020-ci il tarixli protokola əsasən, həmin ərazidə 1 ədəd PH-1193 nömrəli, 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silah, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş daraqda hər birində 7 və 8 ədəd patron olmaqla, ümumilikdə zavod ü sulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, atəş üçün yararlı 15 ədəd patron, bundan başqa PH-1193 nömrəli, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı silahdan atılmış 1 ədəd giliz, 1 ədəd “Night Vision” markalı, 1077 nömrəli gecəgörmə cihazı, 1 ədəd yun materialından hazırlanmış papaq tipli maska və 1 ədəd əlcəyin sağ tayı, həmçinin polis əməkdaşına məxsus 1 ədəd CM-3216M nömrəli 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı yivli odlu silahdan atılmış 2 ədəd gilizlə yanaşı həmçinin həmin ərazinin yaxınlığında, Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsində əkilib becərilmiş və kultivasiya edilmiş, hündürlükləri 70 sm-dən 150 smdək, ümumi təmiz çəkiləri 13 kiloqram 50 qram olan 165 ədə d külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri də aşkar edilərək götürülmüş və həmin bitkilərin məhz Məhkum2 və Məhkum1 tərəfindən əkilərək kultivasiya edilməsinə görə sonunculara CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə ittiham elan olunmuş və onlar həmin ittiham üzrə də təqsirli bilinərək məhkum olunmuşlar. Lakin, iş materialların təhlili göstərir ki, bu ittihamın Məhkum2 və Məhkum1 qarşı irləli sürülməsinin əsasını təşkil edən yeganə sübut əməliyyat müvəkkili Şahid7 01 avqust 2020-ci il tarixli raportu, həmin raporta uyğun sonuncunun ittihamda göstərilən hallar barədə əməliyyat məlumatının daxil olması barədə ifadələri təşkil etmiş, bu ittihamla bağlı başqa sübutlar isə həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında əldə edilməmiş, əməliyyat məlumatı və onunla bağlı əməliyyat işi isə tədqiq edilməmişdir. Bununla yanaşı, həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum2 müdafiəçisi Müdafiəçi1 aşkar edilmiş digər əşyalarda adı çəkilən məhkumun əl-barmaq və digər izlərinin olub-olmamasını yoxlamaq məqsədilə məhkəmə-daktiloskopik və digərekspertizalarının keçirilməsi barədə vəsatətlər qaldırsa da, həm ibtidai araşdırma orqanı, həm də məhkəmə tərəfindən bu vəsatət lazımi əsaslandırma aparılmadan rədd edilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, iş üzrə Məhkum2 CM-nin 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə yanaşı CM-nin 234.1-ci maddəsi ilə ttihamın elan olunmasına və onun həmin maddə ilə təqsirli bilinərək məhkum edilməsinə əsas 01 avqust 2020-ci il tarixdə (cinayət işi başlanana qədər) onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən gül topasının dibindən 1 ədəd sarı rəngli sellofan torbada içərisində qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 91,31 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananın aşkar edilərək götürülməsi və bu istintaq hərəkətinin aparılmasında iştirak etmiş polis əməkdaşlarının və hal şahidlərinin ifadələri olmuşdur. Eyni ilə Məhkum1 qarşı CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə yanaşı ona CM-nin 228.1 və 234.1-ci maddələri ilə də ittihamın irəli sürülməsi üçün əsas onun da yaşadığı evə və evin həyətyanı sahəsinə baxışın keçirilmə si, bu istintaq hərəkətinin aparılması nəticəsində isə həyətindəki fındıq ağaclarından birinin dibindən sellofan torbada içərisində qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 36,88 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananın, digər fındıq ağacının dibindən isə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 ədəd 185352 nömrəli, 1960-cı il buraxılışlı, Tula istehsallı, 16 kalibrli, TOZ-B modelli, hamar, qoşalüləli, odlu, yivsiz, qundağı və lüləsi kustar üsulla kəsilmiş və öz təyinatını itirmiş, texniki cəhətdən atəşə yararlı silahın və həmin silahın içərisində 16 kalibrli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararsız 02 ədəd gilizlərin aşkar edilərək götürülməsi və həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş polis əməkdaşlarının və hal şahidlərin ifadələri olmuşdur. Bu sübutların təhlili göstərir ki, istər Məhkum2, istərsə də Məhkum1 yaşadığı evlərə və həmin evlərin həyətyanı sahələrinə baxış istintaq hərəkəti prosessual qanunvericiliyinin tələblərinə əməl olunmadan, bu haqda yalnız baxışa razılıq verilməsi barədə məhkum olunmuş şəxslərin ərizələri alınmaqla müvafiq qərarlar qəbul edilmədən keçirilmiş, həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş şəxslər isə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında biri-birinə ziddiyyətli olan ifadələr vermişlər. Belə ki, CPM-nin 236.1-ci maddəsinə əsasən, cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyek tlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. CPM-nin 236.9-cu maddəsinin tələbinə görə, yaşayış yerinə, xidməti və ya istehsalat binalarına və orada görünən obyektlərə baxış bu Məcəllənin 243.3-cü maddəsində göstərilən əsaslar və hallar olduqda və bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. CPM-nin 177.3.1-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. CPM-nin 177.4.1-ci maddəs inin tələblərindən görünür ki, müstəntiq bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə apara bilər. Bunun üçün isə CPM-nin 243.3.1-243.3.4-cü maddələrində aşağıdakı əsaslar və hallar nəzərdə tutulmuşdur: - şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi; - şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi; - yaşayış yerində insan meyitinin (m eyit hissələrinin) olması; - yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olması. Qanunvericiliyin təsvir edilən tələblərindən belə nəticə hasil olur ki, əvvəla yaşayış yerinə baxış yalnız cinayət işi başlandıqdan sonra, bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır, belə qərarın qəbul edilməsi üçün isə müstəntiq müvafiq vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, sonuuncu isə təqdimatla məhkəməyə müraciət etməlidirlər. Yaşayış yerinə baxışın məhkəmə qərarı olmadan keçirilməsi üçün isə həmin yerin mülkiyyətçisinin və ya istifadəçisinin buna razılıq verməsi barədə ərizəsi kifayət etmir və həmin istintaq hərəkəti məhkəmənin qərarı olmadan yalnız CPM-nin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda aparılır. Hazırki işin materi allarından görünür ki, əvvəla cinayət işi 02 avqust 2020-ci il tarixdə başlansa da Məhkum2 və Məhkum1 yaşadıqları evlərə və evlərin həyətyanı sahələrinə baxış yalnız onların buna razılıq vermələri barədə ərizələrinə əsasən, lakin müstəntiq tərəfindən bu haqda müvafiq əsaslandırılmış qərar qəbul edilmədən 01 avqust 2020-ci il tarixdə keçirilmiş və həmin istintaq hərəkətlərinin aparılmasına əsas olmuş, CPM-nin 243.3-cü maddəsində göstərilən hallar müəyyən edilməmişdr. Bu hallar isə göstərlən istintaq hərəkətlərinin aparılması nəticəsində əldə edilmiş sübutların, o cümlədən maddi sübutların qanuniliyini şübhə altına alsa da, işə baxan məhkəmələr bunu nəzərə almamış və onlara qanunvericiliyin tələbləri baxımından heç bir qiymət verməmişlər. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, cinayət işi ndə olan materialların, 01 avqust 2020-ci il tarixdə Oğuz rayonunun Tayıflı kəndininin yaxınlığındakı ərazidə Məhkum2 yaxalanmasında, həmin əraziyə baxışın keçirilməsində və maddi sübutların götürülməsində, habelə Məhkum2 və Məhkum1 yaşadıqları evlərdə və evlərin həyətyanı sahələrində baxışın və maddi sübutların götürülməsində iştirak etmiş polis əməkdaşlarının və bu istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş hal şahidlərinin məhkəməyədək və birinci instansiya məhkəməsinin ifadələrinin təhlili göstərir ki, şahidlər cinayət təqibinin müxtəlif mərhələlərində biri-birindən kəskin sürətdə fərqlənən ifadələr vermiş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında bu şəxslərin bir qismi dindirlərək ibtidai araşdırma orqanı tərəfindən şahidin dindirilməsi protokolunda yazılanları ink ar etsələr də, həmin məhkəmə şahidlərin adından yazılmış həmin ifadələri elan etməklə kifatlənib hökmün əsasına da bu ifadələri qoymuş, lakin müəyyən edilmiş ziddiyyətlərin aradan qaldırılması üçün heç bir əlavə sübut tədqiq edilməmiş, apellyasiya instansiyası məhkəməsi də belə ziddiyyətlərin olmasına diqqət yetirməyərək qəbul etdiyi qərara sadəcə hökmdə təsvir edilənləri daxil etməklə özünün apellyasiya şikayətlərinə və apellyasiya protestinə qismən məhkəmə istintaqı aparılmaqla məhkəmə baxışı iclasında yalnız Məhkum2 və Məhkum1 dindirilmələri ilə kifayətlənmişdir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında hökmdə olduğu kimi məhkəmə iclasında və məhkəməyədək icraat zamanı dindirilmiş şahidlərin ifadələri ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası həmin ifadələrin təkrarən hazırki qərarda təsvirinə ehtiyac görmür, lakin bu ifadələrlə bağlı bəzi məqamlara diqqət yetirməyi zəruri bilir. Belə ki, Məhkum2 01 avqust 2020-ci il tarixdə gecə vaxtı (vaxtını yuxarıda göstərilən səbəblərə görə dəqiq müəyən etmək olmur) yaxalanmasında iştirak etmiş Oğuz RPŞ-nin əməkdaşları Şahid1, Şahid7, Şahid12, Şahid3 ibtidlai araşdırma zamanı və məhkəmə iclasında hər birisinin ayrı-ayrılıqda verdikləri ziddiyyətli ifadələrindən görünür ki, həmin vaxt Məhkum2 hadisə yerində olmasını müəyyən etdkdə əməliyyatda iştirak edən Şahid13 dediklərindən onlara məlum olmuşdur ki, həmin yerdə Məhkum1 da olmuş, lakin sonuncu polis əməkdaşlarını gördükdə oradan qaçıb uzaqaşmışdır. Şahid13 isə məhkəmə iclasında göstərmişdir ki, 01 avqust 2020-ci il tarixdə ge cə saatlarında Oğuz RPŞ-nə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış və o, həmin qrupun tərkbində hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda qrup üzvlərindən biri fənər tutmuş və bu vaxt onlar qarşıda qırmızı işıq yandığını görmüş, onun kim tərəfindən yandırıldığını əvvəl müəyyən edə bilməmişlər. Bu zaman onun əvvəllər də tanıdığı Məhkum2 ayağa qalxıb enməsini görərək onu tanımış və “Novruz səni tanıdım, təslim ol” demişdir. Məhkum2 da onu səsindən tanıyaraq “təslim oluram” demiş, bundan sonra əməliyyat qrupunun üzvləri ona yaxınlaşaraq onu tərkisilah etmiş və həmin vaxt onun əlində gecəgörmə cihazı və maska olmuşdur. Məhkum2 yaxalanarkən onlara olduğu ərazidə narkotik tərkibli bitkilərin əkildiyindən xəbərdar olduğunu, buna görə də əkən şəxsləri polisə təhvil vermə k üçün dayanıb gözlədiyini bildirmişdir. Onlar hadisə yerində olanda səs gəlmiş və yanlarında olan polis əməkdaşlarından kimsə orada Ayazın da olduğunu demişdir. O, həmin vaxt qaranlıq olduğu üçün ətrafda Novruzdan başqa heç kimi görməmişdir. Hadisə yerində olan polis əməkdaşlarından kimsə oradan qaçan şəxsin Ayaz olduğunu dediyi üçün o, da Ayazın hadisə yerindən qaçmaması üçün onun adını çəkmişdir. Məhkum1 yaşadığı evə və evin həyətyanı sahəsində baxışın aparılmasında hal şahidi qismində iştirak etmiş X6 məhkəmə iclasında göstərmişdir ki, o, 01 avqust 2020-ci il tarixdə Oğuz şəhərinin ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə dəvət etmişlər. Orada olarkən ona bir sıra tədbirlərin həyata keçirilməsi zamanı hal şahidi qismində iştirak edəcəyi məlum olmuşdur. Həmin vaxt orada ondan başqa digər hal şahidi Şahid17 da olmuşdur. Bundan sonra onlar Oğuz rayonunun Tayıflı kəndi ərazisində yerləşən meşə sahəsinə baxış keçirilməsində iştirak etmiş, orada əkilmiş narkotik tərkibli bitkilər çıxarılaraq qablaşdırılmışdır. Daha sonra isə o, Məhkum1 yaşadığı ünvanda baxış keçirilməsində iştirak etmiş, həmin ünvana baxış keçirilərkən onlar hal şahidləri olaraq kənarda dayandıqları üçün orada nə aşkar olunduğunu görməmişdir. Şahid həmçinin bildirmişdir ki, o, Məhkum1 üzərinə baxış keçirildiyini xatırlamır, narkotik tərkibli bitkilər əkilmiş əraziyə baxış keçirilməsində Məhkum1 də iştirak etmiş və o, əkilmiş narkotik tərkibli bitkilər barədə məlumatı olmadığını bildirmişdir. Məhkum1 yaşadığı ünvandan aşkar edilmiş silah fındıq ağacı tərəfdən tapılmış, həmin s ilah polis əməkdaşları tərəfindən axtarış zamanı aşkar edilmişdir. Bu vaxt hava artıq qaralmış, o, və digər hal şahidi isə axtarış aparılarkən kənarda dayanmışlar. O, Məhkum1 yaşadığı evdən və evin həyətyanı sahəsindən başqa nəsə aşkar edilməsini xatırlamır, həyətdən narkotik vasitə tapıldığını görməmişdir. Şahid qeyd etmişdir ki, o, ibtidai istintaq zamanı yazılmış ifadəni oxumamış, ancaq protokolda ona göstərilən yerlərə imza etmişdir. X1in ifadələrinə analoji ifadələri məhkəmə iclasında sonuncu ilə birlikdə hal şahidi qismində iştirak etmiş Şahid17 Cirman oğlu da vermişdir. Məhkum2 yaşadığı evə və evin həyətyanı sahəsinə baxışın keçirilməsində hal şahidi qismində iştirak etmiş Şahid9 məhkəmə iclasında göstərmişdir ki, o, 01 avqust 2020-ci il tarixdə Oğuz şəhərində olarkən dərman almaqda n ötrü getiyi aptekdən çıxanda polis şöbəsində işləyən həmkəndlisini görmüş, kəndə getmək üçün onun maşınına əyləşmiş, sonuncu da ona polis şöbəsinə gedəcəklərini demişdir. Polis şöbəsində ona istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirak etmək təklif olunmuş, o da razı olduqdan sonra polis əməkdaşları ilə birlikdə meşəlik yerə getmiş, orada silah görmüş, Məhkum2 silahın ona məxsus olub-olmaması barədə verilmiş süala cavab olaraq, Məhkum 2 silahın ona məxsus olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Məhkum2 yaşadığı ünvana aparmış və orada evdə keçirilən baxış zamanı qeyriqanuni heç nə aşkar olunmamışdır. O, həyətdə qapı tərəfdə kənarda dayanmış, həyətdə isə polis əməkdaşları axtarış aparmışlar. Bu zaman bir nəfər polis əməkdaşı yüksək səslə “burda var ” deyə digər polis əməkdaşlarını səsləmiş, lakin o, həmin əməkdaşın nə tapdığını bilməmişdir. O, polis əməkdaşının əlində nəsə olduğunu görmüş, ancaq baxmadığına görə bunun nə olmasını bilməmişdir. Şahid9 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onlar Məhkum2 yaşadığı ünvanda olarkən həyətdə səsküy olduğunu, hər kəsin bir-birinə qarışdığını görmüş, kənara, qapı tərəfə getmiş, camaat olan tərəfə getməmişdir. Sonra polis əməkdaşları nəsə tapdıqlarını demişlər, onu da çağırmış, həmin vaxt hava da qaranlıq olmuşdur. Ona sellofan torba göstərilmiş, lakin o, həmin torbada nə olduğunu bilməmişdir. Məzmununa görə Şahid9 ifadələri ilə eynilik təşkil edən ifadələri həmçinin onunla birlikdə 01 avqust 2020-ci il tarxdə istintaq hərəkətlərinin aparılmasında hal şahidi qsmində iştirak etmiş Şahid11 da vermiş və əlavə olaraq göstərmişdir ki, o, Məhkum2 həyətindən aşkar olunan narkotik vasitəni görməmiş, polis əməkdaşları onun yanında Məhkum2 u sorğu-sual etməmiş və həyətdə baxış aparılan zaman o, polis avtomaşınında oturub gözləmişdir. Şərh olunan ifadələrindən göründüyü kimi, adları çəkilən şəxslər iş üzrə bir sıra istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirak etmək üçün həmin hərəkətlərin aparıldığı yerlərə polis əməkdaşları ilə birlikdə getsələr də, həmin yerlərdə baş verənləri diqqətlə izləməmiş, bəzi hallarda isə istintaq hərəkətləri aparılan yerləri tərk etmiş və yalnız müvafiq hərəkətlərin aparılması haqqında tərtib edilmiş protokolları imzalamış, bununla da CPM-nin 94.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməmiş, ibtidai araş dırma orqanı tərəfindən onların həmin vəzifələri lazımınca yerinə yetirmələri üçün müvafiq tədbirlər görülməmiş, məhkəmələr də bu pozuntulara diqqət yetirməmişlər. Apardığı təhlillə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, habelə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkum2 və Məhkum1 yaşadıqları evlərdə və evlərin həyətyanı sahəsində aparılan baxış nəticəsində ordana sellofan torbalarda yerləşdirilmiş qurudulmamış marixuananın aşkar edilməsinin qanuna uyğunluğunu yoxlayan məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 236.6-cı maddəsində baxış və götürmə haqqında protokolda bu istintaq hərəkəti aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanların, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmamasının, istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş və götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvirinin əks etdirilməsi tələb olunsa da, hazırki iş üzrə tərtib olunmuş 01 avqust 2020-ci il tarixli protokollardan Məhkum2 və Məhkum1 yaşadıqları evlər həyətyanı sahəlçrindən aşkar edilrək götürülmüş qurudulmamış marixuananın çəkiləri müəyyən edilməmiş və bu haqda protokolda heç nə göstərilməmiş, Məhkum1 aid protokolda tüfənglə yanaşı iki ədəd atılmış patronun gilizlərin götürülməsi barədə gözlə görünən əlavələr edilmiş, bunun səbəbləri isə həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi Məhkum2 və Məhkum1 onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlllərini törətməmələri, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdiklərinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab etmişdir ki, onların göstərdikləri həqiqətə uyğun deyil və məhkum təqsirləndiril ən şəxslərin müvafiq məzmunlu ifadə vermələri cinayət məsuliyyətindən yayınmağa hesablanmışdır. Bununla bağlı gəldiyi nəticəni məhkəmə belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxslərin qeyd etdikləri xüsusatlarla bağlı məlumat araşdırılması üçün Oğuz Rayon Prokurorluğuna göndərilmiş və Oğuz Rayon Prokurorluğu tərəfindən qəbul olunan 09 iyun 2021-ci il tarixli qərarla Məhkum2 Oğuz RPŞ-nın əməkdaşları tərəfindən ona zor tətbiq olunması və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı 14 yanvar 2021-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırılmış 01 C-21 nömrəli material üzrə qəbul olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 yanvar 2021-ci il tarixli qərar nəzərə alınmış, Məhkum1 Oğuz RPŞ-nın əməkdaşları tərəfindən qəddar, qeyri-insani, ləya qəti alçaldan rəftara və döyülərək işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmamış və həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında səsləndirdikləri xüsusatların işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşməməsi qənaətinə gəlmiş və həmin xüsusatları müdafiə xarakterli ifadələr kimi qəbul etmişdir. Daha sonra məhkəmə hesab etmişdir ki, bütün bunlar təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda göstərdikləri dəlillərinin heç bir əsası yoxdur, ümumilikdə, sübutlar arasında uyğunsuzluq və ziddiyyət yaranmır, onların və müdafiəçilərinin məhkəmə istintaqı zamanı qeyd etdikləri əvvəlcədən düşünülmüş müdafiə taktikasıdır. Apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndi rilən qərarından göründüyü kimi, həmin məhkəmə də birinci instansiya məhkəməsinin bu haqda gəldiy nəticəni əsaslı hesab etmişdir. Lakin, iş materiallarından görünür ki, işə baxan məhkəmələr Məhkum2 və Məhkum1 saxlanılmasından sonra polis şöbəsində fiziki təzyiqlərə məruz qalıbqalmamaları məsələsini araşdırmamış, bununla bağlı zəruri sübutların tələb edilib tədiq edilməsini təmin etməmişlər (ən azından məhkum olunmuş şəxslərin istintaq təcridxanasına daxil olarkən onların üzərində hər hansı xəsarətlərin olub-olmamasını yoxlamamışlar), halbuki məhkəmə kollegiyası hesab edir ki, bu məsələnin yoxlanılması xüsusi əhəmiyyət kəsb edirdi əvvəla ona görə ki, Məhkum2 və Məhkum1 istinad olunun əməlləri törətmələri ilə bağlı onlara elan olunmuş ittiham, habelə Məhkum2 odlu silahla və döyüş sursatı ilə bağlı qismən etirafedici ifadələr verməsi onların məhz polis şöbəsində olduqları dövrə təsadüf edir. Məhkəmə kollegiyası təhlil edilən məsələnin xüsusi əhəmiyyətini həmçinin onda görür ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İİİ hissəsində təsbit edilmişdir ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konsensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-nin 15.21 və 15.2.3-cü maddələrində cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyriinsani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (bax, məsələn, Selmuni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və Dikme Türkiyəyə qarşı, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılma sı isə şəxsn məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir. (bax, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Təsadüfi deyil ki, məhz yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək qanunverici CPM-nin 125.2.2ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göründüyü kimi, bütün yuxarıda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum2 və Məhkum1 barəsindəki Şəki Ağır Cin ayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmündən verilmiş apellyasya şikayətinə baxılarkən iş üzrə həqiqətin müəyyən edilməsi üçün (Konstitusiyanın 125-ci maddəsinn Vİİ hissəsində nəzərdə tutulmuş tələb) təkrar araşdırmanın aparılmasını zəruri etsə də, məhkəmə faktiki olaraq nəinki bundan imtina etmiş, həm də apellyasiya şikayətində irəli sürülmüş bir sıra dəllləri ümumiyyətlə cavabsız qoymuşdur. İş materiallarından göründüyü kmi, apellyasiya şikayətində irəli sürülmüş dəlillərə cavab verilməsi üçün Məhkum2 müdafiəçisi B.Y.Hacıyev 21 fevral 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək apellyasya şikayətlərinə və apellyasiya protestinə tam həcmdə məhkəmə istintaqı aparılmaqla baxılmasını, eyni zamanda M əhkum2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə isə sanki belə ərizə verilməmiş kimi apellyasiya müraciətlərinə ilkin baxış iclasında yalnız həmin ərizənin Məhkum2 barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı hissəsini müzakirəyə çıxararaq bu hissədə vəsatətin təmin edilməməsi, məhkəmə istintaqının aparılması və əlavə sübutların tələb olunması barədə dövlət ittihamçısı A.M.Abdullayevin vəsatətinin təmin edilməsinə dair 04 mart 2022-ci il tarixli qərar qəbul etmiş, bu haqda müdafiəçi B.Y.Hacıyevin vəsatətinə isə münasibət bildirməmişdir. Halbuki, CPM-nin 121.2-ci maddəsinin tələblərindən görünür ki, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə veril miş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. CPM-nin 323.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə bu Məcəllənin 323.1-ci maddəsində göstərilən vəsatətləri təmin etməlidir: 323.5.1. cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda; 323.5.2. sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunları nın tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə əldə edildikdə. CPM-nin 323.6-cı maddəsinə görə isə, vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır. Vəsatəti rədd edilmiş şəxs işin sonrakı baxışından asılı olaraq həmin vəsatəti təkrarən vermək hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsat ət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Beləliklə, milli və beynəlxalq qanunvericiliyin yuxarıda şərh edilən tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrdən və işin təsvir edilmiş hallarından çıxış etməklə kassasiya şikayətlərinin dəlillərini əsaslı sayan və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçiləri B.Y.Hacıyev və Müdafi əçi1 ayrı-ayrılıqda və Məhkum1 müdafiəçisi E.N.Əliyev tərəfindən verilmiş həmin şkayətlərin dəlillərinə cavab verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki işə birinci və apellyasya instansiyası məhkəmələrində baxılarkən CPM-nin 416.1.1-416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməsi kassasiya şikayətləri ilə eyni məzmunda olan apellyasya şikayətlərinə məhkəmə baxışının təkrarən keçirilməsini, müdafiə tərəfinin iddia etdiyi məsələlərin isə tam, hərtərəfli və obyektiv araşdırılmasını və yalnız bundan asılı olaraq sübutların kifayət edilənliyi və təqsirlilik məsələlərinin həll edilməsini, bunun üçün isə apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini labüd edir. Be lə olan halda məhkəmə kollegiyası hazırki vəziyyətdə 22 iyun 2022-ci il tarixli qərardan verilmiş kassasiya protestinin dəlillərinin geniş müzakirə edilməsini, onlara qanuna müvafiq qaydada cavab verilməsi, nəticə etibarı ilə isə həmin protestin təmin edilməsi üçün əsaslar görmür və bu haqda, yəni kassaiya protestinin təmin edilməsi barədə qərarın qəbul edilməsini mümkün bilmir. Odur ki, məhkəmə kollegiyası bütün təsvir edilənləri yuxarıda göstərilən qaydada bir daha təhlil edib kassasiya şikayətlərinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə müdafiəçilər B.Y.Hacıyevin və E.N.Əliyevin, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətlərinin isə təmin olunmaması haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti t əmin edilməməli, müdafiəçilər B.Y.Hacıyevin və Müdafiəçi1 kassasiya şikayətləri qismən, müdafiəçi E.N.Əliyevin kassasiya şikayəti isə tam təmin edilməklə Məhkum2 və Məhkum1, hər birisinin CM-nin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işi nə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbayc an Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA Kassasiya protesti təmin edilməsin. A L D İ: Müdafiəçilər B.Y.Hacıyevin və Müdafiəçi1 kassasiya şikayətləri qismən, müdafiəçi E.N.Əliyevin kassasiya şikayəti isə tam təmin edilsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar