Məhkəmə qərarları › İş №1(102)-1690/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1690/2023

10.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1690/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi) Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Müdafiəçi8 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1984-cü ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı “Vahid” adı ilə tanıdığı şəxslə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daş ınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 112-ci kilometrliyində dairəvi yol nişanının yanında gizlədilmiş bir ədəd sellofan torbada bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 1190,0 qram narkotik vasitə heroinin götürüb satış məqsədi ilə əldə edərək Bakı şəhəri nə gətirmək barədə tanışı Məhkum ilə razılığa gələrək, 15 fevral 2021-ci il tarixdə saat 21:30 radələrində Məhkum il birlikdə sonuncunun idarə etdiyi “Kia Optima” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və Bakı şəhəri istiqamətində daşıyarkən Biləsuvar rayon şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yaxalanaraq rayon polis şöbəsinə gətirildikdən sonra baxış keçirilərkən qeyd edilən külli miqdarda, təmiz çəkisi 1190,0 qram narkotik vasitə heroin avtomobilin qabaq sağ oturacağının alt hissəsindən bir ədəd sellofan torbada olmaqla aşkar edilərək götürülmüşdür.

3. L ənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən O.Y.Cəlilov, hakimlər X.A.Nuriyev və Ə.A.Əliyevdən ibarət tərkibdə) 20 avqust 2021-ci il tarixli 1(099)-413/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.1-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

4. Hökmdən Məhkum və onun müdafiəçisi ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini məhkəmədən xahiş etmişlər.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən İ.H.Əhmədov, hakimlər K.S.Bəşirov və M.Ə.Bağırovdan ibarət tərkibdə) 02 iyun 2022-ci il tarixli, 1(106)98/2022 saylı qərarı ilə məhkum və o nun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 1(099)-413/2021 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri

7. Məhkum müdafiəçisi kassasiya şikayətində qeyd edir ki, iş materiallarında Biləsuvar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 15 fevral 2021-ci ildə polis şöbəsinin rəisinə müraciət edərək daxil olmuş əməliyyat məlumatına görə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 67, mənzil 102-də yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin Biləsu var rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində saxlanılmasında, daşınmasında və istifadə olunmasında şübhəli olduğu bildirilərək sonucunun ifşa edilməsi məqsədi ilə rayon ərazisində əməliyyat-axtarış tədbiri keçirilməsinə icazə verilməsini xahiş etdiyi göstərilir. Bunun ardınca baş əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin gün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar vermiş və həmin qərardan “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsini rəhbər tutmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbiri keçirilməsi qərarını qəbul etmişdir. Lakin müdafiəçinin sözlərinə görə, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri və ondan sonra onunla bağlı eldə edilmiş materiallar məhkəm ə nəzarətini həyata keçirən məhkəməyə təqdim olunmamış və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır və bu səbəbdən müdafiəçiyə görə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar və həmin qərara uyğun əldə edilmiş materiallar sübut kimi qəbul edilə bilməz. Kassasiya şikayətinə görə, məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin ifadələrinin yoxlanılması üçün heç bir tədbir görülməmiş, həmin ifadələrin düzgünlüyü, habelə təqsirləndirilən şəxlərin rayon polis şöbəsinə gətirildiyi vaxtı müəyyən etmək üçün yeganə vasitə həm polis əməkdaşlarının, həmdə təqsirləndirilən şəxslərin ifadələrində olan telefon nömrələri ilə aparılan danışıqlara və onların aten dairələrinə dair məlumatların müvafiq operatorlardan əldə edilməsi ilə mümkün olmuşdur. Müdafiəçi8 kassasiya şikayətində müdafi əçi tərəfindən bununla bağlı verilmiş vəsatətlərin heç birinin qanunsuz olaraq məhkəmə tərəfindən təmin edilmədiyini, nəticədə təqsirləndirilən şəxslərin verdikləri bu ifadələrin düzgünlüyünü yoxlamağın mümkün olmadığını qeyd etmiş, həmin vəsatətlərin cinayət təqibi ilə bağlı halların tam və obyektiv araşdırılmasına xidmət etdiyini, eyni zamanda təqsirləndirilən şəxslərin pozulmuş hesab etdikləri hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldiyini göstərmişdir. Müdafiəçinin sözlərinə görə, birinci instansiya məhkəməsi həmi vəsatəti rədd etməklə CPM-nin 121.2-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur və apellyasiya instansiya məhkəməsi də həmin qanun pozuntusuna əhəmiyyət verməmişdir. Bundan əlavə, Müdafiəçi8 Məhkum saxlandıqdan sonra bu barədə onun ailə üzvlərinə məlu mat verilmədiyini və onun tutulması barədə 15 fevral 2021-ci il tarixli protokolda hər hansı bir qeydin olmadığını iddia edir. Qeyd olunanlara əsasən, müdafiəçi narkotik vasitənin və soyuq silahın təqsirləndirilən şəxsə məxsus olmaması barədə birinci instansiya məhkəməsinin iclasında verilən ifadələrin inandırıcı və düzgün hesab edilməsini və bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli 1(099)-413/2021 nömrəli qərarının ləğv edilərək işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş edir. III. Hüquqi məsələlər

8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərba ycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

9. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

10. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribvermə məsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

11. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

12. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində işə ləğv edilərək yenidən baxılması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum müd afiəçisi işə yenidən baxılması haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

13. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli 1(099)-413/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

14. Kassasiya məhkəməsi qeyd edir ki, işin faktiki hallarının müəyyənləşdirilməsi istiqamətində birinci instansiya məhkəməsi məhkəm ə istintaqı bütün sübutları ətraflı, müqayisəli şəkildə və qanun normalarına uyğun tədqiq edərək düzgün nəticəyə gəlmişdir.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanun normalarına uyğun araşdırmış, lakin heç bir maddi və prosessual normalarının pozulmasını aşkar etməmişdir.

16. Kassasiya məhkəməsi kassasiiya şikayəti üzrə istər birinci, istərsə də apelyasiya məhkəməsinin gəldiyi nəticələri şübhə altına alan heç bir pozuntu aşkar etməmişdir.

17. Birinci instansiya və apelyasiya məhkəmələri gəldikləri nəticəni tədqiq edilən sübutlar üzrə kifayət qədər əsaslandırmış, kassiya şikayətində apelyasiya şikayətindən fərqlənən əlavə dəlil və pozuntular qeyd edilmədiyindən kassasiya məhkəməsi əlavə şərhə ehtiyac görmür.

18. Təyin edilmiş cəza ilə əlaqəd ar kollegiya qeyd edir ki, cəza törədilən cinayətə görə dövlətin reaksiyası olmaqla cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir.

19. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin icti mai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır ( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli; “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixl i qərarları).

20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

22. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər c inayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

24. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə cəza təyini ilə bağlı maddi hüquq normalarına uyğun nəticəyə gəlmişdir.

25. Birinci instansiya məhkəməsi Məhkum cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli 1(099)413/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2022-ci il tarixli qərarı Məhkum barəsində olan hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar