Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1691/2025 02.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum, müdafiəçiləri Hüseynov Əli Meybulla oğlunun və Layıc Aqil Tacir oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-305/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qə rarından Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçi Layıc Aqil Tacir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxxx-cu il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, X vəzifəsində işləmiş, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, X8 küçəsi ev 21 ünvanında yaşayır. 2. 03 noyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 dekabr 20 22-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum “X” Publik Hüquqi Şəxsin Doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyərkən, 04 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində doğuş ağrıları (sancıları) ilə həmin xəstəxanaya gətirilmiş Zərərçəkmiş şəxs hamiləliyinin 37-38 həftəlik hestasiya müddətində aparılmış ultrasəs müayinəsi zamanı onda dölün boynuna dolanmış göbək ciyəsinin olduğu müəyyən edildiyi üçün doğuşun tibbi göstəriş əsasında “Qeysəriyyə kəsiyi” cərrahiyə əməliyyatı ilə uşaqlıq üzərində kəsik aparılmaqla abdomin al yolla başa çatdırılmalı olmasına baxmayaraq, vəzifəli şəxs kimi öz xidməti vəzifələrini, yəni Səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə kilinik protokol”unda qeyd olunan “dölün disstressi (dölün disstressinə şübhə)” qeysəriyyə əməliyyatına göstərişdir”, “bu əməliyyatın aparılması üçün zəruri şərtlərdən hesab edilən cərrahi texniki bacarığına malik mama-ginekoloq, anestezioloqreanimatoloq, həkim-neonatoloqdan ibarət ixtisaslaşmış mütəxəssislər briqadasının olması”, “anamnezində olan məlumatlara əsasən hamilənin vəziyyətini düzgün qiymətləndirməli”, Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş üzrə kili nik protokol”unda qeyd olunan “hamiləyə doğuş zamanı maksimal dəstək verməli, risk amillərini dəyərləndirməli və fəsadları mümkün qədər tez müəyyən etməli, doğuş prosesinin gedişinə, dölün vəziyyətinə diqqətlə nəzarət etməli”, habelə Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nda göstərilən “həkim mama-ginekoloq müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli, fizioloji və patoloji doğuşları aparmalı, zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərməli, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata ke çirməli” tələblərinə əməl etməyib normativ sənədlərlə və digər normativ aktlarda müəyyən edilmiş qaydada məsuliyyətini lazımi qaydada dərk etməyib öz işinə laqeyd yanaşaraq, öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib, cinayətkarcasına özünə güvənib baş verə biləcək ictimai təhlükəli nəticələri qabaqcadan görsə də, kifayət qədər əsaslar olmadan onların qarşısını alacağını güman edərək, həmin gün saat 14:25 radələrində Zərərçəkmiş şəxs doğuşunun təbii yolla aparılması barədə qanunsuz və əsassız qərar qəbul edib doğuş zalında qalmaqla əməliyyatın aparılmasına, yəni başa çatdırılmasına cavabdeh şəxs olmasına baxmayaraq, sancılar bağlanacağı halda onu çağırmalarını deyərək hamiləni doğuş zalında ixtisasca uyğun olmayan tibb işçiləri ilə tək qoyub getmiş, saat 14:33-də doğuş başlanan zaman orada olmadığına görə şöbənin maması Şahid5 mama-ginekoloqun nəzarəti olmadan əməliyyatı tək idarə etmək məcburiyyətində qalmışdır. Nəticədə, mamaginekoloq Məhkum tərəfindən doğuş taktikasının düzgün seçilməməsi dölün göbək ciyəsinin doğuş yollarında dartılmaqla qan dövranının pozularaq hipoksiyasının baş verməsinə, onun vəziyyətinin ağırlaşmasına və sonradan dölün “İntranal hipoksiyanın postnatal asfiksiyaya keçməsi nəticəsində inkişaf etmiş kəskin tənəffüs çatmamazlığı” səbəbindən ağır nəticəyə ölməsinə gətirib çıxarmış, doğuşdan sonra zərərçəkmişin aralıq nahiyəsində baş vermiş ağır dərəcəli cırıqları venadaxili narkoz fonunda bərpa etsə də, tibbi sənədlərdə bu cırıqları özbaşına tikiş qoyulmadan bitişmək xüsusiyyətinə malik 1-ci dərəcəli cırıq kimi qeyd etmiş, bu hərəkətləri ilə o, zərərçəkmişin hüquqlarına mühüm zərər vurulmasına və digər ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 1(012)-18/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, üzərinə vəzifələrin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafi əçisi Mustafayev Raqif Həmid oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirliliyi sübuta yetirilmədiyi üçün Məhkum bəraət verilməsini xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-305/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 1(012)-18/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, habelə həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanı lması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu kassasiya şikayəti və digər müdafiəçisi Layıc Aqil Tacir oğlu tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Müdafiəçi Hüseynov Əli Meybulla oğlu iş üzrə təkrar komisyon məhkəmə-tibbi ekspertizasının rəyinin verilməsi barədə vəsatətin mətnini kassasiya şikayətinin tərkib hissəsi kimi təqdim etmiş, eyni zamanda zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə istinad edərək bildirmişdir ki, doğuşu qəbul etmiş və müşahidə etmiş bütün şəxslər, o cümlədən uşağı dünyaya gətirmiş zərərçəkmiş şəxsin özü birmənalı şəkildə göstərmişdir ki, uşaq doğularkən göbək ciyəsinin onun boynuna dolanması halı olmamışdır. Bu baxımda n, ekspert Şahid10 cinayət işinin materiallarına söykənməyən, guya göbək ciyəsinin dölün boyun ətrafına dörd dəfə dolanmasına dair ifadəsi və buna uyğun tərtib edilmiş rəyinin Məhkum edilməsi üçün əsas ola bilməyəcəyini vurğulamışdır. Buna görə də iş üzrə təkrar komisyon məhkəmə-tibbi ekspertizasının keçirilmədən və obyektiv rəy əldə edilmədən Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər hansı obyektiv qərarın qəbul edilməsinin mümkün olmadığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, vəsatət təmin ediləcəyi halda, növbəti ekspertizanın keçirilməsində yeni doğulmuş uşağın meyitinin təşrihini həyata keçirmiş məhkəmə-tibb eksperti X1 da iştirakının təmin edilməsi zəruridir. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 1(105)-305/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Müdafiəçi Layıc Aqil Tacir oğlu kassasiya şikayətinə əlavədə eyni dəlillərə, əlavə olaraq beynəlxalq protokol qaydalarına və tibbi göstərişlərə, habelə bununla bağlı internet informasiya resurslarında yerləşdirilmiş mənbələrə istinad edərək, analoji tələblərlə çıxış etmişdir.
11. Kassasiya şikayətinə və ona əlavəyə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “ Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-ve rməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçilər kassasiya şikayəti və ona əlavədə sübutların düzgün tədqiq edilmədiyini, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda barəsində ittih am hökmü çıxarıldığını iddia edib, kassasiya xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlərr.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-305/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan R espublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində qeyd edilmişdir ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir.
21. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində təsbit edilmiş qaydaya əsasən cinayət t əqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
22. Həmin Məcəllənin 145.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
23. Eyni Məcəllənin CPM-nin 146.1, 146.2 və 146.2.3-cü maddələrinin ümumi məzmununa görə isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir.
24. Təfsir edilənlərdən göründüyü kimi, cinayət-prosessual normaları məhkəmələrdən qərar qəbul edərkən cinayət təqibi üzrə toplanmış bütün sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını, onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməsini, təhlil edilərək bir-biri ilə müqayisəli tədqiq olunmasını və məcmusu əsasında yekun nəticəyə gəlməsini tələb edir.
25. Hazırki kassasiya şikayəti üzrə müdafiəçilər sübutların tam, hərtərəfli və obyektiv tədqiq edilmədiyinə dair iddialarını – işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, habelə mə hkum edilmiş şəxsin təqsirliliyi barədə sübutların mötəbərliyinə şübhələrin olması ilə əsaslandırmışlar.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassatorların istinad etdiklərinin əksinə məhkəmə araşdırmaları zamanı əvvəl birinci instansiya məhkəməsi, daha sonra isə qismən məhkəmə istintaqı aparılmaqla apellyasiya şikayəti üzrə baxış keçirən apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış, iş materiallarında olan sübutların müqayisəli təhlili həyata keçirilmiş, ziddiyyətli hallara düzgün hüquqi qiymət verilmişdir.
27. Belə ki, iş materiallarından göründüyü kimi, cinayət təqibi üzrə əldə edilmiş sübutların bütünlükdə təhlili əsasında məhkəmələr tərəfindən Zərərçəkmiş şəxs hamiləliyinin 37–38 həftəlik hestasiya müddətində aparılmış ultrasəs müayinəsi zam anı onda dölün boynuna dolanmış göbək ciyəsinin olduğu aşkar edildiyi müəyyən edilmişdir. Doğuşun təbii yolla aparılması, eləcə də doğuş prosesi başa çatdığı vaxt Məhkum doğuş zalında olmaması iş üzrə mübahisəsiz hal kimi qiymətləndirilmiş və həmin fakt tərtib edilmiş tibbi sənədlərlə, habelə cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təsdiq edilmişdir. Halbuki hamiləlik tibbi göstərişlərə əsasən operativ yolla, yəni “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı vasitəsilə başa çatdırılmalı idi. Lakin buna baxmayaraq mamaginekoloq vəzifəsini icra edən məhkum edilmiş şəxs Məhkum tərəfindən doğuş taktikasının düzgün seçilməməsi dölün göbək ciyəsinin doğuş yollarında dartılması nəticəsində qan dövranının pozulmasına, hipoksiyanın baş verməsinə, dölün vəziyyətinin ağırlaşmasına və son radan “intranatal hipoksiyanın postnatal asfiksiyaya keçməsi nəticəsində inkişaf etmiş kəskin tənəffüs çatışmazlığı” səbəbindən ağır nəticəyə — dölün ölməsinə gətirib çıxarmışdır.
28. Həmçinin, iş materiallarından aşkar edilir ki, birinci instansiya məhkəməsinin hökmündən baxılan kassasiya müraciətlərində irəli sürülən oxşar dəlillər üzrə verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi qismən məhkəmə istintaqı aparmaqla qəbul etdiyi, hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə, habelə mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında yenidən təhlil etmiş və belə nəticəyə gəlmişdir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsə də, onun həmin cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxsin və şahidlərin məhkəməyədək və məhkəmə qarşısında verdikləri ifadələri, məhkəmə-tibbi ekspertizasının, komisyon məhkəmə-tibbi ekspertizasının və təkrar məhkəmə-tibbi ekspertizasının rəyləri, hamiləliyin ultrasəs müayinəsinin protokolu, xəstəxananın doğum şöbəsi üzrə müşahidə kameralarının görüntülərinə baxış keçirilməsi haqqında protokol (baxış zamanı müəyyən edilmişdir ki, həkim mama-ginekoloq Məhkum saat 14:22-dən 14:25-dək doğuş zalında olmuş, bundan sonra oranı tərk etmiş və yalnız saat 14:33-də tələsik halda yenidən zala daxil olmuş, həmin müddət ərzində isə doğuş z alında olmamışdır), digər istintaq və məhkəmə hərəkətlərinə dair protokollar, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
29. Habelə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi dövründə əvvəlcə məhkəmə-tibbi ekspertizasının, daha sonra isə komisyon məhkəmə-tibbi və təkrar komisyon məhkəmə-tibbi ekspertizalarının təyin edildiyini, müvafiq rəylərin alınaraq cinayət işinin materiallarına əlavə edildiyini, birinci instansiya məhkəməsi tərəfindən həmin ekspert rəylərinin digər sübutlarla yanaşı hərtərəfli yoxlanılaraq tədqiq edildiyini, ekspertlərin məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirildiyini, məhkəmədə əlavə sualların yaranmadığını, rəylərin əsaslılığına və tamlığına şübhələrin formalaşmadığını nəzərə alm ış və bu səbəbdən təkrar komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilməsinə dair vəsatətin təmin edilməsindən imtina etmişdir.
30. Nəticədə birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun həmin maddə üzrə təqsirli bili nməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti baxılan kassasiya şikayəti və ona əlavədə irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayəti və ona əlavədə isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
32. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayəti nin və ona əlavənin dəlillərindən göründüyü kimi, müdafiəçilər kassasiya şikayətində və ona əlavədə Məhkum təqsirli bilindiyi səhlənkarlıq əməlinin, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə bağlı hər hansı cinayət xarakterli hərəkətlərə yol vermədiyini, habelə onun təqsirliliyi sübuta yetirilmədən əsassız və qanunsuz olaraq məhkum edildiyini iddia etmişlər. Həmin iddialar məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsinə, eləcə də yeni faktların irəli sürülməsinə — göbək ciy əsinin dölün boyun ətrafına dolanmasının iş materiallarında olan digər sübutlarla təsdiqini tapmaması, iş üzrə verilmiş komisyon məhkəmə-tibbi ekspertizası rəyinin əsassız olması və təkrar komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsinə zərurətin mövcudluğu barədə dəlillərə əsaslanmışdır. Bu yanaşma onu göstərir ki, şikayət müəllifləri kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları yenidən tədqiq və qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edirlər. Halbuki hazırkı qərarın 12–14-cü paraqraflarında göstərildiyi kimi, qanunverici kassasiya instansiyası məhkəməsinə belə səlahiyyət verməmişdir.
33. Bu isə onu ehtiva edir ki, kassasiya instansiyası məhkəməsi müdafiəçilərin kassasiya şikayətinə və ona əlavəyə, o cümlədən Məhkum təqsirliliyinin süb uta yetirilməməsi barədə irəli sürülmüş iddialara baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya bilməz və müdafiəçilərin məhkəmə qərarının mübahisələndirilməsi üçün kassasiya şikayətində və ona əlavədə göstərdikləri faktiki hallardan çıxış etməklə, həmin halları mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.
34. Yekunlaşaraq məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə ic laslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
35. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
36. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-305/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçi Layıc Aqil Tacir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-305/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə və ona əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.