Məhkəmə qərarları › İş №1(102)-1695/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1695/2025

08.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1695/2025 08.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Əleyman Məmməd oğlu Məmmədlinin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2024-c ü il tarixli 1(104)-544/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Xankəndi Şəhər Məhkəməsinin (hakim İlkin Abdullayev) 23 sentyabr 2024-cü il tarixli 1(065)-3/2024 nömrəli hökmü ilə xx xxxxxx 1960-cı ildə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-in Xankəndi poçt şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etmiş, Xocalı şəhərində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 196/32 mənzil 9-da yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3, 177.2.4 və 228.1-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 177.2.3 və 177.2.4-cü maddəl əri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun həbsdə olduğu 5 (beş) ay müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: İstintaq orqanının mövqeyinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Xankəndi poçt şöbəsi nin rəisi vəzifəsini müvəqqəti icra etdiyi müddətdə, yəni 11 noyabr 2023-cü ildən 18 aprel 2024-cü il tarixədək olan dövrdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını talamaq qərarına gəlmiş, bu məqsədlə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 22 noyabr 2023-cü il tarixli 1-1-2/2-797/2023 nömrəli məktubuna əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mühafizəsinə və idarəetməsinə əşyaları i lə birlikdə verilmiş yaşayış sahələrinə və binalara qanunsuz daxil olaraq oradan ümumi dəyəri 240 manat olan 2 (iki) ədəd istifadədə olmuş üzərində “Feon” yazıları olan 190 amperlik avtomobil akkumulyator, dəyəri 40 manat olan istifadədə olmuş 1 (bir) ədəd boz rəngli “Eurolux” markalı tozsoran, dəyəri 40 manat olan 1 (bir) ədəd istifadədə olmuş çantada təmir ləvazimatları, dəyəri 200 manat olan 1 (bir) ədəd istifadədə olmuş “LG” markalı “Amatljd” modelli televizor, dəyəri 30 manat olan 1 (bir) ədəd istifadədə olmuş “Genuis” markalı səsgücləndirici, dəyəri 10 manat olan 1 (bir) ədəd istifadədə olmuş işıq plafonu, ümumi dəyəri 600 manat olan 3 (üç) ədəd istifadədə olmuş “Veritas” markalı tikiş maşını, dəyəri 35 manat olan 1 (bir) ədəd istifadədə olmuş orta ölçülü drel, dəyəri 450 manat olan 1 (bir) ədəd istifadədə olmuş qara rəngli “Kugoo” markalı elektrik skuteri, dəyəri 90 manat olan 1 (bir) ədəd istifadədə olmuş üzərində “Edon” yazısı olan dəst hava balonu, ümumi dəyəri 1200 manat olan 6 (altı) ədəd istifadədə olmuş müxtəlif markalı elektrik generatorları, dəyəri 350 manat olan 1 (bir) ədəd istifadədə olmuş “Samsung” markalı UE 43J5202AU modelli televizor, ümumi dəyəri 2520 manat olan 14 (on dörd) ədəd istifadə olunmuş müxtəlif markalara aid kondisioner split hissəsi, ümumi dəyəri 1400 manat olan 4 (dörd) ədəd istifadədə olmuş kondisioner mühərriki, dəyəri 250 manat olan 1 (bir) ədəd istifadədə olmuş “Samsung” markalı UA40D6000SR modelli televizor, dəyəri 150 manat olan 1 (bir) ədəd istifadədə olmuş “Samsung” markalı 32BX320 modelli televizor, dəyəri 1750 manat olan 7 (yed di) ədəd istifadədə olmuş müxtəlif markalı generator, dəyəri 60 manat olan 1 (bir) ədəd istifadədə olmuş şirniyyat bişirən soba, dəyəri 60 manat olan 1 (bir) ədəd istifadədə olmuş su qızdırıcı minutka, dəyəri 40 manat olan 1 (bir) ədəd istifadədə olmuş kartof qızardan avadanlıq, dəyəri 200 manat olan 4 (dörd) ədəd istifadədə olmuş “Sailun” markalı avtomobil təkəri, ümumi dəyəri 300 manat olan 5 (beş) ədəd istifadədə olmuş laqunda, ümumi dəyəri 160 manat olan 2 (iki) ədəd istifadədə olmuş elektrik mişarı, dəyəri 120 manat olan 2 (iki) ədəd istifadədə olmuş orta ölçülü perforator, ümumi dəyəri 1200 manat olan 1 (bir) ədəd yeni vəziyyətdə “Ariston” markalı kombi, dəyəri 450 manat olan 1 (bir) ədəd istifadədə olmuş kombi, dəyəri 250 manat olan 1 (bir) ədəd istifadədə olmuş “Bosch” markalı qab yuyan maşın, ümumi dəyəri 20 manat olan 2 (iki) ədəd istifadədə olmuş elektrik lampası, dəyəri 550 manat olan 1 (bir) ədəd yeni vəziyyətdə “Canon” markalı MF3010 modelli printer, dəyəri 50 manat olan 1 (bir) ədəd istifadədə olmuş “Luxell” markalı soba, dəyəri 60 manat olan 1 (bir) ədəd istifadədə olmuş su qızdırıcı, dəyəri 850 manat olan 1 (bir) ədəd yeni vəziyyətdə “AUX” markalı ASW-H24A/LMR1 modelli kondisioner, dəyəri 80 manat olan 2 (iki) ədəd istifadədə olmuş meyvə qurudan avadanlıq, dəyəri 80 manat olan 1 (bir) ədəd istifadədə olmuş otbiçən maşın, dəyəri 40 manat olan 1 (bir) ədəd istifadədə olmuş tozsoran, dəyəri 200 manat olan 1 (bir) ədəd istifadədə olmuş paltarqurudan maşın, dəyəri 10 manat olan 1 (bir) ədəd istifadədə olmuş radio, dəyəri 60 manat olan 1 ədəd (bir) istifadədə olm uş “Railer” yazısı olan elektrik mişarını vahid niyyətlə talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə xeyli miqdarda, yəni 14195 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Xankəndi poçt şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etdiyi müddətdə, yəni 11 noyabr 2023-cü ildən 18 aprel 2024-cü il tarixədək olan dövrdə məlum olmayan vaxtda və yerdən zavod üsulu ilə istehsal edilmiş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” markalı avtomat silahlarda “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş 30 (otuz) ədəd patron, “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” modelli avtomat silahlarda funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş 30 ədəd 7,62x39 mm kalibrli paron tutumuna malik olan 1 (bir) ədəd sandıqça və zavod üsulu istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarında, (Walter Mod PP Cal 22) konstruksiyalı tapançalarda istifadə olunan 250 ədəd patron əldə edərək Xankəndi şəhərində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Xankəndi poçt şöbəsinin ikinci mərtəbəsində yerləşən xidməti otağında saxlamış, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 18 aprel 2024-cü ildə saat 18.00-dan saat 19.20-dək həmin poçt şöbəsinin inzibati binasına baxış keçirilərkən Məhkum istifadəsində olan xidməti otaqdakı dolabın üzərindən içərisində 7,62x39 mm kalibrli olmaqla, həmin ka librə malik “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” markalı avtomat silahlarda “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş 30 (otuz) ədəd patron olan 1 (bir) ədəd sandıqça və həmin otağa bitişik olan istirahət otağındakı dolabın içərisindən isə zavod üsulu istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarında, (Walter Mod PP Cal 22) konstruksiyalı tapançalarda istifadə olunan 250 ədəd patron aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Müşfiq Məmmədov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Nural Əliyev) 09 dekabr 2024-cü il tarixli 1(104)-544/2024 nömrəli qərarı ilə Xankəndi Şəhər Məh kəməsinin 23 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 1(104)-544/2024 nömrəli qərarını ləğv edərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilməmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı iş in halları obyektiv araşdırmamış və nəticədə məhkumun hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Ona görə də müdafiəçi hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli 1(104)-544/2024 nömrəli qərarı ləğv edilməli və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə bəraət verilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillər ini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instans iyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkumun ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə olan ittiham üzrə təqsiri mötəbər sübutlarla təsdiq olunmur, lakin buna baxmayaraq, məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq onun barəsində həmin maddələrlə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyas ı məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə topl anmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdi kdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, şahidlər Şahid5 Sərhəd oğlu, Şahid10, X6, X1, Şahid7, Şahid8, Şahid9, Şahid6 ifadələrini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 228.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi t ərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Məhkəmələr məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilməməsini, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsini cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Yuxarıda qeyd edildiyi kimi, kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə əlaqədar analoji dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti törətməməsi barədə ifadəsi həqiqətə uyğun gəlmir və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayətprosessual qanu nlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qər arından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünl üyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası mə hkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2024-cü il tarixli qərarı dəyişd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar