Məhkəmə qərarları › İş №1(102)-1697/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1697/2025

08.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1697/2025 08.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Əleyman Məmməd oğlu Məmmədlinin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2025-ci il t arixli 1(104)-22/2025 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim Taleh Musayev) 1(076)-65/2024 nömrəli 01 may 2024-cü il tarixli hökmü ilə xx xxxx 1978-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qəsdən xüsusi amansızlıqla az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 07 iyul 2023-cü il tarixdə saat 23 radə lərində Şəmkir rayonu, Səməd Vurğun küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində sonuncunun bir neçə dəqiqə əvvəl həmin ünvanda yerləşən evinin qarşısına alt paltarı ilə çıxması səbəbindən ona irad bildirməsinə və Zərərçəkmiş şəxs onu vuraraq üst dodağın sol yarısının çapılmış yarası və sağ bazu nahiyəsinin orta üçdə birinin ön səthinin qançırı kimi xəsarətlər yetirməklə ona qarşı nalayiq ifadələr işlətməsinə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qısas almaq üçün onun azyaşlı övladı Şahid2 gözü qarşısında xüsusi əzab verdiyini dərk edərək, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, xüsusi amansızlıqla əlləri və ayaqları ilə qəsdən vuraraq ona alın nahiyəsinin sol yarısının, sol dirsək oynağı nın arxa səthinin sıyrıqları və sol kürək nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən və sol bazu oynağının arxa səthinin sıyrığı və şişkinliyi ilə müşayiət olunan sol körpücük–akromial oynağının çıxığı ilə müşayiət olunan onun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına xüsusi amansızlıqla az ağır zərər vurmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əlizamin Abdullayev (sədrlik edən və məruzəçi), Müşfiq Məmmədov və Sevindik Əzizov) 07 yanvar 2025-ci il tarixli 1(104)-22/2025 nömrəli qərarı ilə zərərçəkmiş şəxs tərəfindən ver ilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 1(076)-65/2024 nömrəli hökmü zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2025-ci il tarixli, 1(104)-22/2025 nömrəli qərarını ləğv edilməsini, azyaşlı övladı Şahid2 Zilfıqar oğlunun zərərçəkən şəxs qismində tanınmasını, Şahid1, Şahid3, Şahid4 təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət işi materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışlar ki, hadis ə baş verən zaman onunla bərabər azyaşlı övladı Şahid2 Zilfıqar oğlu da xəsarət almışdır. Xəsarətlə bağlı ekspert öz rəyini vermişdir. Lakin istintaq və birinci instansiya məhkəməsində araşdırma zamanı həmin xüsusatlara hüquqi qiymət verilməmişdir. Şahid2 Zilfıqar oğlunun xəsarət alması ilə bağlı qəsdən törədilmiş cinayət əməlinin tövsifində nəzərə alınmamışdır və onunla bağlı hissədə heç bir qərar qəbul edilməmişdir. Təqsirləndirilən şəxs Məhkum ilə bərabər Şahid1, Şahid3 və Şahid4 da cinayət əməlini törətmişlər. Belə ki, adları qeyd olunan 4 nəfər şəxs birləşərək birlikdə onun evinə basqın edərək onu və azyaşlı övladı Şahid2 Zilfıqar oğlunu xüxusi amansızlıqla döymüşlər. İstintaq zamanı onu və övladını döymüş 3 nəfər şəxsi qeyri-qanuni olaraq şahid qismində cəlb etmişlər, cəzadan uzaqlaş dırmış və onların hərəkətlərinə hüquqi qiymət verilməmişdir. Əksinə ona məlum olmayan səbəblərdən onu döymüş adları qeyd olunan 3 nəfər şəxs cinayət əməli törətməsinə baxmayaraq qeyri-qanuni olaraq şahid qismində cəlb edilmiş və məsuliyyətdən bu yolla yayınmışdır. Həmçinin, baş vermiş cinayət hadisəsi cinayət qanunvericiliyinə görə əməl düzgün olaraq tövsif edilməmişdir. Ona xəsarət yetirən cinayəti törətmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar verdiyi vəsatətlər məhkəmə tərəfindən təmin edilməmişdir. Həmçinin adlarını qeyd etdiyi şəxslər Gəncə Apellyasiya Məhkəməsinə çağırılmamışdır. Bu səbəbdən cinayət işinin araşdırılması birtərəfli qaydada zərərçəkənin xeyrinə aparılmışdır. Məhkəmə araşdırması zamanı cinayət hadisəsi düzgün, obyektiv və hərtərəfli araşdırılm amışdır. Bununla da Cinayət Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsinin tələbləri pozulmuşdur. O, Qarabağ uğrunda gedən birinci müharibədə iştirak etmiş, döyüşlərdə yaralanmış, İİİ qrup müharibə əlili və müharibə veteranıdır. Məhkum, Şahid1, Şahid3, Şahid4 evinə basqın edərək onu döymüş və ona ağır bədən xəsarətləri yetirmişlər. Aldığı xəsarətlər nəticəsində hazırda sol qolu işləmir, kəllə beyin travması nəticəsində sərbəst hərəkət edə bilmir. Hətta sol qolunun üzərində cərrahi əməliyyatın keçirilməsinə zərurət yaranmışdır. Maddi imkanı olmaması səbəbindən cərrahi əməliyyatı keçirdə bilmir. İşə baxan hakimlər tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar heç bir əməli tədbir görülməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini ar aşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən zərərçəkmiş şəxs kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin n ormalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Məhkum ilə birlikdə cinayət əməlini Şahid1, Şahid3 və Şahid4 törətmişlər. Həmin cinayət nəticəsində tək zərərçəkmiş şəxs X3 deyil, həm də onun azyaşlı övladı Şa hid2 Zilfıqar oğlu da zərər almışdır. Lakin istintaq orqanı və məhkəmələr qanunsuz olaraq nə Şahid1, Şahid3 və Şahid4 cinayət məsuliyyətinə cəlb etməmiş, nə onun oğlunu zərərçəkmiş şəxs tanımamışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəlləni n 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Konstitusiya Mə hkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyi ldir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunvericilikdə nəzərdə tutulmamışdır. İşdən görünür ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs Məhkum qarşı Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. İttihama əsasən, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı qəsdən, xüsusi amansızlıqla, az ağır bədən xəsarəti yetirməklə cinayət əməlini təkbaşına törətmişdir. İstintaq orqanı Məhkum qeyd olunan cinayət əməlini Şahid1, Şahid3 və Şahid4 ilə bir qrup şəxs halında törətməsini müəyyən etməmişdir. Həmçinin, qeyd olunan şəxslərə qarşı da Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə dair ittiham irəli sürülməmişdir. Zərərçəkmiş şəxsin azyaşlı oğluna qarşı hər hansı bir cinayət əməlinin törədilməsi ilə əlaqədar Məhkum qarşı ittiham ir əli sürülməmişdir. Həmçinin, cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış olması barədə 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq başa çatdıqdan sonra Zərərçəkmiş şəxs işin materialları ilə tanış olmuş və heç bir vəsatət və ya etirazının olmadığını bildirmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin hazırlıq iclasının protokolundan və eyni tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs hazırkı cinayət işi üzrə birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak etmiş, heç bir vəsatət irəli sürməmiş və təqsirləndirilən şəxs Məhkum ona qarşı irəli sürülmüş ittihama uyğun olaraq Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə məhkəməyə verilməsinə etiraz etməmişdir. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolundan həmçinin görünür ki, Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılması xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamı sürülməsi məsələsinə baxılması üçün işin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət qaldırmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Məhkum ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməlləri nəticəsində zərərçəkmiş şəxsə qəsdən xüsusi amansızlıqla az ağır zərər vurma cinayət əməlini törətməsi təsdiq edildiyindən məhkəmə həmin ittihamı sübuta yetirmiş hesab edərək Məhkum barəsində Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamın həcmini və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmədə cinayət işinə Məhkum barəsində yalnız irəli sürülmüş ittihamın daxilində baxılması əsaslı hesab edir. Odur ki, hazırkı cinayət işi üzrə Məhkum ilə birgə Şahid1, Şahid3 və Şahid4 Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməməsi ilə əlaqədar məhkəmə tərəfindən onun barəsində Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə çıxarılmış hökm və məhkəmənin hazırlıq iclasının qərarının ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq i clasının keçirilməsi mərhələsinə göndərilməsi barədə dəlilləri əsassızdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq orqanı, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməm işdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 07 yanvar 2025-ci il tarixli 1(104)-22/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanl ara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2025-ci il tarixli 1(104)-22/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar