Məhkəmə qərarları › İş №1(102)-1700/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1700/2023

10.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1700/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, bəraət almış şəxs X10 və onun müdafiəçisi X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət 03 mart 2023-cü il tarixli, 1(105)-37/2023 saylı qərarından Dövlət ittiham çısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs X10 23 oktyabr 1989-cu il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində azyaşlı uşaqları olan, ali təhsilli, işləməyən, məhkum olunmamış, Ağstafa rayonunun Köçəsgər kəndində qeydiyyatda olan və tutulanadək faktiki yaşamışdır.

2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə Türkiyə Respublikası vətəndaşı olan, tanışı Zərərçəkmiş şəxs Ahmet oğlunun Sumqayıt şəhəri ərazisində mobil telefon mağazası açıb işlətmək istədiyini bilərək, şəxsi əlaqələrindən istifadə edib, onu, müxtəlif markalı mobil telefonlarla təmin edəcəyi və bunun üçün 55000 (əlli beş min) manat pul tələb olunduğu barədə yalan məlumat verib aldadaraq, onun, öz adına olan "xxxx" ASC-nin 4182 4957 8831 6440 hesab nömrəli kart vasitəsi ilə göndərdiyi 07 avqust 2019-cu il tarixdə 1300 (min üç yüz) manat, 16 avqust 2019-cu il tarixdə 157 (yüz əlli yeddi) manat, 30 avqust 2019-cu il tarixdə 70 (yetmiş) manat, «Million» ödəniş aparatı vasitəsi ilə göndərdiyi 18 avqust 2019-cu il tarixdə 100 (yüz) manat, 27 avqust 2019-cu il tarixdə 100 (yüz) manat, 31 avqust 2019-cu il tarixdə 1000 (min) manat və 148 (yüz qırx səkkiz) manat, "xxxx" ASC-nin ödəniş terminalı vavsitəsi ilə göndərdiyi 11 sentyabr 2019-cu il tarixdə 2970 (iki min doqquz yüz yetmiş) manat, "xxxx" ASC-nin 4169 7413 5831 7731 hesab nömrəsinə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, yaşadığı evin yaxı nlığında yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə göndərdiyi 28 sentyabr 2019cu il tarixdə 900 (doqquz yüz) manat, 04 oktyabr 2019-cu il tarixdə 1700 (min yeddi yüz) manat, ümumilikdə 8445 (səkkiz min dörd yüz qırx beş) manat pulunu, bundan sonra, 2019-cu ilin oktyabr ayının ortalarında, sonuncunun yaşadığı, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 11/38, 3 nömrəli mənzilində 40000 (qırx min) manat pulunu, daha sonra, "xxxx" ASC-nin 4169 7413 5831 7731 hesab nömrəsinə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, yaşadığı evin yaxınlığında yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə göndərdiyi 26 noyabr 2019-cu il tarixdə 2000 (iki min) manat, 30 noyabr 2019-cu il tarixdə 500 (beş yüz) manat, Sumqayıt şəhəri, Nizami küçəsi, Nizami parkının yaxınlığında yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə 04 dekabr 2019-cu il tarixdə göndərdiyi 1000 (min) manat, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə 01 dekabr 2019-cu il tarixdə göndərdiyi 200 (iki yüz) manat, Sumqayıt şəhəri, Şahid8 prospekti, 26-cı məhəllə ərazisində yerləşən «Million» ödəniş aparatı vasitəsi ilə xalası X3 "xxxx" ASC-nin 4169 7414 0372 3032 hesab nömrəsinə 05 yanvar 2020-ci il tarixdə göndərdiyi 1100 (min yüz) manat və qaynı X4 "xxxx" ASC-nin maaş kartının vasitəsi ilə "xxxx" ASC-nin 4169 7413 5831 7731 hesab nömrəsinə 03 dekabr 2019-cu il tarixdə göndərdiyi 1950 (min doqquz yüz əlli) manat, ümumilikdə 6750 (altı min yeddi yüz əlli) manat pulunu aldatma və etibardan sui-istifadə etməklə vahid qəsdlə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs Ahmet o ğluna ümumilikdə 55195 (əlli beş min yüz doxsan beş) manat – külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir

3. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(124)-79/2022 nömrəli hökmü ilə X7 təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, və dərhal həbsdən azad olunması qərara alınmışdır.

4. Hökmdən Dövlət ittihamçısı2 apellyasiya protesti və Zərərçəkmiş şəxs Akmet oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2023-cü il tarixli, 1(105)-37/2023 nömrəli qərarı ilə apelyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-c i il tarixli, 1(124)79/2022 nömrəli hökmü dövlət ittihamçısının apellyasiya protestinə və zərərçəkmişin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2023-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar

9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmələr Azərbaycan Respublikası CPM-nin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla X6 Azərbaycan Respublikası CM-nin 178ş3ş2-ci maddəsi ilə irəli sürülmüş ittiham ü zrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verməklə əsassız və qanunsuz qərar qəbul etmişlər. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III.Hüquqi məsələlər

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfin dən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmənin Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini p ozmaqla X6 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verməklə əsassız və qanunsuz qərar qəbul etdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciə tlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

18. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, c inayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəl lənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

21. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyən ləşdirilir.

22. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

23. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

24. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təs vir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı m addəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

25. Beləliklə, iş materiallarında olan məhkəmə qərarlarının tədqiqi belə nəticəyə gəlməyə imkan verir ki, hazırki kassasiya protestində irəli sürülən bütün dəlillər aşağı instansiya məhkəmələri tərəfindən ətrafı araşdırılmış, onlar geniş şəkildə təhlil edilmiş və məhkəmələrin gəldiyi nəticələr istər Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyi, istərsə də işin hallarına aid Avropa Məhkəməsinin qərarlarında əks edilmiş müvafiq hüquqi mövqeyinə əsaslanmaqla yetərli dərəcədə təsvir edilmişdir.

26. Kassasiya məhkəməsi qeyd edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi sübutlara qiymət verərkən, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələrini müqayisəli şəkildə tədqiq etmiş və yekun nəticəyə gəlmişlər.

27. Kassasiya məhkəməsi məhkəmələrin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, cinayət işi üzrə tədqiq edilən sübutlardan görünür ki, tərəflər arasında mülki hüquq xarakterli münasibətlər olmuşdur.

28. Mülki hüquq xarakterli yaranan mübahisələrin məhkəmə qaydasında həlli mümkündür. Tərəflərin pozulmuş hüquqlarının bərpası üçün mülki hüquqi icraat qaydasında məhkəmələrə müraciət etmək imkanları mövcuddur.

29. Mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrdən fərqli olaraq, dələduzluq cinayətlərində mülki hüquqi münasibətlər cinayətkar niyyətin, yəni özgə əmlakını qanunsuz və əvəzsiz ələ keçirilməsinin pərdələnməsi üçün yaradılır.

30. Əməldə dələduzluq cinayətlərinin tərkibinin yaranması üçün tərəfin talama niyyəti mülki hüquq münasibətlərindən əvvəl yaranmalıdır.

31. Cinayət işinin materiallarına əsasən, Əliyev Pərvinin mülki hüquq münasibətlərinə daxil olmasından əvvəl onda belə niyyətlərinin yaranması sübuta yetirilmir.

32. Əlavə olaraq, aşağı instansiya məhkəmələrinin ibtidai istintaq dövründə əldə edilmiş şahid ifadələri ilə müqayisədə şahidlərin məhkəmə istintaqı dövründə verdiyi ifadələrinə üstünlük vermələri ilə bağlı məhkəmə Avropa Məhkəməsi yanaşmasına istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə məhkəmələr daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət versinlər. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011).

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin qəbul etdiyi bir çox qərarlarında müəyyən edilmişdir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı i nstansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmeti yalnız hüquqi məsələlər olduğu kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmamışdır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).

34. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bir daha qey d edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya protestində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr protest müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəb dən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X10 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar