Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1700/2024 30.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Prokuror-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə mə hkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli, 1(106)-129/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 7 noyabr tarixli 1(099)-661/2023 hökmü ilə (Hakimlər: Oruc Cəlilov (sədrlik edən), Xamməd Nuriyev və Əli Əliyevdən ibarət tərkib) xx xxxxx 1993-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri N.Tusi küçəsi ev 2-də qeydiyyatda olan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Mə cəlləsinin Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 22 aprel 2023-cü il tarixdən hesablanmsı və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətləri vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 mart 2024-cü il tarixli 1 (106)-129/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs və Məhkum Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə məhkum edilmişlər ondan ötrü ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs evlənməsi məqsədi ilə Cəlilabad şəhəri, Ə.Cavad küçəsində yaşayan, yetkinlik yaşına çatmayan, xx xxxxxx 2005-ci il təvədllüdlü Zərərçəkmiş şəxs oğurlamaq (qaçırmaq) qərarına gəlib cinayət əlaqəsinə girərək bu məqsədlə əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Məhkum idarə etdiyi “VAZ-2107” markalı 90DA213 dövlət qeydiyyat nişanlı avtomobillə 20 aprel 2023-cü il tarixdə, saat 15 radələrində Cəlilabad şəhəri, Ə.Cavad küçəsində Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətində piyada hərəkətdə olan zaman ətrafda heç kimin olmamasıdan istifadə edib avtomobili Zərərçəkmiş şəxs yanına doğru idarə edib saxlamış, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs avtomobildən düşüb qəfildən Zərərçəkmiş şəxs qollarından tutub iradəsinə zidd olaraq zorla avtomobilin arxa oturacağına əyləşdirərək müqavimətini qırdıqdan sonra Məhkum avtomobili idarə edib birlikdə Zərərçəkmiş şəxs başqa yerə, Cəlilabad şəhəri, Ə.Cavad küçəsində yerləşən, Təqsirləndirilən şəxs dayısı X2 evinə aparıb saxlamaqla birgə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamışlar. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROKURORUN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işinin materialları, iş üzrə toplanmış sübutlar tam, hərtərəfli araşdırılmamışdır. Bundan başqa məhkəmələr cə za təyin edərkən cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Məhkum göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 7 mart tarixli 1 (106)-129/2024 nömrəli qərarının ləğv edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi S.Tağıyava məhkəmə iclasında çıxış edərək məhkum tətəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını və ya məhkuma CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək zərərçəkmiş şəxslə barışdığını, cəzasının yüngülləşdirilməsini, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X3 çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Təqsirlən dirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 7 mart tarixli 1 (106)-129/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, k assasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiə tərəfi məhkuma təyin edilmiş cəzanın ağırlığını müba hisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada üm umiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, cinayət işinə birinci instansiya məhkəməsində baxıldıqdan sonra məhkum zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizə verərək məhkumdan heç bir şikayəti olm adığını bildirmişdir. Lakin bu cəzanı yüngülləşdirən hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun zərərçəkmiş şəxslə barışması CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməli, kassasiya şikayəti qismən təmin edilməli və məhkuma təyin edilmiş azadlqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi və xarakteri, cinayət əməlinin törədilməsi halları və məhkumun şəxsiyyəti nəzərə alınmaqla məhkumun təqsirli bilinərək məhkum edildiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün Qanunda nəzərdə tutulan hüquqi və fakt iki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyaisya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilməli, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzanın müddəti maddənin sanksiyası çərçivəsində azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 7 noyabr tarixli 1(099)-661/2023 hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 7 mart tarixli, 1(106)-129/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təyin edilmiş 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzaı 10 (on) il 02 (iki) aya endirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 7 mart tarixli, 1(106)-129/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə məhkum Təqsirləndirilən şəxs aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1700/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1700/2024
30.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver