Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1711/2024 30.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli 1(103)-929/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 2 fevral tarixli 1(103)-929/2023 nömrəli hökmü ilə (X5 (sədrlik edən və məruzəçi), İlham Mahmudov və Məhəmməd Əkbərovdan ibarət tərkibdə) xx xxxxxxx 1985-ci il tarixdə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluqları ödənilmiş, işləməyən, Neftçala rayonunun Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən narazı qalan Məhkum apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimlidən ibarət tərkibdə) 27 aprel 2023-cü il tarixli, 1(103)-929/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(101)-679/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,691 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 9,122 qram çəkidə psixotrop maddə metamfetamin, habelə tərkibində təsir edici maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən iki ədəd narkotik vasitə metadon həbini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 14:00-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunda külli miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 7,403 qram və 0,288 qram olmaqla ümümi təmiz çəkisi 7,691 qram təşkil edən narkotik vasitə olan he roin, külli miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 8,828 qram və 0,294 qram olmaqla ümumi təmiz çəkisi 9,122 qram təşkil edən psixotrop maddə olan metamfetamin, habelə tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən iki ədəd narkotik vasitə olan metadon həbi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROKURORUN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmədə cinayət işinə baxılarklən prosessual pozuntulara yol verilmiş, düzgün idtintaq araşdırılması aparılmamışdır. Bundan başqa yüngülləşdirici hallar nəzərər alınmada ona ağır cəza təyin edilmişdir. Göstərilənlərə əsasən məhkum kassasiya şikayətinin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli 1(103)929/ 2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X2 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun norma larının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhk əmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildi rir. Məhkum qanunsuz məhkum olunmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəm ə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum kassasiya şikayətində irəli sürdüyü dəlilləri həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsində irəli sürmüş və məhkumun dəlilləri hərtərəfli, tam və obyektiv yoxlanılaraq əsaslandırılmış cavab verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülən ittihamda təqsirli olması məhkəmələr tərəfindən qiymətləndirilmiş mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, bununla bərabər, hesab edir ki, məhkuma təyin edilmiş cəza da həm növü, həm də həddi baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilk dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə tam uyğundur və təyin edilmiş cəzanın da yüngülləşdirilməsi üçün əsaslar mövcud deyil. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli 1(103)-929/2023 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 fevral 2023-cü il tarixli 1(103)-929/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli 1(103)-929/2023 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1711/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1711/2024
30.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver